Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

 
 
98
3.  Zəlinin bel və qarın tərəfini müəyyən edin. Uzunluğunu ölçün. 
4.  Zəli nə rəngdədir? Onun bu rəngdə olmasının hansı əhəmiyyəti var?  
5.  Bel tərəfindən bədənin baş hissəsinə baxın. Nə görürsünüz? 
6.  Bədənin hər iki ucunda yerləşən sormaclara diqqət yetirin. Müqayisə edin. Anal dəliyi 
tapın. O, bədənin hansı hissəsində yerləşir? 
7.  Zəlinin bədən örtüyü hansı quruluşa malikdir?  
8.  Bədənin qarın tərəfindən zəlinin şəklini çəkin. Şəkildə ağız sormacını, arxa sormacı, anal 
dəliyi, bədən buğumlarını  işarələyin. Zəlinin baş hissəsinin  şəklini bel tərəfindən çəkin. 
Gözlərin harada yerləşdiyini göstərin. 
9.  Hansı əlamətlərinə görə zəlilərin həlqəvi qurdlara aid olduğunu söyləyin. 
Laboratoriya işi – 2. Kəpənəyin qanadının quruluşu 
Məqsəd: pulcuqqanadlılar dəstəsinin nümayəndələrinin səciyyəvi xüsusiyyətlərinin 
öyrənilməsi. 
Təchizat: mikroskop, kəpənək qanadı, əşya şüşəsi, fırça. 
İŞİN GEDİŞİ 
1.  Kəpənəyin qanadını iki əşya  şüşəsi arasında sıxıb mikroskopun kiçik böyütmə 
dərəcəsində baxın. 
2.  Qanadın damarlarını tapın. Onların əhəmiyyəti barədə mülahizələrinizi qeyd edin. 
3.  Kəpənəyin qanadında damarlar hansı istiqamətdə yerləşmişdir? Pulcuqların formasını 
qeyd edin. Fırça ilə ehtiyatla qanadın səthindən pulcuqları götürün. Qanadın üzərində 
tükcükləri tapın. 
4.  Kəpənəyin qanadının  şəklini çəkin.  Şəkildə qanadın quruluşunu, pulcuqların və 
tükcüklərin yerləşməsini göstərin. 
Vaxt imkan verərsə dərsi yekunlaşdırmaq üçün şagirdlərə belə bir tapşırıq vermək olar.  
 
Tapşırıq 
Çoxhüceyrəli heyvanların şəkillərinə baxıb, onların adını, hansı tipə və sinfə aid olduğunu 
müəyyən edin. Cədvəli doldurun.  
 
 
Tip Sinif 
Nümayəndə 
Bağırsaqboşluqlular       
 
                                                                 
 Molyusklar 
  
  
 Yastı qurdlar 
  
  
 Sap qurdlar 
  
  
 Həlqəvi qurdlar 
  
  
 Buğumayaqlılar 
  
  
 


 
 
99
VI FƏSİL ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1. Şəkildə molyusklar sinfinin hansı nümayəndəsi göstərilmişdir? Şəkildə 
molyuskun rəqəmlərlə işarələnmiş bədən hissələrini qeyd edin. 
 
1………………………………….
 
 
2…………………………………. 
3………………………………….
 
 
4…………………………………. 
5…………………………………. 
6…………………………………. 
7………………………………….. 
8………………………………….. 
 
2. Uyğunluğu müəyyən edin: 
 
A.  Qarınayaqlılar         
B.  İkitaylılar 
C.  Başayaqlılar 
 
 
 
 
3. Düzgün variantı  qeyd edin. 
  Makara ilbizi/kalmar qəlsəmələrlə tənəffüs edir.  
  Anadontanın qan-damar sistemi qapalıdır/açıqdır. 
  Çılpaq ilbizin/mirvari ilbizinin başı yoxdur. 
  Səkkizayaq/gəmiqurdu insana zərər verən molyusklara aiddir. 
  Kalmarın/böyük gölməçə ilbizinin  çanağı yoxdur.  
 
4. Düzgün ifadələri qeyd edin: 
□  Həşəratların bir cüt bığcığı var. 
□  Buğumayaqlıların bədəni dalayıcı hüceyrələrlə qorunur. 
□  Qidalanma xarakterinə görə hörümçəkkimilər yırtıcıdırlar. 
□  Hörümçəkkimilərin hamısının beş cüt yerimə ayağı var.  
□  Həşəratların hamısının üç cüt yerimə ayağı var.  
□  Həşəratların bədəni iki hissədən ibarətdir. 
□  Kəpənəklərin pupundan yaşlı həşərat əmələ gəlir 
 
 
1.  Çılpaq ilbiz 
2.  Kalmar 
3.  Gölməçə ilbizi 
4.  Anadonta 
5.  Səkkizayaq 
6.  Mirvari ilbizi 
7.  Gəmiqurdu 


 
 
100
 
5. Şəkildə çay xərçənginin bədəninin hansı hissələri rəqəmlərlə işarə edilmişdir? 
    
                 
 
 
 
 
 
 
 
6. Həşəratların tam çevrilmə ilə gedən inkişaf sxemini qurun. İnkişafı tam çevrilmə 
ilə gedən bir neçə həşərat sadalayın.   
 
7.    Doğru cavabı seçin: 
1. Bədəni üç hissədən ibarətdir: 
А. xərçəngin           В. cırcıramanın            С. qaraqurdun                
2. Əqrəbin aid olduğu sinif: 
А. xərçəngkimilər        В. Həşəratlar               С. hörümçəkkimilər            
3. İnkişafı natamam çevrilmə ilə gedən həşəratlarda: 
А. Sürfə mərhələsi olmur     В. Pup mərhələsi olmur      
 
8. Şəkildə göstərilən heyvanlar hansı tipə və sinfə aiddir? Oxşar və fərqli cəhətlərini 
qeyd edin. 
 
 
             
9.  İkiqanadlılar dəstəsinə aid olan 3 həşəratı qeyd edin: 
А. göyün   В. mayböcəyi     С. mozalan    D. qarışqa    Е. ağcaqanad 
  
10. Həşəratların çoxsaylı növlərindən yalnız bal arısı və tut ipəkqurdu insan 
tərəfindən saxlanılır. Niyə məhz bu həşəratlar?  
1. 
2. 
3. 
4. 
5. 
6. 
7. 
8. 


 
 
101
7. XORDALI  HEYVANLAR. KӘLLӘSİZLӘR, BALIQLAR, SUDA-
QURUDA YAŞAYANLAR VӘ SÜRÜNӘNLӘR 
 
Dərs 49/ Mövzu 41:
 XORDALILAR TİPİ. KƏLLƏSİZLƏR YARIMTİPİ. 
BAŞIXORDALILAR SİNFİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 Müəllim dərsin  əvvəlində keçən dərsin materialına istinad edərkən  şagirdlərlə 
növbəti sualları müzakirə edə bilər:
 
  Keçmiş biologiya dərslərində hansı tiplərə aid olan heyvanları öyrəndiniz? 
  Bu tiplər üçün ümumi olan nədir? (Bu tiplərin nümayəndələrinin ox skeleti və ya 
onurğası yoxdur)
 
 
Sonra müəllim şagirdlərlə birlikdə dərslikdəki mətnlə tanış olur, suallar müzakirə olunur: 
  Xordalar tipinə hansı heyvanlar aiddir?  
  Onları hansı xüsusiyyət birləşdirir?  
Müzakirələrdən sonra müəllim şagirdlərə praktik tapşırığa keçməyi təklif edir. 
 Praktik  iş  dərslikdəki  şəkil, böyük tablolar üzrə aparılır. Nəticələr Venn diaqramı 
şəklində tərtib olunur. 
Müəllim  şagirdləri mətnin birinci abzası ilə tanış edir, xordalıların ümumi 
xüsusiyyətləri qeyd olunur. Bu mərhələdə şagirdlərə onurğalı və onurğasız heyvanların daxili 
quruluşunu əks etdirən şərti sxem təqdim oluna bilər: 
 
Dərslikdəki başıxordalılar sinfinə aid məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik 
qruplarda təhlil olunur. Bu halda dərslikdəki məlumatı bir  neçə hissəyə bölmək məqsədəuy-
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Xordalıların tipinə aid heyvanların quruluşu haqqında  
mülahizələrini şərh edir. 
  Onurğalı  və onurğasız heyvanların quruluşunu və onlara xas 
olan həyati prosesləri fərqləndirir. 
 
 
Onurğasız heyvanlar       Onurğalı heyvanlar
Qan-damar sistemi 
Hәzm sistemi 
Sinir sistemi 
Xorda 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə