Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

 
 
105
 
 Öyrənilən materialın özünəməxsusluğunu və tanışlıq xarakteri daşımasını  nəzərə 
alaraq, işin kiçik qruplarda aparılması  və ya şagirdlər tərəfindən müstəqil öyrənilməsi  
məqsədəuyğundur. Bu zaman əyaniliyi təmin etmək üçün əlavə mətnlərin, müvafiq şəkillərin 
paylanması daha səmərəlidir. http://tana.ucoz.ru/load/181 saytındakı elektron təqdimatlardan 
istifadə etmək mümkündür. Dərsin məqsədlərini nəzərə alaraq nəzəri məlumatla tanışlıq 
aşağıdakı plan üzrə aparıla bilər:
 
1.
 
Dəstənin adı 
2. Yaşayış mühiti 
3. Nümayəndələri 
4. Səciyyəvi xüsusiyyətləri (quruluşu, qidalanması və s.). 
Əgər iş kiçik qruplarda aparılırsa, qruplara əlavə olaraq “Öyrəndiklərinizi yoxlayın” 
bölümündəki tapşırığı verilir. 
5. Balıq ehtiyatlarının azalma səbəblərini söyləyin.  
6. Balıqların qorunma tədbirlərindən üç ən əhəmiyyətlisini söyləyin. 
Alınan nəticələr müzakirə olunur, ümumi sxem tərtib olunur: 
 
 
 “Öyrəndiklərinizi tətbiq edin” və “Öyrəndiklərinizi yoxlayın” bölümlərindəki 
tapşırıqlar qazanılan biliklərin ümumiləşdirilməsi və onları müvəffəqiyyətlə  tətbiq etməsi 
üçün imkan yaradır, nəzərdə tutulmuş bacarıqların formalaşmasına xidmət edir.  
Qiymətləndirmə meyarları: fərqləndirmə,  şərhetmə 
 
Elektron resurs: 
http://tana.ucoz.ru/load/181 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Balıqların dəstələrinə 
aid heyvanları  fərq-
ləndirməkdə çətinlik 
çəkir.  
Balıqların dəstələrinə 
aid heyvanları  müəl-
limin köməyi ilə 
fərqləndirir. 
Balıqların dəstələrinə 
aid heyvanları  qismən 
fərqləndirir. 
Balıqların  dəstələrinə 
aid heyvanları  düzgün 
fərqləndirir. 
Yerli şəraitdə  
balıqların qorunması-
na dair  mülahizələrini 
müəllimin köməyi ilə 
şərh edir. 
Yerli şəraitdə  balıq-
ların qorunmasına 
dair müşahidələr əsa-
sında  mülahizələrini 
çətinliklə şərh edir. 
Yerli şəraitdə  
balıqların  qorunması-
na dair müşahidələr 
əsasında  mülahizələ-
rini, əsasən, şərh edir. 
Yerli şəraitdə  
balıqların qorunmasına 
dair müşahidələr əsa-
sında  mülahizələrini 
düzgün şərh edir. 
Balıqların əhəmiyyəti 
Qida məhsulu  
Qida zəncirlərinin bir halqası 
Yapışqan, sümük unu 
BALIQLAR
Qığırdaqlı 
balıqlar sinfi
Sümüklü 
balıqlar sinfi
Skatlar 
Akulalar 
Pəncəüz-
gəclilər 
Nərə- 
kimilər 
Qızılbalıq-
kimilər 
Siyənək-
kimilər 
Çəki- 
kimilər 


 
 
106
Dərs 52/ Mövzu 44:
 SUDA-QURUDA YAŞAYANLAR  SİNFİ 
 
 Dərsin  əvvəlində  şagirdlərə balıqların xüsusiyyətlərini sadalamaq təklif oluna bilər. 
Suallar vasitəsilə müəllim şagirdləri müzakirəyə cəlb edə bilər. Məsələn:  
  Su mühitində yaşamaq ilə əlaqədar balıqların bədən formasında, xarici 
quruluşunda, daxili orqanlarında hansı uyğunlaşmalar meydana gəlmişdir?    
Sonra mövzunun əvvəlindəki mətn təhlil edilir, sual müzakirə olunur. 
Müəllim “Suda-quruda yaşayanların xarici quruluşunun dəyişilməsinin səbəbi nə 
olmuşdur?” sualı ətrafında da müzakirə təşkil edə bilər.  
 Praktik iş dərslikdəki şəkil, yaxud böyük plakatlar üzrə aparılır.  
 Müəllim  şagirdləri mətnin birinci abzası ilə tanış edir, suda-quruda yaşayanların 
ümumi xüsusiyyətləri qeyd olunur.  
Paraqrafın qalan nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
 
А) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və hər birinin məzmunu müzakirə olunur.   
B) Mətn ilə tanışlıq kiçik qruplarda (3, ya 6), yaxud cütlərlə da aparıla bilər. Suda-quruda 
yaşayanların ümumi xarakteristikası ilə bütöv siniflə tanış olduqdan sonra müəllim sinfi 
qruplara bölür və  hər bir qrup dərslikdəki məlumatın hər hansı hissəsini təhlil edir (mətn, 
şəkillər müəllim tərəfindən də hazırlana bilər). Suda-quruda yaşayanların həyat tsiklinə 
diqqəti yönəltmək lazımdır: çömçəquyruğun quruluşu və həyat fəaliyyəti, yetkin fərdlə oxşar 
və fərqli cəhətləri və s. müqayisəli cədvəldə qeydlər etmək mümkündür:
 
Əlamətlər 
Qurbağa 
Çömçəquyruq 
1. Yaşayış mühiti 
 
 
2. Hərəkət üsulu 
 
 
3. Bədən hissələri 
 
 
4. Qidalanma üsulu 
 
 
5. Tənəffüs orqanları 
 
 
6. Ürəyin quruluşu 
 
 
7. Qan dövranı 
 
 
8. Yan xətt 
 
 
9. Xorda 
 
 
Əvvəlki dərsdə  təklif olunan təsvir alqoritmi tətbiq oluna bilər. Nəticələrin müzakirəsi 
zamanı balıqların və suda-quruda yaşayanların quruluş xüsusiyyətlərində, həyat 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Suda-quruda yaşayanların  quruluşu haqqında  mülahizələrini 
şərh edir. 
  Suda-quruda yaşayanlarda və balıqlarda gedən həyati 
prosesləri fərqləndirir. 
 
 


 
 
107
fəaliyyətində fərqlər müqayisəli təhlil edilir, fərqlərin səbəbləri araşdırılır, nəticələr çıxarılır. 
Belə forma müqayisə  vərdişlərinin formalaşması  və inkişafı üçün ən  əlverişli və effektiv 
hesab oluna bilər.  
 “Öyrəndiklərinizi tətbiq edin”, “Öyrəndiklərinizi yoxlayın” bölümlərindəki tapşırıq-
larda dərsdə mənimsənilən biliklər ümumiləşdirilir, nəzərdə tutulan bacarıqlar formalaşır. 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
 
Dərs 53/ Mövzu 45:
 SUDA-QURUDA YAŞAYANLARIN 
MÜXTƏLİFLİYİ VƏ TƏBİƏTDƏ ROLU 
 
 Dərsin  əvvəlində verilmiş  mətn və sual ətrafında müzakirə  təşkil etmək 
məqsədəuyğundur.  Bu zaman BİBÖ üsulundan istifadə etməklə  şagirdlərin qurbağalar 
haqqında həyati biliklərini aşkar etmək və öyrənmək istədikləri sualları müəyyənləşdirmək 
olar.  
  Qurbağaların faydası varmı? Qurbağalara harada rast gəlinir? Onlar necə hərəkət 
edir? Dərisi nə ilə örtülüdür? Niyə  əksər qurbağalar suyun yaxınlığında məskən 
salır? Qurbağalar necə qidalanır? Və s.  
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Suda-quruda yaşa-
yanların  quruluşu 
haqqında mülahizə-
lərini müəllimin kö-
məyi ilə şərh edir. 
Suda-quruda yaşayan-
ların  quruluşu haq-
qında  mülahizələrini 
şərh edən zaman 
səhvlərə yol verir. 
Suda-quruda yaşa-
yanların  quruluşu 
haqqında  mülahizə-
lərini qismən şərh 
edir.  
Suda-quruda yaşayan-
ların  quruluşu haq-
qında  mülahizələrini 
ətraflı şərh edir. 
 
Suda-quruda yaşa-
yanlarda və balıqlar-
da  gedən həyati pro-
sesləri çətinliklə 
fərqləndirir.  
 
Suda-quruda yaşayan-
larda və balıqlarda  
gedən həyati proses-
ləri qismən fərqlən-
dirir. 
 
Suda-quruda yaşa-
yanlarda və balıqlar-
da  gedən həyati pro-
sesləri fərqləndirən 
zaman kiçik qeyri-
dəqiqliyə yol verir. 
Suda-quruda yaşayan-
larda və balıqlarda  
gedən həyati proses-
ləri düzgün fərqlən-
dirir. 
 
Alt 
STANDARTLAR 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
4.2.1.  Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair müla-
hizələrini şərh edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Suda-quruda yaşayanların  dəstələrinə aid heyvanları fərqləndi-
rir. 
  Ətraf mühitin çirklənməsinin suda-quruda yaşayanların  növ 
sayına təsirini şərh edir. 
 
 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə