Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə39/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

 
 
95
yerinə yetirir?” və s. Dərsin formasından asılı olaraq keçmiş dərsdə tərtib olunmuş cədvələ 
əlavələr edilir.  
Həşəratların inkişaf yollarına xüsusi fikir vermək lazımdır. Məlumatı lövhədə sxem 
şəklində təqdim etmək məqsədəuyğundur:  
 
Aşağıdakı sualların müzakirəsi mümkündür: 
  İnkişaf yollarının oxşar və fərqli cəhətləri nədir?  
  Hər bir inkişaf yolunun hansı üstünlüyü və çatışmazlığı var? 
Həşəratların inkişaf yollarına aid videomaterialı mövzuya aid tövsiyələrin sonunda 
verilmiş saytlarda izləyə bilərsiniz.  
 “Öyrəndiklərinizi tətbiq edin” və “Öyrəndiklərinizi yoxlayın” bölümlərində  təqdim 
olunmuş tapşırıqlar dərsdə mənimsənilən biliklərin ümumiləşdirilməsi və dərsin məqsədində 
qeyd olunmuş bacarıqların formalaşması üçün imkan yaradır.  
A və B şəklində  təsvir olunan həşəratların inkişafı hansı yolla gedir? Şəkildə 1-4 
rəqəmləri ilə  nə  işarə olunub? (Tam və qeyri-tam çevrilmə; A. yumurta, sürfə, pup, yetkin 
fərd; B. yumurta, sürfə, yetkin fərd) 
Fərqli əlamətlər: bədən quruluşu, yerimə ayaqlarının sayı, bığların sayı və s. 
Oxşar əlamətlər: buğumlu bədən, xarici skelet və s.  
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=qB2eeVEYvNc 
http://www.youtube.com/watch?v=lQCeYnr8l6Y 
http://www.youtube.com/watch?v=Zv27rtU1JkY
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Həşəratların quruluşu 
haqqında  
mülahizələrini 
çətinliklə şərh edir.  
Həşəratların quruluşu 
haqqında  mülahizə-
lərini şərh edərkən 
səhvlərə yol verir. 
Həşəratların quruluşu 
haqqında  
mülahizələrini 
qismən şərh edir.  
Həşəratların quruluşu 
haqqında  
mülahizələrini ətraflı 
şərh edir. 
Buğumayaqlılar tipinə 
aid siniflərin nü-
mayəndələrini 
müəllimin köməyi ilə 
fərqləndirir.  
Buğumayaqlılar tipi-
nə aid siniflərin nü-
mayəndələrini qismən 
fərqləndirir. 
 
Buğumayaqlılar 
tipinə aid siniflərin 
nümayəndələrini, 
əsasən, fərqləndirir. 
Buğumayaqlılar tipinə 
aid siniflərin 
nümayəndələrini 
düzgün fərqləndirir. 
Müxtəlif 
buğumayaqlılarda 
gedən həyati 
prosesləri çətinliklə 
fərqləndirir. 
Müxtəlif 
buğumayaqlılarda 
gedən həyati 
prosesləri 
fərqləndirən zaman 
səhvlər buraxır. 
Müxtəlif 
buğumayaqlılarda 
gedən həyati 
prosesləri 
fərqləndirən zaman 
kiçik qeyri-dəqiqliyə 
yol verir. 
Müxtəlif 
buğumayaqlılarda 
gedən həyati prosesləri 
dəqiq fərqləndirir. 
Həşəratların inkişaf yolları
Tam çevrilmə ilə 
Natamam çevrilmə ilə 
Yumurta-sürfə-pup-yetkin fərd 
Yumurta-sürfə-yetkin fərd 


 
 
96
Dərs 46 / Mövzu 40:
 HƏŞƏRATLARIN MÜXTƏLİFLİYİ VƏ TƏBİƏTDƏ 
ROLU 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki mətnlə tanış edir. Sonra 
ipəyin istehsalı haqqında şagirdlərə aşağıdakı ünvanda yerləşdirilmiş videomaterial nümayiş 
etdirilə bilər: 
http://www.youtube.com/watch?v=r3Z2GYB6Q1k 
Videomaterial rus dilində olduğuna görə Azərbaycan bölməsində  səssiz nümayiş etdirilir
müəllim lazımi  şərhlər edir. Şagirdlərin gündəlik müşahidə, həyati biliklərinə  əsaslanaraq 
dərslikdə verilmiş sual müzakirə olunur, ilkin cavablar “Öyrəndiklərinizi tətbiq edin” 
bölümündə təqdim olunmuş cədvəldə qeyd olunur. Dərs ərzində əldə olunan yeni məlumatlar 
bura daxil olunacaq. 
Faydalı həşəratlar Zərərli həşəratlar 
Həşərat 
Əhəmiyyəti Həşərat 
Əhəmiyyəti 
 
 
 
 
 Praktik  iş  dərslikdəki  şəkil üzrə aparılır.  Şagirdlər göstərilmiş  həşəratların həm 
quruluş xüsusiyyətlərini, həm əhəmiyyətini qeyd edə bilərlər (kəpənəyin əl-əlvan qanadları, 
böcəklərin sərt qanadları, arının neştəri və s.).  Əhəmiyyətinə aid xüsusiyyətlər yuxarıdakı 
cədvələ əlavə olunur.  
 Dərslikdəki məlumat şagirdlər tərəfindən müstəqil və ya kiçik qruplarda təhlil olunur. 
Bu halda dərslikdəki məlumatı 3-4 hissəyə bölmək məqsədəuyğundur. Bu zaman əyaniliyi 
təmin etmək üçün mətnlə yanaşı, müvafiq şəkillərin paylanması daha səməlidir.  Əlavə 
mətnləri vermək tövsiyə olunur. Mövzu ilə tanışlıq cədvəl formasında tərtib olunur: 
Dəstənin 
adı 
Qanadların 
sayı və 
quruluşu 
Ağız 
aparatının 
quruluşu 
İnkişaf  
yolu 
Nümayəndələri  Əhəmiyyəti 
 
 
 
 
 
 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda həşəratların inkişaf yolu barədə 
videomateriallar tapmaq olar. 
Dərsdə tanışlıq məqsədilə ictimai həyat tərzi sürən həşəratların (qarışqalar, arılar) 
xüsusiyyətləri, arıçılıq haqqında söhbət açmaq məqsədəuyğundur.  
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündəki cədvəl tamamlanır, nəticələr müzakirə olunur.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Həşəratların müxtəlifliyi haqqında  mülahizələrini şərh edir. 
  Həşəratların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 


 
 
97
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  şagirdlər sadalanan həşəratların hansı  dəstəyə aid 
olduğunu müəyyənləşdirirlər. Bu, dərsin məqsədində qeyd olunmuş bacarıqların formalaş-
ması üçün imkan yaradır.  
Bal arısı  və ya qarışqalar haqqında təqdimatın hazırlanması ictimai həyat tərzi sürən 
həşəratların təbiətdə  və insan həyatında  əhəmiyyətinin dərindən başa düşülməsinə kömək 
edir.  
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=r3Z2GYB6Q1k 
http://www.youtube.com/watch?v=HtQXjh-kDpM 
http://www.youtube.com/watch?v=vV_QpR8f01o 
http://www.youtube.com/watch?v=oUyctR9HnBE 
 
 
Dərs 47/ Mövzu:
 
ONURĞASIZ HEYVANLARIN 
                       ÖYRƏNİLMƏSİ. LABORATORİYA İŞİ 
 
Laboratoriya işi - 1. Zəlilərin quruluş xüsusiyyətləri 
Məqsəd:  Zəlilərin xarici  quruluşunu öyrənmək; onların həlqəvi qurdlar tipinə aid olduğunu 
sübut etmək. 
Təchizat: Lupa, şüşə qab və ya balaca akvarium, canlı tibbi zəlilər, pinset.  
 
İŞİN GEDİŞİ 
1.  Şüşə qabın içində suda üzən zəlilərə diqqətlə baxın. Onların hərəkət formasını təsvir edin. 
Bu zaman zəlinin bədəni necə dəyişir? 
2.  Qabın divarına yapışmış zəlini qoparmağa çalışın. O hansı sormac vasitəsilə yapışır? 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Həşəratların müxtə-
lifliyi haqqında  mü-
lahizələrini müəl-
limin köməyi ilə 
şərh edir. 
Həşəratların 
müxtəlifliyi haqqında  
mülahizələrini şərh 
edərkən səhvlərə yol 
verir. 
Həşəratların 
müxtəlifliyi 
haqqında  
mülahizələrini 
qismən şərh edir.  
Həşəratların 
müxtəlifliyi haqqında  
mülahizələrini ətraflı 
şərh edir. 
Həşəratların 
sistematik 
kateqoriyalarını 
fərqləndirməkdə 
çətinlik çəkir.  
Həşəratların 
sistematik 
kateqoriyalarını 
qismən fərqləndirir. 
Həşəratların 
sistematik 
kateqoriyalarını, 
əsasən, fərqləndirir. 
Həşəratların 
sistematik 
kateqoriyalarını 
düzgün fərqləndirir. 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya ava-
danlıqlarından  istifadə qaydalarına əməl edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
 
 
 
Təlim 
NƏTİCƏLƏRİ
 
 Həlqəvi qurdların və  kəpənəklərin quruluşunun öyrənil-
məsində mikroskopdan və digər laboratoriya avadanlıqların-
dan  istifadə qaydalarına əməl edir. 
 Onurğasız heyvanların quruluş  və müxtəlifliyi  haqqında 
mülahizələrini şərh edir. 

Onurğasız heyvanlın  sistematik kateqoriyalarını fərqləndirir.
 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə