Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
127
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=J97hg33tV1Q  
http://www.youtube.com/watch?v=XvQ-YNq4D5w 
 
Dərs 63/ Mövzu 53:
 MƏMƏLİLƏRİN EKOLOJİ QRUPLARI 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə dərslikdəki mətni müzakirə edə 
bilər.  
  Hansı əlamətlərinə görə heyvanları bu və ya digər sistematik  kateqoriyaya aid edirlər?  
  Başqa xüsusiyyətlərinə görə heyvanları qruplaşdırmaq mümkündürmü? (yaşayış yerinə, 
qidalanmasına görə) 
  Belə qruplar necə adlanır? (ekoloji ) 
  Hansı  əlamətlərinə görə quşları ekoloji qruplarda birləşdiririk? (yaşayış yerinə, 
qidalanma xarakterinə görə). Məməlilər üçün də belə qruplar uyğun gələ bilərmi?  
Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir.
 
 
 Həyati biliklərinə əsaslanaraq şagirdlər adlarına görə göstərilən məməlilərin yaşayış 
yerləri haqqında nəticə  çıxarırlar. Müəllim  şəkillər də  təqdim edə bilər. O, şagirdlərdən 
cavabları əsaslandırmağı xahiş edir, lazımi düzəliş və əlavələr edir.  
Tapşırığın müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron təqdimatlar, yaxud 
videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. Paraqrafın nəzəri 
materialı ilə tanışlıq “Kiçik qruplarda müzakirələr” üsulu ilə aparıla bilər. Bu halda şagirdlər 
məməlilərin ekoloji qruplarını  təhlil edir, təqdimatlar hazırlayırlar.  Şagirdlərə  dərsliklə 
yanaşı əlavə mətnlərin və şəkillərin paylanması tövsiyə olunur. Tədqiqatın nəticələri belə bir 
cədvəl formasında tərtib oluna bilər.  
Ekoloji qrup  Nümayəndələri
  
Səciyyəvi xüsusiyyətləri Davranış xüsusiyyətləri 
 
 
 
 
Qruplar işin nəticələrini təqdim edirlər. Öyrənilmiş materialın müzakirəsi və möhkəmlən-
dirilməsi aşağıdakı qaydada aparıla bilər:  
  Məməlilərin əsas ekoloji qruplarını sadalayın.  
  Açıq sahələrdə yaşayan məməlilərin xarici quruluşunda və davranışında hansı ümumi 
xüsusiyyətlər var?   
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara 
təsirini izah edir.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Məməlilərin ekoloji qrupları haqqında mülahizələrini şərh edir. 
  Cansız təbiətin məməlilərin quruluşuna və həyat tərzinə təsirini 
izah edir.  
 
 


 
 
128
  Ağaclara dırmaşan heyvanların belə  həyat tərzinə uyğunlaşmalarına bir neçə misal 
göstərin.  
  Qazıcı məməlilər üçün nə xarakterikdir?  Misallar göstərin.  
  Su məməlilərinin hansı ümumi xüsusiyyətləri var? və s.  
Materialı ümumiləşdirərək müəllim şagirdləri növbəti nəticəyə yönəldir: Bir ekoloji qrupun 
nümayəndələri arasında (yerdə yaşayan, qazıcı, su, uçan məməlilər) müxtəlif dəstələrə, 
fəsilələrə aid məməlilər var. Lakin onların hamısında  eyni yaşayış mühitinə oxşar uyğun-
laşmalar mövcuddur.  
 “Öyrəndiklərinizi tətbiq edin”  və “Öyrəndiklərinizi yoxlayın” bölümlərindəki  
tapşırıqlar həm dərs ərzində, həm dərsdən sonra yerinə yetirilə bilər.   
Qiymətləndirmə meyarları: şərhetmə, izahetmə 
 
 
Dərs 64 / Mövzu
İNSAN VƏ TƏBİİ BİRLİKLƏR.
 
EKSKURSİYA
 
 
Müəllimin fəaliyyəti
 
Şagirdin fəaliyyəti
 
1. Müəllimin ekskursiyaya hazırlığı:  
а) ekskursiya yerinin təyin olunması 
(məktəbin həyəti, meşə, park və s.), 
b) ekskursiyanın marşrutunun işlənməsi, 
c) tədqiqat obyektlərinin təyin olunması, 
d) şagirdlərin müstəqil tədqiqat işi üçün 
tapşırıqların hazırlanması,                              
1. Şagirdin ekskursiyaya hazırlığı: 
а) ekskursiya zamanı davranış qaydalarının 
müəyyən edilməsi;  
b) müşahidə planı ilə tanışlıq; 
c) ekskursiya üçün binokl, qələm, bloknot 
və fotoaparatın hazırlanması. 
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Məməlilərin ekoloji 
qrupları haqqında 
mülahizələrini çətin-
liklə şərh edir. 
Məməlilərin ekoloji 
qrupları haqqında 
mülahizələrini 
qismən şərh edir. 
Məməlilərin ekoloji 
qrupları haqqında 
mülahizələrini, əsasən, 
düzgün şərh edir. 
Məməlilərin ekoloji 
qrupları haqqında 
mülahizələrini dolğun 
şərh edir. 
Cansız təbiətin 
məməlilərin qurulu-
şuna və həyat tərzinə 
təsirini izah etməkdə 
çətinlik çəkir.  
Cansız təbiətin mə-
məlilərin quruluşuna 
və həyat tərzinə  
təsirini  müəllimin 
köməyi ilə izah edir. 
Cansız təbiətin 
məməlilərin quruluşuna 
və həyat tərzinə təsirini 
qismən izah edir. 
Cansız təbiətin 
məməlilərin quruluşuna 
və həyat tərzinə təsirini 
dolğun izah edir. 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesabla-
malar aparır və nəticələri ümumiləşdirir.  
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsa-
sında mülahizələrini şərh edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Yaşadığı  ərazidə bitkilərin müxtəlifliyi haqqında mülahizə-
lərini şərh edir. 
  Bitkilərin fəaliyyəti nəticəsində baş verən dəyişikliklərə dair 
hesablamalar aparır və nəticələri ümumiləşdirir.  
  Yerli şəraitdə bitkilərin qorunmasına dair müşahidələr əsasında 
mülahizələrini şərh edir. 
 
 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə