Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
129
2. Ekskursiya günü şagirdlərə davranış 
qaydalarını xatırlatmaq, onları 3-4 qrupa 
bölmək.  
2. Müşahidə gündəliyində müvafiq qeydlə-
rin edilməsi – gün, saat, toplantı yeri və s;  
Şagirdlərin qruplara bölünməsi və hər 
qrupun liderinin seçilməsi;  
3. Ekskursiyanı keçirmək, tapşırığın yerinə 
yetirilməsinə nəzarət etmək, izahat və 
əlavələr etmək.  
3. Plan üzrə tapşırığın yerinə yetirilməsi. 
 
4. Yerinə yetirilmiş tapşırığın nəticələrinin 
müzakirəsi.  
4. Toplanmış materialın təqdim olunması, 
yekunlaşdırılma.   
 
Müşahidə planı. Plan əsasında təbii birliyi təsvir edin. 
Bu birlikdə hansı ağaclara rast gəlinir? 
 
Bu birlikdə hansı kollara rast gəlinir? 
 
Bu birlikdə hansı sporlu bitkilərə rast gəlmək olar 
(mamırlar, qıjıkimilər, çılpaqtoxumlular)? 
 
Bu birlikdə hansı simbiontlar var? 
 
Bu birlikdə qorunan və nadir bitkilərə  rast gəlinirmi? 
 
İnsan təbii birliyə təsir edirmi? Əgər edirsə, necə?   
 
Bu birliyin bitkiləri bir-birinə necə təsir edir? 
 
Bu ərazidə təbiəti qoruma tədbirlərinə ehtiyac varmı? 
Əgər ehtiyac varsa, necə qorumaq olar? 
 
İnsanın həyatında yaşıl bitkilərin əhəmiyyəti mövzusunun ümumiləşdirilməsi üçün şagirdlərə 
məsələ həll etməyi təklif etmək olar: 
 
Hesab edin ki, 50 m
2
 yaşıl meşə sahəsinin 1 saat ərzində udduğu karbon qazı bir adamın 
tənəffüs zamanı 1 saat ərzində xaric etdiyi karbon qazına (40 qrama) bərabərdir.  
  1 hektar meşə sahəsində 1 saat ərzində nə qədər karbon qazı udulur? 
  Neçə adam 1 saat ərzində həmin miqdarda karbon qazı xaric edir? 
Məsələnin həlli:  
1hа=10000 m
2
  
10000 : 50 = 200 
Deməli, 1 ha yaşıl meşənin udduğu karbon qazı:  
200 × 40 = 8000 (q) =8 kq bir saatda 
Cavab: 8 кq 1 saatda 
Neçə adam 1 saat ərzində həmin miqdarda karbon qazı xaric edir? 
8000 : 40 =200 (adam) 
Cavab: 200 adam. 
 
Dərs 65/ Mövzu 54:
 İNSAN – MƏMƏLİLƏR SİNFİNİN 
           NÜMAYƏNDƏSİDİR 
Alt 
STANDARTLAR 
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir. 
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  İnsanı anatomik və fizioloji xüsusiyyətlərinə görə digər 
məməlilərlə müqayisə edir. 
  İnsanın ali sinir fəaliyyətinin xüsusiyyətlərini izah edir. 
 
 


 
 
130
 
 Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə dərslikdəki mətni müzakirə edə 
bilər.  Şagirdlər belə bir mülahizə irəli sürürlər ki, bu heyvanları  təlim etmək ona görə 
mümkündür ki, məməlilərin sinir sistemi yüksək inkişaf etmişdir.  Bu müzakirələr növbəti 
mərhələyə keçidi təmin edir. 
 Praktiki işdən  əvvəl müəllim  şagirdlərə müraciət edir: “Üzvi aləmdə insan hansı 
sistematik yeri tutur?” Şagirdlər insanın sistematikası haqqında 6-cı sinifdə aldıqları bilikləri 
yada salır və cədvəli doldururlar:
 
Aləm 
 
Tip 
 
Sinif 
 
Dəstə 
 
Fəsilə 
 
Cins 
 
Növ 
 
Tapşırığı asanlaşdırmaq üçün sistematik kateqoriyaların adlarını təqdim etmək olar: 
Primatlar, İnsan, Heyvanlar, Dərrakəli insan, Hominidlər, Xordalılar, Məməlilər.  
Müəllimin köməyi ilə şagirdlər cədvəli doldurur, sualları müzakirə edirlər:  
– Hansı əlamətlərinə görə insanı xordalılar tipinə aid edirlər? 
– Hansı əlamətlərinə görə insanı məməlilər sinfinə aid edirlər? 
– İnsan digər məməlilərdən nə ilə fərqlənir?
 
 
Praktik işin sualları cavablandırılır, müəllim nəticənin izahını soruşur, lazımi düzəliş və əla-
vələr edir.  
Tapşırıq nəticələrinin müzakirəsindən sonra paraqrafın nəzəri materialının birinci 
hissəsi ilə tanışlıq “İnsert” üsulu ilə aparıla bilər. Mətnlə tanış olduqca “Öyrəndiklərinizi 
tətbiq edin” bölümündəki cədvəli tədricən doldurmaq olar. Nəzəri materialı əyani vəsaitlərə 
(şəkil, elektron təqdimatlar, yaxud videomateriallara) istinad edərkən izah etmək daha 
məqsədəuyğundur.  
İnsanın məməlilərlə ümumi əlamətləri 
İnsanı məməlilərdən fərqləndirən xüsusiyyətlər 
 
 
Tətbiq mərhələsində tamamlanmış  cədvəl nəzərdən keçirilir, şagirdlər qeyd etmədiklərini 
cədvələ əlavə edirlər. 
İnsanın ali sinir fəaliyyəti haqqında məlumatı müəllim əyani vəsaitlərə (elektron təqdimatlar 
yaxud videomateriallara) istinad edərkən izah edə bilər.  Əvvəl müəllim  şagirdlərdən 
aşağıdakı hadisələrin səbəbini müəyyən etməyi təklif edir:  
А) Tutaq ki, siz kənddən böyük bir şəhərə qonaq gəlirsiniz. Dostlarınızın yanında qalırsınız. 
Avtomobillərin səsindən gecə yuxuya gedə bilmirsiniz. Səhər ev sahiblərindən soruşanda ki, 
belə səsdə onlar necə yatırlar, çox güman ki, belə bir cavab eşidərsiniz: “Nə səs? Biz heç nə 
eşitmədik”.  


 
 
131
В) Adam evinin yaxınlığındakı bir yerə getməlidir. Dalğın olduğundan mexaniki olaraq öz 
evinin yanında ayaq saxlayır. Amma əvvəldən onun belə bir fikri yox idi.  
Müzakirələrdən sonra müəllim “şərti” və  “şərtsiz” reflekslər anlayışları ilə  şagirdləri tanış 
edir. Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda  dərs üçün faydalı materiallar 
yerləşdirilmişdir.  
 “Öyrəndiklərinizi tətbiq edin”  və “Öyrəndiklərinizi yoxlayın” bölümlərindəki  tapşırıqlar 
həm dərs ərzində, həm dərsdən sonra yerinə yetirilə bilər.   
Qiymətləndirmə meyarları: müqayisəetmə, izahetmə 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
İnsanı anatomik və 
fizioloji xüsusiyyətlə-
rinə görə digər mə-
məlilərlə müqayisə 
etməkdə çətinlik 
çəkir. 
İnsanı anatomik və 
fizioloji xüsusiyyətlə-
rinə görə digər 
məməlilərlə 
müəllimin köməyi ilə 
müqayisə edir. 
İnsanı anatomik və 
fizioloji xüsusiyyətlə-
rinə görə digər mə-
məlilərlə qismən 
müqayisə edir. 
 
İnsanı anatomik və 
fizioloji xüsusiyyətlə-
rinə görə digər 
məməlilərlə dolğun 
müqayisə edir. 
 
İnsanın ali sinir 
fəaliyyətinin xüsusiy-
yətlərini çətinliklə 
izah edir. 
İnsanın ali sinir fəaliy-
yətinin xüsusiy-
yətlərini müəllimin 
köməyi ilə izah edir. 
İnsanın ali sinir 
fəaliyyətinin 
xüsusiyyətlərini  
qismən izah edir. 
İnsanın ali sinir 
fəaliyyətinin 
xüsusiyyətlərini ətraflı 
izah edir. 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=-FGgXdb7VFE 
http://www.youtube.com/watch?v=RswpxQ1IJsw 
http://www.youtube.com/watch?v=H5aF8eQbMwM 
 
 
Dərs 66/ Mövzu 55:
 BİOMÜXTƏLİFLİK. NADİR VƏ NƏSLİ  
                                  KƏSİLMƏK TƏHLÜKƏSİ OLAN YERLİ 
                                  FAUNANIN MÜHAFİZƏSİ 
 
 
Alt 
STANDARTLAR 
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr 
əsasında mülahizələrini şərh edir. 
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını 
fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Yerli şəraitdə heyvanların qorunmasına dair müşahidələr 
əsasında mülahizələrini şərh edir. 
  Respublikanın faunasının qorunma yollarını fərqləndirir. 
 
 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə