Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   46   47   48   49   50   51   52   53   54

 
 
125
 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
Elektron resurs: 
http://tana.ucoz.ru/load/320 
 
Dərs 62/ Mövzu 52:
 MƏMƏLİLƏRİN ÇOXALMASI, DAVRANIŞI VƏ 
ONLARIN HƏYATINDA MÖVSÜMİ DƏYİŞKƏNLİKLƏR 
 
 Müəllim dərsin əvvəlində anlayışlar sxemini tamamlamağı təklif edə bilər:  

 mayalanma 
 rüşeymin yaranması  
rüşeymin inkişafı
 

Müəllim şagirdlərlə aşağıdakı sualları müzakirə edir: 
  Sürünənlərin rüşeymi harada inkişaf edir? Bəs quşların?  
  İnkişaf edən rüşeymlər nəyin hesabına qidalanır? 
  Bu heyvanların yumurtadan çıxan balaları necə inkişaf edir?    
  Sizin fikrinizcə, məməlilərin rüşeyminin və balalarının inkişafı nə ilə fərqlənir? 
Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir.
 
 
 Mövcud  biliklərdən və müzakirə zamanı  nəticələrdən faydalanaraq şagirdlər 
şəkildəki canlıların ilkin inkişafındakı ümumi və fərqli cəhətləri müəyyən edirlər. 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Məməlilərin   quru-
luş müxtəlifliyi  haq-
qında  mülahizələrini 
yalnız müəllimin 
köməyi ilə şərh edir. 
Məməlilərin  quru-
luş müxtəlifliyi 
haqqında  mülahi-
zələrini çətinliklə 
şərh edir. 
 
Məməlilərin  quruluş 
müxtəlifliyi haqqında  
mülahizələrini şərh 
edərkən kiçik qeyri-
dəqiqliyə yol verir. 
Məməlilərin  quruluş 
müxtəlifliyi haqqında  
mülahizələrini geniş 
şərh edir. 
Sürünənlərdə və 
məməlilərdə gedən 
həyati prosesləri  
çətinliklə 
fərqləndirir. 
Sürünənlərdə və  
məməlilərdə  gedən 
həyati prosesləri 
müəllimin köməyi ilə 
fərqləndirir. 
Sürünənlərdə və 
məməlilərdə gedən 
həyati prosesləri 
qismən fərqləndirir. 
Sürünənlərdə və 
məməlilərdə gedən 
həyati prosesləri 
düzgün fərqləndirir. 
Alt 
STANDARTLAR 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara 
təsirini izah edir.  
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Məməlilərdə  və digər onurğalılarda çoxalma prosesini fərq-
ləndirir. 
  Mövsümi hadisələrin məməlilərin həyat tərzinə  təsirini izah 
edir.  
 
 


 
 
126
Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda müzakirələr” 
üsulları ilə aparıla bilər. Dərsin məqsədlərini nəzərə alaraq məlumatla tanışlıq zamanı 
müəllim növbəti məsələlərə xüsusi diqqət yetirməlidir:  
  Məməlilərin cinsiyyət sisteminin quruluş xüsusiyyətləri 
  Yumurtaqoyan, kisəli və plasentar məməlilərin çoxalmasının quruluş xüsusiyyətləri, 
nümayəndələri   
  Rüşeymin inkişafında plasentanın əhəmiyyəti. 
  Diri baladoğma və balaların südlə bəslənməsi.  
  Hamiləlik dövrünün və balaların sayının çoxalma şəraitindən asılılığı.  
  Nəsil qayğısına qalma. 
Müəllim şagirdləri bəzi məməlilərin çoxalma xüsusiyyətləri haqqında məlumatlarla tanış edə 
bilər:  
 Materialın bu hissəsi müstəqil, yaxud cütlərlə öyrənilə bilər. Dərslikdəki mətndən 
istifadə edərkən şagirdlər məməlilərin illik həyati tsikllərini qeyd edir və quşlarla müqayisə 
edirlər.  Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda  dərs üçün faydalı materiallar 
yerləşdirilmişdir.  
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təklif olunan tapşırıqda  şagirdlər düzgün 
ifadələri seçir, digərlərinin niyə səhv olduğunu izah edirlər.   
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunan tapşırıqlar həm dərs  ərzində, həm 
evdə yerinə yetirilə bilər. 
Qiymətləndirmə meyarları: fərqləndirmə, izah etmə 
Qruplar Xüsusiyyətləri Bətndaxili inkişafın müddəti 
Kisəlilər Kisəli heyvanlardır, balaca və 
inkişaf etməmiş bala doğurlar
onların inkişafı kisədə davam edir. 
Opossum  – 12 gün 
Kenquru – 38-40  gün 
Həşəratyeyənlər 
İnkişaf etməmiş balalar doğurlar 13-19 
gün 
Gəmiricilər 
Əksəriyyəti balalarını isti yuvalara 
gətirir. 
Çölsiçanı – 16-23 gün 
Marmot – 30-40  gün 
İri yırtıcılar 
Əksəriyyətinin balaları kor və aciz 
doğulur. 
Qunduz – 130 gün 
Bəbir – 120  gün 
Qonur ayı – 200 gün 
Dırnaqlılar 
Anadan olan balalar yaxşı inkişaf 
etmiş olub, analarının arxasınca 
gəzir. 
Qaban – 150  gün 
Öküz – 290 gün 
İkibuynuzlu kərgədan – 530-550 gün. 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Məməlilərdə və di-
gər onurğalılarda 
çoxalma prosesini  
çətinliklə fərqlən-
dirir.  
Məməlilərdə və 
digər onurğalılar-
da çoxalma prose-
sini fərqləndirər-
kən səhvlər 
buraxır. 
Məməlilərdə və di-
gər onurğalılarda ço-
xalma prosesini 
fərqləndirərək kiçik 
qeyri-dəqiqliyə yol 
verir. 
Məməlilərdə və 
digər onurğalılarda 
çoxalma prosesini 
düzgün  fərqləndirir. 
 
Mövsümi hadisələ-
rin məməlilərin hə-
yat tərzinə təsirini 
izah etməkdə çətin-
lik çəkir. 
Mövsümi hadisə-
lərin  məməlilərin  
həyat tərzinə təsiri-
ni müəllimin kö-
məyi ilə izah edir. 
Mövsümi hadisələrin 
məməlilərin həyat 
tərzinə təsirini qismən 
izah edir. 
Mövsümi hadisələrin 
məməlilərin həyat 
tərzinə təsirini 
dolğun izah edir. 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə