Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

 
 
108
Dərsin sonunda isə bu sualların nə  dərəcədə cavablandırıldığı qeyd oluna bilər. Bu 
müzakirələr “Fəaliyyət” blokunda nəzərdə tutulmuş laboratoriya işinə  şagirdlərin 
hazırlanmasını təmin edir.  
 Praktik  iş zamanı  şagirdlər suda-quruda yaşayanların quru və su mühitlərinə uyğun 
olan  xüsusiyyətlərini qruplaşdırır, sualı cavablandırırlar. Lazım gəldikdə, BİBÖ cədvəlinin 
müvafiq sütununa əlavələr edilir.  
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. 
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda müzakirələr” 
üsulları ilə aparıla bilər.  
Dərsin sonunda ümumiləşdirici cədvəl tərtib etmək faydalıdır. 
Dəstənin adı 
Nümayəndələri 
Əlamətləri 
Quyruqsuzlar 
 
 
 
Quyruqlular
 
 
 
Ayaqsızlar
 
 
 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlardan istifadə etmək tövsiyə olunur. 
Suda-quruda yaşayanların  əhəmiyyəti haqqında məlumat həm siyahı, həm sxem şəklində 
təqdim oluna bilər. Azərbaycanın “Qırmızı kitabı”na daxil olan növlərin adı  şagirdlərin 
dəftərlərində qeyd olunur. Motivasiya mərhələsində təqdim olunan mətnə qayıdılır, müəllim 
şagirdləri əlavə məlumatla tanış edir. 
Fransada tələbələr və alimlər qurbağadan təcrübələrdə istifadə etdiklərinə görə hörmət və 
minnətdarlıq  əlaməti kimi ona heykəl qoydurmuşlar. Tibbi tədqiqatlarda istifadə olunan 
milyonuncu qurbağanın  şərəfinə Yaponiyada da tələbələrin topladığı pul hesabına  heykəl 
qoyulmuşdur. 
 “Öyrəndiklərinizi tətbiq edin”, “Öyrəndiklərinizi yoxlayın” bölümlərindəki 
tapşırıqlarda dərsdə  mənimsənilən biliklər ümumiləşdirilir, nəzərdə tutulan bacarıqlar 
formalaşır. Dərs  ərzində tamamlanmış  cədvəl düzgün cavabları seçməyə, suda-quruda 
yaşayanların siniflərinin və onlara aid heyvanların adını müəyyənləşdirməyə xidmət edir. 
Göstərilmiş faktları  təhlil edən  şagird dərsdə qazanılmış biliklərdən istifadə edir, səbəb-
nəticə əlaqələrini qurur. 
Mülayim qurşaqda qurbağaların onlarla, tropiklərdə isə 1500-dən çox növünə rast gəlinir. 
Bunu necə izah etmək olar? (Soyuqqanlı heyvan olduqlarına görə) 
3. Quruda qurbağaların əksəriyyəti tullanmaqla hərəkət edir. Nə üçün tritonlar quruda belə 
hərəkət edə bilmir? (Quru qurbağalarından fərqli olaraq, ön və arxa ətrafları eyni 
uzunluqdadır) 
4. Quru və göl qurbağalarından hansı eyni məsafəni daha tez qət edər? (Quru qurbağasının 
arxa ətrafları göl qurbağasındakından daha qısa olduğuna görə) 
Qiymətləndirmə meyarları: fərqləndirmə, şərhetmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Suda-quruda yaşa-
yanların  dəstələrinə 
aid heyvanları  çətin-
liklə fərqləndirir. 
Suda-quruda yaşa-
yanların  dəstələrinə 
aid heyvanları  müəl-
limin köməyi ilə 
fərqləndirir. 
Suda-quruda yaşa-
yanların  dəstələrinə 
aid heyvanları  qis-
mən fərqləndirir. 
Suda-quruda yaşa-
yanların  dəstələrinə 
aid heyvanları  düzgün 
fərqləndirir. 


 
 
109
 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=ivEmbcxQLcM 
http://www.youtube.com/watch?v=YFW_fzJpbis 
http://www.youtube.com/watch?v=P-phUEqHXFA 
http://www.youtube.com/watch?v=K5SRcRHHhP4 
 
Dərs 54/ Mövzu 46:
 SÜRÜNƏNLƏR SİNFİ 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə dərslikdəki mətni müzakirə edə 
bilər. Sonra müəllim  şagirdlərə  “Bu ifadələri hansı heyvanlara aid etmək olar” sualı ilə 
müraciət edir: 
  Zəhərlidir, dəri örtüyünü dəyişə bilir (ilanlar); 
  Uzunömürlüdür, möhkəm çanaqları olur (tısbağalar); 
  Şikarını suda pusan yaşıl yırtıcı (timsahlar); 
  Çox cəlddir, təhlükə hiss etdikdə quyruğunu qırır (kərtənkələlər). 
– Bu heyvanları birləşdirən nədir? (Bir sinfə aiddir) 
– Onların həyat tərzi suda-quruda yaşayanlardan nə ilə fərqlənir? 
– Quruda yaşayan heyvanlarda suda yaşayan heyvanlarla müqayisədə hansı orqanlar sistemi 
dəyişmişdir? Hansı səbəbdən? 
Şagirdlərin lövhədə qeyd olunan fərziyyələri mövzunu tamamladıqdan sonra yoxlanılır.
 
Bu 
müzakirələr növbəti mərhələyə keçidi təmin edir. 
 Praktik iş zamanı şagirdlər suda-quruda yaşayanların əlamətlərini seçir, sürünənlərin 
quruluşu haqqında ilkin bilikləri  əldə edirlər  (Suda-quruda yaşayanlar – 1, 4, 5, 7, 10; 
Sürünənlər – 2, 3, 6, 8, 9).
 
 
Ətraf mühitin 
çirklənməsinin suda-
quruda yaşayanların  
növ sayına təsirini 
çətinliklə şərh edir. 
Ətraf mühitin 
çirklənməsinin suda-
quruda yaşayanların  
növ sayına təsirini 
şərh edərkən 
səhvlərə yol verir.  
Ətraf mühitin 
çirklənməsinin suda-
quruda yaşayanların  
növ sayına təsirini 
şərh edərkən kiçik 
qeyri-dəqiqliyə yol 
verir. 
Ətraf mühitin 
çirklənməsinin suda-
quruda yaşayanların  
növ sayına təsirini 
dolğun şərh edir. 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Sürünənlərin  quruluşu haqqında  mülahizələrini şərh edir. 
  Suda-quruda yaşayanlarda və sürünənlərdə gedən həyati 
prosesləri fərqləndirir. 
 
 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə