Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
174
din xadimlərinin yığıncağında iştirak etmişdir. Əbu Səid zahiri-
liyin banisi Davud ibn Əli ilə tanış olmuş və onunla xüsusi
görüşlər keçirmişdir. O, bir müddət Bağdadda qalmış, mötəzili
təliminin əsaslarını tədris etmişdir. Əbu Səid əl-Bərdəi
Bağdaddan Məkkəyə gedərkən həccə gedənlərlə birlikdə
qərnatilər tərəfindən öldürülmüşdür (90, s.108; 195, s.119; 327,
s. 91).
Xətib Bağdadi nəql edir ki, «Əbu Səid Bərdəi həcc edərək
Bağdada daxil oldu. O, Zahirin dostu Davud ibn Əlinin yanına
düşdü… Əbu Səid illərlə Bağdadda qalıb dərs dedi. Sonra həccə
getdi… Həccacla birlikdə 317 (m.t.929)-ci ildə qərnatilər
döyüşündə öldürüldü» (127, s.18).
Yuxarıda adları çəkilənlərdən başqa, bir çox Bərdəli
alimlərin şəxsiyyəti, yaradıcılığı və elmi fəaliyyəti haqqında
bizə gəlib çatmış məlumatları ardıcıllıqla təqdim etməklə yanaşı,
onların yaşayıb yaratdıqları dövrün ictimai mühiti, mədəniyyət
və elm dünyası haqqında ətraflı məlumat vermək yerinə düşərdi.
Öncə bir məsələni də qeyd etmək lazımdır ki, mənbələrdə
göstərildiyi kimi, islam dininin əhatə etdiyi şəhərlərdən ərəb di-
lini bilən, elmə, mədəniyyətə və incəsənətə marağı olan şəxslər
Şərqin mədəniyyət mərkəzlərinə gedir, təhsil və biliklərini
artırır, bəziləri geri- öz vətənlərinə qayıdır, bir çoxu isə ya təhsil
aldığı şəhərdə qalır, ya da başqa müsəlman ölkələrinə gedib
fəaliyyət göstərirdilər. Mənbələrdə Yaxın Şərqin və Orta
Asiyanın iri mədəniyyət mərkəzlərində – Bağdadda, Qahirədə,
Dəməşqdə, Nişapurda, Şaşda (Daşkənddə) və b. fəaliyyət
göstərmiş bir çox bərdəlinin adı çəkilir. Burada qeyd edilir ki,
tanınmış bir çox Bərdəli alimlər və mütəfəkkirlər var idi ki, on-
lar hüquqa, fəlsəfəyə və digər elmlərə dair qiymətli əsərlər
yaratmışdılar (127; 128; 129; 174; 347).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
175
Bu bir tarixi faktdır ki, islamın yayıldığı Yaxın və Orta
Şərq ölkələrində alimlərin yetişməsində Azərbaycan
mütəfəkkirlərinin də xidməti olmuşdur. Məsələn, (913-cü ildə)
Əbü-l-Qasim Bətrani Misirdə Məhəmməd ibn Zeyd
Bərdəinin mühazirələrini dinləmişdir (127, s.18).
Ərəb müəllifi Yaqut əl-Həməvi bildirir ki, «…Bərdə
şəhərindən olan və imam alimlərdən ideya alan alimlər var idi»
(40, s.87; 129, s.75). Onlardan Məkki ibn Əhməd Bərdəi
(…965) mühəndis, səyyah və hədisçi idi. O, Dəməşq şəhərində
Əhməd ibn Umeyrdən, Trablisdə Abdulla ibn Həsəndən,
Bağdadda Əbü-l-Qasim Bəğəvidən təhsil almışdır. Alim 941-
942-ci ildə Nişapura, 961-ci ildə isə Mavərənnəhrə getmiş,
Səmərqənddə hədisçilər dərnəyini yaratmışdı. O, 965-ci ildə Şaş
(Daşkənd) şəhərində vəfat etmişdir (90, s.109; 127, s.18; 174,
s.139; 347, s.120). Mənbələrdə bildirilir ki, Məkki ibn Əhməd
Bərdəi təkcə Xorasanda insanı heyrətə salacaq qədər kitab
yazmışdı (127, s.18).
Əbu Bəkr Məhəmməd ibn Yəhya Hilali əl–Bərdəi
xaricilər təriqətinin görkəmli nümayəndələrindən biri idi. O,
əsas təhsilini Bağdadda almış, şair və alim kimi tanınmışdı. So-
nralar o, Səmərqəndə gəlmiş və burada hədis söyləməklə şöhrət
qazanmışdı. O, ənənəvi dini fənlərlə yanaşı filologiya ilə məşğul
olmuşdur. Onunla şəxsən görüşmüş ən-Nədim onun
dünyagörüşü, əsərlərinin adı barədə məlumat vermişdir. Əbu
Bəkr Məhəmməd əl-Bərdəi təqiblərə məruz qalmış, əsərləri giz-
lədilmişdir. Bu səbəbdən onun əsərləri itmişdir. Onun 961-ci
ildə vəfat etdiyi bildirilir (90, s. 109; 127, s. 20-21; 347, s. 120).
Səid ibn Əmr Əbu Osman əl-Əzdi əl-Bərdəi Dəməşqdə və
Xilafətin başqa mərkəzlərində tanınmış hədis bilicisi idi. O, bir
çox müsəlman mədəni mərkəzlərində olmuş, görkəmli
ilahiyyatçılardan təhsil almışdır. Alim Dəməşq şəhərində islam
hüquqşünası Əbu Zuranın hədislərinə qulaq asmış və onun
ardıcıllarından
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
176
biri olmuşdur. Səid əl-Bərdəi Misirə – müəlliminin yanına
getmiş, onun üzünü köçürdüyü əsərlərini ona oxumuş və təbliği
üçün icazə almışdır. Ərəb müəllifi nəql edir ki, Səid əl-Bərdəi
bir gün qapısını bağlayıb evdən bayıra çıxmır və bildirir ki,
«adamlar hədisləri təhrif etdiyi üçün mən bir də hədis
söyləməyəcəyəm». Lakin şagirdlərindən birinin (Məhəmməd
ibn Vərək ər-Razinin) səyi nəticəsində o, inadından əl çəkir,
hədislər söyləməyə başlayır (347, s.117). Səid əl-Bərdəi yalnız
hədis söyləməmiş, onların təhrif edilməsinə qarşı mübarizə
aparmışdır. Onun həyat və fəaliyyəti barədə əldə kifayət qədər
məlumat yoxdur. Mənbələr onun 883-cü ildə vəfat etdiyini bildi-
rir (90, s.106-107; 174, s. 91; 347, s.117-118). Əhməd ibn
Ömər Əbül–Həsən əl–Bərdəi Bağdadın mütəzili təriqətinə
mənsub olan mötəbər alimlərindən olmuşdur. O, mütəzililərdən
Əbu Mücaəllad ibn əl-Hüseyndən təhsil almışdır. Əhməd ibn
Ömər Əbül–Həsən əl-Bərdəi haqqında mənbələrdə bildirilir ki,
o, yüksək təhsil görmüş, görkəmli alim olmuşdur. Alim
dövrünün məşhur mütəzililərindən Əbu Əli Məhəmməd ibn
Əbdü-l-Vəhab Cübai, Hişam ibn Ömər Füvəti, Əbbal ibn
Süleyman və başqaları ilə dostluq etmişdir. Bağdadın bir çox
görkəmli alimləri ondan dərs almışdılar. Onlardan şəfiit fəqihi
Əbu Abbas Əhməd ibn Ömər ibn Sürayc, malikilərin başçısı
Əbu Həsən Abdullah ibn Müta əl-Fədl, mütəkəllim fəqih Teyyib
Məhəmməd ibn İbrahim Xalid əl-Bağdadini göstərə bilərik.
Onun IX əsrin ikinci yarısınadək yaşadığı güman edilir (90,
s.107; 174, s.91; 347, s.118).
Bağdadda yaşamış Əbu Bəkr Əhməd ibn Harun Bərdici
əl–Bərdəi haqqında mənbələrdə maraqlı məlumat verilir. Harun
Bərzəi və ya Bərdəi Bərdə şəhəri yaxınlığında olan Bərdicdən
Bağdada getmiş və orada yaşamışdır. Əbu Səid əl-Eşəc, Harun
ibn İshaq, Rəbi ibn Süleyman, eləcə də Şam, Harameyn, Əcəm,
Misir, İrak və Cəzirədəki alimlərdən
Dostları ilə paylaş: |