Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
177
təhsil almış, elm öyrənmiş və fəaliyyət göstərmişdir. Əbu Əli
ibn Savvaf, Əbu Bəkr əş-Şəfii, Əbül Qasim ət-Təbərani, Əli ibn
Lülü əl-Vərraq və bir çoxları ondan rəvayət öyrənmişdir. Əhməd
ibn Harun Bərdəi hədisdən bəhs edən bir sıra kitabların
müəllifidir. Onun yazdığı «Əl-Əsma əl-mufrədə» kitabı
müsəlman ideoloqları üçün ən qiymətli kitablardan biri hesab
edilir. Həmin kitabın əlyazması Qüdsdə (Yerusəlimdə Xalidiyyə
kitabxanasında) saxlanılır. Hədis elmində sika, mömin və hafis
kimi dəyərləndirilən Bərdicinin daha iki əsəri günümüzə gəlib
çatmışdır. Onlardan biri «Tabakat-ül əsma il-müfrədə», ikincisi
«Cüz fi mən rəva anin-nəbiyyi…minəş-sahabe fil-kəbair» dir.
Əhməd ibn Harun Bərdəi təxminən yetmiş yaşlarında Bağdadda
vəfat etmişdir (127, s. 18).
Əbu Bəkr Əbdüləziz ibn Həsən Bərdəi Dəməşqdə
Məhəmməd ibn Abbasdan, Misirdə Əbu Yaqub İshaq ibn
İbrahim Bağdadidən, Mosulda Əhməd ibn Mərdən, Nişapurda
Məhəmməd ibn İshaqdan təhsil almışdır. O, Məhəmməd ibn
İshaqın vəfatından sonra, 930-cu ildə Rabata və oradan Nisa
şəhərinə köçmüş, 935-ci ildə Nisada vəfat etmişdir (127, s. 18).
Məhəmməd ibn Zeyd ibn Yədəhdəvayh əl–Heysəm əl–
Bərdəi ilk təhsilini Bərdədə almış, sonra Misirə gedərək uzun
müddət orada yaşamışdır. O, ədəbiyyat, dil və poeziya sahəsində
böyük şöhrət qazanmışdı. Onun ləyaqət və qabiliyyətinə
hörmətlə yanaşmış Əbu Əbd ül-Kadi öz vəqf mülkünün bir
hissəsini istifadə üçün ona vermişdir. Əbül Qasim Təbərani 912-
ci ilin aprelində onun mühazirələrini dinlədiyini bildirir. Təəssüf
ki, onun nə əsərləri, nə də əsərlərinin adları bizə məlum deyildir
(90, s.110; 179, s. 21).
Şərq ölkələrini bürümüş rəsmi dini ideologiya ilə bidət
arasındakı ideya mübarizəsi Bərdədə də öz təsirini göstərmişdi.
Həmin dövrdə ortodoksal islama qarşı sufilik,
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
178
mütəzililik cərəyanı tərəfdarları olan bidətçilər ideya mübarizəsi
aparırdılar (127, s.18). Orta əsr mənbələrində hədisçi, fəqih
Məhəmməd ibn Xalid Bərdəi (…?-938) haqqında «nüfuzlu,
nüfuz sahibi», «inanılmış», «doğruçu, sədaqətli» kimi ifadələr
işlədilir (127, s.18). Orta əsr mənbələrində IX-X əsrlərdə
yaşamış sufilərin sırasında Səid ibn Qasim Bərdəinin və Əbu
Əli Hüseyn ibn Süfvan ibn İshaq ibn İbrahim Bərdəinin
adları çəkilir (127, s.28). Əbu Əli Hüseyn ibn Süfvan Bərdəi X
əsrin birinci yarısında Bağdadda görkəmli hədis
təbliğatçılarından biri idi. O, dövrünün «yüksək biliyə malik
həqiqi ədib və tarixçisi» Əbu Bəkr ibn Əbu Dünyidən təhsil
almışdı. Sonra o, müəlliminin əsərlərinin tədrisi və təbliği ilə
məşğul olmuşdur. Əbu Əli Hüseyn ibn Süfvan Bərdəi 952-ci
ildə vəfat etmişdir (90, s. 108; 347, s. 120). Əli ibn Əbdüləziz
Bərdəi (…? – 997) Şərq ölkələrinin məşhur sufilərindən idi.
Mənbələrin göstərdiyinə görə, Əbülhəsən Əli ibn Əbdü-l-Əziz
Bərdəi Bağdadda Əbu Hatəm Razinin, Nəsr ibn Mənsur
Ərdəbilinin yanında təhsil almışdır. O, Bağdadın böyük
tacirlərindən olmuşdur. Tacir, alim 997-ci ilin yanvar ayında
vəfat etmişdir (90, s.109; 129, s.78).
Beləliklə, orta əsrlərdə Şərq ölkələrinin çox hissəsini
bürümüş müsəlman dünyasında məşhur olan elm adamlarının,
ədiblərin sırasında Bərdəli alimlərin olması Bərdə tarixinin
çiçəklənmə dövrünü səciyyələndirir. Maddi və mənəvi
mədəniyyətin vəhdəti Bərdənin mədəni həyatınının ən parlaq
tərəqqi dövrünü xarakterizə etməyə imkan verir.
Xilafətdə hakimiyyətə sahib olmaq uğrunda gərgin
mübarizə gedərkən Bərdədə də İslamın təəssübkeş ideoloqları
ilə mütəzililər arasında kəskin mübarizə gedirdi. Mütəzililər ila-
hi qüvvələri inkar edirdilər. Onların yaradıcılığında təbii-elmi
fikirlər, o cümlədən ruh, substansiya, cisim, atom haqqında
maraqlı mülahizələr irəli
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
179
sürülmüşdür (127, s.25). Mütəzililərlə ortodoksal sünnilik
arasında gedən kəskin mübarizə hətta açıq vuruşmalara səbəb
olurdu. Ərəb tarixçisi və coğrafiyaşünası əl-Yaqubi (…?-897) o
dövrdə Bərdədə islamın təəssübkeş ideyaları ilə mütəzililər
arasında baş vermiş münaqişənin nəticəsini təsvir edərək yazır:
«Bərdədə mütəzililərlə təəssübkeş müsəlmanlar arasında dava
düşdü. Onlar bir-birini az qala qırıb qurtarana qədər vuruşdular»
(127, s.25; 129, s.77).
Bərdə şəhəri və onun ətraflarında mənəvi-ideoloci
mübarizələrin mahiyyətinən asılı oaraq mənəvi fikir cərəyanları
da formalaşırdı. Bu cərəyanlar ətrafında birləşən tərəfdarların
içərisində o dövrün ziyalıları, tanınmış şəxsləri də var idi.
Mütəzililiyin Azərbaycanda ən böyük nümayəndələrindən
biri bərdəli Əbu Bəkr Məhəmməd ibn Abdullah ibn
Əbülhəsən Bərdəi olmuşdur (127, s.23). Məhəmməd ibn Ab-
dullah Bərdə şəhərində anadan olmuş, bir müddət Bağdadda
yaşamışdır. Onun haqqında isə yeganə ilk mənbənin öz müasiri
ən-Nədimin (936-995) «Əl-Fihrist» («Göstərici») kitabından
ibarət olduğu göstərilir. Mütəfəkkirlə şəxsən tanış olmuş müəllif
onun əqidəsinə və əsərlərinə dair yığcam şəkildə dəyərli
məlumat vermişdir: «Əbu Bəkr Bərdəini (adı Məhəmməd ibn
Abdullahdır) 951-952-ci ildə gördüm. Mənimlə etdiyi söhbətdən
mütəzili məzhəbinə aid mənsubiyyəti aydınlaşdı. O, xarici olub,
onların (xaricilərin) fəqihlərindən biri idi. Alim təxminən 961-ci
ildə vəfat etmişdir» (127; 129). Ən-Nədim Əbu Bəkr
Məhəmməd Bərdəinin aşağıdakı əsərlərinin adını çəkmişdir:
«Kitab əl-murşid fil-fiqh» («Fiqhə dair rəhbər kitab»), «Kitab
ər-rədd ələ əl-muxtalifin fil-fiqh» («Fiqhə dair müxalifətçilərə
cavab kitabı»), «Kitab təzkirət əl qərib fil-fiqh» («Fiqhə dair
qəribin xatiratı kitabı»),
Dostları ilə paylaş: |