402
Yalnız mənim vaxtsız ölümümdədir.
Axırıncı sözlərini deməyə macal tapmamış, o,
çoxdan bəri
arzuladığı xoşbəxtliyin uçurumuna yuvarlandı. Səhər dağların
arxasında yerləşən dərədə külək coşaraq vıyıldayırdı. Günəş
dağların başını və qayaları işıqlandırırdı. Orada qaramtıl, üstü
örtülmüş bir şey gözə dəyirdi.
Bu Kamalın fələk tərəfindən atılmış vücudu idi.
1907
403
SOYUQ BUSƏ
1
Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar,
onların gözəlliyi, əzilib-büzülməsi, gözəl gülüşləri, onlarla
tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir
şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun
aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox
tez bir zamanda
həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni
təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.
N-ə qarşı həvəsim belə öldü.
Oxucum, N bizim evlə üzbəüz
mavi rəngli evin ikinci
mərtəbəsində yaşayır. (Marinsk gimnaziyasının VIII sinif
şagirdi N). Artıq yeddi aydır ki, biz üzbəüz evlərdə yaşayırıq, o
elə hey pəncərənin qarşısında dayanıb gülür və əzilib-büzülür.
Diqqətimi cəlb etmək üçün pəncərədən gah anlaşılmaz fiqurlar,
gah güzgü, şəkil və kitablar göstərir. Olub ki, qış vaxtı tanışlıq
üçün görüş təyin edib, amma mənə çatanda deyib məşğulam.
Pəncərə qarşısındakı bu hərəkətlər uzun müddət davam etdi,
ancaq küçəyə çıxanda bir-birimizə yad olurduq: bir-birimizə
gülümsəmək əvəzinə biz qəribə tərzdə ətrafa baxırdıq. Bir
axşam o yenə də işarə ilə tanış olmaq istədiyini mənə anlatdı.
Bu dəfə mən fürsəti əldən vermədim, papağımı və paltomu
götürüb tez küçəyə çıxdım və onun arxasıyca düşdüm. O düz
gedirdi, tez-tez aldadıcı nəzərlərlə arxaya baxırdı. Onun hər
təbəssümü, hər yalançı baxışı mənim addımlarımı tezləşdirirdi.
Birdən küçənin yoxuşuna çatanda o döndü. Mən dayandım,
daha
getməyə cəsarətim, hünərim çatmadı. Ancaq o tez-tez
dönüb arxaya baxırdı və onun bu hərəkəti məni
cəsarətləndirirdi, mənə imkan verirdi ki, yenə də onun
arxasıyca düşüm. Heç 20 addım getməmiş mən özümü təqdim
etdim və onu evlərinə qədər ötürdüm.
Mən N xanımla belə tanış oldum və hətta öz gənclik
1
Рус дилиндя йазылмыш бу щекайянин дя тяръцмячиси Лейла
мяъидгызыдыр (Ред.).
404
gündəliyimin bir neçə səhifəsinə onun haqqında yazmışam…
Görüş təyin olundu, görüşdük, bütün mövzulara toxunduq.
Ancaq mən onu işvələndirən bir sözdə dayandım. İlk görüş
məndə onun şəxsiyyəti haqda müəyyən qədər təsəvvür yaratdı.
Bir
gün keçdi, yenə də görüş təyin edildi. Bu dəfə biz çox
danışdıq, ancaq bu onun üçün maraqsız idi. Üçüncü görüşümüz
dənizin sahilində ay işığında oldu. Dəniz ayın tutqun şöləsindən
parıldayırdı. Hər tərəfdə yaz təravəti var idi, ancaq mən
soyuqqanlı və darıxdırıcı idim. Çox nahaq yerə o mənə ilk
məhəbbətindən danışdı və məni də ilk sevgimdən danışmağa
vadar etdi. Mən bütün bunları ona çox həvəssiz danışırdım və
tez-tez məyusluğumu bildirirdim. Nəhayət o sakit səslə
dilləndi: «Bəlkə siz mənimlə yoldaş olmaq istəyirsiniz?» Mən
susdum. Ehtiras naminə yalan demək vicdansızlıq olardı. Çox
da ki, yoldaşlığı səbəb etmək istəyirdi. Mən qadın nəvazişi
qarşısında məğrur dayanmışdım və onun: «Görünən
məktub
alırsınız, yəqin sevirsiniz» sualına soyuqqanlıqla cavab verdim:
«Mən heç kimi sevmirəm».
Beləliklə, onun arzuları puça çıxdı və bu arzuların həyata
keçməsi əfsanəyə çevrildi…
İndiki gənclər kimi, özünü hər gördüyün qadına vurulmuş
kimi göstərəsən? Yox!! Heç vaxt! Bu mənim ürəyimi
bulandırır. Mən həqiqətən aşiq olmaq istəyirəm və təriflərin
ürəkdən və odlu-alovlu deyilməsini sevirəm.
Mən sevinci ürəyimcə olan qadınla birgə yaşamağı
sevirəm… Bax bu mənə ləzzət verir!!
Biz bir-birimizə zidd olan şəxslərik: N həyatdan zövq
almağa çalışan, mən isə zövq dalıyca qaçmayan, bədbin,
romantik bir tipəm. Ancaq görüşlər yenə də təyin olunurdu.
***
Yenə Dənizin sahilində görüşdük. Söhbətə başladıq.
Candərdi danışırdıq. Ay buludların arxasına
nahaq keçmişdi,
sakit külək əsirdi; onsuz da onu heç nə maraqlandırmırdı. Onun
gənc və alovlu ürəyini heç nə sakitləşdirmirdi. Onu ancaq
405
təriflər və şirin söhbətlər məmnun edirdi. Bunu kim etsin,
mənmi?
Boynuma alıram ki, mənim buna qabiliyyətim çatmır. Mən
elə hey qara qüvvələrlə mübarizə aparır, qəmgin qarasevdalarda
dolaşır və hiss edirdim ki, həyatda heç bir dəyəri olmayan bir
insanam. Ona görə də həyat həqiqətlərini qəbul etmir, onun
zövq və ləzzətlərinə qarşı çıxır, yaxşılıqların əleyhinə
qalxırdım. Hər şey mənə tutqun və üzücü görünürdü. Bu
səbəbdən mənimlə N arasındakı münasibətlər tez bir zamanda
dəyişdi. O özünə uyğun birini tapandan sonra mən arxa plana
keçdim. Bu cavan sözün həqiqi mənasında kavaler idi: hündür
boylu, kifayət qədər iri qarınlı bu adamın yaxalığı az qala
qulaqlarına çatırdı. Bir sözlə, onda hər bir şey müasir qadının
zövqünə uyğun idi. Varlı olması onu N-in gözlərində lap
ucaldırdı. Qızılın qarşısında insanlar baş əyməyəndə, kim baş
əyəcək? Onun elə aldadıcı parıltısı var ki. O, insanı nəvazişlə
geydirir və bütün yaxşı və arzuolunan işlərdə ona bələdçilik
edir. Baxışlar, əqidələr, ilahi qəlblər ona tabedir… Bu insanı
yaxından tanıdım və onun qəlbinin
dərinliklərinə baş vura
bildim: əxlaqsızın biridir. Həqiqətən, var-dövlət insanı məhv
edir: onun daxili aləmini öldürür, ancaq ona şad həyat üçün
şərait yaradır. Qoy bu cənab da öz xarici görünüşünə görə
insanların sırasında dursun, - o qız da var-dövlətin ölüsüdür,
şənlik və ehtirasın quludur… Mən artıq nüfuzdan düşmüşdüm
və nahaq yerə görüş təyin eməyə səy göstərirdim: o hər dəfə
məni soyuq və kinayəli ifadələrlə özündən kənarlaşdırırdı. Qız
bu oğlana sözün əsl mənasında bənd olmuşdu.
Gündə iki dəfə
görüş təyin olunurdu: qız səhər tezdən saçları və bər-bəzəyi ilə
məşğul olmağa başlayırdı. Pəncərənin qarşısında lampa yanırdı:
saçı burmaq üçün masadan, onu yığmaq üçün sancaqdaq
istifadə olunurdu, gürbəgür növlərdə kirşanlar, dodaq boyası,
xüsusi saç yağı, «müxtəlif zövqlü» ətirlər işə düşürdü. Bu iş
çox uzun çəkirdi, güzgünün qarşısında fırlandıqdan sonra
küçəyə çıxırdı, qulluqçu qadın da pəncərədən ona tamaşa edir