Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə96/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   92   93   94   95   96   97   98   99   ...   103

 
402 
  
 
Yalnız mənim vaxtsız ölümümdədir.   
  
Axırıncı sözlərini deməyə macal tapmamış, o, çoxdan bəri 
arzuladığı xoşbəxtliyin uçurumuna yuvarlandı. Səhər dağların 
arxasında yerləşən dərədə külək coşaraq vıyıldayırdı. Günəş 
dağların başını  və qayaları  işıqlandırırdı. Orada qaramtıl, üstü 
örtülmüş bir şey gözə dəyirdi. 
Bu Kamalın fələk tərəfindən atılmış vücudu idi. 
1907 
 
403
SOYUQ  BUSƏ
1
 
 
 Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, 
onların gözəlliyi,  əzilib-büzülməsi, gözəl gülüşləri, onlarla 
tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir 
şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun 
aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda 
həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni 
təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm. 
N-ə qarşı həvəsim belə öldü. 
Oxucum, N bizim evlə üzbəüz mavi rəngli evin ikinci 
mərtəbəsində yaşayır. (Marinsk gimnaziyasının VIII sinif 
şagirdi N). Artıq yeddi aydır ki, biz üzbəüz evlərdə yaşayırıq, o 
elə hey pəncərənin qarşısında dayanıb gülür və əzilib-büzülür. 
Diqqətimi cəlb etmək üçün pəncərədən gah anlaşılmaz fiqurlar, 
gah güzgü, şəkil və kitablar göstərir. Olub ki, qış vaxtı tanışlıq 
üçün görüş  təyin edib, amma mənə çatanda deyib məşğulam. 
Pəncərə qarşısındakı bu hərəkətlər uzun müddət davam etdi, 
ancaq küçəyə  çıxanda bir-birimizə yad olurduq: bir-birimizə 
gülümsəmək  əvəzinə biz qəribə  tərzdə  ətrafa baxırdıq. Bir 
axşam o yenə də işarə ilə tanış olmaq istədiyini mənə anlatdı. 
Bu dəfə  mən fürsəti  əldən vermədim, papağımı  və paltomu 
götürüb tez küçəyə  çıxdım və onun arxasıyca düşdüm. O düz 
gedirdi, tez-tez aldadıcı  nəzərlərlə arxaya baxırdı. Onun hər 
təbəssümü, hər yalançı baxışı mənim addımlarımı tezləşdirirdi. 
Birdən küçənin yoxuşuna çatanda o döndü. Mən dayandım, 
daha getməyə  cəsarətim, hünərim çatmadı. Ancaq o tez-tez 
dönüb arxaya baxırdı  və onun bu hərəkəti məni 
cəsarətləndirirdi, mənə imkan verirdi ki, yenə  də onun 
arxasıyca düşüm. Heç 20 addım getməmiş mən özümü təqdim 
etdim və onu evlərinə qədər ötürdüm. 
Mən N xanımla belə tanış oldum və  hətta öz gənclik 
                                                 
1
 
Рус  дилиндя  йазылмыш  бу  щекайянин  дя  тяръцмячиси  Лейла 
мяъидгызыдыр (Ред.). 


 
404 
gündəliyimin bir neçə  səhifəsinə onun haqqında yazmışam… 
Görüş  təyin olundu, görüşdük, bütün mövzulara toxunduq. 
Ancaq mən onu işvələndirən bir sözdə dayandım.  İlk görüş 
məndə onun şəxsiyyəti haqda müəyyən qədər təsəvvür yaratdı. 
Bir gün keçdi, yenə  də görüş  təyin edildi. Bu  dəfə biz çox 
danışdıq, ancaq bu onun üçün maraqsız idi. Üçüncü görüşümüz 
dənizin sahilində ay işığında oldu. Dəniz ayın tutqun şöləsindən 
parıldayırdı. Hər tərəfdə yaz təravəti var idi, ancaq mən 
soyuqqanlı  və darıxdırıcı idim. Çox nahaq yerə o mənə ilk 
məhəbbətindən danışdı  və  məni də ilk sevgimdən danışmağa 
vadar etdi. Mən bütün bunları ona çox həvəssiz danışırdım və 
tez-tez məyusluğumu bildirirdim. Nəhayət o sakit səslə 
dilləndi: «Bəlkə siz mənimlə yoldaş olmaq istəyirsiniz?» Mən 
susdum. Ehtiras naminə yalan demək vicdansızlıq olardı. Çox 
da ki, yoldaşlığı  səbəb etmək istəyirdi. Mən qadın nəvazişi 
qarşısında məğrur dayanmışdım və onun: «Görünən məktub 
alırsınız, yəqin sevirsiniz» sualına soyuqqanlıqla cavab verdim: 
«Mən heç kimi sevmirəm». 
Beləliklə, onun arzuları puça çıxdı  və bu arzuların həyata 
keçməsi əfsanəyə çevrildi… 
İndiki gənclər kimi, özünü hər gördüyün qadına vurulmuş 
kimi göstərəsən? Yox!! Heç vaxt! Bu mənim  ürəyimi 
bulandırır. Mən həqiqətən aşiq olmaq istəyirəm və  təriflərin 
ürəkdən və odlu-alovlu deyilməsini sevirəm. 
Mən sevinci ürəyimcə olan qadınla birgə yaşamağı 
sevirəm… Bax bu mənə ləzzət verir!! 
Biz bir-birimizə zidd olan şəxslərik: N həyatdan zövq 
almağa çalışan, mən isə zövq dalıyca qaçmayan, bədbin, 
romantik bir tipəm. Ancaq görüşlər yenə də təyin olunurdu. 
*** 
 Yenə  Dənizin sahilində görüşdük. Söhbətə başladıq. 
Candərdi danışırdıq. Ay buludların arxasına nahaq keçmişdi
sakit külək əsirdi; onsuz da onu heç nə maraqlandırmırdı. Onun 
gənc və alovlu ürəyini heç nə sakitləşdirmirdi. Onu ancaq 
 
405
təriflər və  şirin söhbətlər məmnun edirdi. Bunu kim etsin, 
mənmi? 
Boynuma alıram ki, mənim buna qabiliyyətim çatmır. Mən 
elə hey qara qüvvələrlə mübarizə aparır, qəmgin qarasevdalarda 
dolaşır və hiss edirdim ki, həyatda heç bir dəyəri olmayan bir 
insanam. Ona görə  də  həyat həqiqətlərini qəbul etmir, onun 
zövq və  ləzzətlərinə qarşı  çıxır, yaxşılıqların  əleyhinə 
qalxırdım. Hər  şey mənə tutqun və üzücü görünürdü. Bu 
səbəbdən mənimlə N arasındakı münasibətlər tez bir zamanda 
dəyişdi. O özünə uyğun birini tapandan sonra mən arxa plana 
keçdim. Bu cavan sözün həqiqi mənasında kavaler idi: hündür 
boylu, kifayət qədər iri qarınlı bu adamın yaxalığı az qala 
qulaqlarına çatırdı. Bir sözlə, onda hər bir şey müasir qadının 
zövqünə uyğun idi. Varlı olması onu N-in gözlərində lap 
ucaldırdı. Qızılın qarşısında insanlar baş  əyməyəndə, kim baş 
əyəcək? Onun elə aldadıcı parıltısı var ki. O, insanı  nəvazişlə 
geydirir və bütün yaxşı  və arzuolunan işlərdə ona bələdçilik 
edir. Baxışlar,  əqidələr, ilahi qəlblər ona tabedir… Bu insanı 
yaxından tanıdım və onun qəlbinin dərinliklərinə baş vura 
bildim:  əxlaqsızın biridir. Həqiqətən, var-dövlət insanı  məhv 
edir: onun daxili aləmini öldürür, ancaq ona şad həyat üçün 
şərait yaradır. Qoy bu cənab da öz xarici görünüşünə görə 
insanların sırasında dursun, - o qız da var-dövlətin ölüsüdür, 
şənlik və ehtirasın quludur… Mən artıq nüfuzdan düşmüşdüm 
və nahaq yerə görüş  təyin eməyə  səy göstərirdim: o hər dəfə 
məni soyuq və kinayəli ifadələrlə özündən kənarlaşdırırdı. Qız 
bu oğlana sözün əsl mənasında bənd olmuşdu. Gündə iki dəfə 
görüş təyin olunurdu: qız səhər tezdən saçları və bər-bəzəyi ilə 
məşğul olmağa başlayırdı. Pəncərənin qarşısında lampa yanırdı: 
saçı burmaq üçün masadan, onu yığmaq üçün sancaqdaq 
istifadə olunurdu, gürbəgür növlərdə kirşanlar, dodaq boyası, 
xüsusi saç yağı, «müxtəlif zövqlü» ətirlər işə düşürdü. Bu iş 
çox uzun çəkirdi, güzgünün qarşısında fırlandıqdan sonra 
küçəyə  çıxırdı, qulluqçu qadın da pəncərədən ona tamaşa edir 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə