Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə93/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   89   90   91   92   93   94   95   96   ...   103

 
390 
dəfələrlə hafizəsində ehya edən kimi, yenə o mənhus gecəni 
yad etdi. Tutduğu  əməlinin səbəbini yenə  təkrar özündən 
soruşmağa başladı.  İnana bilmədi. Guya o gecəki hadisə bir 
ayrı yerdə və bir kənar şəxslə üz verib. Gözü görə-görə özünü 
uçuruma atmaq Mahmudun xasiyyətinə yaraşmırdı... 
Bir də durdu, fikirləşdi: ikicə  kəlmə söz məni hifz edə 
bilərdi, fövt olmaqdan xilas edərdi. Bu iki kəlməni qız deməli 
idi. «Mən azarlıyam» cümləsi qulağıma çatsa idi, ağlım nəfs 
sərxoşluğundan ayılardı... 
Qız «iki kəlməni» söyləməmişdi; yalançı  həya onun da 
insafını  zəncirləmişdi. Bir də Mahmudun ağlına yetişdi ki, 
qulluqçunu çağırıb «iki kəlmə» barəsində ona sual versin. Guya 
bu sualdan sonra Mahmudun yaraları məlhəm tapacaq idi. 
Yeridi qapıya tərəf. Dayandı. Fikrini dəyişdi. 
 

Qol və  qılçaları açıq, səlamət və  təmiz balalar bağda 
oynayırdılar. Qum və  çınqıllardan yollar salırdılar. Tez-tez 
yüyürürdülər mürəbbilərinin yanına, müvəffəqiyyətlərini  şad 
bir dillə nağıl eləyib, yenə  işə  məşğul olurdular. Kimi qum 
daşıyırdı, kimi at-at oynayırdı.  İrili-xırdalı  hərənin başı bir 
oyuna qarışmış idi. Bunlar öz uşaqlıq aləmində belə asudə 
idilər, belə xoşbəxt idilər. 
Mirzə Mahmud skamyada oturub meydançada oynayan 
balalara tamaşa eləyirdi. Gül rəngli, lətif hərəkətli, pak aləmli 
çocuqlar onu düşündürürdü: «Pak balalar,–Mahmud öz-özünə  
deyirdi,–napaklar üçün aydın bir güzgüdür. Orada onların əxlaq 
düşgünlüyü görünür». 
Mahmud hər balanın gərdişinə diqqət eləyirdi və hər yerdə 
öz dərdli halından savayı bir şey görmürdü. Balalar salamat idi. 
Mahmud yox; onlar şad və qeydsiz idi. Mahmud yox; onlar 
həm cismən, həm ruhən təmiz idilər, Mahmud cismən murdar, 
ruhən sıxılmış və əzilmiş idi. Gözəl ağacların kölgəsində, həyat 
səpən günəşin işığında ikicə aləm bir-biri ilə qabaq-qarşı 
 
391
durmuşdular. Birinin bağçasında cavan ağaclar çiçək açıb gözəl 
meyvələr hasil etməyi vəd edirdi. O birinin bağçasını  şaxta 
vurmuşdu, yarpaqlar yanıb, şah budağa yapışmışdı... 
 
XI 
Mahmud bağdan tələsmiş bir halda qayıtdı. Papağını 
çıxardıb, çarpayının üstə atdı. Masanın yanına gəlib, qələmi 
əlinə götürdü, yazdı: «Dirilikdən ləzzət görmədim. Rahatlığa 
gedirəm. Mənim ölümümdə heç kəsi müqəssir tutmamalıdır». 
Məlfufəni masanın üstünə qoyub durdu. Bu dəqiqələr 
Mirzə Mahmud üçün ən ağır, ən şədid dəqiqələr idi. Susuz bir 
biyabanda yol itirmiş kimi onun əlacı  hər bir yerdən 
üzülmüşdü; ümidi diriliyin ətəyindən kəsilmişdi. Bu böyük 
müşküldən çıxmağa bir yol var idi, o da intihar. İntihar ona belə 
cazibəli, belə nicatverici görünürdü ki, qucağına sıçramağı 
bəxtəvərlik sanırdı. 
Çarpayının üstə oturub, tapancanı qovzadı. Lüləsini alnına 
dayadı. Bir dəqiqəliyə fikir onu götürdü. Bir də aram tapdı və 
tapancanı yastığının altına qoydu. Xatiri fövrən möhkəmləndi. 
Dəftərini götürüb yazdı:  «İntihar acizlər üçün nicat yoludur. 
Günahın cəzası ölümdə yox, dirilikdədir. Bir dəfə günah 
elədim, min dəfə əzab çəkməliyəm–qəvi ruhlular şüarı belədir! 
Yaşamaq lazımdır və talesizliklə insanlara tale qapısı 
göstərməlidir». 


 
392 
ÜSULİ – CƏDİD  
 
Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai 
insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda 
otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü 
birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları  mənzil 
şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta 
çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq 
yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da 
ki, önünə sədd çəkmək qabil deyil–damdan keçir, tavandan və 
divarlardan süzələnir, köhnə  ləkələrin hüdudunu bir az da 
genişləndirir. 
Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil–əski zaman 
çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa 
qalxışaraq bir adam da öldürmüşdü. 
İndi Atamoğlan özünə bir peşə tapmışdır–iki otağı kirayə 
verər, bir ilin pulunu qabaqcadan alar və il tamam olanda 
kirayəçini cana doydurub qaçırdar və otaqları yenidən satar. Bu 
üsul vasitəsilə ildə üç min manata qədər əldə edər. 
Evin önündə bir təpəcik var. Atamoğlan bütün günü burada 
gəzişib düşünürdü: bir kirəçi ilə bacara bilmirdi; ili çoxdan 
tamam olmuşdusa da otaqdan çıxarmaq mümkün deyildi. Bütün 
fəndlər işlənmişdi–otağa ilan buraxılmışdı, qıfılı  sındırıb 
yarılmışdı, taxta divarın çatlağından içəri 20–30 qurbağa 
salınmışdı... Daha nələr edilməmişdi?.. Kirəçi sitallığa salıb, 
otaqda qalır və normaya görə də aylıq verirdi. 
Atamoğlan təpəcikdə gəzişir, hələ bunu düşünürdü. Birdən 
dayandı, evə tərəf çönərək: 
– Yaxşıxanım!–deyə çağırdı. 
Evdən səs gəlmədi.  Əlini gözlərinin üstə qoyub, diqqətlə 
baxdı, öz otağında kimsəni görmədi; kirəçi  Əbdüləlinin anası 
otağının önündə kartof soyurdu. Atamoğlan bir də bacısı 
Yaxşıxanımı çağırdı  və bir-iki söyüş  də  əlavə etdi. Otaqdan 
qarasifət, dolaşıq saçlı, pəjmürdə bir qadın çıxıb, sarsıntılı 
 
393
balkonda durdu. 
Atamoğlan bacısını görcək: 
– Yaxşıxanım,–dedi,–axır  bu otağı bir ilin vədinə 
vermişdik; il də gəlib keçdi. Sözləri nədir? 
Yaxşıxanım iki aydan bəri bu sualı qardaşından eşidirdi; 
zatən hər günkü qovğa da bu sualla başlanırdı. Ona görə əvvəl 
duruxdu, sonra ağızucu olaraq: 
Nə bilim, ilin keçdiyini bilmirlər? Üzlərinin həyası yox, 
zadı yox. Deyirsən qulaqlarının birindən alıb, o birinə  salırlar.  
Görmürsən, qarınlarına zəhrimar qayırır. Elə bil bu sözlər buna 
deyilmir. 
– Ay onun qazanına... Axirətinə... Oğluna xörək 
hazırlayır...  İndi qulluqdan  gələcək, zəhrimarlanacaq... 
Atasının... 
Yaxşıxanım qardaşının sözlərini kəsərək: 
– Adına bax–Firəngiz bəyim!.. Ölünə  dəysin, ad yiyəsi! 
Hələ    bizləri də  bəyənmir: «Siz dağlısınız!», «Eşşəksiniz!», 
«Biz dədə-babadan bəyik!»... Bay sizin bəy atanız mənim ... 
yesin!.. 
Səslər get-gedə yüksəldi, söyüşlər artdı.  İçəridən 
Atamoğlanın anası da çıxdı. Bu da bir tərəfdən qarğış  və 
söyüşdən döşədi. 
Firəngiz bəyim bu hərəkətlərə alışmışdı; inciyirdisə  də 
zahiri sakitliyini saxlayıb, əlindəki işinə davam edirdi. 
Ətrafdakılar ağız-ağıza verərək, kirəçinin  şərəf və 
namusuna toxunan sözlərdən yağdırırdılar. Arabir milislə 
qorxudur, sonra qarğışa keçir, axırda ölümlə  təhdid edirdilər. 
Firəngiz bəyim bircə cavab belə vermədən bişmişinə davam 
edirdi: bilirdi ki, dinsə döyəcəklər; bir neçə  dəfə  də 
döymüşdülər. Bunun laqeydliyi ev sahiblərini daha da 
coşdururdu: bunlar söyüşü bir qat daha artırırdılar... 
*** 
Firəngiz bəyimin oğlu Cahangir qulluqdan qayıtdı. Qapıdan 
girər-girməz hər gün eşitdiyi föhşlərin yenə  şahidi oldu. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə