Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə101/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   95   96   97   98   99   100   101   102   103

 
422 
 
– Çox!   Heyrətgətirici    bir   mənzərə!   
 Qolumu 
Nuşanın qoluna keçirərək: 
 – 
Gedək gəzməyə! – dedim. 
Yavaş-yavaş  bulaqdan  uzaqlaşdıq.  Bir  az sükutdan  
sonra: 
 – 
İndi tamam bir ildir ki, dostluğumuzda sabit qalırıq; bu 
vaxtlar necə tez gəlib keçdi? – dedim. 
 – 
Doğrudan  da,  İlyas,  elə  bil,  ilk görüşümüz dünən  idi. 
Yadındadırmı,  mən necə qayadan  uçub düşdüm? – deyə Nuşa  
qəhqəhə  çəkib güldü. 
– Yadımdadır, səadətim! Sən yıxılmasa idin, tanış ola 
bilməzdik; bu mədid dostluq da əmələ gəlməzdi. 
– Yox,  onsuz da  olardı. Mənim  nə  təhərsə ürəyimə 
dammışdı  ki, sənlə tanış olacağam. 
– Nə isə, dost olduq; bu dostluğun da məni xoşbəxt 
etməyinə inandım. 
Nuşa oturmağı  təklif etdi. Bir çiçəklikdə üst libasımı 
sərdim. Yan-yana oturduq. Mən sözlərimdə davam edirdim. 
– İlk görüşdən sənə qarşı  ürəyimdə  qanılmaz  bir  hisslər  
bəslədim. Və  sənlə görüşdükcə, danışdıqca bu hissiyyat 
möhkəmləşib dərin köklər atdı. Ruhən yavıqlaşıb birləşdik. 
Daha səni məndən ayıracaq  vəsilə  olmadı  və  gələcəkdə  də  
olmamağına  etiqad  etdim.   Bir illik dostluğumuz,  xoş  rəftar  
və    müamiləmiz  mədid  və    səadətli  bir həyatımızın 
müqəddiməsi olduğunu duydum. Bu sirr çoxdan ürəyimi də- 
lirdi. Lakin adət və  rəsmlərimizdən  çəkinməyərək onu 
indiyədək gizləyirdim. Hal-hazırda gizli heç bir sözüm ola 
bilməz; çünki ürəyimdəkilər  yəqin   sənə   məlum   olub. 
Nuşa  əlini atıb bir çiçək qırdı  və gözəl gözləri ilə  zənlə 
baxdı. Bu baxışda ildırım qüvvəsi vardı, çaşdım. Və ürəyim 
aramsız döyünməyə başladı. Bir dəqiqə bihiss qaldım. Sonra 
Nuşanın əlini əlimə alaraq.  
– Eşq sevdasına  mübtəla  olmuş  üçün sirr  olmaz.  Ən 
dərin  sirlər   məhbubə baxışının qarşısında açılıb aydınlaşar! 
 
423
Onun üçün də  səndən  gizli  bir  fikrim  yoxdur – eşqinə  düçar  
olub  yanıram.  Bilirsənmi  eşq demək  nə deməkdir? – Ürək  
sızıltısı! Mənim  də ürəyim səndən ötəri sızıldayır. Odlu 
dodaqlarım dodaqlarını diləyir! 
Qucaqlaşdıq, öpüşdük. Aralandım. Kefli kimi idim. 
Dağınıq fikirli Nuşa çiçəklə  məşğul idi. Onları barmaqlarında 
fırlayırdı. Bu dəqiqələr Nuşa daha da vəcahət və məlahətli idi. 
Gözəl telləri qızarmış yanaqlarına dağılmışdı. Kirpiklərinin 
arasında yaş parıldayırdı. 
– ”Gözəlim, – hövlnak dedim. – Daha səndən uca mənim 
üçün məxluq ola bilməz. Sənsən könlümün sevdiyi, arzularım 
məhbubəsi! Sənsən səadət  ulduzum! Sən!.. 
Bir də dodaq-dodağa gəldik. Bir də aralandıq. Məh-
bubəmin zərif  əllərini bağrıma basıb, yanaqlarını, saçlarını  və 
hər tükünü təkcə-təkcə öpməyə başladım. 
*** 
Üç gün keçmiş  «şəhadət rəsmi» icra olundu. Dan yeri 
qızaranda bütün qəbiləmiz xalqı  «Şəhadət» dağında oturub 
cavanları gözləyirdi. Əlvan libaslı arvad və kişilər, ağ geyimli 
və başları  əklilli qızlar yolun o tay-bu tayını tutmuşdular. 
Musiqi dəstəsi aramsız çalırdı. Birdən «Yaşasın həyat, yaşasın 
cavanlar!» sədası qopdu, yüzlərcə qol-qola taxılı cavan qız və 
oğlanlar yolla yavaş-yavaş qabağa yeridilər. Nuşa rəşə içində 
idi; yanaqları qıpqırmızı olmuşdu. Ona bir az toxtaqlıq verdim, 
cavabında  əvəz olaraq üzünu döndərib, dodaqlarında  əcib bir 
təbəssüm oynatdı. Artıq dərəcə məmnun oldum. 
Qız və oğlanlar şəhadət etdikcə ətrafdan alqışlar qopurdu; 
cavanların başına çiçəklər yağırdı. 
Bir az da qabağa yeridik. «Şəhadət daşı»na yavıqlaşdıq. 
Daşın ətrafında qəbilənin qoca arvadları və ağsaqqalları oturub 
şəhadəti imzalayırdılar. Katib adımızı  dəftərə yazdı, keçdik 
«şəhadət daşının» qabağına. Nuşa üzünü daşa çöndərib,  əvvəl 
tutqun, sonra lap aydın   bir   səslə   başladı: 


 
424 
–  Şahid ol,  ey   müqəddəs daş!  Təbiət qanununa  tabe 
olaraq özümə ömür yoldaşı seçdim. Bu seçki kənar qüvvə  və 
təzyiq nəticəsi olmayıb, ancaq öz  asudə  ixtiyar  və xahişim  
məhsuludur.  Ona  görə  and  içirəm subhün pak və bakir 
tüluinə: bu sevdiyim və istədiyim ömür yoldaşımdan ölənədək 
ayrılmayacağam və yenə söz  verirəm  və and içirəm:  onun yo-
lunda diriliyimdən  keçməyə  hazır  olub,  vəfasızlıq 
etməyəcəyəm! 
Son sözlərini Nuşa o dərəcə  səmimiyyətlə söylədi ki, 
ətrafdan başına gül-çiçək yağdırıb alqışladılar. Növbə  mənə 
gəldi.  İrəli yeridim: 
– Ey müqəddəs daş! – dedim. – Sevmək-sevilmək  xoş-
bəxtlik  çeşməsidir. Mən də bu xoşbəxtliyi qarşımda duran 
ömür yoldaşımla tapdım. Şahid ol. And içirəm ilk busəmin sə-
mimiyyətinə, səadətimizi pozacaq vəsilələrə meydan verməyib, 
məhbubəmlə  vəfa  və  məhəbbətdə ömür keçirəcəyəm və  cəmi 
səyim bu olacaq ki, onun rahatlığı yolunda çalışıb, həm özünün 
və həm övladlarımızın gələcəyini təmin edəm.  
Şəhadətimizi dəftərlərə qeyd edib imzaladılar. Keçdik sol 
tərəfə. O birilər də  şəhadət edib toplandılar. Musiqi başlandı. 
«Şəhadət daşı»  ətrafında rəqsə girişdik. Sonra doğan günəşi 
şadlıqla qarşıladıq.  
Beləcə böyük təntənə ilə  «şəhadət rəsmi»ni bitirib, 
nəğmələr oxuya-oxuya qəbiləyə qayıtdıq. 
 
*** 
Bir həftə idi ki, «Haqq» qəbiləsi toya hazırlaşırdı. Balaca 
uşaqlardan tutmuş qoca arvad pə kişilərədək hamı var 
qüvvəsini bu yolda sərf etməkdən çəkinmirdi. «Səfa»  
bağçasında nişanlılar üçün alaçıqlar qurulurdu. «Səadət»  
meydanında  gül-çiçəklə  bəzənmiş al qapılar yapılırdı. Umumi 
nahar üçün tədarük görülürdü... Xülasə, xalqımız  yetirib-
bitirdiyi    cavanlarına    təntənəli    bir  toy  etmək fikrində idi. 
Nişanlılar isə bilmərrə kənara çəkilib, öz işlərinə məşğul  idilər. 
 
425
Yenə    məhbubələrimizlə    Qızlar  bulağında  görüşüb söhbətə 
məşğul  olurduq.  Lakin  çox  vaxt  qızlar  ayrıca  və  bizlər  də  
bir tərəfdə      toplanıb,   qəbilə      həkimlərinin   evlənmək   
barəsində oxuduqları  məruzələrə qulaq verirdik. Qızlara 
müəllimlər və  təbiblər arvadlığa, analığa, zövcəliyə  və 
evdarlığa dair vəzlər edirdilər. Ərlə arvadın əlaqəsindən dürüst 
məlumat verib, məqsədini, əsil qanununu qandırıb, təbiət qoyan 
yoldan kənar çıxmamağı tövsiyə edirdilər.  Ər-arvadlıq kefdən 
və  ləzzətdən ötəri deyil, – deyirdilər, – insaniyyəti artırmaq 
üçündür. Ona görə  ər-arvadlığın qanununu və  məqsədini 
öyrənin, özünüzə dərin bir əqidə qazanın. Sonra təbii vəzifənizi 
ifa etməyə   çalışın.  
Hamı   ciddi   bir   surətdə   vəzi   dinləyirdi   və   cavanlar   
arasında  bu barədə uzun mübahisələr də baş verirdi. Elə olurdu 
ki, qız və oğlanlar bir yerə toplanıb müəllim və təbiblərin təhti-
rəyasətində söhbətə    girişirdilər.   Mövzuyi-bəhsimiz  ömrə,   
ailə    həyatına,   tərbiyə  və  təlimə  dair  olurdu.  Söhbət  
əsnasında   ixtilaflı      məsələlər  üstə    tərəf-tərəf olub, şiddətli 
mübahisə edirdik. Söhbətdən sonra yenə mehribanlıq  əmələ 
gəlirdi və sevinc bir halda evə qayıdırdıq  və bir dəqiqə 
fikrimizdən çıxmırdı ki, biz insanıq və kainatın  əşrəfləriyik,  
bizim  vəzifəmiz böyükdür. Ona görə də feli-səlamət olmalıyıq,  
şəxsiyyətimizin  islahına  və    əxlaqımızın  xoşluğuna  
çalışmalıyıq.  Birdən taətiyi-əfkar üçün qaçırdım  Nuşanın 
yanına. 
– Bilirsənmi, Nuşa? – deyirdim. – Gözəlciyim, səninlə    o 
qədər söhbətim var, qurtarmaq bilməz! 
Nuşa gülə-gülə: 
– Nə  demək  istəyirsən?  Getdikcə  filosof  olursan. 
– Gərək də filosof olaq. İndi biz laqeyd və eşq aludəsi bir 
cavanlarıq. Amma gələcəkdə  səadətli bir valideyn olacağıq. 
Bizim salamat uşaqlarımız olacaq. Onların dərin bir məhəbbətlə 
tərbiyə və təliminə çalışacağıq...  Bilirsən bir dəstə salamat və 
tərbiyəli övlad valideyni olmaq nə böyük fəxrdir! 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə