Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə100/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   95   96   97   98   99   100   101   102   103

 
418 
– Arvad kimi əşrəf bir məxluqun yolunda min cavan 
şücaəti qurban olsa yenə azdır. 
Sözlərimdən qız artıq mütəəssir olub, ciddi bir baxışla zənn 
etdi və dedi: 
– Bizim «Haqq» qəbiləsində  məxluq tamam bərabərdir, 
biri əşrəf, biri qeyri-əşrəf ola bilməz. 
– Sözün  doğru, – dedim. – Lakin  təbii  vəzifəsi   arvad-
ların  əşrəf və əziz bir məxluq olduqlarına dəlalət edir. Salamat 
uşaqlar doğub, rəşid və  tərbiyəli övladlar bəsləyənlər 
onlardırlar. Onlarsız bizim qəbilə  ruhsuz  bir  bədənə  
bənzərdi.   Bəli,  arvadlar  əşrəf  məxluqdurlar. Onlar bizim 
evlərin nuru, zinəti və rahatlığıdırlar. 
Mən söylədikcə  qız qara, mənidar gözlərini üzümdən 
çəkmirdi, sözlərimi ciddiyyətlə dinləyirdi. Mən gözəlin bu 
halından xoşlanıb, daha da şövqlə söhbətimdə davam edirdim. 
Hərdən gözlərimiz qarşı-qarşıya gəlirdi və bundan bir fövri 
qüvvə aralanıb ətrafı nurla tənvir edirdi. 
– Sənə nə oldu, İlyas? Axı nə oldu, bir de görüm? 
Pəriüzlünün dağınıq sözləri məni guya yuxudan oyadırdı; 
soyuq və  zərif  əllərinin alnımda gəzmələrini hiss edirdim. 
Gözlərimi  ətrafa döndərdim. Bulağın kənarında idim. Qız 
başıma fırlanıb ana məhəbbəti ilə məni əhatə edirdi. Qız, bəli, 
həmən qız idi, Nuşa, ol nazlı Nuşa idi. 
 
– Bilmirəm yuxusuzluqdanmı belə oldun? – deyib 
soruşduqda dedim: 
– Nuşa, narahat oldun, əfv qıl! Özüm də halımı anlamıram. 
Bir az bihiss oldumsa da, indi özümə gəldim. 
 Sözlərimdən Nuşanın qəmli gözləri  şadlıq nuru ilə 
işıqlandı. Dodaqlarında təşəkkür bəyan edən bir təbəssüm 
göründü.  İlk dəfə olaraq onun sifətini diqqətlə  nəzərdən 
keçirdim. Onda o dərəcə gözəllik yox idi, lakin qırmızı 
yanaqları, həlim gülüşü, ciddi fəaliyyət üzünə o dərəcə  lətafət 
verirdi ki, ona qarşı ürəkdə odlu bir məhəbbət bəsləməmək 
olmurdu. Hər  tərpənişi ağıl və  zəka; rəftarı xoş, sözləri 
 
419
mülayim. Özü də ətli-canlı salamat bir adam idi. Bunlar analığa 
məxsus bir vergi idi ki, təbiət Nuşaya  əta etmişdi. Mənim 
Nuşada bəyənib sevdiyim bu təbiət vergisi idi. 
 
*** 


 
420 
Dan yeri sökülürdü. Qızlar və  oğlanlar qoşa-qoşa gəlib 
bulağın başına toplanırdılar. Mən də Nuşanın qoluna qolumu 
keçirib gəldim. Axşamkı kimi qızlar  əl-ələ tutuşub oxuya-
oxuya rəqs başladılar: 
 
 
 
 
Gəldik çeşməyə,  
   Sudan 
içməyə,  
 
 
 
Ağca daşlara  
 
 
 
Təzim etməyə. 
 
Biz də bunları əhatə edib rəqs edirdik. Rəqs bu dəfə artıq 
çəkmədi. Qızlar suyun üstündən o baş-bu başa sıçramağa 
başladılar. Sonra hərə öz məhbubəsini götürub, dağlardan çiçək 
dərə-dərə qəbiləyə qayıtdıq.  Burada  xalq yuxudan oyanmışdı.  
Arvadlar  və    kişilər bostanlarda işə  məşğul idilər, cavanlar  
çiyni səhəngli sudan gəlirdilər, kimi də malları düzə aparırdı. 
Qarşımıza çıxana salam verib, qəbiləmizə  təbiətdən səadət 
diləyirdik.  Onlar da salama  cavabən bizləri alqışlayırdılar.  Bir  
çox  arvadlar  «Ulduzlarınız  barışsın!» – deyə cavanlara gül-
çiçək atırdılar.  Nuşa  qızarmış üzünü üzümə döndərib 
çöhrəsində      bir      təbəssüm   oynadırdı;   cavabında   
gülümsünürdüm:   bir-birimizi sözsüz anlayırdiq.  Bir  neçə 
ağca  damları  keçdikdə bir  bağçanın  qabağında  durduq.  
Alçaq  qapıdan  qarşımıza  bir  kiçik  qız yüyurüb «Nuşa,  
Nuşa»  deyə-deyə  qollarını  uzatdı.  Nuşa çox  həlim  bir rəftar 
və mehriban bir səslə  əyilib qızı bağrına basdı  və sonra mənə 
təqdum etdi: 
– Bacım Sara. 
– Təşəkkürlər  edirəm!  – deyib  Saranın  xırdaca  əlini  
öpdüm.  
– İndi ayrılışaq! 
Nuşa gülə-gülə  əlini mənə uzatdı. Mən də başımı  aşağı 
salıb  əlini sıxdım. Burada səadət ulduzlarımızın barışmağını 
hiss etdim. Ondan neçə addım bəri gəldikcə Nuşa  əlindəki 
 
421
çiçəkləri havada tərpədib «Sağ ol» deyirdi.  Mən də cavab verə-
verə uzaqlaşırdım. 
*** 
Gün-gündən Nuşa  ilə  dostluğumuz   artırdı.   Əvvəl   
Qızlar   bulağında   gecələri   musiqi,   rəqs   və   nəğmələrlə   
keçirirdik.   Sonralar   da «Səfa»   bağçasında   hovuzun   
kənarında   oturub   uzun-uzadı   söhbətlərə məşğul  idik.  Bu 
söhbətlər bir-birimizə ürəklərimizi  açıb fikrimizi bildirirdi. 
Getdikcə  bir-birimizi  dürüst tanıyıb gözəlcə    anlayırdıq.   
Nuşanın   işlərinə  və rəftarına  nəzər yetirirdim.   Dışarıda ürə-
yimi döyünməyə giriftar edən gözəl, ev dairəsində daha da  
yumşaq və mehriban idi. Ən ləyaqətsiz bir ev işinə  də belə 
ciddiyyətlə diqqət edirdi  ki,  fəxrdən  qanadlanırdım.  Nuşa  
tez-tez  bizə    gəlirdi.   Bunu «dostum»   deyə  valideynimə  
təqdim  etmişdim.    Anam      Nuşanı  çox  istəyirdi. Həmişə 
qarşısına çıxıb «gəlinim» deyə üzündən öpərdi. Nuşa da 
qızarmış üzünü utandığından aşağı salıb, titrək dodaqları ilə 
anacığımın əlinə təmas edərdi. 
Getdikcə, bir-birimizlə  yavıqlaşırdıq.  Atam,   anam   məni  
götürüb  tez-tez Nuşagilə oturmağa gedərdilər. Onlar da bunun 
cavabında bizlərə  gəlməmiş olmurdular. Nuşa ilə  mənim 
əlaqəm ən rəfiqanə bir tərzdə davam edirdi. Aralıqda olan rəftar 
və müamiləmiz bir-birimizi ifrat sevdiyimizə  dəlalət edirdi. 
Mən Nuşasız, Nuşa da mənsiz bir an, bir dəqiqə ayrı dura 
bilməzdik; bircə gün bir-birimizi görməsə idik, az qalırdıq dəli 
olaq.  Beləcə ruhən  yavıqlaşıb möhkəm bir dostluq əmələ  
gətirmişdik.  Bu  dostluğa  bircə  rəsmiyyət də  verilsə  idi,  onu 
qəbir evinədək pozacaq bir vəsilə ola bilməzdi.     
 
*** 
Bahar idi. Yenə  Qızlar bulağının qabağında rəqsə  məşğul 
idik. Bu ilki bahar keçən ilkindən də  lətif olub, ətraf tamam 
gül-çiçəklə bəzənmişdi. Nuşaya dedim: 
 
– Bu il buralar əcəb gözəlləşib! 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə