Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə98/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   95   96   97   98   99   100   101   102   103

 
410 
Epiloq (son) 
 
 Bir  müddət keçdi. Nə olsun ki, yenə də həmin pəncərə və 
onun arxasında dayanan N-in solğun görkəmi. Görünür, hamı 
onu tərk edib «Yekəqarınlar» artıq onun boyanmış 
dodaqlarındakı süni gülüşdən təngə gəliblər. 
Hə, qadınla  əylənirik və  əylənərkən onun xasiyyətinin 
qaranlıq tərəflərinin, qəlblərinin yararsızlığını unuduruq. Qadın 
ona toxunan insanı məhv edə biləcək zəhər kimi bir şeydir. O 
özündə bütün ali və təbii hissləri öldürər və kədərli bir məxluqa 
çevrilə bilər. Romantik qəlbli kişi səfehdir! Qadının yanında 
yaxşı mövqe tutmaq üçün cismini və  qəlbini belə qurban 
verməyə hazırdır: o əziyyət çəkir, bütün romantik anların 
acısını yaşayır, göz yaşı tökür, alçalır, gülünc vəziyyətə 
düşür… Kimə  və  nəyə görə? – soruşulur. Ürəyinin sirləri kişi 
üçün anlaşılmaz olan qadın, hiyləgər qadın üçün… 
Kişi qadın ürəyini çətin anlayır. Heç qadın özü çox zaman 
özünü dərk edə bilmir, birinə bənd olduğu halda «hər ehtimala 
qarşı» başqalarını da qaralayır. Belə hallar göstərir ki, qadın 
yaranışından miskindir, onun xarakteri ətraf mühitin təsirindən 
yox, kişiləri məhv edən  şeytan toxumundan törəmiş ürəkdən 
yaranır. 
Qadının yaramazlığı bundan ibarətdir!!! Oxucum, məni 
bağışla, sonluğu unutmuşam! Onu bir neçə sözlə tamamlamaq 
istəyirəm. N hələ  gəncdir və  hələ ki, həyatdan ləzzət almağa 
gücü var, ancaq ürəyimdə onu qəm içində boğa biləcək vicdan 
əzabı  çəkmir. Onda yekəqarın, uzun yaxalıqlı Don Juanlar 
cərgə ilə  gəlib keçərdi və N-də onların hər birinə müraciət 
edərdi: «Mənimlə dost olmaq istəyirsinizmi?» və ya «gəlin dost 
olaq». Belə faciəli anlarda Arsıbaşovun «ciddi» kitabları da N-
in hərəkətlərinə haqq qazandıra bilməz. 
 
1908  
 
 
411
«FOKUSNİK»DƏN
1
 
Şərq nağılı 
 
 
 Yaqubun arvadı ona deyir: 
– Biz ikimiz də ac ola-ola sən niyə  işsiz oturmusan və 
ağlayırsan? 
Yaqub cavab verir: 
– Mən nə işləyəcəyəm? Mənə iş vermirlər. 
Arvadı ona məsləhət verir: 
– Get meydana. İndi orada bazar var. Şəhərə  gələn 
qonaqların falına bax. 
– Mən necə fala baxım? – deyə kişi etiraz etdi. Mən 
bədbəxtin başına qoymağa heç nəyi yoxdur. 
Arvad baş artırmaya baxıb, orada böyük balqabaq gördü. 
Onu iki hissəyə bölüb, yarısını kişinin başına qoydu və  əmr 
etdi: «Get!» 
Kişi gedib meydanın bir küncündə oturdu və gözlərini aşağı 
dikdi. Maraqlananlar soruşanda ki, o kimdir və niyə başına 
balqabaq qoyub, o heç nə cavab vermədi, heç gözlərini də 
qaldırmadı. 
Bir müddətdən sonra belə bir şayiə yayıldı ki, qüdrətli bir 
müdrik meydanda tək oturub. 
Bu xəbəri eşitcək bir tacir onun yanına gəldi və dedi: 
«Qüdrətli Şeyx! Mən öz eşşəyimi itirmişəm. Onun yerini mənə 
desən, səni mükafatlandıracağam». 
Bədbəxt Yaqub bu an yerə girmək istədi və bunun üçün 
fikrində öz arvadını günahlandırdı: «Axı o məni niyə bura 
göndərdi. Mən cavab verməliyəm. İndi nə cavab verim?» 
Ancaq sonra özünü ələ alıb dedi: 
– Get qəbristanlığa, ey qəmli insan! 
İş elə gətirir ki, təsadüfən eşşək qəbristanlıqda olur və tacir 
                                                 
1
 
Рус  дилиндя  йазылыб.  Бурада  Лейла  Мяъидгызынын  тяръцмясиндя 
верилир (Ред.). 


 
412 
onu tapır. Tacir sevinir və qayıdıb Yaquba beş gümüş pul verir. 
Yaqub sevinə-sevinə evə gedib, bu barədə arvadına danışır. 
Arvadı deyir: 
– Görürsən, yaxşı ki. Sən mənə qulaq asdın. Onlar bir 
müddət belə xoşbəxt yaşayırlar. Sonra yenə arvadı Yaqubu 
meydana, öz köhnə yerinə göndərir.  
Camaat arasında belə  şayiə yayılır ki, həmin müdrik qoca 
yenə  də peyda olub. Onun yanına xeyli adam gəlib, bir çox 
suallara cavab istəyir. Lakin Yaqub cavabların düzgün 
olmayacağından qorxub, heç kimə cavab vermir. 
Yaqub bircə öz qızıl kisəsini itirmiş varlı bir tacirə cavab 
vermək istədi. O, tacirin tər-təmiz sifətinə  və  əllərinə baxıb 
fikirləşdi: «Tacir təmizdir, dərisi yumşaqdır və ağdır, yəqin ki
o, hamamdan gəlir… Bəlkə elə deyim ki, o qızılları hamamda 
itirib?» 
Elə bu anda dimdiyində tacirin qızıl kisəsi bir qarğa uçub 
gəldi. Qarğa Yaqubun başındakı balqabağı dimdikləmək 
istəyəndə  ağzındakı  qızıl kisəsi yerə düşdü. Öz kisəsini geri 
alan tacir Yaquba beş  qızıl verdi. Beləliklə, müdrik qocanın 
şöhrəti artdı. 
Elə bu ərəfələrdə sultanın qiymətli daş-qaşlarla dolu sandığı 
itir. Oğrular şəhərdən qaçmaq üçün məqam axtarırlar. 
Yaqubun  şöhrəti sultanın da qulağına çatmışdı. O, 
Yaqubdan soruşur: 
– Mənim ləl-cəvahiratla dolu olan sandığım hardadır? 
– Ey kasıb və  bədbəxtlərin himayədarı, mən bilmirəm, - 
deyə Yaqub cavab verir. 
– Əgər yeddi günə mənim sandığımı tapmasan, mən sənin 
dərini soyduracağam, - deyə sultan Yaquba xəbərdarlıq edir. 
Yaqub evə  gəlib, baş vermiş hadisədə arvadını 
günahlandırır: 
– Gördün sən məni hansı bədbəxtliyə düçar etdin? 
Əli hər şeydən üzülmüş Yaqub, başına kül yağdıra-yağdıra 
qapının ağzında oturub ağlamağa başlayır. 
 
413
Yaqub yatır. Gün belə keçir. 
Oğrular artıq onun məharəti haqqında eşitmişdilər. Ona 
görə  də öz içərilərindən birini seçib, ona Yaqubu izləməyi 
tapşırırlar. Oğru eşidir ki, o gələn kimi Yaqubu deyir: «Bu 
birinci». Tez gedib bu hadisəni oğrulara danışır ki, Yaqub onun 
gəldiyini qabaqcadan bilib. Ona inanmırlar. Sonra ikinci 
oğrunu göndərirlər. O da Yaquba qulaq asanda eşidir: «Bu da 
ikinci». Tez gedib oğrulara deyir: «Yaqub müqəddəs adamdır, 
bizi görürü. Biz gərək ya qızılları qaytaraq, ya da şəhərdən 
qaçaq. Yoxsa bizi ölüm gözləyir». 
Üçüncü oğrunu da göndərirlər. O da həmin sözləri eşidir: 
«Bu da üçüncü». 
Oğru qışqırıb evə  gəlir və  qızılı qaytarmaq üçün o biri 
oğrulara yalvarır. Oğrular qızılları Yaquba qaytarırlar. 
Sonra sultan Yaqubu saraya gətirdir. Yaqub sarayda çox 
sıxılır və özünü bədbəxt hiss edir. 
O bir gün hamamda yuyunanda sultanın başına vurur. 
Sultan onun dalıyca qaçanda hamamın tavanı tökülür onların 
başına. 
Sultan Yaquba deyir: 
– Ey müqəddəs insan! Nə istəsən sənə verəcəyəm. 
Yaqub deyir: 
– Mənə eşşək ver. 
Sultan gülür və Yaqubu azad edir. 
 
1904  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə