Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə95/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   91   92   93   94   95   96   97   98   ...   103

 
398 
nə qədər pul qazanarsan, məşhur tacir, hörmətli bir kişi olarsan. 
Əgər sənin pulun olsa, hamı sənə hörmət edər, ən varlı və halal 
süd əmmiş bir qız alarsan… 
– Mən nə etdiyimi çox gözəl bildiyim halda, - deyə Kamal 
onun sözünü kəsdi, - bilmirəm bu söhbətlər kimə  gərəkdir? 
Mən pul və ya hərbi geyim xatirinə oxumuram, çünki bunlara 
ehtiyacım yoxdur. 
Mən  ətrafımızda baş verən hadisələri başa düşmək, daha 
çox savad qazanmaq istəyirəm. İnsanlara xidmət etmək, onların 
köməyinə çatmaq istəyirəm. Ata, bir də istəyirəm sənin 
kimilərə  həyatı necə idarə etməyin yollarını öyrədim ki, 
qocalanda onlar çətinliklə  və boş ciblərlə qarşılaşmasınlar. 
Mənim məqsədim və qarşıma qoyduğum vəzifə bundan 
ibarətdir. 
– Kəs, kəs! Bədbəxt ruh, - deyə ata titrəyə-titrəyə sözlərinə 
davam etdi, - gör məni etdiyim yaxşılıqlara, çəkdiyim qayğıya 
görə hansı sözlər qarşılayır. Ailəsinin səadəti qayğısına qalan 
və övladlarının toyunu arzulayan valideynlərə ar olsun. 
Evlənməyin axırı budur – cəhənnəm  əzabı… Ah! Mən 
səfehəm… Nahaq öz qayğıma qalmadım, nahaq! 
O, bu sözləri deyib, ümidsiz halda gözlərini yumdu və 
yuxuya getmək istədi. Ancaq bunlar əbəs yerə idi. Ürək 
əzabları onu üzdü, qüssə duman kimi qəlbini sarıb, onu məhv 
etməyə çalışdı. O, soyuq məzarın sakitliyini səbirsizliklə 
gözləyirdi. Dünyanın dərdlərindən yalnız orada qurtulmaq 
fikrində idi. 
 
III 
 Üç  gündən sonra Nəcəf öldü. O, bu unutqanlıqla  əbədi 
sakitlik tapmışdı, ancaq səriştəsizliyi üzündən bütün ailəni 
başsız qoyduğundan xəbəri yox idi. Gec evləndiyindən Kamalı 
qayğılarla baş-başa qoymuşdu. 
Kamal düşüncəyə dalmış  vəziyyətdə  həmişəki yerində 
oturmuşdu. Atasının üstü örtüklə örtülmüş cənazəsi döşəmənin 
 
399
üzərinə qoyulmuşdu. Onun yan-yörəsində başı açıq qadınlar 
oturmuşdular. Qadınların rənglənmiş, qırmızıyaçalan saçları 
qarışıq vəziyyətdə idi. Cırmaqdan qanamış üzləri isə onlara 
vəhşi bir görkəm verirdi. Uşaqlar bir küncdə oturub ağlayır, 
dəqiqəbaşı qapı açılarkən dəstə-dəstə içəri girən səliqəsiz 
görkəmdə qadınları görəndə isə təəccüblənirdilər. 
Qadınların vəhşi çığırtıları, uşaqların ağlamaq səsləri, 
mollanın camaatı hüzr yerinə  səsləyən səsi cəhənnəm 
mərəkəsini xatırladırdı. Kamal gözü ilə gördüyü dəhşətli 
mənzərəyə inanmaq istəmirdi. Onun gözləri yaşla doldu. Bu 
göz yaşlarının səbəbi atasının ölümü deyildi, çünki atası ona 
elm yolunda bir maneə idi. Kamalın göz yaşlarına səbəb nə isə 
başqa bir şey idi. O, ətrafdakıların avamlığını görüb, qəlbən 
dərd çəkirdi. Müsəlman qadınlarının kobudluğu, onların öz 
vəzifələrini bilməmələri, mövhumatçı olmaları Kamalı 
heyrətləndirmişdi. Onlar özlərini döyüb, sifətlərini cırıb 
qışqıranda o fikirləşirdi: «Öz rəzil ömrünü sürmüş bir adamı 
ağlamaq nəyə  gərəkdir». Ancaq Kamal səhv edirdi. Bizim 
qadınların xoşlandıqları bir şey varsa, o da başqalarını 
ağlamaqdır. Guya ki, göz yaşları tale tərəfindən sındırılmış 
ürəyə  məlhəm olur, rəhmətə gedənin qəlbinin qüssəsini 
yüngülləşdirir. 
 
IV 
 Bir  neçə ay keçdi. Yay günlərindən biri idi. Kamal 
dərslərini bitirmişdi. O, kiçik bir dükanın qarşısında oturub 
kənddə yaşayan dostuna – Yubertə  məktub yazırdı. Onun qara 
qaşlarının altından bir güt düşüncəli və gözəl göz baxırdı. Onun 
tutqun və kədərli sifəti əvvəlcədən nə isə dəhşətli və cinayətkar 
bir hadisədən xəbər verirdi… O yazırdı, qələmi isə  vərəqin 
üstündə cəld hərəkət edərək onun ürək sirlərini dostuna açırdı. 
O, məktubu bitirib, yazdıqlarını öz-özünə oxumağa başladı: 
 
Əziz dost! 


 
400 
 Qələmi əlimə alıb yazmaq niyyətindəyəm. Ancaq dəbdəbəli 
, xoşbəxt həyatdan yazmaq fikrində deyiləm. Bütün dediklərimi 
– kədərli anları xatırlayacağam. Axı həyatın dəhşətlərindən, göz 
yaşları və iztirablarından başqa nədən yazmaq olar? Məni əhatə 
edən yalnız bunlar deyilmi? Qüssənin dumanı ürəyimi sarıb, 
qəlbim həyəcan içində  çırpınır və taleyin qisməti tərəfindən 
təhqir edildiyi üçün cismini tərk etmək istəyir… Ah! Mən niyə 
yaranmışam, niyə. Axı atam məni nə üçün şəxsi ləzzəti naminə 
bu darıxdırıcı və zəhlətökən həyatın acgöz qoynuna atıb? Mən 
qəlbimdə  çırpınan ürəyimlə mübarizə aparıram: ya həyat, ya 
xilas olmaq, ya da ki, ölüm və ya dinclik. 
Əzizim! Mən həyatda yaşayarkən keçirdiyim həyəcan 
hisslərini hansı çalarlarla təsvir edim? Atam öldü. Onun 
ölümündən bir həftə sonra daxmamızın tavanı uçulub – dağıldı. 
Anam və dörd uşaq da rəhmətə getdilər. Onlar dünyanın 
zülmündən qurtuldular, qaldım mən. Gecəmi də, gündüzümü də 
doğma daxmamızın xarabalıqları içində keçirirəm və burada 
göz yaşları axıdıram. Ah! Yaşamaq da çətindir, ondan ayrılmaq 
da! Həyat məni qane etmir, o əzabvericidir. Çünki o, artıq göz 
yaşları və əzab tələb edir. Ancaq onunla vidalaşmağa da həvəs 
yoxdur: mən cavanam, bu həyatdan heç bir şey dadmamışam, 
qarşıma qoyduğum məqsədə də çatmamışam. Ancaq… ehtiyac 
özümə sui-qəsd etməyə vadar edir. Bu, həyatın iyrənc 
caynaqlarından qurtulmaq üçün ən sadə üsuldur. Nə  təhsilini 
davam etdirmək üçün bir qəpik pulun var, nə  də ki, 
xeyriyyəçilər. Daha niyə özünü öldürməyəsən? Mənə kim 
kömək edəcək? «Yeni dünyagörüşümə» görə hamı mənə nifrət 
edir, rus məktəbində  təhsil aldığım və «kafir paltarı» 
geyindiyim üçün heç kəsin məndən xoşum gəlmir. 
Bəli! Həyatla vidalaşmaq gərəkdir, əziz dost. Əlvida! Tale 
bizi gözlərimizdə yaş, qəlbimizdə  kədər bir-birimizdən ayırır. 
Bir daha əlvida, əlvida, səni sevən dostunu unutma. Dost, bil ki, 
mən yalnız torpağın altında sakitlik tapacağam. Sənin dəyərli 
göz yaşların məzarımın üzərinə töküləcək və bu göz yaşlarını 
 
401
söyülmüş məzarımın üzərində bitən otlar öz canına çəkəcəkdir. 
Ah!  İndidən ürəyim ağrayır. Hiss edirəm ki, bir daha 
görüşməyəcəyik. 
Sonuncu dəfə əlvida. 
 
Sənin Kamalın  
 
 
 P.S.  Əzizim! Sanki bütün ətrafımdakılar məni bü sözlərlə 
bəzəyirlər: 
 Oraya, oraya, sonu görünməyən uzaqlara, Oraya, əbədi 
azadlığın hökmranlıq etdiyi yeraltı  səltənətə. Oraya, 
insanlardan uzaq olan unutqanlıq səltənətinə, harada ki
genişlikdir, oraya, həyatın ən yüksək məqsədinə doğru – soyuq 
məzara. 
Kamal məktubu oxuyub zərfin içinə qoydu. Axırınca 
puluna poçt markası alıb, dükanın yanından uzaqlaşdı. 
 

 Sakit  və aydın bir axşam idi. Ay incə baxışlarla dağların 
arxasından boylanaraq, zəif işıq saçırdı. Birdən dağ  tərəfdən 
Kamalın qaməti göründü. O, qaranlıq içində itib-batan şəhərə 
kədərli bir nəzər saldı  və düşündü: «Yaşayın, ey ailəli 
bəxtəvərlər, yaşayın!». Bu anda gilələnmiş göz yaşları onun 
tutqun yanaqlarından axıb töküldü. Sakit, aydın gecənin 
gözəlliyi, dağ çiçəklərinin yüngül rayihəsi belə onun qəlbində 
sevinc yarada bilmədi. O, xoşbəxtliyi yalnız və yalnız  əbədi 
unutqanlıqda görür və ona da can atırdı. Kamal uçuruma 
yaxınlaşdı. Buradan şırıltı ilə axan çay görünürdü. O, bir şer 
dedi: 
    
Mən necə ağlamayım, necə hönkürməyim 
  
 
Artıq dərd çəkməyə gücüm yoxdursa… 
    
Hər yerdə qarşıma çıxır dərd-kədər 
    
Biri gedir, gəlir yeni qüssə-qəm. 
    
Ağır əzablardan qurtuluş yolu 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə