Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə91/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   87   88   89   90   91   92   93   94   ...   103

 
382 
Kəndin kənarına çıxıb, sola döndülər, bir yerdən işıq 
gəlirdi. Yaxınlaşıb geniş bir otağa girdilər. Kişi salam verib 
rusca: 
– Marfuşa,–dedi,–bu bizim qonağa bir yaxşı nömrə ver, 
miçətkəni də olsun. 
Dolğun vücudlu Marfuşa qəbz yazıb, otel pulunu aldıqdan 
sonra Həmidi nömrəyə gətirmək istədi. Həmidi təşyi edən kişi: 
– Bacıoğlu, salamat qal, sabah xəcalətindən çıxaram, 
nöqsana baxma,–deyib getdi. 
Marfuşa yeni ağardılmış nömrənin yatağını  Həmidin 
yanında dəyişib, hər şeyi rahladı, getdi. 
Həmid qəza həyatına başlayırdı. Lakin bu başlanğıc 
təsəvvür etdiyi kimi dəhşətli deyildi. 
Səhər tezdən  şirin yuxudan ayıldı. Koridordakı  əlüzyuyan 
cingildəyirdi. Mərkəzdən gəlmiş  işçilər yuyunurdular. Həmid 
də qalxıb yuyundu və böyük maraqla kəndə çıxdı. İlk intiba ona 
qəribə  gəldi–qamışdan hörülüb üzünə sarı palçıq çəkilmiş 
köhnə komalarla bərabər, yeni binalar, sıra ilə düzülmuş 
kooperativlər də gözə çarpırdı. Kolxoz bazarını dolaşıb, Kürə 
doğru getdi. Kəndin ortasından keçən yeni küçə onu heyrətə 
saldı. O tay-bu tayda daş binalar, ortada da küçə boyu bağ və 
çiçəklik salınmışdı. Bu sarı çöl və sönük kənd yeni bir həyat 
yaşayırdı. Xəstəxana, aptek, məhkəmə, poçt, «Pambıq 
zərbəçisi» adlı  qəzet, Leninin heykəli, yeni yaşayış evləri... 
bunların hamısı ayrı-ayrı olaraq Həmidin gözünə çarpdıqca onu 
heyran edir və əndişə ilə xəyalına belə gətirmək istəmədiyi qəza 
məfhumu silinib gedirdi. 
Məktəbə getmək hələ tez idi. Çay içmək lazım idi. Bir 
aralıqdan asfalt səki ilə gedib, Kürün kənarına çıxdı. Burada üç 
tərəfi açıq, gözəl bir veranda yapılmışdı. Səkidən çıxıb, 
düzülmüş masalardan birinin arxasında yerləşdi. 
Hava hələ  sərin idi. Günəş yüksək söyüdlərin arxasında 
gizlənmişdi. Boz rəngli Kür səssizcə axırdı. Həmid çay içir və 
fikrə dalırdı. Onun fikri bu qocaman çayın ətrafında dolaşırdı. 
 
383
Əsrlərcə boş-boşuna axmış bu çay qarşısında insan nə  qədər 
acizlik göstərmiş. Onun böyük bir qüvvət olduğunu duymuşsa 
da, bu qüvvətə qarşı diz çökərək ona tapınmış... Lakin bu gün 
insan böyümüş, özünün Kürdən də  qəvi olduğunu anlamış  və 
Kürü öz əzəməti qarşısında  əyildərək, xidmətinə alır. Ağacsız 
çöllər yaşıllanır, pambıq və taxıl tarlaları Kürü əmərək insan 
həyatının şən və zənginliyinə çalışır... 
Həmidin dodaqlarından doğan şirin bir təbəssüm düşüncəli 
gözlərinin ətrafında dolaşırdı... 
Həmid məktəbə  gəldikdə  hələ  dərslər başlanmamışdı. 
Əlvan geyimli qız və  oğlanlar həyətdə oynaşırdılar. Müdir 
Həmidi kabinəsində  qəbul etdi. Müəllimlər toplandı. Məktəb 
kimi müəllimlər də  gənc və yeni idi. Bunların bəzisi Həmidə 
tanış  çıxdı; Bakıda bir yerdə oxumuşdular.  İşə başlamadan 
əvvəl keçmiş müştərək həyatlarını xatırlayıb, danışdılar... 
Həmid artıq rayona alışdı. Üç gün deyil, bir il də qalsa idi, 
darıxmazdı. Lakin tapşırıq yerinə yetirilib, nəticəsi üç günə 
kimi maarif komissarına bildirilməli idi. 
Həmid intizampərvər bir işçi kimi, işini vaxtında bitirib 
yola düşdü. Vaqonda sakvoyajını, nə axtarırdısa, açdı və rayona 
qarşı səfərbərlik halına saldığı əczaların əl dəyməmiş bir halda 
unudulduğunu duyub, qəhqəhə ilə güldü. 
1936


 
384 
BEŞ DƏQİQƏ 
 

Həkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: 
onun üçün ömrün olub-olmamağı qət olunacaq idi. 
Həkim çeşməyin üstdən Mirzə Mahmuda baxıb dedi: 
– Soyununuz! 
Və sonra yavaşca fıştırıq çala-çala kürsünün üstə  əyləşdi: 
Həkim dedi: 
– Bir az irəli durun, işığa yönəlin. Belə... yaxşı, geyinin! 
Yara neçə vaxtdır əmələ gəlib? 
– Bir həftədir... Doktor, qorxuram... 
Doktor Mirzə Mahmudun sözlərini kəsdi: 
– Qorxmaq lazım deyil. Qulaq asın. Böyük ehtimal var ki
siflis tutmusunuz. Bu gün qanınızı müayinəyə apararsınız, 
nəticə nə olsa sabah mənə bildirərsiniz. 
Mirzə Mahmudu qan-tər bürüdü; ixtiyarsız kürsünün üstə 
düşdü. Otaq başladı gözünün qabağından itməyə. Bir 
dəqiqəliyə ömür və dünya onun üçün bilmərrə ləzzətini itirdi. 
– Deməli, mənim üçün səadət  əbədilik olaraq mövt oldu. 
Axırım yetişdi! 
Həkim məşğul adamlara məxsus bir cəldliklə ayaqa qalxdı: 
– Sabah tezdən gələrsiniz,–dedi. 
 
II 
Bədən bahar günəşinin  şüalarından həllənirdi, ləzzət 
çəkirdi. Ağacların ilk nəfis yarpaqları, yaşayış dirildən yel, 
təbiət sabahının lətif qoxusu küçədən ötüb keçən adamları belə 
yüngülləşdirmişdi ki, hamı quş kimi səkirdi. Üzlərdə min fərəh
gözlərdə min ümid! Səliqə ilə geyinmiş  qızlar ceyran sürüsü 
kimi baş alıb gedirdilər. Zərif yerişlər,  ədalı  hərəkətlər, nazlı 
baxışlar qəlb evini viranəzarə döndərirdilər. Qəribə hisslər 
duyulurdu: qəmli-dadlı, dadlı-sərli... 
Acı bir sancı Mahmudun ürəyinə doldu: –Nə  əzəmətlidir 
 
385
həyat,–dedi.–Bu  əzəmət içində  mən yoxam. Məndən kənar 
ləzzət çeşmələri bol-bol axmaqda; yaşayış dövran sürmədə; 
səadət  şüadar olmada. Mən də boynu buruq və peşman bir 
halda  şənliksiz guşədə durub, aləmin böyük həngaməsinə 
tamaşa edirəm. Ömür mənim üçün əziz idi. Yaşamaq istərdim. 
Ümidlər bəsləyirdim. Tufan qopdu, ümid çiçəklərimi sındırıb 
əzdi. Sevdiyim bağçam viranəyə döndü... İman etdiyim 
sənəmlər ağzı üstə çöndü. İndi mənim üçün nə qaldı? Açılıq! 
Dirilik vurdu acıya döndü... Əbədi acılaşdı... Mahmud getdi. 
Dünyadan  əl üzmüş bir halda evə  tərəf üz qoydu. İnana 
bilmirdi; o murdar adı özünə isnad verməyə cürət eləmirdi. 
Bəlkə adət eləməmişdi. «Mən azarlıyam» deyə özünə  təkid 
etdi.  Əzabın qara əlləri onun ürəyindən yapışıb, sıxıb üzməyə 
başladı. 
 
III 
Gecənin bir yarısı Mahmud yuxudan dik atıldı. Yorğanın 
altda, ilan vuran tək çəkişib, büzüşdü. Yumruğunu qovzayıb 
gücü gəldikcə çarpayıya çırpdı. «Əxlaqsız!  İradəsiz!» dedi. 
Peşmanlıq onu götürdu. Deyindi, çırpındı, bu üzündən o üzünə 
döndü.  İnanmamazlığa uğradı. O gecəni bilmərrə yadından 
çıxartmaq istədi... 
«Yox!–dedi.–O gecə yaddan çıxası deyil. O gecə  cəmi 
ömrümün gözəlliyini, paklığını, səlamətliyini beş  dəqiqəyə 
qurban verdim... fövt oldum!..». 
Mahmud gözlərini açıb yatacaqdan qalxıb oturdu. Sinəsinə 
dərd layları dağlarca yığılmışdı, nəfəs almağa belə imkanı yox 
idi... Gözünə yuxu gəlmək istəmirdi. 
Mahmudun fikir və xəyalı yenə keçmişə qayıtdı. Min dəfə 
zehnində ehya elədiyi ittifaq yenə gözlərinin qabağına gəldi... 
O gecə evdə heç kəs yox idi. Mahmudun ağlını  nəfs pərdəsi 
bürüdü. Durub mətbəxə getdi... Qulluqçunun yanına girdi... 
Mahmud, kəndin təmiz havasında böyümüş Mahmud bəkrini 
itirdi və  əvəzində  şədid yadigar aldı... Mahmud çarpayıdan 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə