Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə94/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   90   91   92   93   94   95   96   97   ...   103

 
394 
Şərəfinin əzildiyini duydusa da, əlacsız qaldığını nəzərə alaraq, 
sakit oldu. Çürük pillələri cəld çıxıb, özünü otağa salmağa 
çalışdı. Ev sahibləri bunu əhatə edərək, hamısı bir ağızla: 
– Hırrr!–deyə bağırışdılar. 
Cahangir  əvvəl özünü itirdi, qan başına vurdu. Qəzəbli 
gözləri ilə bu tühaf hərəkətləri özlərinə peşə edən adamları 
süzdü–ana, oğul və qız dillərini çıxarıb: 
– Hırrr!–deyə  səs-səsə  vermişdilər.  Bunların aldığı 
vəziyyət Afrika vəhşilərinin ibtidai rəqslərini andırırdı.  Bu 
mənzərəni görən Cahangirin hiddətli üzü birdən  şən bir 
təbəssümlə parladı, dodaqları açılaraq,  şaqqırtılı bir qəhqəhə 
qopdu. 
Ev sahibləri bu qəhqəhədən daha da acıqlandılar–bu günün 
proqramını təkrar başdan başladılar: 
 – 
Bişmiş qazanınıza!.. 
 – 
Oğlun qanına bələnsin!.. 
 – 
Adamın üzündə həya olar!.. 
 – 
Bunlarda 
həya nə gəzir–ilin keçdiyini bilmək istəmirlər!.. 
 – 
Dəli şeytan deyir vur öldür də, qəzəmətə get!.. 
 
– Sizi həzrətabbasa tapşırmışam!.. 
 – 
Hırr!.. 
*** 
Bu söyüşlər, qarğışlar, hədyanlar yağışı altında Cahangir 
anası ilə yeməklərini qurtardılar. Yarım saat davam edən 
hürüşməyə qarşı bir söz belə demədilər. Çay töküldü. Anası 
tutqun səslə Cahangirə dedi: 
– Cahangir, bala, doğrusu evdən bıqmışam. Başqa bir otaq 
yoxmu? 
Cahangir hər gün bu sualı anasından eşidir, hər gün də eyni 
cavabı verirdi. Qırx beşinci dəfə olaraq: 
– Ana,–dedi,–bilirsən ki, evə yazılmışam; alan kimi 
köçəcəyik... 
Firəngiz bəyim yenə: 
 – 
Oğul, bunu bilirəm... ancaq vallah, cana doymuşam. 
 
395
Özümü bu dirəklərin birindən asmaq istəyirəm. Cahangir 
anasının üzünə baxdı  və gözlərində parlayan yaşları görcək 
mütəəssir oldusa da, büruzə vermədi. Başını  aşağı salaraq,  
düşüncələrə  daldı: Bir neçə dəqiqə sürən sükutdan sonra başını 
təkrar qaldırdı, yavaş səslə: 
 
– Ana,–dedi,–bu adamlardan hər bir fənalıq baş verər–məni 
öldürə bilərlər, sənin namusuna sataşarlar. Otaq da hələ 
yoxdur... Bu hərəkətlərin önünü almaq üçün bircə çarə var... 
Firəngiz bəyim maraqla oğlunun üzünə baxdı. Cahangir 
ciddi səslə: 
– Qıza evlənməkdən başqa çarə yoxdur. 
 Firəngiz bəyim  əvvəl qulaqlarına inanmadı, heyrətli 
gözləri ilə  oğlunu təkrar-təkrar süzdü və  oğlunun dediyinin 
ciddiliyini duyaraq cavaba aciz qaldı. Nə acıqlandı, nə sevindi–
donub qaldı. 
 
 
 
 


 
396 
KAMAL
1
  
 
(hekayə) 
 
Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam 
olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan 
və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü 
buludlara qədər qalxar, sazın xoş  sədası  ətrafa yayılar, qəmli 
bülbülün səsinə qarışardı. 
Günlər beləcə bir – birinin ardınca keçdi, illər dolandı, 
ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. 
Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. 
Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi. 
O,  əlli yaşında ikən on iki yaşlı bir qızcığazla evlənmişdi. 
Atası  qızını  Nəcəfə  əvvəllər  şan – şöhrət sahibi olduğu üçün 
zorla vermişdi. Nəcəf də evlənmişdi. Bu izdivacdan onun beş 
övladı dünyaya gəlmişdi. 
 

 – Yox, heç nəyə görə mən təhsilimi yarımçıq qoymaram. 
N şəhərinin Realnı məktəbində oxuyan şagird belə deyirdi. 
 
II 
 Kamal  daxmalarının çirkli pəncərəsinin qarşısında oturub, 
xəstə,  əldən düşmüş atası  və göz yaşları tökən cavan anasına 
tamaşa edirdi. Birdən qapı taybatay açıldı  və günəşin  şöləsi 
altında dilənçi kökündə olan, çirkli və ayaqyalın dörd uşaq 
göründü. Onların arıq və qaralmış üzlərində  dəhşətli bir ifadə 
var idi. Onlar şikayət və  kədər dolu baxışlarla valideynlərini 
süzüb, xəstənin yatağının yanında, torpaq döşəmədə əyləşdilər. 
Uzun sürən sükutdan sonra qoca gözlərini açdı, qalxıb balınca 
                                                 
1
 
Бу щекайя рус дилиндя йазылмышдыр. Бурада истедадлы чя-
мянзяминлишцнас  Лейла  Мяъидгызынын  тяръцмясиндя  верилир 
(Ред.). 
 
397
oxşar, çirkli bir şeyə dirsəkləndi və sakit, zəif səslə dilləndi: 
– Kamal! Mənim  əziz oğlum. Sən bizim vəziyyətimizi 
görürsən. Görürsən ki, həyatın qəm-qüssə  və  dəhşətləri bizi 
əhatə edib. Mən naxoşam və sağalmağıma da ümid yoxdur. 
Ailə aclıq içindədir. Uşaqları yedirtmək, onlara əyin-baş almaq 
üçün pul yoxdur. Ailənin nicatı yalnız səndədir, mənim balam. 
– Tss…,  - Kamal atasına nifrətlə baxaraq, dodağının 
altında deyindi. – Allaha şükür, - deyə qoca davam etdi, - sən 
artıq böyük oğlansan, ailəni özün dolandıra bilərsən. Sənin 
tayların artıq evləniblər və yaxşı pul qazanırlar. Ancaq sən 
bizim kasıbçılığımıza baxmayaraq, yenə  də  təhsilini davam 
etdirərsən… 
– Ata, ata! – deyə Kamal atasının sözünü kəsdi, - sən məni 
məhv etmək istəyirsən?  İstəyirsən ki, təhsildən qalım, elm 
məbədini tərk edim? Yox! Ata, dedim ki, mən məktəbi 
atmaram. Təhsil mənə hər şey verəcək. 
– Ah! Ay oğul, - deyə ata sözə başladı, - sənin bu uşaq 
söhbətlərin mənim xəstə könlümü qırır. Sən özündən böyüyün 
və  həyata səndən yaxşı  bələd olan adamın sözlərinə qulaq 
asmaq istəmirsən. Mən xan zəmanəsində yaşamışam. Onda 
elmdən və şeytana uymuş şeylərdən əsər – əlamət belə yox idi. 
Onda xalq da şad – xürrəm və qayğısız yaşayırdı. Ucuzluq 
hamıya xoşbəxtlik nəsib etmişdi. Biz nə  xəstəlik bilirdik, nə 
ürək ağrısı, nə kafirləri tanıyırdıq, nə  də onların allahsızlığa 
aparıb çıxaran kitablarını. Bir zamanlar gənclər müti idilər, 
onlar bilmədiklərini böyüklərdən öyrənirdilər.  İndi isə, oğul, 
Allah insanları törətdikləri günahlara görə  cəzalandırır. Hər 
yerdə  xəstəlik, aclıq,  əzab-əziyyət, göz yaşları hökm sürür. 
Çünki keçmiş adətlər sıradan çıxıb, müqəddəs yerlərə inam itib. 
Oğul, at bu məktəbi, Allahın qəzəbindən qurtul. Yenə  də 
deyirəm, bizim dədə-babalarımız elmlə  məşğul olmayıblar. 
Amma onlar acından ölməyiblər, sən də ölməzsən. Sən indi 
beşinci sinifdə oxuyursan və sözündən belə  çıxır ki, sənin 
işləyib maaş almağına hələ yeddi il var. Gör sən bu qədər vaxta 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə