Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə92/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   88   89   90   91   92   93   94   95   ...   103

 
386 
aşağı düşdü. Bir neçə  dəqiqə dayandı. Huşu başına gəldikdə 
qayıdıb, yatağında uzandı... 
Bir də  əllərini qovzadı: istədi keçmişki həyatından o 
mənhus dəqiqələri qoparıb atsın... Çox şad olardı, o 
dəqiqələrdən qabaq onu ağır surətdə yaralaya idilər, döyə 
idilər... Niyə bir güllə  pəncərədən gəlib dəymədi. Onda 
Mahmudun ağlı və ixtiyarı oyanardı, kor gözlü nəfsin arxasınca 
getməzdi. 
İndi iş-işdən keçib. Hər an, hər dəqiqə onun qulağına 
dərunindən uçulmaq sədası  gəlir. Bir tərəfdən bədəni qırılıb 
tökülür, o biri tərəfdən əxlaqının binası. 
 
IV 
Bu axşam Mahmud dedikcə  şad idi; kefi olduqca kök idi. 
Azar  əsla yadına düşmürdü. Daha doğrusu, azarın olduğuna 
belə inana bilmirdi. «İki dəfə müayinə  nəticəsi mənfi olub,–
Mahmud öz-özünə yenə deyirdi,–bu dəfə də mənfi olacaq. Bu 
həqiqət həkimin imzası ilə isbat olunduqda qəm aləminə 
«əlvida» deyəcəyəm. Mən indiyədək yaşamamışam, zəlalətli 
bir ömür sürüb, gələcəyi gözləmişəm. Və  həmişə  şəxsi 
həyatıma,  şəxsi taleimə üz döndərmək istədikdə cürətsizlik 
ixtiyarımı qırıb, meylimi yox eləyib. Bu günlər çəkdiyim əzab 
və qorxu cürətsizliyimi puç etdi və  məni  şəxsi həyatım üçün 
səadət binası qurmağa vadar etdi. Evlənmək lazımdır, övladlar 
bəsləməlidir. Ömrümün yarısını subaylığa verdiyim daha 
bəsdir!!.». 
Mahmud dəruni aləminə  qərq bir halda sol küçəyə döndü 
və davaxanaya yaxınlaşdıqda dönüb dala baxdı.  Ətrafı dürüst 
nəzərdən keçirdi və tanış adam olmamağını görüb, cəld içəri 
daxil oldu. Tərs kimi burada Mirzə Mahmudun şagirdlərindən 
biri dava alırdı. Bunu görcək müəllim özünü itirdi. Utandı, 
«Yəqin,–öz-özünə deyindi,–şagird mənim azarlı olmağımı 
duyacaq». 
İncəvara, şagird ol dəqiqə davanı alıb çıxdı. 
 
387
Mirzə Mahmud bət-bənizi qaçmış bir halda qəbzi xanıma 
uzatdı  və bir dəqiqədən sonra «nameyi-əmalı»  əlinə aldı. 
Diriliyini itirmiş gözləri qırmızı hərflərlə yazılmış sətri oxudu: 
«Vasserman müayinəsi müsbət nəticəlidir». Bu sətirdən aşağı 
beş yerdə qırmızı xaç çəkilmişdi. Mirzə Mahmud bu sətrin və 
xaçların nədən ibarət olduğunu düşündü. Lakin artıq məyus 
olmadı. İndiyədək naməlum halı bir qədər mətanətli şəkil aldı. 
– Azarım aşkar oldu,–dedi–Nə etməli, müalicə lazımdır. 
 

Həmişəki kimi məktəbin həyətinə girdikdə  uşaqlar Mirzə 
Mahmudun yanına yüyürüşdülər. Kimi çiçək dəstəsi gətirmişdi. 
Mirzə Mahmud qəmli bir sima ilə çiçəkləri aldı  və  cəhd elədi 
ki,  əli uşaqlara toxunmasın. Balalar müəllimdə zühur edən 
təğyiri düşündülər və hamısının üzündə  məyusluq  əsəri 
göründü. Həmişə Mirzə  uşaqların başını  sığallardı, balaca 
əllərini əlinə alıb xoş sözlərlə onları dindirərdi. Bu səfər uşaqlar 
müəllimləri tərəfindən soyuqluq gördülər. 
Mirzə Mahmud qorxurdu ki, azar özgələrə də sirayət edər. 
Və bu dərddən qabaqkı  rəftar və qaydalarını bilmərrə tərk edib, 
insanlarla qəti-əlaqə elədi. Həmişə gözlərinə cənnət guşəsi kimi 
görünən məktəb indi cəhənnəm olub, onu yaqıb yandırırdı. 
Mirzə Mahmud balaları artıqlıqca sevərdi və özünə söz 
vermişdi ki, cəmi ömrünü balaların tərbiyə  və  təliminə  sərf 
eləsin. Bunun üçün də  qət eləmişdi ki, şəxsi həyatından  əl 
çəkib, pak əxlaq, xoş rəftar və ədəbli hərəkəti ilə balalara örnək 
olsun... 
Sözündə sabit qala bildimi?–Əlbəttə yox. Beş dəqiqəlik bir 
tufan pakı napak elədi. Mirzə Mahmudu da qəmləndirən bu 
paklıq idi: balalara təlim vermək kimi uca bir vəzifəyə napaklıq 
yaraşmırdı. 
 
VI 
Mirzə Mahmud gündəlik dəftərini götürüb yazdı: «Müalicə 


 
388 
qaydası ilə gedir. Hər sabah həkim bədənimi iynələyir. Azarım 
əlacpəzir deyil. Amma yenə üç il müalicə etdirməlidir. Hədsiz 
pul, vaxt və  zəhmət istəyir ki, müalicəni başa çıxardasan. 
Bunlar dursun kənarda. Ruhən və  əxlaqən  əziyyət çəkirəm. 
Murdaram, düşmə azarlıyam. Yemək qablarını ayrı tutmalıdır, 
ağzım dəyən yerlər azarlı olur. Yoldaş  və dostlardan əlaqəni 
kəsmişəm, qorxuram yavuqluğumdan bədbəxtlik üz verə. 
Bəlaya düşüb, yandığım halda özgələrin bəlasına da zamin 
deyiləm. Qurd kimi xəlvətxanalara çəkilirəm. Xəstə olduğumu 
heç kəsə bildirmək istəmirəm. Çünki bildirsəm xalq qudurmuş 
itdən qaçan kimi məndən qaçacaq... Eyibli dərdə düşdüm. 
Səbəb nə idi? Özüm də bilmirəm... Çirkli, üfunətli, çirkin və 
əxlaqı pozğun bir qıza alçaq nəfsim yetdi. İndi alçaqlıq əcridir 
çəkirəm... 
İnana bilmirəm.  İnana bilmirəm ki, həmişə ehtiyatlı 
Mahmud beş  dəqiqənin qurbanı ola... Yanıram, tövbə  və 
istiğfar eləyirəm, keçmişki paklığımı geri qaytara bilmirəm...». 
 
VII 
Azarlılar növbə gözləyirdilər. Hərə şəxsi dərdinə çalışmada 
idi. Bətbənizi qaçmış bir cavan əzabçəkici bir nəzərlə xəstələrə 
tamaşa edirdi. Ondan o yana bir tələbə oturmuşdu, qəzet 
oxuyurdu. Hərdən qiraətdən  əl götürüb, gözlərini divarın bir 
nöqtəsinə dikib qalırdı. O yanda bir müsəlman papağını dizinin 
üstünə qoyub tez-tez saata baxıb  əsnəyirdi. Ləzgi papaqlı bir 
ayrı müsəlman otaqda gəzinirdi. Bəzi arvad və uşaqlar var idi. 
Küncdə bir erməni bir ayrı erməniyə  və müsəlmana dərdini 
söyləyirdi. Qılçasını göstərib, yeltutmadan və gecələr 
ağrısından gözlərini yummağa belə aman tapmadığını yanıqlı 
bir dillə nağıl eləyirdi. 
Mirzə Mahmud bir məmurla yan-yana oturub, fikir içində 
idi. Bu azarlıları başdan-başa nəzərdən keçirib qəmlənirdi, 
sıxılırdı. Gah vaxt onda yeni fikirlər zühur edirdi və bu fikirlərə 
meydan verə-verə  gəlib təskinlik aləminə  çıxırdı, müvəqqəti 
 
389
olsa da sakit olurdu. Dirilik Mirzə Mahmudun nəzərincə dörd 
pillədən ibarət idi. Əvvəlinci pillənin adı  həvəs, ikincisinin–
meyl, üçüncü–çatış, dördüncü–əzab. Həvəs, onun təsəvvürüncə, 
ləzzətli və ümidedici olur, meyl gözləri bağlayır və  ağlı 
kəsərdən salır, çatış aldadır... sonra əzab başlanır. Həvəs, meyl 
və çatış belə fövri olur ki, insana yuxu kimi gəlir. Əzab isə baqi 
və sabitdir. Bu dörd pillə ilə insanı mərbut edən qəzadır. Odur 
ki, Mirzə Mahmudun rəyincə, heç kəs özünü qəza tələsindən 
təmin olunmuş sana bilməz. Çünki qəza quyudur. 
 
VIII 
Həkim qapını açıb, xəstələrdən birini içəri çağırdı. Hamı 
bir dəqiqəliyə tərpənişib, yenidən fikrə daldı. Zala on beş və ya 
on altı yaşında qırmızıyanaq bir cavan daxil oldu. Azarlılara 
baxıb bir az utandı, qızardı  və kürsünü götürüb bir guşədə 
əyləşdi. Mirzə Mahmud bu cavana diqqətlə baxıb yeni fikirlərə 
meydan verməyə başladı: «Həyat  ədalətli bir qanuna tabe 
deyil,–dedi,–hər  şey qəzanın dərəbəyliyinə tapşırılıb. Biri min 
pis  əməllər törədir, azara düçar olmur. O biri ilk qədəmində 
alova rast gəlmiş  pərvanə kimi, qanadını yandırıb məyus bir 
halda yerə düşür. Bəli, biz bu otaqda əyləşənlər qanadı 
yanmışlarıq. Biz çatışdan sonra əzab çəkənlərik. Niyə qəzanın 
oxuna biz gəldik. Niyə küçələrdə, bağlarda hədsiz-hesabsız 
adamlar eyş-işrətə  məşğul, deyib-gülürlər, gəzirlər, dirilikdən 
ləzzət aparırlar; biz isə bu napak havalı otaqda oturub, əzabımız 
üçün dərman gözləyirik?..». 
 
IX 
Mahmud guya yuxudan ayıldı; halını  aşkar bir surətdə 
təsəvvür etməyə başladı və özünü talesiz gördü. Yadına düşdü 
ki, o, səlamət uşaq atası ola bilməz, çünki azarlıdır. Beş il 
evlənə bilməz... Evlənmək dursun kənarda, bu azardan divanə 
olub çöllərə düşə bilər, falic olar... Qəm tüstüsü damağına 
çökdü. Durub otaqda o baş-bu başa gəzinməyə başladı. Min 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə