Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə88/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   84   85   86   87   88   89   90   91   ...   103

 
370 
maşını var idi. Küncdə bir vedrə, onun yanında xırda bir döşək 
salınmış, baş  tərəfinə  də kirli bir boğça qoyulmuşdu... Otağın 
bütün təfrişatı bundan ibarət idi... 
Qadın uşaqların yanına uzanarkən hələ də söylənirdi: 
– Arvadın yaxşı elədi, qaçıb canını qurtardı… Belə olsa 
mən niyə qalım... Canım cəhənnəm!.. 
Arvad döşəmənin üzərində paltarını  çıxarmadan sərilən 
oğluna hiddətlə baxıb ağladı... Gözlərinə yuxu gəlmirdi, həp 
oğlunun dərdini, ailənin dağılmasını, çocuqların ac qalmasını 
düşünürdü... Gecə keçir, yorğan altında ayaqları bir-birinə 
dolaşan çocuqlar inildəyərək çevrikirlər. İftadə xoruldayır və bu 
xorultu gecənin sükutunda arvadın qulağına çataraq əcaib 
sədalar doğururdu... Sanki tənha bir küçədə kimsəsiz, yetim bir 
çocuğu boğurdular, iniltisi ətrafa yayılaraq qeyb olur, əvəzində 
başqa bir fəğan doğurdu... Ana qəlbi sızlayaraq göz yaşları 
saçırdı... Çocuqlar yenə bir-birinə toxunaraq çevrikir, inildəyir, 
İftadə yenə xorultusu ilə qadının yuxusunu zəhərləyirdi. 
İftadə  səhər tezdən oyandı. Başında bir ağırlıq duydu. 
Gözlərini ovcalayaraq bir yorğan altında yerləşən çocuqları və 
öz anasını süzdü: çocuqlardan birisi yataqdan sürüşüb, 
döşəmənin üzərinə düşmüşdü, o birisinin ayaqları yorğanın 
dışarısında qalmışdı... Çəlimsiz, bənizləri qaçıq çocuqlar ona 
ölü kimi göründülər. Onda bir əzab hissi oyandı, bir anlığa 
ürəyini sızladıb, yox oldu... Susuzluğu var idi. 
«Bir stəkan pivə olaydı»,–deyə başından keçirdi, Nəşəsi 
alovlandı. Boğazının qurumasını hiss etdi. Pivə nəşəsi daha da 
artdı. Yerindən sıçrayıb qalxdı. 
Bir dəqiqə sonra küçədə idi. Dalğın bir halda ciblərini 
yoxlayır, tənbəl-tənbəl yürüyür, təkrar yoxlayırdı. Pul və 
papirosun olmamasına inana bilmirdi. 
Bir uzaq tanışına rast gəldi. Gülümsünərək ona yanaşdı. 
Əvvəl bir söz demədi,  əllərini bir-birinə sürtdü, tabe bir hal 
aldı. Sonra ansızın: 
– İki manat pulun varmı, mənə verəsən? – dedi və gülüm-
 
371
sünməsində davam etdi. 
Tanış cavab vermədən əlini qoltuq cibinə uzatdı, yan tərəfə 
baxaraq bir üçlük çıxardı. İftadənin əlləri qeyri-şüuri bir halda 
yuxarı qalxıb üçlüyü qapdı. Özünü böyük bir sevinclə pivə 
klubəsinə yetirdi. Pivə stəkana süzülüb köpükləndikcə ürəyi 
yarpaq kimi əsirdi. Titrək  əli ilə stəkanı başına çəkib bitirdi, 
dodaqlarına ilişmiş köpüyü zövqlə  əmdi.  İndi papiros nəşəsi 
ona rahatlıq vermirdi. Lakin papiros tapmaq içki qədər çətin 
deyil idi. Oradakılardan birinə yönələrək aldı. Tüstünü 
acgözlüklə udaraq, yoluna davam etdi. 
İftadə mətbəə əməkçisi idi. Təshihə baxar və arabir şer də 
yazardı. Vaxtilə gənc şairlər arasında müəyyən bir mövqeyi də 
vardı. Lakin get-getdə içkiyə alışaraq düşür və  ədəbiyyat 
sahəsindən uzaqlaşırdı. Bir aralıq belə tamamilə unuduldu. 
Yazıçılar qurultayı  ərəfəsində  əski və yeni yazıçılar aranılıb 
yoxlanırkən İftadə də yada düşdü. 
Bir axşam İftadə evə erkən dönmüşdü. O, xəstələnmiş kiçik 
çocuğunun yatağı yanında oturub fikrə dalmışdı. Çocuq 
qızdırma içində yanırdı. Hərdən gözlərini açıb, atasının üzünə 
baxır, sanki «Anamı istəyirəm»,–deyə onu töhmətləndirirdi. 
İftadənin anası yenə deyinirdi: 
–  İşıq pulu vermədik, kəsdilər, evdə dişə  dəyər bir şey 
yoxdur... Amma arağa pul tapılır... Uşaq azarlı, özü ac, indi ona 
nə verim?.. Kaş allah məni öldürəydi, bu günləri 
görməyəydim... 
Qadın bu sözlərdən sonra adəta ağlar və gözlərini 
yaylığının ucu ilə silərdi. Bu dəfə başını divara söykəyib, 
gözlərini yumdu, yaş damlaları rəngsiz yanaqları aşağı axmağa 
başladı. 
Qapı  tıqqıldadı. Otağa saç və  bığları  ağarmış bir adam 
girdi. Kefli olduğu süstlüyündən bəlli idi. Mehriban bir səslə 
salam verdi, qadının və çocuqların kefini sordu. Qadın gözlərini 
açıb təkrar yumdu və aldığı vəziyyəti heç də dəyişmədi, bəlkə 
bir az da darıldığını göstərdi. 


 
372 
İftadə tələsməyərək ayağa qalxıb gələn adamla görüşdü və 
onu döşəmədə salınmış döşəkçənin üzərinə  dəvət etdi. 
Oturdular; ikisinin də susması və bir-birinə qarşı artıq nəzakət 
göstərməməsi onların tez-tez görüşmələrini isbat edirdi. Qonaq 
yavaş səslə: 
 
– Çocuq, deyəsən, naxoşdur?–dedi. 
 
İftadə bir az dərdli kimi: 
 – 
İki üç gündən bəri kefi yoxdur,–dedi. 
 Qonaq: 
– Yaxşı olar,–deyə gülümsədi, –nə olacaq ki?.. Mənimkilər 
də yatıb durur, heç xəbərim belə olmur... Bu bir məsələ deyil, 
de görüm, arağın varmı? 
İftadə: 
– Sən öl, yoxdur,–dedi. – Gündüz bir az tapıb içdim. Heç 
kar da görmədi. 
Qonaq gülümsədi və laübalı bir halda İftadənin dizini 
çimdiklədi. Sonra nə düşündüsə, soyunmağa başladı. Palto, 
pencək və üst köynəyini çıxartdı, bunların altında kirli bir 
fufayka var idi, onu da çıxarıb ayrı qoydu. Sonra geyindi və 
fufaykanı bir qəzetəyə büküb çıxdı. Qonağın getməsi 
evdəkilərə heç bir təsir bağışlamadı: hər kəs öz yerində, əvvəlki 
vəziyyətində qaldı. Yalnız böyük çocuq ortancılısının üzünə 
baxıb gülümsədi. Bu gülümsəmə uzun müddət davam etmədi: 
çocuq tutuldu və gözləri yenicə örtülmüş qapıya sataşaraq 
qəmləndi və get-gedə acıqlı bir tövr aldı... 
Çox çəkmədən qonaq geri döndü. Yavaşca gəlib  əvvəlki 
yerində oturdu. Paltosunun cibini göstərərək İftadənin qulağına 
bir  şeylər pıçıldadı.  İftadə heç bir meyl göstərmədi. Qonaq 
gülümsədi və cibindən bir şüşə araq və kağaza bükülü bir az 
kələm çıxartdı.  İftadənin nəzəri anasının kədərli üzündə 
dolaşıb, geri döndü. 
 – 
Fufaykanı bu tezliklə kimə satdın? 
 
– Allah yetirdi. 
İftadə yerindən qalxıb, pəncərədən iki fincan alıb gəldi. 
 
373
Araq ehmallıqla fincanlara tökülüb içildi. Kələmi də yedilər. 
Kələm kağızı ilə  ağızlarını silib heç bir şey olmamış kimi, 
yerlərində oturmağa davam etdilər. Çocuğun iniltisi sükutu 
pozdu. Qadın dik atılaraq ayıldı. Qonağı görcək üzünü ikrahla 
qırışdırdı  və bir an özünü itirib, sonra inildəyən çocuğun 
üzərinə  əyildi. Quru dodaqları ilə onun alovlu yanaqlarını  və 
alnını oxşadı. Gözündən qopan odlu bir damcı çocuğun üzünə 
düşüb, onu diksindirdi. Çocuq qızarmış gözlərini çevirib, 
nənəsinin yaşlı gözlərinə baxdı,  əvvəl bir şey dərk etməyən 
kimi dondu, sonra duyduğu acılardan dodaqları büzüldü, 
üzünün hər bir ifadəsi qorxu ilə doldu... 
Yenə qapı tıqqıldandı. İftadə: 
– Kimdir?–deyə yerindən qımıldanmadan soruşdu. Buna 
cavab olaraq qapı təkrar tıqqıldandı. Yad adam olduğu bəlli idi. 
İftadə qalxıb qapıya çıxdı. 
– Buyurun! Buyurun!–deyə kimi isə qarşıladı.  İçəri gözəl 
geyimli şən çöhrəli bir gənc girdi. 
Sandalya adına heç bir şeyə  təsadüf etmədiyi üçün gedib 
pəncərədə oturdu. İftadə: 
– Tahir Muxtar, nə əcəb?–dedi. 
– Firqənin 1932-ci il aprel qərarını bilirsiniz. İndi  ədib və 
şairləri yoxlayırıq, görək bu qərardan sonra nə yazmışlar. 
İftadə  şən və utancaq simasını yerə dikib bir cavab 
vermədi, əvvəlki qonaq səssizcə otağı tərk etdi. İftadənin anası 
isə sanki Tahir Muxtarın buraya gəlməsindən ümidlənərək 
gözlərini onun üzünə zillədi, Tahir Muxtar qapını göstərərək: 
– Bu gedən kim idi?–deyə sordu. Hacı  Vəlinin oğlu 
deyilmi, Tazapirdə böyük mülkləri var idi? 
İftadə yavaş səslə: 
– Odur. 
Tahir Muxtar ciddi və qəti: 
–  İftadə,–dedi,–bağışlayın, mənim sizin daxili işlərinizə 
qarışmağa haqqım yoxdur. Amma bu dəfə qarışacağam.  
Deməliyəm ki, o, sizin yoldaşınız deyildir. O, əyyaş bir 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə