Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə87/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   83   84   85   86   87   88   89   90   ...   103

 
366 
«Veylabad» sözü Nəsiminin dodağının bir az əyilməsinə 
səbəb oldu: o gülümsünməsini saxlayaraq: 
– Adı qəribədir... Veylabad nə üçün? 
Mirzə fəxrlə: 
– Çünki əhalisi  ərbabi-ülum və danişdəndir... baxın,  ən 
acizi bəndənizəm, mənim də bir sandıq qayış cildli kitabım var. 
Nəsimi bir az maraqla: 
 – 
Bu 
şəhər Nəqşicəhan tərəfdədirmi? 
 – 
Oradan 
şimaldadır. 
 – 
Bildim, 
Ərrandadır. Ərəb alimləri oranı çox bəyənmişlər–
Əlrihab–deyə təsmiyə  edərlər.  Çünki meyvəsi çox imiş. 
Mirzə fəxrlə: 
– Bəli, bəli. Yaxşı sulu armudumuz, kefin istəyən əncirimiz 
var. 
– Şüəra və füzəlanız çoxdurmu? 
Mirzə  Əbdülvahab gülümsündü, təvazö göstərərək, yerə 
baxdı, sonra qəti səslə: 
Bəndənizdən başqa kimsə yoxdur; çakərinizin adı Əbdül-
vahabi Xənnası dillərdə əzbərdir. 
«Xənnas» sözü yenə  Nəsiminin dodağının  əyilməsinə 
səbəb oldu. Bu dəfə  şair gülməsini saxlaya bilmədi: «Veyl», 
«Xənnas»,–deyə qəhqəhə çəkdi. 
Nəsiminin bu hərəkəti Mirzəni olduqca dilgir etdi. 
Mirzənin hiddətindən dodaqları titrəməyə başladı. 
– Sən nəsən ki, camaata gülürsən? Sözlərin başdan-başa 
səfsətədir: 
«Can ilə  həm cahan mənəm, dəhr ilə  həm zaman mənəm, 
Gör bu lətifəyi ki, mən dəhri-zəmanə sığmazam...» 
Bu nədir? Sən nə olmusan ki, heç yerə  sığmırsan? 
Axmaq!.. 
Mirzə acıqla yerindən sıçrayıb, otağı  tərk etdi. İndi o, 
yeniyetmə  şairlərdən daha çox Nəsimiyə qarşı nifrətlər 
bəsləyirdi. «Bu məlunu dolaşdırmaq lazımdır,»–deyə intiqam 
yolları arayırdı. Düşünərək cameyə 
gəldi. Xurma 
 
367
kölgəliklərində gizlənən hücrələrdə üləma  əyləşib saillərin 
işlərinə baxırdılar. Mirzə  də qazını soruşub, bir hücrənin 
qarşısında  əl bağlayıb durdu. Növbə ona çatdıqda yeriyib 
qazının hüzurunda durdu: 
 – 
Ərzin? 
 – 
Ərzi-bəndəliyim  var. Dini-mübinin  səlaməti üçün cəfəri 
bir zındığın  vələdizinalığını ifşa üçün gəldim. 
Qazının təəssübü coşdu: 
 – 
Söylə! Söylə! Söylə görüm o mürtəd kimdir? 
 
– Diyari-Rumdan möminlər arasında fəsad toxumu əkmək 
üçün gəlmişdir. Özü də batinidir. Hökmdarlara qarşı yapdıqları  
sui-qəsdlər məlumi-alinizlir. Nə  qədər xan qətl etdiklərini 
bilirsiniz... Danışdıqları da, haşalillah, küfr... 
Mirzə o qədər coşmuşdu ki, bir saat Nəsiminin  əleyhinə 
danışdı və axırda özü də öz sözlərinə inanıb ağladı. 
O saat adam göndərilib, Nəsimini gətirdilər. Hücrələrdəki  
ruhanilər həyəcana gəlib toplandılar. Mühakimə başlandı. 
Mirzə Əbdülvahab da şahid sifəti ilə oturmuşdu. Nəsimi verilən 
suallara sakitlik və  mətanətlə cavab verir, heç bir şeydən də 
çəkinmirdi. Mirzənin iftira və böhtanları da onu şaşırmadı. 
Fəzlullaha inandığını anladıb, onun haqq olduğunu coşqun bir 
ifadə ilə deyib, axırda: 
 
   
Dəryayi-mühit cuşə gəldi,  
  
Kon 
ilə məkan xruşə gəldi,  
  
Sirri-əzəl  oldu  aşikara
   
Aşiq necə eyləsin müdara? 
 
– deyib cəzb oldu: ağzından köpük daşlanaraq, yerə sərildi. 
Qazı hiddətli səslə: 
– Dərisi boğazından çıxarılsın! –deyə fitva verdi. 
Ətrafdan təsvib səsləri eşidildi. 
Nəsimini cəza yerinə  gətirdilər. Rəngsiz üzündə iman 
mətanəti parlayırdı. Cəllad onu soyundurub, ayağından 


 
368 
başlayaraq dərisini soymağa başladı.  Şair yalnız alt dodağını 
dişi ilə sıxıb gülümsəyirdi... 
Mirzə Əbdülvahab bu qorxunc mənzərəyə tab gətirə bilmə-
yərək, çığırıb bayıldı... 
Səsə yanında yatan arvadı dik atılıb sıçradı. Mirzə yataqdan 
kənarda palazın üstündə çapalayırdı. Arvad su gətirib, onu 
ayıltdı: 
– A kişi, nə xəbərdir?–deyə soruşdu. 
– Məni qara basmışdı. 
Arvad gülə-gülə: 
– Bozbaşın buxarındandır, a kişi. Sən bir də yatar qarına 
bozbaş yemə!–dedi. 
 
1934 
 
369
YÜKSƏLİŞ 
 
Səndələyə-səndələyə qapıya yanaşdı, sol əli  şüursuz bir 
halda qalxıb qapını  tıqqıldatdı. Səsə  gələn olmadı. Gecənin 
yarısı idi. Qapı qarşısında qara kölgə  təşkil edən adam qəribə 
bir qiyafəyə malik idi. Yuvarlaq kepkasından başlayan düzgün 
çizgi  ənsəsində  qırılır, lobba düşmüş mürəkkəb kimi, kənara 
qeyri-müntəzəm xətlər ayrılırdı, kürəyində yarımdairə  şəkli 
alaraq aşağıya doğru enir və  şalvarının arxasında yenə cizgi 
qırılıb, bir sıra didiklər  əmələ  gətirirdi. Ayağının uclarında və 
dizlərində də eyni cizgi qırıqları gözə çarpırdı... 
Qapı təkrar döyüldü, səs sükut içində uyuyan dalana düşüb, 
nərədə isə əks-sədalar doğurdu. Kölgə yerində duraraq düşünür, 
lakin düşünüşü məntiqsiz və məqsədsiz idi. Gözlərinə görünən 
şeylər sabit bir şəklə malik deyildi. Bir də  əyri çərçivəyə 
yerləşməyib, sallana qalan çatlaq qapı onun gözlərinə sataşır. 
«Qapı-qapı»–deyə gülümsəyir; bir dəqiqə sonra həm qapı, həm 
də qapı ətrafında dolaşan düşüncə qaib olub gedirdi. Davamının 
çoxmu, azmı sürdüyünü bilmədiyi bir boşluq onu bürüyürdü. 
Sol əli yenə şüursuz bir halda qapını döyməyə davam edirdi... 
Qapıya söylənə-söylənə bir qadın gəldi. Açdı. 
Səndələyərək içəri soxulan kölgəni gördükdə: 
– Allahın bir ucuz ölümü yoxdur ki, ölüm qurtarım,–deyə 
şikayətləndi. Qadın qapını bağlayıb, xırda həyətlə deyinə-
deyinə geri döndükdə qulağına bir tappıltı gəldi. 
– Bu oğul olmadı, dərdi-sər oldu,–deyə özünü otaq qapısına 
yetirdi. Oğlu ilişib yıxılmışdı. Qadın onun qolundan yapışaraq: 
– İftadə,–dedi,–bir dibli mənim də, balalarının da başını kəs 
qurtar. Belə biabırçılıq olmaz. İçməyin də bir təhəri var. Hər 
gecə kefli, balalarıyın ruzusu araqda... 
Qadın hirsindən ağladı  və göz yaşı axıdaraq  İftadəni 
sürüyüb otağa saldı. Xırda neft lampasının xodu aşağı 
çəkilmişdi. Döşəmənin üstündə kirli bir yorğan altında üç uşaq 
büzüşüb yatmışdı. Pəncərədə bir-iki qab, bir xırda bişmiş 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə