Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə86/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   82   83   84   85   86   87   88   89   ...   103

 
362 
– Qardaş, neçə ildir burada qalırıq, görürsən, hamımızın 
ayağı yerindədir... 
Möhsün sakit: 
– Yaxşı, sabaha qədər buraları bir yaşanacaq  şəklə 
salarsanmı? 
– Hamısı düzələr, arxayın ol... 
Razılaşıb köçdülər. Sabah alaqaranlıqdan həyətdən gələn 
söyüş  və qarğış  səsi kirəçiləri yuxudan ayıltdı: arvad ağacın 
altında yatan kişini qaldırıb, meşəyə  ağac dalınca göndərirdi; 
balkonda çəkic səsindən qulaq tutulurdu... 
– Üzünüzü mürdəşir sürtələsin, düz mismar yoxdurmu?.. 
Od aparmışlar, qışda tənbəllikdən bağa enmədilər, buraları 
sökdülər,   yandırdılar... Sizi qırılasınız... Bu kişiyə bax, başı 
batmış, o biri üzünə çörüküb, yenə yatdı...–deyə ev sahibi 
arvadın səsi gəlirdi... 
Bütün günü kirəçilər baş-beyindən oldular, nəticədə paslı 
mismar quru taxtaya batmadı, meşədən də ağac gəlib çıxmadı... 
Bir gün xırda qızın qışqırtısı eşidildi. Anası yüyürüb gördü 
uşağın ayağı taxtanın deşiyinə düşüb, çıxmır. Bir təhər burub 
çıxardı. Möhsün evdə yox idi. Sinirlənməsin deyə Reyhan ərinə 
xəbər vermədi. Ancaq ev sahibini çağırıb, məsələni anlatdı. 
Yenə  çəkic çıxdı, gumbultu düşdü, söyüş  və qarğış başlandı. 
Nəticədə bir-iki vaks qapağı əzilib, deşiklərə salındı. 
O biri gün Möhsün qızının ayağını sarılı görüb, məsələni 
anladı. Yenə sinirləndi, deyindi, yenə ev sahibini çağırıb 
nəsihət elədi, tənbəllikdən, cəhalətdən danışdı. Yenə  çəkic 
taqqıldadı. Bir-iki də köhnə istiot və qəhvə qabı əzildi... 
İki həftə keçdi. Bu iki həftədə kirəçilər iyirmi dörd xırda və 
iri qəzaya uğradılar. Ancaq dərin xətər olmadı; məsələ  dəri 
cızılması və qan sağılması ilə qurtardı. Möhsün bir neçə dəfə də 
sinirləndi, axırda həkimin tapşırığını xatırlayıb, sakit oldu. 
Fərqi yox idi–get-gedə  çəkicin də taqqıltısı yavaşıyıb, axırda 
büsbütün kəsildi... 
Məzuniyyətin sonuna on gün qalmışdı... Möhsün dama 
 
363
sərdiyi alma, armud, kavalı qurusunu yığmaq üçün balkonun 
sütununa dırmanıb çıxmaq istədikdə, sütun yerindən oynadı. 
Möhsün başı üstə aşağı düşdü. Yolda kəlmeyi-şəhadətini deyib, 
o biri dünyaya hazırlandığı halda, özünü balkonun altındakı 
zibil təpəsində gördü. Cəld      qılçasını yoxladı, gördü hər  şey 
yerindədir, ancaq buduna qoyun qabırğası batmışdı. Durub, 
axsaya-axsaya otağına gəldi: 
– Reyhan,–dedi,–yığış, daha dincəldiyimiz bəsdir. Bakıya 
getmək lazımdır. Görürəm, bizi qəza hərləyir. 
Axşam avtobusu onları sağ və salamat  Xudat stansiyasına 
gətirdi. Gələn kimi bir tərəzi tapıb, özlərini çəkdirdilər. Möhsün 
on iki girvənkə, arvadı yeddi, qızı da üç çətvər əksilmişdi. 
 
1934


 
364 
MİRZƏ ƏBDÜLVAHAB 
 
Mirzə  Əbdülvahabın bir sandıq dolusu kitabı var. Əksəri 
qayış cildli Təbriz basmasıdır. Mirzənin çox vaxtı bu kitablar 
ilə keçdiyi üçün özü də bir növ kitab olmuş–tərpətsən  şer 
tökülər. Zahiri də xalis Təbriz basmasıdır–qulaqlarından tutmuş 
burnunun ucuna qədər bitən tüklər  şikəstə  xətt ilə yazılmış 
beytlərə bənzəyir. 
Mirzə  Əbdülvahabın özünün də  təbi-şeri var. Gecələr 
qamış  qələmi mürəkkəbin lığasına basıb, yavaş-yavaş yazar
lakin kəlamini kimsəyə oxumaz. Çünki zamanımızda şerlərinə 
qiymət verəcək bir adam təsəvvür etmir. Şair deyə tanınmış 
adamlara da salam verməz və haqlarında  ən kəskin,  ən kirli 
mühakimələr yürüdər. 
Mirzənin bir sıra möhübbü var, onlarla görüşər, həp eyni 
mövzuda danışılanları  hər dəfə söylərlər. Dəfələrlə deyilmiş 
şerlər təkrar edilər və hər kəs eyni ləzzətlə dinlər. 
Mirzə  Əbdülvahabın klassiklərimiz arasında sevdiyi ən 
böyük  şair Nəsimidir. Mirzə onun Misirdə basılmış divanını 
dəfələrlə oxumuş, bəlkə də əzbər bilir və ona bir çox nəzirələr 
də yazmışdır. Nəsimi Mirzə üçün bozbaş kimi zəruri olmuşdur–
bir gün dadmasa, kefi pozular. Zəmanəyə darılanda, arvada 
acığı tutanda, gənc  şairlərdən dilxor olanda həp Nəsimiyə 
müraciət edər. 
O günü bağdan keçərkən gənclərdən birisi «Bu da bizim 
Əbdülqılafdır» –deyə ona eşitdirmişdi. Mirzə baxışında 
ildırımlar oynadaraq evə  gəlmişdi. Acığını söndürmək üçün 
arvada bir-iki yumruq ilişdirib Nəsimi divanını ələ aldı. Mütaliə 
həmişəki kimi gecənin yarısına qədər davam etdi, lakin Nəsimi 
heç bir zaman ona indiki kimi yaxın və dost görünməmişdi. 
Mirzə oxuyur, ləzzətdən nəfəsi tutulur–sevincindən divanı vəcd 
ilə öpüb, gözlərinin üstünə qoyurdu. 
Mirzə: «Ah, Nəsimi, kaş sən sağ olaydın, məclisinin aşağı 
başında oturub, gözlərimi o mübarək ağzına dikəydim»–deyə 
 
365
təsəlli tapırdı. Sonra birdən indiki şairləri xatırlayıb, gözləri 
çanağında oynamağa başladı: «Lağlağı  həriflər,–dedi,–
boşboğazlıqdan başqa bir şey bilmirlər. Hələ adamı da 
bəyənmirlər»... Nəsimi Mirzənin əlində titrədi. 
Gecə keçirdi. Mirzə gözlüyün ipini qulağından qoparıb, 
yerindən durdu. Sandığı  cırıltı ilə açıb, divanı oraya qoydu. 
Arvad bozbaş  gətirdi, yedilər. Sonra Mirzə qartdana-qartdana 
soyunub yatdı. 
*** 
Əcəm diyarından Hələbə  gəlmiş Seyid İmaməddin  əxilər 
tərəfindən böyük hörmətlə qarşılandı. Dəvədən düşər-düşməz 
onu hamama apardılar, paltarını dəyişib, ona gözəl təfrişatlı bir 
otaq verdilər. Sabahdan axşama qədər  əxilər onun xidmətində 
durub, bütün istəyini yerinə yetirməyə çalışırdılar. Az bir 
zamanda onun böyük şair olub, Nəsimi təxəllüsü daşıdığı 
şəhərə yayıldı.  Şəhərin böyük üləma və  dərvişləri onun 
ziyarətinə getməyə başladılar. Mirzə Əbdülvahab da Nəsiminin 
gəlməsini eşidib, böyük sevinclə onu görməyə getdi. Brusa 
çiniləri ilə müzəyyən, divarlarında  əlvan kətəbələr asılmış  və 
pəncərələrindən içəri uçuşan  şüalarla bərabər çiçək qoxuları 
dolan bir otağa daxil oldu. Yuxarı başda qaraqaş, qaragöz, 
topasaqqal, iri əmmaməli bir adam oturmuşdu. Bəlağətlə 
söylədiyi sözlər imanla dolu idi. Arabir «Cavidannamə»dən 
danışaraq farsca söylədiklərinin tərcüməsi və  şərhi ilə  məşğul 
olurdu. 
Ayaq üstə dolaşan  şal sarıqlı, qısa cübbəli gənc bir əxi 
Mirzə  Əbdülvahaba yer göstərdi,  şərbət ikram etdi. Mirzə 
oturdu. Məclis sonuna varırdı. Oradakılar qalxıb getdi, Nəsimi 
ilə Mirzə qaldı. Şair mehriban səslə Mirzəni yanına dəvət etdi: 
– Təşrifiniz haradandır?–dedi. 
– Azərbaycanın Veylabad şəhərindən. 
Nəsimi bir az düşündü: 
– Azərbaycanın mərkəzi Təbrizdə oldum. Oraları  gəzdim, 
amma Veylabad eşitmədim... 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə