Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə82/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   78   79   80   81   82   83   84   85   ...   103

 
342 
xub susdu, sonra cəsarətsiz bir halda əlini uzadıb baş tərəfdən 
şalın ucunu qaldırdı. Mirzənin üzünə ölü rəngi çəkilmiş, qapalı 
gözlərinin cizgilərinə əzab izləri həkk olunmuşdu... 
Əsəd bəy ilan vuran adam kimi dəhşətlənib geri çəkildi: 
– Əşi, sən allah, adam da aprelin birində ölərmi? – Hər kəsə 
desən inanmayacaq,–deyə hönkürtü ilə ağladı. 
1934
 
343
XASİYYƏTLƏRİ  TUTMAMIŞ 
 
 
 
«Əli, Vəli, Pirvəli,  
 
 
Üçü ondan irəli,  
  
Pambıq atan, qoz satan,  
 
 
Rəhmətlik sənin atan,  
  
Bir 
də bu köndələn yatan» 
 
(Ana ərlərini oğluna nişan verir.   Xalq rəvayəti) 
 
Əhməd kişi adlı bir qocanın həyətə daşınması kirəçiləri çox 
maraqlandırmışdı. Bu kimdir?1 Arvad-uşağı yoxdurmu?!. Qoca 
hər kəs üçün bir sirr kəsilmişdi. Onun xırda gözləri, sınıq darağı 
andıran qaşları, bürüşmüş badımcana bənzər iri burnu, yoluq 
saqqalı, boğazından sallanan şiş tüklü şəlpələr–hamısı sanki 
«Yaxın gəlmə, həşrini qataram» ifadəsi ilə dolu idi. 
Bir neçə  dəfə ona rast gəlmişdim, məni  şiddətli baxışı ilə 
süzmüş  və qaşları ilə oxlayan kimi olmuşdu. Hər gün bir çox 
qocalara rast gəlirik, bunların üzlərində həyat qürubuna məxsus 
bir hüzn var, ancaq bəzisində bu duyğu dərin, bəzisində isə 
səthi ifadə olunur. Əhməd kişinin çöhrəsindəki ifadə bambaşqa 
idi: əzab hiddətə, hiddət də nifrətə qarışmışdı. 
Hər gün Əhməd kişiyə təsadüf etməm adət şəkli alaraq, ona 
alışdım və bu da başqa qocalar arasına keçib unuduldu. 
Bir axşam qapım açıldı,  Əhməd kişini arasında gördüm. 
Yoğun ağacına söykənərək, qaşlarını oynadırdı. 
 – 
Buyur!–deyər–deməz, 
 – Bağışlayacaqsan, zəhmət verəcəyəm,–deyə  gəlib 
göstərdiyim  yerdə  oturdu.  Qara  buludlar  arasından parlayan 
təsadüfi şəfəq kimi, üzündə təbəssüm oynayıb, qaib oldu. 
 – 
Şair olduğunu eşitdim,–dedi.–Nə  olar, elə bu da bir işdir. 
Biz qədrini bilirik, yəqin böyük də işdir. Olmasaydı, Firdövsiyə 
bu qədər cah-cəlal düzəltməzdilər. Ancaq yerinə düşməklədir. 
Rüstəm pəhləvanın nağılını çox eşitmişəm. Hünərli adam 


 
344 
imiş... Nə olar?.. Amma belə bilirəm, bəlkə  mən qələt başa 
düşürəm, savadım yoxdur–bağışla, başağrısı verirəm–belə 
bilirəm, axır Firdövsi indi olsaydı... bizə də nəzər yetirərdi. Biz 
yəni adam deyilik, bizim də dərdimiz var... 
Əhməd kişi susdu. Arxalığının cibindən tənbəki kisəsini 
çıxartdı, çubuğunu  əvvəl püfləyib, sonra doldurdu. 
Tələsməyərək kibrit yaqdı, qaşları qanadlanaraq enib-qalxdı, 
tüstü bığlarının arasından burula-burula çıxmağa başladı. 
Bağışla, baş ağrısı verirəm. Onu demək istəyirəm ki, biz də 
adamıq. Bizdən sonra gələnlər də bizim dərdimizi 
bilməlidirlər... Bağışla, başağrısı olur, mən deyim, sən yaz, indi 
bir  şey də olmasa, olmaz... bir şey ki, itirmirik... Heç olmasa 
ürəyimi boşaldaram... 
Qocanı ürəkləndirdim. Söyləməsini rica etdim. Bir çox 
müqəddimə və haşiyələrdən sonra başladı: 
– Oğlum çoxdan ölmüşdür. Bircə övladım vardı. Arvadı üç 
ay keçməmiş birisinə qoşulub ərə getdi. Bir yetim qız qalmışdı, 
onu da  yanımda böyütdüm. Daha nəvədir, zarafat deyil, 
adamın canı-ciyəridir,əlimdən gələni  əsirgəmədim.  Yaman-
yaxşı böyütdük. Onu deyim ki, zəmanədən geri də qalmadı: 
oxutduq, mamalıq attestatını da aldı... Bağışla, başağrısı olur. 
Bir gün nənəsinə demiş ki, ərə gedirəm... Onda on altı yaşı var 
idi, hələ oxuyurdu... Nə deyim? Nə məsləhət, nə məşvərət, özü 
sevib, alışıb-verişiblər. Heç olmasa bir saqqal altından keçə: 
«Ay baba, sən zəhmətimi çəkmisən, qoca, dünyagörmüş 
adamsan, bir de görək razısanmı?» – Heç! Tövbə, bir kəlmə də 
olmadı. Bir gün gədə  də  gəldi çıxdı. Mütrüb sifətli birisi. 
Dedim, canı çıxsın. Xülasə, başağrısı olur, sürükdü getdi. Yenə 
əlimizdən gələn hörməti elədik, yaxşı da cehiz verdik. 
İki ay tamam olmamış geri qayıtdı. Axırı belə olacağını 
bildiyim üçün heç bir şey soruşmadım. Nənəsinə demiş ki, 
xasiyyətimiz tutmadı... 
Xülasə, bağışla başağrısı verirəm, başı batmışın uşağı 
varmış, yüz manat da həkimə verdik bici tələf etdirdik. 
 
345
Yenə  məktəb başlandı, oxudu, qurtardı. Qəzalardan birinə 
qulluğa getdi. Doqquz ay keçdi. Bir gün qapı açıldı,  şələli bir 
hambal içəri girdi. İki pud düyü, üç pud un, bir pud yağ, zoğal 
axtası, əvəlik qurusu, bir də bir uzunboğaz çəkməli oğlan gəldi. 
Heç dinmədim. Dinsəm nə  çıxacaq, babanın saqqalına baxan 
kimdir. Xülasə gündə plov, içki, qaş-atma, göz oynatma. Mən 
də düyü yemirəm, zəhrimar uduram... Xülasə, başağrısı 
verirəm. Bir ay da keçmədi, dava-dalaş başlandı. Uzunboğaz 
çəkməli igid acıq eləyib getdi. Səbəbini arvaddan soruşdum, 
dedi: «Xasiyyətləri tutmamış...» Bir gün sonra başıbatmış 
nəvəm də yoxa çıxdı... Uşaq saldırıb, azarlıxanada yatırmış. 
Əhməd kişi titrək  əlləri ilə kibrit yaqıb, çubuğu yenidən 
odladı, yanaqlarında batıqlar əmələ gətirərək bir qullab vurub
sözlərinə davam etdi: 
– Azarlıxanadan iynə yemiş it sifətində qayıtdı; sapsarı 
saralmış, güclə ayaq üstdə dururdu. Bir az da evdə yatdı. Yedi, 
içdi, özünü durultdu, yenə axşam gedib gecənin yarısı gəlməyə 
başladı. Bir gün, bağışla, bacıoğlu, başağrısı olur, qapı döyüllü. 
Gedib açdım. Qucağı  uşaqlı bir arvad gəldi. Elə bizim arvadı 
görər-görməz ağzını açdı, gözünü yumdu. Bir elə  şapbıldaq 
düşdü ki, evdə sağ stəkan, salamat nəlbəki qalmadı... Nə başını 
ağrıdım, bacıoğlu, çubuğu üzümə söykəyib, elə otduğum yerdə 
həyamdan öldüm... Sonra işi başa düşdüm: nəvəm bu quçağı 
uşaqlı arvadın  ərini yoldan eləyib, evlənmək istəyirmişlər... 
Dedim, cəhənnəm, qoy nə olur olsun, təki bu başıbatmış 
cəhənnəm olub getsin, canım qurtarsın... Getdi. Haraya 
 
getdiyinin  fikrində deyildim. Eşitdim kişi ayrı bir otaq tutub
bərabər yaşayırmışlar... 
İnanırmısan, bacıoğlu, bir neçə ay keçmədi, yenə qayıtdı 
gəldi... Bu dəfə mən özümü saxlaya bilmədim: arvadı nəvəmə, 
nəvəmi də arvada qatdım, o ki, var döydüm. Arvada dedim: 
«Dur!». Dedi: «hara?», dedim: «Zaksa». 
Getdik. Adımızı dəftərə yazdılar. Gözlüklü bir mirzə vardı, 
dedi: «Əmi, ayrılmağınızın səbəbi nədir?» Dedim: «Oğlum, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə