Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə80/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   76   77   78   79   80   81   82   83   ...   103

 
334 
QİBLEYİ – ALƏMİN  XALISI 
 
Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib 
şahın əmrini bildirdi: 
– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan,–
dedi.–Bu xalının gərək  şərqdə, gərəksə  qərbdə  əmsalı 
olmamalıdır. 
Karxanaçı «qibleyi-aləm» sözünü eşidər-eşitməz titrəməyə 
başladı. Bir neçə dəfə udqunub, əlini gözünün üstünə qoydu: 
 
– Gözüm üstə!–deyə   dodaqlarını   qımıldatdı. Sonra bir az 
özünə gəlib,–böyüklüyü necə olacaq?–deyə sordu. Vali yerdən 
bir kağız götürüb ona baxa-baxa: 
  – Boyu 28, eni isə 14 arşın olacaq: qibleyi-aləmin 
salonunun içi boyda. 
Karxanaçı neçə illik təcrübəsində belə bir xalı 
toxutdurmamışdı. Məsələnin nə  qədər qorxunc və  məsul 
olduğunu duyaraq təkrar titrədi və eyni zamanda əlini gözünün 
üstünə qoymağı unutmadı. 
O biri gün işə başladı: on günlük məsafədəki meşəyə bir 
dəstə adam göndərilib,  ən yüksək ağaclar seçilib kəsildi, atlar 
qoşuldu, ağacları  şəhərə  gətirdilər.  Şəhərin adlı ustaları 
səfərbərliyə alındı. Bir tərəfdə dəzgah hazırlanır, o biri tərəfdə 
yun daranır, iplik, əriş-arğac  əyrilir, nabatı boyalarla ip 
boyanırdı... 
Hana quruldu. Ustabaşı kənarda durub, muğamatla təlimat 
verir, qabarlı əllər ilmə düyürdü. 
– Bir! Birini keç, bir də! Baş cəllad əlində. 
Üç il hər səhər tezdən yarıac işçilər gəlib, mahnı  tərzində 
söylənən təlimatı dinləyərək, axşama qədər  ərişləri 
nalələndirirdilər... 
Xalı toxunub, başa gəldi. Valiyə xəbər göndərildi. Vali bir 
dəstə hökumət məmurları ilə orada hazır oldu. Karxanaçının 
sevincinin həddi yox idi. Əlləri döşündə  təzim edərək valinin 
ətrafına fırlanırdı... 
 
335
Ustabaşı qayçısını  əlinə götürüb, dəzgahın üstünə  çıxdı. 
Xalı yerə düşüb xarab olmasın deyə dəzgahın arxa tərəfinə bir 
sıra işçi düzdülər. Bunların vəzifəsi kəsilmiş xalını havada 
tutmaq idi. Ustabaşı kəsməyə başlarkən «bismillah» səsi havanı 
titrətdi. Ustabaşı  kəsir, ancaq qorxusundan əlləri titrəyirdi–
xalının əyri və kirs olmasından qorxurdu. Karxanaçı valiyə xoş 
gəlmək üçün arabir salavat çəkilməsini təklif edir, əlvan səslər 
uzun müddət emalatxananı doldururdu... 
Bir də bir gurultu eşidildi. Kəsilmiş xalı dəzgahdan qopub, 
işçilərin başına düşdü və hamısını qaplayıb yerə yıxdı. Xalının 
altından tutqun qışqırtılar eşidildi. Bir qışqırtı zarıltıya dönüb, 
inləməyə başladı. Lakin məmurlarla karxanaçının salavatı 
iniltiyə  qələbə çaldı. Xalını  dəzgahdan qurtarıb, kənara 
çəkdilər. Ustabaşı onu həyəcanla süzdü–bir yerində qüsuru yox 
idi, xas boyalar bir-birinə qarışaraq çıraq kimi yanırdı. Hər kəs 
əli döşündə iftixarla tamaşaya dalmışdı. Dərin sükutu inilti 
pozdu. Dəzgahın arxasından yerində ilan kimi qıvrılıb qalxan 
bir işçi nəzəri cəlb etdi. Sol qolunu yanına qısıb, göz yaşları 
axıdırdı. 
 
– Sus! Bu nə  ədəbsizlikdir?–deyə karxanaçı ona yanaşdı. 
İşçi  əhəmiyyət verməyərək etirazında davam etdi. Karxanaçı 
təkrar: 
 – 
Qibleyi-aləmin mübarək xalısının üzərinə göz yaşı 
tökmə, atanı yandırarlar!–dedi. 
 – 
Yandırsınlar!  Bundan artıq daha nə yandıracaq–qolum 
sınıb, şikəst oldum. Külfətimi kim saxlayacaq? 
İşçinin rəftarı ustabaşını da oraya cəlb etdi. Onu zorla çəkib 
emalatxanadan çıxarmaq istədilər. Çığırıb söyüşlər yağdırdı. 
Bunlardan yaxasını kənara çəkib, xalının üzərinə sıçradı. 
Hər tərəfdən: 
– Qibleyi-aləmin xalısını napak eləmək olmaz! –deyə 
etirazlar və hədələr eşidildi. 
Bu dəfə  məmurlar da ona hücum etmək istədi.  İşçi cəld 
yüyürüb dəzgahın yanındakı  bıçağı qapdı  və  məmurlar ona 


 
336 
çatana qədər xalını ortasından cırdı. 
 
1934
 
337
APRELİN BİRİ 
 
Bunlara hər gün səhər saat on birdə  bulvarda  rast  gələ 
bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir 
skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ  tərəfdə, 
Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu 
deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, 
kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət 
məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. 
Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və 
biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların 
özlərinə  məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət 
dəftərxanası tərcümanı olmuş; bir-iki məqalə ilə «Şərqi - Rus» 
qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil 
edəndə  Əsəd bəy «Cəhalət qucağında» adlı bir dram belə 
yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq 
meydana atılmış  və fars-ərəb kəlmələri yerinə türk sözlərinin 
işlənməsini təklif etmişdi; məsələn: «xoruz» əvəzinə «qızıl 
pipik quş»; «musiqi» əvəzinə «zır-zır»; «münəccim»  əvəzinə 
«ulduza baxan» və qeyriləri. 
Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir 
adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya 
fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir 
sahəsindən bəhs açılsa, «onu bizdən götürüblər, bax, ayeyi-
şərifə  nə buyurur»–deyə bir ayə  və ya hədis söylər. Mirzə 
Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, 
dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. 
İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik. 
Ocaq Naşid keçmişdə xalı taciri olub, «Məşədi Ocaqverdi 
və bəradəran» firması ilə məşhur idi. Nuru Paşa Bakıya gələndə 
bir mədhiyyə yazıb, «Hərbi medal» belə almışdı. Özünü böyük 
türkçü bildiyi üçün dünyanın ən böyük adamlarını da türk bilər. 
Şekspirin anası  Ərdəbil çəngilərindən Qızyetər adlı birisi imiş 
ki, bir ingilis missionerinə qoşulub, Londona qaçmış; 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə