Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə77/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   73   74   75   76   77   78   79   80   ...   103

 
322 
GƏLƏCƏK  ŞƏHƏR 
 

 
Tiflisdən yola düşən təyyarə Kürdəmirə  qədər rahat gəldi. 
Əvvəl sakit görünən hava birdən qarışdı, bərk külək başladı. 
Təyyarə  əvvəlki sürətini dəyişdisə  də, irəliyə doğru getmək 
mümkün olmadı: yel mane olurdu. 
Təyyarəçi ətrafı gözdən keçirdi: qaçışan buludlardan başqa 
bir şey görmədi. Yel yenə əvvəlki kimi təyyarənin qanadlarını 
şişirmədə idi. Təyyarəçi özünü itirmədi. Düşünərək gözlərini 
yan tərəfə çevirdi: pambıq layları kimi ağaran buludlar adamı 
qorxudurdu. Təyyarəçi diqqətlə baxdı. Bir tərəf qapqara, o biri 
tərəf isə  işıqlı idi. Çox düşünmədən təyyarənin istiqamətini 
dəyişməyi qərara aldı. Təyyarə su axınına düşən kimi oldu–
böyük bir sürətlə yola davam etdi. Posla şimalı göstərirdi. 
Bir neçə saatdan sonra hava ayazımağa başladı. Yel 
yavaşımışdı. Lakin aşağı baxıldıqda yerdən heç bir əsər 
görünmürdü. Ətraf mavi bir boşluqdan ibarət idi. 
Arxa tərəfdəki qapalı kamerada iki minik var idi. Biri 
Həsən, o biri Sandro idi. İkisi də Bakıya gedirdilər. Fırtınadan 
Həsənin başı gicəllənirdi, rəngi qaçmışdı. Üzünü yoldaşına 
çevirərək: 
– Sandro,–dedi,–indi biz Bakıda olmalı idik. Görünür, yolu 
azdıq. 
Sandro: 
– Mən də elə zənn edirəm–deyə cavab verdi. 
İki tərəf də uzun müddət sükutu pozmadı. 
  
II 
Səhərə yaxın  Şərq tərəf qızarmağa başladı. Bu qızartı  hər 
kəsdə bir ümid doğurdu. Sandro aşağı baxdı: 
– Həsən,–dedi,–bax, orada ağ ləkələr görünür. 
Həsən yuxusuzluqdan qızarmış gözlərini aşağı zillədi, 
 
323
diqqətlə baxdı, rəngsiz üzü parladı: 
– Sandro,–dedi,–şəhərə bənzəyir. 
Mis qabı andıran günəşin kənarları göründü, boşluqlara 
qızıl səpildi. Yel yox idi. Təyyarə yavaş-yavaş enirdi. 
Həsən bir də aşağı baxdı: 
– Şəhər! Şəhər!–deyə çığırdı.  
Sandro: 
– Həm də nə böyük, nə gözəl şəhər!–dedi.–Ağ evlər bağlar 
içində gizlənmiş... Bax, damlarda belə bağçalar salınmışdır. 
– Gör küçələr nə gözəldir–avtomobil, avtobus, tramvaylar 
bir-birinin arxasınca sel kimi axır. Artıq  şəhər göz qarşısında 
süfrə kimi sərilib, bütün təfsilatı ilə görünürdü. Yüzlərcə 
təyyarə on-on beş  mərtəbəli evlərin damlarına qonub, uçmada 
idi;  şəhər üzərində qurulmuş onlarca asma körpüdən dəmiryol 
qatarları keçirdi, kənardan axan bir çay gəmilər və motorlu 
qayıqlarla dolu idi... 
Təyyarə onmərtəbəli bir evin damına qondu. Gənc bir adam 
irəliləyib, salam verdi və yol göstərdi. Təyyarəçi, mexanik və 
miniklər təyyarədən çıxıb liftə oturdular. Lift sürətlə endi. Gənc 
adam da burada idi. İki dəqiqə sonra lift durdu. Qapı açıldı, 
cürbəcür bitkilərlə  bəzənmiş bir terrasa çıxdılar. Gənc bunları 
salona dəvət etdi. 
Salonun sağ  tərəfindəki kiçik otaqda yuyunub silindilər
sonra salonda bir masa ətrafında oturdular. Masanın üzərinə 
boşqablar düzülmüşdü. Hər boşqabın yanında bir zəng düyməsi 
var idi. 
Gənc masa üzərindəki kartı götürüb oxudu və: 
– Kim nə istəyirsə, desin,–dedi. 
Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxırla məzə istədi. 
Gənc kartı göstərərək dedi: 
– Baxın, buradakı  şeylərin yanında bəzi işarələr var. 
Məsələn bir nöqtə, iki xətt qəhvə deməkdir; üç xətt, iki nöqtə 
şokolad; dörd xətt, beş nöqtə çaxıra işarədir...  İndi 
boşqablarınızın yanındakı düymələri bu işarələrə görə basın. 


 
324 
Hər kəs gəncin təliminə görə düyməni basdı. Bir dəqiqədə 
boşqablar aşağı enərək, yerlərində bir boşluq əmələ gəldi. Çox 
keçmədən boşqablar qəhvə,  şokolad, çaxır, çörək, yağ, pendir 
və başqa  şeylərlə dolu halda geriyə döndü. İki gündən bəri 
yeməmiş səyyahlar böyük bir iştaha ilə yeməyə başladılar. 
 
III 
Yeməkdən sonra Sandro gəncə: 
 – 
Vətəndaş,–dedi,–başım ağrıyır, mədəm də bulanır. 
Yaxında bir həkim varmı? 
 – 
Həkim çoxdur. Həkimlər evinə telefon etməli. Gənc 
sözlərini qurtarar-qurtarmaz masanın üstündəki telefonu əlinə 
götürdü. O saat telefonun aynasında bir şəkil göründü. Bu bir 
çocuq idi: 
 
– Kimi istəyirsiniz?–deyə soruşdu. 
 
– Daxili xəstəlik mütəxəssisi lazımdır. 
 
– Bir dəqiqə gözləyin,–deyə çocuq  aynadan yox oldu. İki 
dəqiqə sonra aynada üzü qırxıq bir qoca göründü: 
 – 
Xəstə kimdir?–deyə sordu. 
 Sandro 
irəli yeridi. 
 – 
Mənəm. 
 – 
Nəyindir? 
Sandro anlatdı. Həkim: 
 
– Dilinizi göstərin,–dedi.  Sandro dilini çıxardı. Aynadakı 
həkimin üzü ciddiləşdi. Gözlərini diqqətlə Sandronun dilinə 
zillədi, sonra: 
 – 
Yaxşı,–dedi,–bir  dərman yazaram, aptek hazırlar. Bir 
saat sonra alarsınız. 
Həkim Sandronun adresini soruşub, yox oldu. Bir saat 
sonra evin qapısında bir avtomobil dayandı. Ağ geyimli bir qız 
Sandroya dərman gətirdi. 
 
IV 
Günorta yeməyindən sonra şəhərə  çıxdılar. Avtomobil 
 
325
onları sürətlə apararkən birdən durdu. Hər kəs bir-birinin üzünə 
baxdı. 
– Nə oldu?–deyə soruşdular. 
Gənc anlatdı: 
– Avtomobillərin,  tramvayların, adam basmasın deyə, 
motorlarına bir makina qoyulmuş. Ön tərəfdə maneə görünən 
kimi motor öz-özünə dayanır. Bu maneəni icad edən mühəndisə 
şəhər bağlarının birində heykəl qoyulmuşdur, indi görəcəksiniz. 
Həsən heyrətlə: 
 – 
Deməli, küçələrdə on minlərcə avtomobil işlədiyi halda 
heç bir bədbəxt hadisə əmələ gəlmir. 
 – 
Heç. 
Avtomobil bir bağın önündə durdu. Endilər. Bağın 
gözəlliyini təsvir etmək çətindir. Hər tərəf gül-çiçək idi. 
Xiyabanlar heykəllərlə dolu idi. Addım başına bir hovuz var 
idi. Hər on addımda bir makina qoyulmuşdu, üzərində cürbəcür 
şeylər yazılmışdı: qəhvə,  şokolad, kitab, karandaş, meyvə... 
Yazıların yanındakı düymələrə barmaq basıldıqda, o saat yan 
qapıdan bir şey çıxaraq verilirdi. Makinalar şüurlu bir halda 
insanları əvəz edirdi. Hər meydançada radio oxuyurdu. 
Onların gözləri birdən göyə sataşdı. Havada cürbəcür 
rənglərdə yazılar yazılırdı. Teleqraf xəbərləri, şəhər hadisələri
elanlar, siyasi, ictimai, tibbi mülahizələr qeyd olunurdu. İşıq 
vasitəsilə havada yazılan bu xəbərlər beş-on dədiqədən bir 
dəyişilirdi. 
Bir də göydə iri hərflərlə «Yağış yağacaq!» sözləri yazıldı. 
haman, hər kəs daldalanmağa çalışdı. Səyyahlar bağdakı 
köşklərin birinə çəkildilər. Həsən heyrətlə: 
 – 
Yağış yağacağını nədən bilirlər?–deyə sordu. 
 
Gənc: 
 
– Burada buludları da göyə makina vasitəsilə  gətirirlər,–
dedi.–Şəhəri təmizləmək üçün gündə iki dəfə yağış yağdırılır. 
Bir neçə  dəqiqə müddətində göyü buludlar basdı, bərk 
yağış yağdı. Minlərcə altılülə  fırçalı avtomobillər çıxaraq 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə