Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə74/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   70   71   72   73   74   75   76   77   ...   103

 
308 
Zülfüqar tərəddüd içində: 
 – 
Əlimizdən nə gəlir ki?.. 
 
– Çox iş gəlir. 
 – 
Məsələn? 
 – 
Yaz 
əkini gedir, bilirsənmi? 
 – 
Bilirəm. 
 – 
Müvəffəqiyyət qazansa, bilirmisən nə olacaq? 
 – 
Bilirəm, qüvvətlənəcək... 
 – 
Qüvvətlənəcək deyil, onda dünyada heç kəs buna bata 
bilməyəcək. Dünyanı titrədəcək. Bizim də anamızı ağladacaq. 
 – 
Sonra? 
 – 
Sonrası yoxdur. Yaz əkininə mane olmalı. 
 – 
Nə təhər? 
 – 
Təhərini düşünməli. Sən yalnız mən deyənləri elə. 
 – 
Əlimdən gələrmi? 
 – 
Gələr, asandır. 
 – 
Yaxşı. 
 – 
İş belədir. Mən gedirəm Gəncəyə, sən də yoldaşlarını 
götür, sabah gəl ora. Amma onlara bir şey söyləmə. Deyərsən 
ticarət işi var... Sonra bunu bil ki, Gəncəyə gəlməkdən sənə heç 
bir xətər yetişməyəcək. 
Bəy Zülfüqara yüz manat  yol kirayəsi verdi, ayrıldı. 
*** 
Üç gün sonra Gəncədə görüşdülər. Bəy Zülfüqarı  şəhərin 
kənarında bir evə gətirdi. Oturdular. Söhbət başlandı. 
  – Zülfüqar, bu işdən məqsəd iki şeydir.  Əvvəla pul 
qazanacağıq. İkinci, düşmənimizdən intiqam alacağıq. 
 – 
İş nədən ibarətdir? 
– Qulaq as deyim... Möcüzə göstərəcəyik.  
Zülfüqar güldü. Bəy ciddi sifətlə: 
– Gülmə, ciddi işdir. Mübarizədə bütün vasitələrdən 
istifadə etməli. Möcüzə də bir vasitədir. 
Zülfüqar yenə gülümsündü. Bəy sözlərində davam edirdi: 
– Məsələ  təşkilatdadır. Gözəl təşkil edərsən, nəticə verər. 
 
309
Zatən burada böyük bir təşkilat da lazım deyil. Avam kəndlinin 
içində möcüzə xəbəri yayılsa, əkini buraxaraq qopub gələcək. 
 – 
Yaxşı, nə cür başlamalıyıq? 
 – 
Bizlərdən orada olmayan, bizi tanımayan uzaq bir kənd 
seçməliyik. Möcüzə üçün Bitli kəndi  ən  əlverişlidir. Mən 
buralara bələdəm. Bilirəm... 
Bu əsnada qapı tıqqıldadı. Bəy çıxdı və bir az sonra əlində 
bir boğça içəri girdi. 
 
– Bunu görürsənmi?–dedi.–Bu paltarı sən geyərsən. Başına 
yaşıl əmmamə sarıyarsan. 
 – 
Sonra? 
 – 
Sonrasını deyərəm. 
 – 
Bəs yoldaşlarım nə qayıracaq? 
 – 
Onları Qarabağda və Qazaxda tanımırlar. Möcuzə olan 
kimi onlar kəndlərə düşüb «gözlərimiz kor idi, imam şəfa 
verdi» deyə xəbərlər yayacaqlar. Vəssalam. 
 – 
Elə bu? 
 
– Bu böyük işdir. Siz kənd xalqını tanımırsınız. Gör onların 
arasında möcüzə nə işlər görəcək? 
*** 
Şayiə ildırım qüvvəsi ilə bütün Azərbaycana yayıldı. Min 
bir rənc aldı: 
 – 
İmam zühur edib! 
 – 
Qəbirdən nur çıxırmış, açmışlar, diri meyit çıxıb! 
 
– Kor gedir, gözü açılır! 
– Şil gedir, şəfa tapır!.. 
Qarabağda biri qollarını ölçərək: 
–  Əli  Əkbərin ala gözləri haqqı, qurban olduğumuzu öz 
gözümlə gördüm,–deyirdi. 
Şəkidə bir ayrısı: 
–  Əşhədübillah, hindicə  gəlitdi,  gözü açılıtdı,–deyə and 
içirdi... 
Şayiə get-gedə artdı. Bir bəyin və üç tacirin təşəbbüsü 
yüzlərcə qolçomağa yol açdı.  İtirdikləri mövqeyi qazanmaq 


 
310 
üçün qolçomaqlar var qüvvələri ilə möcüzə  xəbərlərini 
yaymağa çalışırdılar. Avam xalq yerindən qopdu... Lakin 
Bitlidə imamdan bir əsər yox idi. 
 
1930
 
311
QAYINANANIN OYUNLARI 
 
  
«Gəlin, gedək qayınananın bağına,  
   
Qurban olaq bostanına, tağına,  
  
Yara 
çıxsın qayınananın dodağına!» 
 
  
«Ay 
qayınana, yediyin kərə ilə bal olsun,  
  
Başına örtdüyün əbrə ilə şal olsun,  
   
Oğlunu öyrətsən dilin lal olsun!» 
 
  
 
«Qayınana, bozbaş bişir,  
   
 
Noxud sal ondan bişir; 
  
 
Qoyun 
əti olmasa,  
   
 
Gəlinin ətindən bişir!» 
 
  
 
«Doğdun oğul, qayınana,  
  
 
Yedin 
noğul, qayınana; 
   
 
Oğlunu əlindən allam,  
  
 
Çatla, 
boğul, qayınana!» 
                                                                         (El  sözləri). 
 
Mənim sizə nağıl edəcəyim qayınana olduqca məşhurdur–
bunu tanımayan yoxdur; xeyirə-şərə yarar, bazarda növbələrdə 
dolaşar, tramvaya minmək lazımkəlsə, pilləkəni yarım saat 
avara qoyar və özünü içəri soxduqdan sonra da bir3 saat 
deyüşər4. 
Adı Hurizad olsa da, Huriyə çox bənzəməz–iri, dolğun 
burnu, sulu gözləri, sallaq tənəli dodaqları var. Xalis xına 
tapmadığı üçün başını «türkəsayaq» davalarla boyar, tükləri 
məzəli bir rəng alar–gah qarğıdalı saçağına, gah da kal qarpıza 
bənzər. 
Hurizad xalanın tərcümeyi-halı da saçları kimi 
rəngarəngdir. On altı yaşında onu zəngin bir hacıya  ərə 
vermişdilər. Doqquz ildən sonra əri ölmüş, dul qalmışdı. On bir 


 
312 
il üç yetimə baxmışdır, axırda beli xəncərli, yanı tulalı bir bəyə 
«qismət» olaraq, il yarım aşiqanə bir həyat keçirmişdi. Bəy 
hacının pul və mülklərinə «turp əkəndən» sonra yox olmuşdu. 
Hurizad xala indiyə qədər duldur, kişilərdən darğındırsa da, 
yenə evlənmək niyyəti ilə uzadılan  ələ yox deməz. Lakin... 
«qisməti» gəlib çıxmır. Oğlu və  qızları da nisgilli analarının 
qeydinə qalmır. Biçarə arvad da dərdi içəri salır, yanır, odlanır, 
dünyanı bir-birinə qısqanır, oğlunun evlənməsinə belə razı ola 
bilmirdi. Ev işlərini qurtardıqdan sonra otağın yuxarı başındakı 
məxmər döşəyin üstə əyləşər, oğlu Mərdanla söhbətə başlardı. 
Zəmanə  işlərini tənqid edər, böyüklərin sayılmamasını, indiki 
qızların «həyasızlığını» qeyd edərək, nifrətlər yağdırardı. 
Bir il əvvəl Mərdanın tutduğu hərəkət Hurizad xalanın 
həyatını alt-üst etdi. Mayın birində  Mərdan qulluq etdiyi 
«Azərneft»  əməkdaşları ilə  bərabər nümayişə getmişdi. Evə 
dönərkən anası onda başqa halət gördü; həmişə  sərt görünən 
Mərdan indi oynaq bir hal alaraq, nəşə saçırdı, öz-özünə mahnı 
söyləyir, gülümsəyir, bir yerdə otura bilməyib, otağı dolaşır, 
ara-bir güzgünün önündə durub, özünə tamaşa edirdi. 
Hurizad xala arif idi–məsələni duydu, əvvəl xoşlandı, sonra 
isə ona bir qısqanclıq gəldi; taxtından  əmin olmayan padşah 
kimi hiddətləndi və dəruni iztirabını zorla susduraraq: 
 – 
Hə, olmaya bir şey var?–deyə oğlundan sordu. 
 
Mərdan qəti olaraq, laübalı bir halda: 
 
– Ana, evlənirəm!–dedi. 
Sanki Hurizad xalanın dişini naşı  dəllək çəkdi: arvad 
diksindi, sanki bir əl gəlib ruhunu qarışdırdı... Evlənirmiş!–Bəs 
ana? Bir dənə oğul ola o da ananı saymaya, məsləhətləşməyə... 
Hurizadın da özünə görə mövqeyi var, tay-tuşu var, arzusu 
var... Oğlu, kim bilir, kimə rast gəldi! Hansı həyasız onu yoldan 
çıxartdı?... 
– Necə yəni evlənirsən?–deyə fikirdən ayıldı. 
 – 
Evlənirəm, vəssalam! 
 – 
Ədə, dəlimi olmusan? Sən bir kişinin oğlusan, səni 
 
313
böyüdüb bir mərtəbəyə mindirən var. Sən kimsəsiz deyilsən ki, 
özbaşına evlənəsən – bir el qaydası var, adət var!.. 
– Çox da olsun!–deyə Mərdan qəhqəhə ilə güldü. 
Hurizad xala bir az da pərt oldu, cavabdan aciz qalaraq 
güzəştə getməyə başladı: 
 
– Vallah, məni ələ salırsan!–dedi. 
 – 
Ələ salmıram! 
 
– Otur, bir nağıl elə görüm kimdir, nə karədir;  əsli-nəsli 
haradandır? 
 – 
Əsli-nəslini bilmirəm;  Nəriman texnikumunda oxuyur; 
kimya  şöbəsindədir. Sonra neft institutuna girəcək... Mən 
mühəndis, o mühəndis!.. 
Hurizad xala bir az fikrə getdi, gələcəyi gözdən keçirdi, 
gəlinlə dolanıb dolanmayacağını düşündü, oğlunun 
hərəkətindən xoşlanmadısa da, halını ona bəyan etmədi: 
 – 
Yaxşı, elə oxumuş  qızdan ev arvadı olarmı?–deyə ciddi 
sima ilə sordu.–Mən bu gün varam, sabah yox. Bişmişi-
düşmüşü kim eləyəcək, uşağa kim baxacaq?.. O gedib başqa 
kişilərə qoşulduqda onu sənin namusun necə  qəbul edəcək? – 
Hurizad xala yenə susdu, bir neçə dəqiqədən sonra: 
 – 
Bəs harada görüşdünüz? Aranızı kim düzəltdi?–deyə 
əlavə etdi. 
 – 
Özümüz! 
 
  
 
– 
«Şirvanın ağ qızları,  
  
 
Çopur-çopur 
üzləri; 
   
 
Nə molla var, nə keşiş,  
   
 
Kəbini kəsər özləri»... 
 
Ay Mərdan, sizinki buna dönüb. Ana nəyə lazımdır ki, yad 
qızı yaxşıdır. 
Hurizad xala köksünü ötürüb, gözlərini pəncərəyə dikərək
dərin fikirlərə daldı. 
*** 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə