Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə72/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   68   69   70   71   72   73   74   75   ...   103

 
300 
– Yox,–deyə doktor qəti cavab verdi.  
Zibeydə heyrət içində: 
– Nədən? 
Doktor sakit bir səslə: 
– Çünki sizi qəlbimin dərinliklərində saxlayıram. 
Zibeydə belə bir cavab gözləmədiyi üçün diqqətlə doktora 
baxdı. Üzü ciddi idi, gözlərindən atəşli nur parlayırdı. 
Zibeydə başını  aşağı saldı, gözəl bir məmnuniyyət duydu. 
Sonra gözlərini təkrar doktorun gözlərinə dikdi–oradan doğan 
cazibəli hisslərə qapılaraq oxşandı, nəşələndi, coşdu. 
*** 
Bir gün bərabər kinoya getdilər. Arxa lojalarda bunlardan 
başqa kimsə yox idi. Oturdular. Bir-birinin qoluna sarılaraq 
pərdəyə tamaşa etmədə idilər.  Şəkil Avropanın səfalı bir 
guşəsində  şairanə bir eşq macərasını göstərirdi. Zibeydə belə 
rəsmləri çox sevər, tamaşaya dalar, çox zaman onu bir həqiqət 
deyə  tələqqi edərdi. Bu dəfə  də  şəkil ruhunun dərinliklərinə 
qədər nüfuz etmədə idi. Nədənsə  bir  az  da  dərdli kimi 
görünürdü. Tamaşa bitdikdə doktor onun ruhi böhranının 
səbəbini sordu: 
 – 
Görünür, 
şəkillər sizi həyəcana gətirir. 
 – 
Elə. 
 – 
Neçün? 
 – Həyatımı bu rəsmlərlə müqayisə edirəm də
kədərlənirəm. 
 – 
Həyatınız o qədər də fənadırmı? 
 – 
Fəna deyil... gözəlliyi də yoxdur. 
Doktor entuziast  olduğu üçün bu sözlər ona toxundu: 
– Həyat,–dedi,–öz-özlüyündə, mücərrəd olaraq, o qədər 
gözəldir ki, ondan doymaq və usanmaq olmaz. Yalnız insan 
vəzifəsini bilməli, ömrü süsləməli, onu şairanə bir çərçivəyə 
yerləşdirməlidir. 
Zibeydənin kədərli simasında təğyirlər göründü: 
 
– Siz həyatı çox sevirsiniz, deyilmi? 
 
301
 – 
Həyat sevilməzmi? 
 – 
Mənə belə  gəlir ki, həyatda bir çox acılıqlar var... 
nədənsə, bəzən  bütün dünya gözlərimə sərab kimi görünür... 
 – 
Acılıqlar var, ancaq onların olması həyatın ləzzətini daha 
da artırır. Mübarizə etməli, fənalıqları yox edib, sonra 
müvəffəqiyyətin nəşəsi ilə yaşamalı. 
Zibeydə susdu. Doktorun sözləri ona o qədər mətanət verdi 
ki, həzlərə daldı. 
*** 
Bir gün Zibeydənin anası  gənclər üçün evində bir 
müsamirə  tərtib etmişdi–xanım mənsub olduğu zadəgan 
ənənələrini çox sevərdi. Doktor bu müsamirədə bütün 
səmimiyyəti ilə  iştirak etdi. Gündüzdən çiçəklər və  şokolad 
göndərmişdi. Axşam da şıq geyinmiş bir halda gəldi. Qonaqlar 
həp tanıdıqları, Zibeydənin dostları və məktəb arqadaşları idi. 
Çay masasına oturarkən zəng vuruldu və tanışlardan birisi 
çərkəz geyimli yeni bir sima ilə içəri girdi. Uca boylu, geniş 
kürəkli, kəskin və xoş baxışlı bu çərkəz nəzakətlə baş endirdi. 
Ev sahibi xanımın  əlini öpub əyləşdi.  Əvvəl məclis onu tutar 
kimi oldu; üzü bir az qızardı, titrək barmaqları ilə incə bığlarına 
təmas etdi, sonra ətrafındakılara isinişdi. Onun əzəmət və 
qüruru, gəncliyin bütün qüvvət və gözəlliyinə malik siması 
qızların nəzərlərini özünə cəlb etdi. Qızlar pıçıldaşıb qızardılar. 
Çərkəz təsadüfən Zibeydənin qarşısında oturmuşdu. 
Zibeydə ona tərəf baxmağa cəsarət etmirdi, sanki əsrarəngiz bir 
iradə onun varlığına hakim olmağa başlayırdı. Öz könlü ilə 
qəfəsə girmiş, zindanı asudəliyə  tərcih edən bir quş kimi, 
qəfəsə doğru sövq olunurdu. 
Doktor həmişəki kimi bütün diqqət və  nəzakətini 
Zibeydəyə  həsr etmişdi: onu xoş söhbətlərlə  məşğul edir, 
tatlılar təqdim edib, ara-bir eşq atəşi ilə parlayan gözləri ilə 
onun çöhrəsinə baxırdı. Eşqin, səadətin, fərəh və sürurun 
intihası yox idi. 
Birdən doktorun böyük bir həzz içində  çırpınan ürəyinə 


 
302 
anlaşılmaz duyğular doldu, indiyə  qədər parlaq və  şüadar 
görünən tale ulduzu qara qanadlı  şübhələr arasında gizləndi, 
söndü, öldü. Nəşələr, fərəhlər, xoş  çırpıntılar onu yavaş-yavaş 
tərk etdi. Zibeydəni sərzənişlə nəzərdən keçirdi. Zibeydə vəhy 
gözləyən bir zahid kimi, çərkəzin məbədinə bağlanıb qalmışdı; 
süzgün gözləri həp onunla yaşayırdı. 
Doktor qəlbində bir acı duydu, əvvəl hiddətləndi, sonra ona 
bir laqeydlik gəlib, sakit oldu. Durub salonun yarımişiq bir 
guşəsinə  çəkildi. Bunun yoxluğu sanki çay məclisində 
duyulmadı; Zibeydə heç də hiss etmədi. 
Bir saata qədər davam edən çay ziyafəti doktora illər qədər 
uzun və  sıxıntılı göründü. Davamlı bir intizardan sonra şən 
gənclik xoş gurultusu ilə salona dolmağa başladı. Ev xanımı 
piano çalmağa oturdu, hər kəs «tanqo» deyə bağırdı. Musiqi 
başlandı. Zibeydə fərəhlə doktora yanaşdı: 
– Parisdən gəldiyiniz üçün, şübhəsiz ki, gözəl rəqslər 
bilirsiniz,–dedi və totuq əllərini uzadıb,onu rəqsə dəvət etdi. 
Doktor bir az nəşə ilə: 
 – 
Təəssüf ki, bilmirəm. 
  – Ola bilməz ki, Parisdə illərcə yaşayasınız da, rəqs 
bilməyəsiniz. 
 – 
Doğrudan bilmirəm. 
 – 
Mənimlə bir dəfə oynayınız. 
 – 
Ciddən bilmirəm. 
– Başqaları ilə oynamasanız da, mənimlə oynamalısınız,–
deyə Zibeydə boynunu bükdü və yalvarar bir səslə: mənim 
xatirim üçün!–dedi. 
Doktor Zibeydənin bu halından daha da mütəəssir olaraq 
rəqs edə bilməməsi üzündən yandı, yaqıldı. 
Zibeydə məyus çöhrə ilə geri döndükdə çərkəzi qarşısında 
gördü: o, nəzakətlə  təzim etdi. Zibeydə onun tanqo bildiyini 
təsəvvür etmirdi... Çərkəzin qüvvətli əli qızın incə belini ehmal 
qucdu, atəşli qan dalğalarında çırpınan iki gənc çöhrə bir-birinə 
nəfəsləri duydurar qədər yanaşdı, kökslər birləşdi, havadakı 
 
303
əllər bir-birinə sarıldı... Rəqs başlandı... 
Bu aləmlə arasında dərin bir uçurum açılan doktor nisbəti 
bir istirahətlə yumşaq qoltuğa yerləşib, tamaşa edirdi. Sənəmi 
qırılmış, müqəddəsatı kirlənmiş bir məbud kimi, onun üçün 
ümid, səadət və məfkurə sözləri mənasını itirmişdi. 
*** 
İki gün idi ki, doktor Zibeydə ilə görüşməmişdi; görüşmə-
yəcəyinə söz vermişdi. Lakin həsrət o qədər qüvvətli idi ki, 
verilən sözə  qələbə çalmada idi; ayrılıq dərdi aman vermirdi. 
Vücuduna tühaf bir sızıltı hakim idi: yuxusu qaçmış, istirahəti 
pozulmuş–hər  şeydən soyumuşdu. Bu ağır  əzaba bir gün də 
davam edə bildi. Üçüncü gün səbir kasası daşmada idi–ələm 
onu boğurdu. Otağını  gəzib dolandı, dəruni sızıltıdan rahatlıq 
tapa bilmədi. Oturdu. Heyrətlə bir nöqtəyə baxaraq bir də 
«Zibeydə!»–deyə  səsləndi, hər tərəfdən  əks-sədalar eşitdi: bu 
cazibəli sözdən həzlər duydu. Dərdləri müvəqqəti olaraq 
yayıldı. Təkrar dərdləndi, mənəvi yalnızlıq bütün şiddəti ilə onu 
bürüdü. Bu dəqiqələr Zibeydənin varlığı, mülayim səsi, xoş 
rəftarı ona abi-həyat qədər qiymətli göründü. Görmək, 
danışmaq, dərdləşmək ehtiyacı daha da şiddət kəsb etdi. 
Durdu, xəstə halla telefona yanaşdı. Çağırdı. Səsi titrədi, 
sızıltılı  həyəcan havanı doldurdu. Telefondan səs gəldi. 
Şübhəsiz ki, Zibeydə idi. Bu tanış və dadlı səs əvvəl  doktoru  
qanadlandırdı, sonra eyni səsin «Zibeydə evdə yoxdur»–
deməsi, onu yasa batırdı. Təsviri qabil olmayan bir kədərlə geri 
çəkilib, yaralanmış aslan kimi inildədi. 
*** 
Bu bir həftənin içində olan bütün vaqiələr doktora yuxu 
kimi göründü. Heç bir şey olmamış kimi şübhələri tamamilə 
yatdı. Bir axşam da hazırlanıb, Zibeydəni ziyarətə getdi. Qapını 
tıqqıldadarkən bir zaman sönmüş nəşə onda təkrar ehya olundu. 
Lakin qapını açan Zibeydəni, onun hərəkətini gördükdə nəşəsi 
təkrar öldü. Zibeydə  həmişəki kimi şən və mülayim deyildi. 
Doktoru içəri buraxmaqda belə  tərəddüd etdi–duruxdu, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə