Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə70/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   66   67   68   69   70   71   72   73   ...   103

 
292 
Xəlil müsafirlərini fotoqrafiyalarla əyləndirməyə çalışdı. 
Qızının şəklini göstərdi və anasız qaldığını kədərlə anlatdı: 
 – 
Mən çox talesizəm! – deyə əlavə etdi. 
 – 
Nə üçün? – deyə qadın sordu. 
 – 
Kişinin qadını ölməsinin nə qədər ağır olduğunu bilmirsi-
nizmi?  İndi baxınız subaylıq nə  fəna  şeydir. Çalışıram, 
qazanıram,  lakin heç bir məqsəd təqib edə bilmirəm. Yoldaşım 
olsa, onun üçun çalışmağım mənə böyük bir təsəlli olardı. 
Qızım da yetimlik hiss etməzdi... 
Qadın gülümsədi: 
– Siz belə ailə dostu olduğunuz halda indiyə  qədər subay 
qaldığınıza heyrət edirəm... 
Xəlil məsum bir halda: 
– Heyrət etməyiniz, – dedi, – bu zamanda ailə qüdsiyyətini 
anlayan azdır. Hər kəs macəra üçün ərə gedir, beş gündən də 
sonra boşanır. Halbuki mən belə düşünmürəm: insan həyatında 
bir dəfə evlənməli, gözəl bir ailə  təşkil edərək məsud bir 
həyatın baqiliyinə çalışmalı. 
Xəlil bir ah çəkərək, dolaba tərəf yönəldi və  əvvəlcə 
hazırladığı konfet, meyvə və pastaları masanın üzərinə düzdü. 
Qadın: 
– Aman, niyə zəhmət çəkirsiniz? – dedi. 
Xəlil çavabında: 
– Bir zəhməti yoxdur. Pul sərf etmək üçün qazanılır.  İndi 
sizə bir çay da qoyum. 
Qızla qadın ikisi bir yerdə: 
– Aman,  rahatsız olmayınız! – dedilər. 
Xəlil məmnun bir təbəssümlə xörək maşınını yandırdı  və 
çaydanı üzərinə qoydu. 
– Burada hər bir müxəlləfatım  yerində, ancaq... evin 
xanımı yoxdur! – deyə Xəlil gülümsündü. 
Qadın otağı gözdən keçirərək: 
 – 
Məncə,–dedi,–bu asan bir işdir. 
 
– Bir o qədər də asan deyil! 
 
293
 – 
Nə üçün? 
 
– Adam tapmaq çətindir. 
 
– Adam tapılar. 
 – 
Haradadır ki?.. 
Qadın gülümsədi, sakin səslə: 
– Tapılar! – dedi. 
Qız qadının üzünə baxaraq, qızardı  və  həyəcanını 
bildirməmək üçün əlini uzadıb, masanın örtüsünü düzəltdi. 
Xəlil məqsədinə nail olacağını duyaraq nəzakətini bir qat 
daha artırdı. 
Qız və qadına çərəz təklif etdi, şən və xoşsifət görünməyə 
çalışdı. 
Bu halda çaydan coşmada idi. Xəlil çay dəmləməkdə ikən 
qadın qızın qulağına bir şey pıçıldadı, qız qıp-qırmızı kəsildi. 
Xəlil stəkanları masaya gətirərkən qızı  şən gördükdə 
laübalı bir halda: 
– Bax, çay hazır, tökülməsi də gənc xanıma həvalə olunur,–
dedi. 
Qız təkrar qızardı və qadının təklifi üzrə qalxıb çay tökdü. 
Xəlil dolabdan iki küpə mürəbbə  çıxardı. Qadın bunu 
görcək: 
– Aman, nə evdar adamsınız! – dedi. – Ciddən sizə bir 
xanım lazım... yəqin bu işin düzəlməsinə  də  mən səbəb 
olacağam. 
Xəlil gülə-gülə: 
 
– Sizi indidən vəkil edirəm, – dedi. 
 – 
Eləmi? 
 – 
Elə! 
 – 
Ciddən? 
 
– Sözüm doğrudur. 
*** 
Üç gün sonra ZAKS Xəlilin pasportuna «Marqarita» adını 
əlavə edərək, möhrü ilə  təsdiq etdi. Marqarita Xəlilin otağına 
köçdü və on gün tam mənasilə xoşbəxt bir həyat keçirdi. 


 
294 
Lakin bu on gündən sonra vəziyyət get-gedə  dəyişməyə 
başladı. Xəlilin mənfi tərəfləri yavaş-yavaş meydana çıxdı. 
Bunun son dərəcə  əsəbi olduğu aydınlaşdı.  Əhəmiyyətsiz bir 
işdən ötrü qadını söyər, ona hiddətlənərdi. 
Bir ay keçmədən Marqaritanın həyatı acı bir şəkil aldı. 
Bir gün Xəlil evə  gəldi, Marqaritanı qonşuda gördü. 
Çağırdı: 
– Sənin qonşuları  gəzməyini bilsəydim, həyatımı  sənin 
kimi alçağın həyatına bağlamazdım,–dedi. 
Marqarita heyrətlə: 
– Qonşuya getmək eyibmidir? 
– Eyibdir! Alçaq! Satqın!  
Marqarita məsum bir halda: 
 
– Rica edirəm məni təhqir etmə! Qonşuda qoca qarı ilə 
qızından başqa kim var ki?! 
 
– Sus! Alçaq! Azğın! Fahişə! 
Marqarita son sözü eşidər-eşitməz hönkürtü ilə  ağladı  və 
buna qarşı  nə cavab verəcəyini düşünərkən bir də  Xəlil onu 
itələyib dışarı saldı, qapını bağladı. 
Marqaritanın səsinə qonşu Anaxanım gəldi. Onu qucaqladı, 
gözlərinin yaşını silə-silə apardı. 
Marqarita Anaxanımın otağında hönkürtü ilə  ağlamasına 
davam etdi: 
– Bax, nə böyük töhmət! Həyatımda təsəvvür etmədiyim 
bir həqarətə müncər oluram. 
Anaxanım: 
– Ağlama, qızım,–dedi,–sən onu tanımırsan, biz yaxşı 
tanıyırıq. O səni qaçırmaq istəyir. 
 – 
Nə üçün? Mən ona nə fənalıq etmişəm? Onu rahat etmək 
üçün bütün gün xidmətçi kimi işləyirəm. Razılıq etmək əvəzinə 
məni təhqir edir. 
 – 
Qızım, məni dinlə, o səni qaçmağa məcbur edir. 
 – 
Nə üçün? 
  – Onun xasiyyəti  belədir. Dörd-beş  ildir onun 
 
295
qonşuluğunda oluram, ildə neçə  qız tovlar, xoş dillə  gətirər
sonra incidər, qaçırar, yenisini gətirər. Arvad dəllallığı ona peşə 
olmuşdur. 
 – 
Deməli, mən də aldandım,–deyə Marqarita ağlamağa 
davam etdi. – Mən getməyə razıyam, ancaq yerim yoxdur. 
Bacımın bir otağı var, ailəsi böyükdür, sığışmır. Oraya gedə 
bilmərəm. Başqa yerim də yoxdur. 
 – 
Yazıq, bəs sən buna necə rast gəldin? 
 – 
Nə bilim, nə bilim, əmək bursasına iş aramağa 
getmişdim. Orada rast gəldik. Qızıma bir mürəbbi arayıram 
deyə məni  aldatdı. Sonra  bacımla buraya gəldik. Özünü elə bir 
şəkildə təqdim etdi ki, gözümüz qapandı... 
  – Bala, onun xasiyyətidir. Səndən  əvvəlki də elə 
aldanmışdı. Bir qızları da dünyaya gəldi. Çocuqla anası gündə 
bir, otaqdan dışarı  atılardı. Çox vaxt soyuq koridorda 
yatardılar. Axırda uşaq xəstələndi, öldü. Qadın da bunun 
zülmünə tab gətirə bilməyib çıxdı, getdi. 
Marqarita qarının sözlərini dinlərkən qulaqlarına inana 
bilmirdi. Gənclik təcrübəsizliyi ilə bağlandığı bir adamın bu 
qədər fəna olacağını heç də təsəvvür edə bilməzdi. İndi Xəlilin 
ona qarşı olan rəftarının səbəblərini yavaş-yavaş anlamağa 
başladı. Peşman bir halda göz yaşları axıtmaqda davam etdi. 
*** 
Bir gün Xəlilin naharını verib, qabları yuduqdan sonra 
Marqarita ərinə tərəf yönəldi: 
– Müsaidə et, axşama qədər bacımgilə gedim,–dedi. 
Xəlil hiddətlə: 
– Get, amma geri dönmə! Görürsən, bir yerdə yaşaya 
bilmirik! 
Marqarita məyus bir halda çıxıb getdi. 
Xəlil papirosu damağına alıb, masaya oturdu. Katyuşanın 
tərcümeyi-halını qurtarmadığı üçün onu tamamlamaq istədi. 
Dəftəri çıxardı, açdı. Son sətirləri oxudu: «Qızın ölməsi canımı 
qurtardı–artıq Katyuşa kökündən oynamış  ağaca bənzəyirdi; 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə