Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə67/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   63   64   65   66   67   68   69   70   ...   103

 
280 
Qız səbətdən bir kağız bağlısı çıxartdı, Baxa verdi, solmuş 
və tozlanmış bu bağlının içindən Bax bir qırmızı risalə ayırdı: 
– Alınız, buradakı «Şehli qönçələr» adlı şeri oxuyunuz. 
Nemət risaləni əlinə aldıqda sərlövhəsi diqqətini cəlb etdi: 
Olya Bax. «İlk təcrübələr» sözü onu bir az fikrə daldırdı. «Kim 
bilir,  şair qəlbli Olya atasının üzündən nə faciələr keçirmiş»–
deyə düşündü. 
Bu anda cənab Bax kədərli gözlərini Nemətə dikmişdi. 
Tələbə «Ey sübhün tərənnümü, ey şehli qönçələr» misrası 
ilə başlanan şeri oxudu və səsində göz yaşları titrər kimi oldu. 
Bax da kövrəldi, gözlərində parıldayan yaşlar kirpiklərindən 
süzülməyə başladı. Anlaşılmaz bir əzab üzünün cizgilərini daha 
da dərinləşdirdi. 
Bu dəqiqələr cənab Bax Nemətin gözündə o qədər yüksəldi 
ki, onun bütün qəbahətləri silindi, əfv olundu. İndi artıq ona 
qarşı nifrət deyil, acınacaq hisslər duydu... 
Cənab Bax risaləni geri aldı, diqqətlə büküb qıza verdi və 
dedi: 
– Qoy yerinə, sonra on üçüncü səbəti aç. 
Qız səbəti açarkən çənab Bax ciddi bir sima ilə Nemətə 
sual verdi: 
 – 
Mənim adıma heç bir yerdən pul almadığınıza dair söz 
verirsinizmi? 
 – 
Verirəm. 
Bunu yazınız və altından qol çəkiniz. Dürüst yazınız, ay və 
il unudulmasın. 
Nemət yazdı və sənədi imzaladı. 
Cənab Bax kağızı gözlərinə yaxınlaşdırdı, diqqətlə oxudu, 
sətirlərə təkrar-təkrar göz gəzdirdi, bir qüsur tapa bilmədi: 
– Bir də məndən pasportunuzu geri aldığınıza dair yazınız. 
Nemət ikinci kağızı yazmağa başladı. Cənab Bax yenə göz 
gəzdirdi: 
– Pasportun nömrəsi və hansı  şəhər polisindən verildiyini 
unutmuşsunuz,–dedi. 
 
281
Nemət sənədi təzələdi. Cənab Bax kağızı  təkrar gözlərinə 
yanaşdırdı. Tədqiq etdi və axırda çantasında gizlətdi. 
Nemət pasportu böyük bir sevinclə cibinə qoyub qalxdı. 
– Salamat qalınız cənab Bax!–dedi. 
Bax əlini Nemətə uzadarkən təkidlə soruşdu: 
– Mənim adıma heç bir yerdən pul almadığınıza dair söz 
verirsinizmi? 
– Verirəm. 
Nemət cənab Baxın  əlini tühaf bir vəcdlə  sıxdı  və  ağır 
havalı otağı tərk etdi. Küçəyə çıxarkən dünyada ondan xoşbəxt 
bir adam olmadığını hiss etdi. 
 
 
 
    1927


 
282 
BİR QAÇQININ DƏFTƏRİNDƏN 
 
Yuxudan anlaşılmaz bir nikbinliklə ayıldım. Dünya mənə o 
qədər gözəl, o qədər cazibəli göründü ki, heyrətimdən şaşdım, 
qaldım, halbuki vəziyyətim seviniləcək bir halda deyil idi. Bir 
ay idi ki, fabrikdən qovulmuşdum, yeni iş tapmaq mümkün 
deyil idi, aclıq da məni tabdan salmada idi. Bunlara 
baxmayaraq xoş bir hisslə yataqdan qalxdım, geyindim, 
yuyundum. Birdən mənə bir zəiflik gəldi, vücudumu tər basdı, 
kürsünün üstə çökdüm, başım gicəlləndi. Bir neçə gün idi ki, 
bişmiş yeməmişdim, dünən bir parça yavan çörəyi belə güclə 
tapmışdım. Bu sabah yavan çörəkdən belə məhrum idim. 
Bir-iki dəqiqə qulaqlarım cingildədi, sonra özümə  gəldim. 
Nikbin və ümidbəxş hiss məni tərk eləməmişdi; dünya yenə 
gözəl, həyat yenə dadlı idi. Bir də  ağlıma bir fikir gəldi–cəld 
durub, divardan asılan paltarlarımın ciblərini axtarmağa 
başladım. Dəlik-deşik cibləri birbəbir  əlləşdirdim, böyük 
diqqətlə tədqiq etdim, əlimə bir şey keçmədi. Qəribə burasıdır 
ki, köhnədən, yaddan çıxıb qalmış pul olar, deyə son həftə hər 
sabah bu ciblər eyni diqqət və ümidlə araşılmışdı, bir şey 
tapılmamışdı. Bunu bilə-bilə bu dəfə də paltarlardan şübhə ilə 
aralandım, fikirləşdim və ümid məni tərk etmədi. 
Dolaba yanaşdım. Sınıq qapısını  cırıltı ilə açdım, 
camaşırları qaldırdım, üst gözü nəzərdən keçirdim–nə pul və nə 
də yeyiləcək bir şey gözə çarpdı. Orta gözü daha diqqətlə 
araşdırdım: bir boşqab, bir fincan və bir sapılcadan ibarət 
mətbəx müxəlləfatımı bir tərəfə topladım, boş  şəkər qutusunu 
itələdim... Burada da qarın doyuracaq bir şey tapa bilmədim. 
Təkrar kürsünün üzərinə çökdüm, nəfəs almağa başladım, 
zəiflikdən vücuduma gələn təri soyutmağa çalışdım... Xoş  və 
tühaf hisslər ruhumu oxşamaqda idi. 
Bir də  məndə bir laqeydlik hasil oldu: yaxşı  və yaman, 
ləzzət və əzab, səadət və bədbəxtlik... gözümdə əsil mənalarını 
itirdilər. Bu boşluq içərisində ayağa qalxdım, istər-istəməz 
 
283
dolabın alt gözünü nizama salmağa başladım. Qəzet və kitabları 
bir tərəfə yığdım, kirli camaşırı bağladım və atılıb qalmış köhnə 
kordon qutuları yerbəyer etdikdə heyrətimdən donub qaldım... 
siçanlar tərəfindən qaçırılıb burada tərk olunmuş bir parça 
çörəyə rast gəldim. Bilmirəm hansı bir nagahani qüvvə ilə 
barmaqlarım bu qurumuş və toz basmış parçaya sarıldı... 
Bir dəqiqə koridora çıxıb, çörəyin tozunu təmizlədim, 
qurna altında yudum və sonra dəsmala sarıyıb yastığımın altına 
qoydum. 
Oturub, çörəyin yumşalmasını gözləyirkən laqeydlik 
vücudumu tərk etmişdi. Çörəyi yeyib, eyni hisslə də oteli tərk 
etdim. 
*** 
Otelçiyə bir neçə yüz frank borcum var idi. Onun üçün 
qapıdan elə  çıxdım ki, otelçi məni görmədi. Küçədə rahat və 
asudə nəfəs ala bildim. Ac idim, lakin iştaham elə küsmüşdü ki, 
könlüm nə istədiyini belə  kəsdirə bilmirdim. Fikirsiz və 
müəyyən plansız bir halda küçə ilə getdim. 
Sena çayına tərəf yönəldim, bir də durdum: yediyim çörək 
parçası daş kimi mədəmə  yığılıb, məni incitməyə başladı. 
Nəfəsim kəsilən kimi oldu, elektrik dirəyinə söykənib qaldım. 
Tər vücudumu təkrar bürüdü. Yanımdan keçən bir müsyönün 
papiros tüstüsü məni bir müddət məşğul etdi. Havada layla 
duran tüstüyə burnumu yaxınlaşdırıb qoxuladım, dərin bir həzz 
duydum. İki gün  dəf olunmamış  tütün nəşəsi bir az sakit oldu 
və süst fikrim açılmağa başladı. Məndə anlaşılmaz bir ümid 
canlandı, həyata və yaradılışa qarşı istehza ibraz edən bir 
təbəssüm dodaqlarımı əydi. 
Sancıdan özümü toxdadıb, bir az da getdim: fabriklərin 
mənhus bacaları gözümə sataşdıqda, sinirləndim, içimə  dərin 
bir soyuqluq çökdü, geri döndüm. 
Məqsədsiz və plansız yürüməmdə yenə davam etdim. 
Fikrimdə bir boşluq hökmfərma idi. «Dünən» və «sabah» 
mənim üçün mənadan məhrum idi. Yaxşı, yamanlıq, toxluq və 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə