Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə69/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   65   66   67   68   69   70   71   72   ...   103

 
288 
qapını açdıq, qaranlıq, fəna qoxulu bir otağa daxil olduq. 
Mühərririn mənzili o qədər balaca idi ki, bir çarpayı  və kiçik 
masa zorla buraya sığışmışdı. Kirli yataqdan arıq, pırtdaşıq 
tüklü bir adam qalxdı. Üzr istədi və üzərindəki qəzetləri 
döşəməyə töküb dedi: 
– Xoş gəldiniz, yoldaşlar! Amandır, bir papiros verin! 
İkimiz də çiyinlərimizi atdıq. Mühərrir bundan məyus 
olaraq yatağından dik qalxıb, ayaqyalın döşəmənin üzərinə endi 
və tiryəki kimi masanın və çarpayının altına diqqətlə baxmağa 
başladı. Sonra hövlnak yürüyüb, boş papiros qutusunu əlinə 
götürdü, baxdı, hövkələyib atdı. Bir də  cəld  əyilib, yerdəi 
çəkilmiş bir papiros qırığı tapıb, müştüyünə qoydu, yandırdı. 
İki nəşəli qullabdan sonra papiros əriyib getdi. 
Tiryəki mühərririn nəşəsi elə bil bir az yatdı. Ağlı başına 
gələn kimi oldu; bizə çarpayının üstə yer göstərdi. Oturduq. O 
da kirli və yırtıq-sökük paltarlarını geyməyə başladı: 
– Qəribədir, ha çalışırsan qarnını belə doyura bilmirsən–
dedi.–Təzə paltar isə  mənim üçün bir məfkurə təşkil edir. Kim 
bilir, ömrümdə bir də təzə geyim mənə qismət olacaqmı? 
Hamımız güldük. Sonra mən soruşdum: 
 
– Bombey nə oldu? 
 – 
Yaxşıdır. Bu gün hind millətçilərinin  şərəfinə içərik. 
Müdir çox bəyənmiş.  İndi növbət Tehrana gəlir. Rza şahın 
qürənalarından biri ilə mülaqat yapmalıdır. 
 – 
Yaparıq, o asandır! – deyə  Xristofor mühərririn sözünü 
kəsdi; –mən  Tehranda çox olmuşam. Hər küçəsinə bələdəm. 
 
– O!! Bu çox gözəl oldu! Deməli, yaşayırıq! 
 – 
Yaşayırıq! 
– Ancaq bir iş var: mənim bu çəkməmi görürsünüzmü? 
Allahdan can diləyir. Görürsünüz ağzını necə açıb, bunu bir 
təhər geyib, çəkməçiyə gedərik, sonra da idarəyə. 
*** 
Mühərrir dabanını yerə ehmal qoya-qoya yola düşdü. Mən 
də bunun bir qoluna girdim ki, çəkməyə güc düşüb, daha da 
 
289
cırılmasın. Bu surətlə  çəkməçi dükanına gəldik. Bir qədər də 
orada gözləyib, idarəyə getdik. 
Mühərrir idarədən çıxana qədər biz küçədə durduq. Yan 
tərəfimizdə bir qəssab dükanı var idi. Ətlər səliqə ilə  kəsilib, 
sümükdən aralanıb, mərmər masalar üzərində boşqablara 
düzülmüşdü. Çəngəldən asılan  şaqqalar süni yarpaqlarla 
bəzənmişdi. Bu cazibəli mənzərəni görərkən xəyalən bu ətləri 
ləzzətlə qovurdum... yığın-yığın tüpürcək ağzını doldurdu. 
Qarşımda meyvə dükanlarında alma, armud, muz və portağallar 
işvəkar bir vəziyyət almışdı. Dilfirib rəngləri ilə adamı cinayətə 
sövq edirdi... Birdən nəzərim bunlardan aralandı: göylərə 
çəkilmiş kaşanələr gördüm, kuçədən sel kimi axıb gedən 
avtomobillər gözümə çarpdı... Başıma xudkam fikirlər gəldi, 
öz-özümə dedim: «Madam ki, mən bu bolluq və  zənginlik 
içində acından ölürəm, yıxılsın bu kaşanələr, məhv olsun bu 
zəngin həyat!» 
Qanım coşdu, inqilab  hissi bütün vücuduma yayıldı... 
Bir də mühərririn səsi məni ayıltdı.  
– Yoldaşlar,–dedi,–bu gün yemək qismət olmayacaq, kassir 
yoxdur. Pulu, ehtimal, sabah alacağıq. 
 
 
                                                                                   1927 


 
290 
SON SƏHİFƏ 
 
Bir ay davam edən dəhşətli mücadələdən sonra indi artıq 
asudə  nəfəs ala bilərdi. Çarpayısının üzərində uzanaraq, 
papirosun tüstüsünü havaya buraxır, düşünürdü. 
«Bəlkə çocuq ölməyəydi?» – deyə fikrindən keçirdi. 
Haman, rəngi üzündən götürüldü; ona bir əsəbiyyət gəldi. Cəld 
yatağından qalxdı. Papirosu kül qabına basıb, otaqda 
gəzinməyə başladı. 
Xırda otağında bir-iki dəfə ötəyə-bəriyə gedib, sinirlərini 
yatırmaq üçün yazı masasına oturdu. Oranı nizama salmağa 
başladı. Mürəkkəb qabını ortaya, iki tərəfinə güldanları qoydu. 
Kənara düşmüş bir-iki kibriti kül qabına atdı. Masanın 
arxasındakı divara yapışdırılmış bir neçə  çılpaq qadın 
rəsmlərinə  və solğun fotoqrafiyalara gözü sataşdı. Bir qrupun 
içində öz şəklini gördü. İllərdən bəri burada asılan bu qrupu 
indiyə  qədər sanki görməmişdi–heyrətlə onu süzdü; xoşlandı. 
İyirmi il əvvəlin yadigarı olan bu qrup onun xəyalında bir çox 
şeyləri ehya etdi. O zaman o yenicə müəllim olmuşdu; iri 
dairəli bir şapka almışdı, çiyinləri köndələn çinli, işıldar piləkli 
tujurka ismarlamışdı. Təyin olunduğu kəndə böyük bir həvəslə 
yola düşmüşdü... 
İştə, o zaman Xədicəyə rast gəlmiş, evlənmək niyyətinə 
düşmüşdü... Xədicə göstərilib,  əvəzində dul anası  gəlin 
gəlmişdi... 
Fikri qarışdı. Uzaq xatirələr bir-birinin arxasınca gözünün 
önündən gəlib keçdi. 
Bir il sonra qadını kənddə buraxıb, şəhərə gəlmişdi. Burada 
atası onu el adətincə nişanlayaraq, gözəl toy etmişdi. Üç ildən 
sonra yenə ayrılmışdılar... 
Üçüncü qadın gənc ikən ölmüş, özündən sonra bir qız 
qoyub getmişdi... 
Dəhşətli əsəbiyyət əl barmaqlarını soyutdu. Qeyri-şüuri bir 
halda papiros yandırdı, ağzına alıb, kürsünün arxasına 
 
291
söykəndi. Ağzından buraxdığı mavi həlqələrin arasından 
gözünə bir çox qadın simaları göründü. Bir an sıxılan ürəyi 
haman açıldı; səbəbsiz bir nəşə ruhuna hakim oldu. Tühaf bir 
təbəssümlə masasının qutusunu açdı. Bir yığın kağız arasından 
qalın və  yıpranmış bir dəftər çıxardı, masanın üzərinə qoyub 
gözdən keçirdi. Bir-iki dəqiqə  əvvəl xəyalında cövlan edən 
qadın simaları bütün tərcümeyi-halları ilə dəftərin səhifələrində 
canlanmağa başladı... 
Qələmi əlinə aldı. Uzun qovğadan sonra əlli manat pul və 
bir qədər ev şeyləri ilə razılaşdırıb, üç gün əvvəl yola saldığı 
Katyuşanın tərcümeyi-halını yazmağa başladı... 
Birdən qapı döyüldü və «Xəlil Abbasov» – deyə poçtaçı 
içəri bir məktub atdı. Xəlil masadan qalxdı, məktubu götürərək, 
sakit bir halda adresinə baxdı, möhrünə diqqət etdi. Anasından 
olduğunu bilirdi; çünki başqaları ilə irsal-mərsulu yox idi. Zərfi 
cırdı. «Yenə pulmu istəyir?»–deyə  sətirləri gözdən keçirdi. 
Anası pul istəmirdi, lakin halından şikayət yazırdı. Qocaldığını 
və  oğlunu könlü istədiyini qeyd edərək, nəvəsinin də  həsrətdə 
qalıb atasını arzuladığını əlavə edirdi... 
Xəlil məktubu masanın üzərinə atdı. Bir az hiddətləndi, 
papiros yandırdı  və  çəkə-çəkə qapıya yanaşdı. Qapının 
şüşəsindən dışarı baxdı. Qarşı tikililərin üstündən tutqun göy 
görünürdü. Xəlilin könlü də elə tutqun idi. Payızın havası onun 
vəziyyətini bir qat daha fənalaşdırırdı. Yadına gətirmək 
istəmədiyi qızı indi onda atalıq hissi oyatdı. Qızına acımağa 
başladı. Kədərləndi. İyirmi illik macəraları ilk dəfə olaraq onu 
incitməyə başladı. Gözlərinə yaş  gəldi. Döndü və başını 
yasdığına söykəyib uşaq kimi ağladı. 
*** 
Bir həftə sonra Xəlil gənc bir qız və bir qadınla otağına 
girdi. Nəzakətlə bunların paltolarını soyundurdu. Yer göstərdi, 
oturdular. Otağı  əlindən gələn qədər bəzəmişdi: yemək 
masasının üzərinə ağ süfrə çəkmişdi, yazı masası üzərinə süni 
çiçəklər qoymuşdu. Yataq camaşırını təzələmişdi.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə