Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə71/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   67   68   69   70   71   72   73   74   ...   103

 
296 
kiçik bir hiddətimdən yarpaq kimi əsirdi...» Burada yazı 
dayandırılmışdı. Xəlil yazmağa başlamadan  əvvəl dəftərin ağ 
qalan səhifələrini yoxladı; cəmi üç səhifə qalmışdı. 
Xəlil bir az düşündü... «İki səhifə Katyuşaya bəsdir»,–
dedi.–«Son səhifəni də... Marqaritaya həsr edərəm...». 
Bu düşüncədən sonra Xəlilə bir nəşə  gəldi. Qələmi yerə 
qoydu, bir papiros da yandırdı. Xəyalı qanadlanaraq papiros 
tüstüsü ilə bərabər uçmağa başladı. Bir neçə il irəlini görmədə 
idi–bir sürü qız siması tüstüyə bürünmüş havanı seyr etmədə 
idi; bir-birindən gözəl, bir-birindən gənc idilər... 
Xəlilin qanı coşdu, həyatına qarşı olan məmnuniyyətinin 
həddi yox idi. Qalxdı.  Əllərini cibinə qoyaraq, məst bir halda 
otağı dolandı. Sonra birdən ciddiləşdi. «Katyuşa məsələsini 
qurtarmalı» – deyə cəld masaya yanaşdı. Qələmi alıb yazdı. 
*** 
Axşam Marqarita evə döndükdə otağın qapısını  qıfıllı 
gördü. Bir az fikirləşdi. Anaxanımın yanına getməli oldu. Bir-
iki addımlıq məsafədə olan qapıya yanaşaraq döydü. 
 – 
Kimsən? – deyə içəridən səs gəldi. Sonra qapı açıldı, 
qarının qırışmış siması göründü: 
 – 
Gəl, qadan alım! – dedi. 
Marqarita girdi və yarımişıq otağın bir guşəsində oturdu. 
Anaxanım Marqaritaya çay təklif etdi. Marqarita: 
– İçmirəm, sağ ol! – dedi. 
 – 
Elə onsuz da sağam, qadan alım, birini iç,–deyə qarı çay 
töküb Marqaritaya verdi. 
 
– Kefin niyə yoxdur? – dedi. 
Marqarita həyəcanlı gözlərini aşağı dikdi. 
 
– Kefini pozma, bir çığıranda sən iki çığır. Elə insafsız 
adama başqa çarə yoxdur. 
 – 
Orası düz, ancaq... 
– Nə  ancaq?  «Dinsizin ödəsindən  imansız  gələr!» «Sənə 
biz batırana qıyıq soxmalısan». Elə olmazsa, qədrini bilməz. 
Marqarita gülümsədi: 
 
297
 – 
Orasını indi-indi bilməyə başlayıram. Görünür, həyat 
bunu tələb edir. 
 – 
Bəs nə?! 
 
– Bu gün bir komsomolka arqadaşımla görüşdüm.  Əvvəl 
dərdimi ona söyləməyə qürurum yol vermədi. Sonra ürəyim öz-
özünə açıldı;  başıma gələnləri bir-bir söylədim. Heyrət etdi. 
«Niyə qadın  şöbəsinə  xəbər vermirsən?» – dedi. Sonra məni 
çox məzəmmət etdi. Dedi: «Sənin yerinə olsam, onu bir 
dəqiqədə otaqdan dışarı ataram». 
 – 
Bəs nə?! Mənim evimdə qız uşağı, bundan həya eləmir; 
gündə  buraya bir arvad gətirir. Dinirsən, dava salır. Onu görüm 
qanına bulaşsın! 
Marqarita qadının mətanətli sözlərindən xoşlandı. Zatən 
komsomolkanın sözləri onu olduqca təhrik etmişdi. Onda 
doğmuş azad qadın fikri və  mətin bir mənəmlik haqqını  tələb 
edirdi. Bu günkü Marqarita artıq dünənkinə bənzəmirdi. Çayını 
içərkən: 
 
– Bax, məni yazıq gördükcə, tapdalamaq istəyir.  İndiyə 
qədər nəzakətdən  bir şey çıxmadığını anladım. Artıq ona qarşı 
başqa rəftar lazım... 
 – 
Bəs nə?! 
 – 
Heyrət yeri budur ki, bir gün bacımgilə gəldi. Evdə heç 
kim yox idi. Ayağıma yıxıldı, dedi: «Qulun olacağam»... Mən 
nə bilim ki, ildə bir neçəsinin ayağına yıxılırmış... 
 – 
Bəs nə, qadan alım! Onu görüm qanına bulaşsın! 
Marqarita qarı ilə bir neçə saat dərdləşdi. Əri gəlib çıxmadı, 
saat on ikiyə yaxın koridorda tappıltı  eşidildi. Anaxanımın 
qapısından bir adam gəlib keçdi.  
Qarı: 
– Dur, qadan alım,–dedi,–sonra qapını bağlar, çöldə 
qalarsan. 
Marqarita paltosunu götürüb, cəld çıxdı. Otağına girdikdə 
Xəlil heyrət etdi: onun gəlməyəcəyini zənn edirmiş. Bir də 
hiddətləndi: 


 
298 
 – 
Sənə «gəlmə» dedim, sən niyə gəldin? – dedi.  
 Marqarita 
mətanətli səslə: 
 – 
Gəldim, maxüsus gəldim! 
Marqaritadan gözlənilməyən bu sözlər Xəlili odladı: 
– Fahişənin dilinə bax!–deyə çığırdı. 
Marqarita: 
– Fahişə  sənin kimi gündə bir qadın dəyişənə deyərlər,–
deyə paltosunu divardan asdı. 
Marqaritanın bu hərəkətindən Xəlil son dərəcə  əsəbiləşdi. 
Rəngi qaçdı, gözləri çanağına sığmamağa başladı. Söz demək 
istədi, dili tutuldu. Acımış qurd kimi Marqaritaya hücum etdi. 
Birinci yumruğu Marqaritaya dəydikdə, Marqarita özündən 
çıxdı; ona tühaf bir qüvvə  gəldi, Xəlili itələdi. Xəlilin ayağı 
büdrədi–dizi üstə çökdü. Bu haldan istifadə edərək, Marqarita 
dolabdan mətbəx bıçağını aldı. Xəlil yerindən qalxar-qalxmaz 
Marqarita dəhşətli bir qışqırıqla: 
Bu saat buradan get, yoxsa bu bıçağı qarnına soxaram!–
dedi.  Xəlil Marqaritanın  uzünə baxıb, dəhşətlər duyaraq otağı 
tərk etdi. 
Çiskinli hava idi. Bu havada o çox qadınlar yola salmışdı... 
Bu dəfə özü gedir və qovduğu qadınlar kimi, nərəyə gedəcəyini 
belə kəsdirə bilmirdi. 
 
 
1928
 
299
TANQO 
 
Onlar ilk dəfə görüşərkən ruhən bir-birinə yanaşdılar. 
Doktor xaricdən yeni gəldiyi üçün hələ Parisin süsünü 
daşıyırdı: şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Söhbət 
arasında ara-bir fransız sözləri qollanması Zibeydənin son 
dərəcə xoşuna gedirdi. Fransızca bilmək və Parisi görmək 
Zibeydə üçün ən yüksək məfkurələrdən biri idi. Doktor da bu 
məfkurəni təmsil etdiyi üçün onun qəlbinə hakim idi. İstər-
istəməz doktorun iradəsi Zibeydəyə hakim kəsilərək, onu 
istədiyi yola sövq edirdi. 
Axşam ziyarətlərində doktorun qapını  tıqqıldatması 
Zibeydənin qəlbində yaxın və dost hisslər oyadırdı; özü qapıya 
yüyürür və açdıqda doktor onun dadlı  həyəcanını duyurdu. 
Görüşürdülər. Otaqda yan-yana otururdular. Bəzən doktor 
Zibeydənin nafiz nəzərlərini üzərində duyaraq, cəld dönür, 
gözü onun qara, mənidar, bir az da süzgün gözlərinə sataşır, 
ikisi də yaxın bir səadətin üfüqündə şölə kimi parlayırdı. 
Bir axşam doktor çiçəklər gətirmişdi. Zibeydə onları 
zövqlü bir təbəssümlə aldı, qoxuladı  və bağrına basarkən ona 
tühaf bir həya gəldi: gözlərini yerə dikdi, incə bir titrəyiş 
dodaqlarına yayıldı... 
Ortalığı sükut qapladı  və  dəqiqələrcə davam etdi. Doktor 
danışmaq istədi, payız yeli yarpağı  əsdirən kimi, rəşə  səsini 
titrətdi. Həyəcanlı sözlər, soyuq su damlaları kimi, Zibeydənin 
üzərinə tökülüb, onu keyitdi. 
Zibeydə çiçəkləri vaza qoydu, yanında oturdu, yanağını 
ovuc-ovuca yapışmış əllərinə söykəyib dedi: 
 
– Neçin çiçəklər əbədi deyil? 
 
– Çünki onlar gözəldir. 
Doktorun sözləri Zibeydəni düşündürdü, nazlı gözlərini 
süzdürdü.  Ətrafa dalğın-dalğın baxdı: və  nəzəri divardakı 
güzgüyə sataşdıqda,  özünə diqqətlə tamaşa edərək dedi: 
– Deməli, mən də solacağam. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə