Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə79/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   75   76   77   78   79   80   81   82   ...   103

 
330 
nümayiş edir. 
 
IX 
Şəhərin bir çox yerlərində qoyulmuş iri ekranlar 
səyyahların nəzərini cəlb etdi. Bunların üzərində iri hərflərlə 
«keçmişin güzgüsü» sözləri yazılmışdı. Bir də bu ekranların 
birində «Üç əsr  əvvəl» sözləri yazıldı, sonra yazı yox oldu. 
Əvəzində «Ərdəbil» kəlməsi düzüldü və bundan sonra bir şəkil 
göstərildi. Sinələri ağ kəfənli xalq başlarını xəncərlə yarırdılar; 
bir tərəfdə  zəncir vururdular; qara geyimli camaat başlarına 
döyərək ağlayırdı... Tamaşaçılar nifrət bəyan edən üzlərini 
qırışdıraraq: 
Nə vəhşi zamanlar var imiş,–deyə  içlərini çəkirdilər. Bir 
də ekranda «Köhnə Azərbaycan» sözü görünərək yox oldu, 
sonra «Kəndlinin yaşayışı» yazıldı... Motal papaqlı  kəndlilər 
qara damdan çıxdılar, ağacdan qayrılmış cütləri  götürüb, tənbəl 
addımlarla yürüdülər.  Təzəyə  bələşmiş  öküzləri qoşmağa 
başladılar... 
Həsən:  
 
– Bu kinodurmu?–deyə gəncdən soruşdu. 
 
– Yox. Bu, keçmişin mənzərəsidir. 
 – 
Bilirəm. Oynanmış və ya vaxtilə çəkilmiş şəkildir. 
Gənc etiraz etdi və səyyahlara izahat verdi: 
Vaxtilə  çəkilməmiş,–dedi,–bu saat çəkilir. Bilirsiniz ki, 
dünyada heç bir şey yox olmur. Səslər dalğa ilə havaya yayılan 
kimi,  şəkillər də havaya keçərək olduğu yerdən uzaqlaşır. Bu 
şəkillər və səslər müəyyən  makina vasitəsilə uzaqlardan alınır. 
Makina qüvvətli olarsa, insaniyyətin ibtidai həyatından 
başlayaraq yaxın əsrlərə qədər göstərə bilir.  
Sandro heyrətlə: 
 
– O səslər dalğası necə şeydir? 
 
– Bu günkü səslər havada dalğalanan kimi, ibtidai səslər də 
dalğalanmış. Yalnız  fərq buradadır ki, qədim zamanlar vücuda 
gələn səslərin havadakı dalğa dairəsi  əsrlərdən bəri  
 
331
genişlənərək bizdən uzaqlaşmışdır.  İndiki makinalar ən uzaq 
dalğaların səslərini alaraq kağız üzərinə qeyd edir. 
– Bununla harada məşğul olurlar? –deyə Sandro soruşdu: 
– Ayrıca elmi bir müəssisə var. İstəsəniz, görə bilərsiniz. 
 

Səyyahlar yüzlərcə otaqları gəzib başa çıxa bilmirdilər. Bir 
çox otaqlarda adam yox idi. Bütün işləri makinalar görürdü. Bir 
makina yazır, o biri yazılan kağızları toplayır, üçüncü tikir, 
dördüncü cildləyir, beşinci qəfəsələrə düzürdü. 
Səyyahlar  şüşə qübbəli böyük bir salona girdilər. Burada 
yüzlərcə alim adamlar işə  məşğul idi. Səyyahları  təşyi edən 
gənc yavaş səslə anlatdı: 
 – 
Yazan 
makinaları gördünüz. Onlar əsrlərin söz və 
söhbətlərini havadan alıb, gecə-gündüz yazır. Bu yazılar dil 
etibarilə ayrılıb, bu müəssisənin cürbəcür şöbələrinə göndərilir. 
Hər şöbənin bir neçə mərkəzi salonu var. Bu salon daş əsrinin 
indiyə  qədər bəlli olmayan dilləri ilə  məşğuldur. Yalnız bu 
şöbədə çalışan adamların sayı minləri keçir. Səyyahlar başqa 
bir şöbəyə keçdilər. Buradakılar şəkillə məşğul idi. 
 – 
Bu 
şəkillər hansı dövrə aiddir?–deyə təyyarəçi soruşdu. 
Gənc anlatdı: 
– Bu şöbə insanların ovçu dövrü ilə  məşğuldur. Bu 
gözlərimizin qarşısındakı makinalar o dövrün tipləri və 
mənzərələrini kağıza köçürür. Şəkillə  məşğul  olan  şöbələrin  
sayı yüzdən  artıqdır. Ovçu dövrünün yazıları və şəkilləri başqa 
bir  şöbəyə toplanır. Sonra alimlər bu materiallardan kitablar 
yazırlar. Sandro dolablara toplanmış  şəkillərdən bir yığın 
götürüb baxdı. Hamısı  rəngli idi. Əlləri yaylı  və oxlu çılpaq 
adamlar bir çox vəziyyətlərdə  çəkilmişdi. Hippopotam ovunu 
təsvir edən bir şəkil çox maraqlı idi. Bu dəhşətli heyvan 
ovçulardan birini pəncəsi altında əzir, o birisini də iti dişləri ilə 
didirdi. Yan tərəfdəki ağacın budaqlarında meymunlar 
oynaşırdı. 


 
332 
 
XI 
Səyyahlar olduqları yerə  gəldilər. Yolda gəncə bir çox 
suallar verdilər.  
Həsən: 
 – 
Bir 
şey məni maraqlandırır,–dedi.–Biz yeyirik, içirik, 
oteldə yaşayırıq... Nə üçün bizdən pul istəyən yoxdur? 
 
– Pul nədir? Pul yüz il bundan əvvəl ləğv olunmuşdur. 
Bizdə hər kəs çalışır və hər kəs də yeyir, içir və yaşayır. Bu hər 
kəsin vəzifəsidir. Bir adama nə lazım olsa hər bir yerdən ala 
bilər. 
 – 
Müftəmi?–deyə Sandro heyrətlə soruşdu. 
 – 
Müftə  nə deməkdir? Hər kəs cəmiyyət üçün çalışır və 
cəmiyyət də onu bəsləyir. Burada dərin bir məsələ yoxdur. 
Səyyahlar bir-birinin üzünə baxaraq gülümsədilər. Gənc 
bunların heyrətinin mənasını duyaraq dedi: 
– Keçmiş xalqların fəna yaşadığının səbəblərini tarixdə 
oxuyuruq. Birinin  işləyən, o birinin müftə yeyən olması 
insanların həyatını pozmuşdur. Biz işləməyənləri aramızdan  
çoxdan çıxarmışıq.  Əl-ayağı  iş tuta bilməyən uşaqlardan və 
qocalardan başqa hamı  işləyir.  İşləməyən adama yemək 
yoxdur. Bu gün heç kəs yediyi və geydiyi şeylərdən başqa artıq, 
lüzumsuz şeyləri toplamır. Bizim ölkəmizdə yemək-geymək bir 
ehtiyac olan kimi, işləmək də bir ehtiyacdır. İşləmənin məhsulu 
faydadır. Hər kəs özünün gündəlik faydasını başqasının 
faydasına dəyişir. Pula ehtiyac varmı? Bu gün pulun yerini iş 
və fayda tutur. 
– Bu necə ola bilər? –deyə Həsən soruşdu. 
–  İnsanların bir-birinə hörmət və etibarı var. Yalan, adam 
aldatma, tənbəllik və bu kimi fəna sifətlərə biz yalnız tarixdə 
rast gəlirik. 
 
XII 
Gəncin sözləri və şəhərdə gördükləri səyyahları son dərəcə 
 
333
təəccübləndirdi. Olduqları evə qayıtdıqdan sonra belə, 
gördüklərinin və eşitdiklərinin təsirindən qurtara bilmədilər. 
Sandro: 
– Həsən,–dedi,–mən artıq burada qala bilmərəm. Çünki 
gecə-gündüz çalışan adamların arasında işsiz vaxt keçirmək 
canımı  sıxır. Halbuki biz hələ bunlardan çox geridəyik. Bu 
yolda onlardan iyirmi qat artıq çalışmalıyıq. 
Həsən başını tərpətdi: 
– Bunlara  çatmaq olarmı? – dedi. Sandro qəti səslə: 
– Olar. Biz də bunlar kimi adam deyilikmi? Ancaq 
qarşımızda duran maneələri qırıb atmalıyıq. 
– Elə! Elə!–deyə  təyyarəçi  əlini Sandroya uzatdı. Sandro 
Həsənin və mexanikin də əllərini əlinə aldı və böyük bir imanla 
dedi: 
– Biz də bunlar kimi yeni şəhər, sosializm şəhəri qura 
bilərik. Çünki hər bir şey bizim əlimizdədir, yalnız çalışmaq 
lazımdır. 
*** 
O gün səyyahlar təyyarəyə minib qalxdılar və bizim 
dünyaya uçmağa başladılar. 
 
1933 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə