Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə81/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   77   78   79   80   81   82   83   84   ...   103

 
338 
Tolstoyun ulu babası, üçüncü İvanın  Şamaxı  səfiri olduğu 
zaman lahıclı bir qıza bənd olub, evlənmiş imiş; Hafizin atası 
türk imiş, onun üçün Hafiz: «Əgər on türki-Şirazi bədəst arəd 
dili mara...» deyə milli qanını biruzə verir... 
Xülasə, bu əlvan keçmişli dostların vaxtilə  hərəsi bir 
mötəbər sima olmuş, dövranlarını sürüb, qocalmışlar. İndi artıq 
çox da şərəflərinə müvafiq işlə  məşğul deyillər: evdəki 
çocuqları havaya çıxararlar, kooperativlərə  şey dalınca 
göndərilərlər. Bu işləri yerinə yetirdikdən sonra, gündə bir-iki 
boş saatlarını dəniz kənarında lətifə söyləməklə keçirərlər. 
Lətifə söyləməkdə də dostların müəyyən üsulları var: Lətifə 
eşidilmişsə, «fışşş!»–deyə  səslənərlər, söyləyən başqa bir 
lətifəyə keçər. 
İki həftəlik soyuq dostları bir-birindən ayırmışdı. Hava bir 
az açılan kimi oldu. Dostlar haman, bulvara qoşdular. Mirzə 
Zülqədər hamıdan sonra gəldi. Bunun xəstə baxışı, yavaş yerişi 
o birilərin nəzərini özünə cəlb etdi: 
Əsəd bəy adi laübalılığı ilə: 
 
– A Mirzə,–dedi,–deyəsən, gönü suya verəcəksən, nə olub? 
 – 
Axır vaxt ürəyim məni çox incidir. 
 – 
Deməli... öləcəksən, ha-ha-ha!.. Nə eyib edər ki, adam 
ölər də... 
Ocaq Naşid gülərək: 
– Dərd burasındadır ki, halvasını yeyə bilməyəcəyik. 
Mirzə mətin səslə: 
– Bunlar adi işdir–deyin görüm təzə lətifədən nəyiniz var? 
Ocaq Naşid Molla Nəsrəddin lətifələrindən birini başlamaq 
istədi, iki tərəfdən də «fışşş!..» səsi eşidib susdu. 
Əsəd bəy çal bığlarını yuxarı qaldıraraq: 
–Yanı, yoxunuzdur ki?–deyə dostlarını süzdü və müzəffər 
bir səslə:–yanın, çatlayın, yenə təzə lətifə məndə olar. Sabahdan 
axşama qədər it ayağı yemiş kimi şəhəri ayaqlayırsınız da, təzə 
bir şey öyrənə bilmirsiniz... 
Mirzə: 
 
339
– İndi sən də bir şey deyəcəksən, yaxşı ola, pis ola–məlum 
deyil, yer-göycə minnət qoyacaqsan,–deyə  Əsəd bəyin sözünü 
kəsdi. 
Əsəd bəy başladı: 
– Birisi keçmişdə qulluq axtarırmış, pristavın yanına gedir, 
yer istəyir. Pristav deyir: «Sabah gəl». Sabah gedir, eyni cavabı 
alır. Bir ay gedir-gəlir, elə pristav «sabah gəl» deyir. Nəhayət, 
bu bir tüfəng götürüb gedir və «sabah gəl» cavabını aldıqdan 
sonra çıxıb dəftərxananın qabağında havaya güllə atır. 
Qorodovoylar tökülüb bunu tuturlar. Xülasə, nə başağrısı, 
pristavın hüzuruna gətirirlər. Güllə atdığının səbəbini 
soruşurlar. 
Deyir: 
– «Sabah gəl»i öldürürdüm. Artıq «sabah gəl» yoxdur. 
Dostlar gülüşdülər. Mirzə süni də olsa, daha da çox güldü. 
Əsəd bəy bir az pərt: 
 – 
Deyəsən, lətifə bir az duzsuz oldu? 
 
– Yox, bu lətifə münasibəti ilə bir ayrısı yadıma düşdü. 
 – 
Söylə, söylə! 
Mirzə istehzalı təbəssümlə: 
–Bu lətifə deyil,–dedi,–olmuş 
işdir. Bir gün 
qəbiristanlıqdan dönürdüm. Yolda  odun şələli  bir adama rast 
gəldim. Mənə salam verdi. Salamını aldım. Dedi: «Ay qardaş, 
yol uzaq, qoy bir məzəli  şey nağıl eləyim, bir az gülüşək». 
Doğrusu, hərifin təklifi xoşuma gəldi. Razı oldum və gülməyə 
hazırlandım. Başladı: Bir gün,–dedi,–qışda kəndin yanından 
keçirdim, üstümə on-on beş it düşdü...  Əyilib qardan götürüb, 
bu itin üzünə vurdum, qardan götürüb o itin üzünə vurdum...» 
Mən hekayənin can nöqtəsini gözləyirdim ki, gülüm... bir də 
gördüm bu adam şələnin altında az qalır gülməkdən ölsün. 
Məsələni anladım–gülməli yer elə itlərin üzünə qar atmaqda 
imiş. Mən də buna qoşulub, qəhqəhəyə başladım. 
Dostlar  Əsəd bəyin üzünə baxaraq gülüşdülər.  Əsəd bəy 
qızardı, lakin özünü itirməyərək: 


 
340 
– «Bir abbasını  bəyənməyən beş  şahı  çıxarar»–hünəriniz 
var eşitmədiyim bir lətifə söyləyin. Heç gülməli olmasın–ona 
da razıyam. 
Mirzə ilə Ocaq Naşid fikrə daldılar: bütün bildikləri 
lətifələri xatırlayıb, yenisini tapa bilmədilər. 
Birdən Mirzə Zülqədər altun xəzinəsi tapan adam kimi 
sevinərək ayağa qalxdı: 
 
– Lap təzəsini tapmışam,–dedi. 
 
– De! De! 
 
– Bir gün Bəhluli Danəndə qonaqlıqda idi. Xörək gələndə 
məcməisini götürüb arxasına qoydu... 
Əsəd bəyin: 
– Fışşş!–deyə  qalibiyyət  duyduran  səsi  eşidildi. –
Məcməinin üstündə itlər boğuşdu... Bəhlul dedi ki, mənə 
deyirsiniz dal yana bir şey qoy, lazım olar. Görürsünüz
qoydum, üstündə boğuşma düşdü... 
Ocaq Naşid cəsarətsiz bir halda başladı! 
 – 
Qonşumuzda Lotu Həsən adlı bir baməzə adam var. Bir 
gün bunun həyətinə arıq, qoturlamış, gözləri şıpalaq bir it gəlib 
çıxır. Həsənin itə yazığı  gəlir, ona bir parça ət verir. Arvad 
bunu görüb, başlayır kişini danlamağa. Həsənin üzü çox 
danlanmışdı, öyrənmişdi. Həmişə arvadı  danışanda o sakit 
durub gülümsünərdi. Bu dəfə gülə-gülə: 
  – Arvad, –dedi, –sənin pulun olmayanda bir yerdən 
istəyirsən, heç olmasa əlini cibinə salırsan... Bu itin dili yox, 
tanışı yox, cibi də yoxdur ki, kefi olmayanda əlini cibinə 
salsın... 
Lətifəni dostlar çox bəyəndi–güldülər. Cib məsələsi  Əsəd 
bəyə hər şeydən artıq xoş gəldi; uzun-uzadı təkrar edib, güldü. 
– Sən öl, Ocaq Naşid,–dedi,–itin cibi olmaması çox 
qəribədir... Bu saat burada araq olsaydı, sağlığına ekstra 
içərdim. 
Mirzə başını tərpətdi: 
– Araq olar, pul yoxdur. Gəlinlərim bazarlığa verilən pulun 
 
341
hesabını qəpiyinə qədər məndən alırlar. 
Əsəd bəy ailə məsələsinə qarışmaq istəməyərək, təkrar cib 
məsələsinə döndü və yenidən gülməyə başladı. 
*** 
Aprelin birində  səhər saat on birdə  Əsəd bəy dəniz 
kənarında oturub, dostlarını gözləyirdi. Bir az sonra bulvarın 
qapısında Ocaq Naşidin iri heykəli göründü. Həmişə aram ilə 
yürüyən Naşid bu dəfə sürətli addımlar atırdı.  İrəliləyib, 
həyəcanla: 
– Nə oturmusan?–deyə Əsəd bəyi heyrətli baxışla süzdü. 
Əsəd bəy adi gülüşlə: 
– Oturmuşam,  əlimin də içindən gəlib. Nə vecimə, allaha 
şukür, cibim var, kefim olmayanda əlimi cibimə qoyuram. 
Ocaq Naşid üzündə süni kədərlər nümayiş etdirərək: 
– Mirzənin başına gələni bilmirsən ki?–dedi, bir saat əvvəl 
biçarə... vəfat etmişdir. 
– Əşi, nə deyirsən?.. Yoxsa aprelin biri münasibətilə məni 
aldadırsan? 
Naşid and içərək Əsəd bəyi inandırmağa çalışdı: 
– Vallah, doğru  deyirəm!  Bilirsən  ürəyi xarab idi, sancıb, 
bir saat sonra öldürüb. 
Əsəd bəy inanar-inanmaz bir halda qalxıb getdilər. 
Xırda bir otaqda dəmir çarpayıda üzü şalla örtülmüş bir 
adam uzanmışdı. Gənclər girib-çıxır, yaşlılar ətrafda dayanaraq 
susmuşdular. Ağlamaq səsi eşidilmirdi. 
Əsəd bəylə Ocaq Naşid də bir guşədə durub, onlara 
yaraşmayan kədərə daldılar. Lakin Əsəd bəyin kədəri ciddi 
deyil idi–o, Mirzə Zülqədərin ölməsinə inanmırdı, nədənsə bu 
işləri bir aprel oyunu zənn edirdi. 
Bir aralıq otaqdakılar koridora çıxdılar.  Əsəd bəy bundan 
istifadə edərək, cəld çarpayıya yanaşıb gülə-gülə: 
– Ay lotu, məni aldatmaq istəyirsən?–deyə Mirzəni 
qıdıqladı. 
Mirzənin bədəni Əsəd bəyə tühaf göründü. O bir az duru-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə