Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə89/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   85   86   87   88   89   90   91   92   ...   103

 
374 
adamdır.  Əyyaşlığının da səbəbi bəlli: mülkü, malı  əlindan 
getmiş,  əməyə alışmamış, ölən bir sinfin nümayəndəsi olaraq
yeni quruluşa qarşı göz yummaq üçün içir, məst olur. Bu 
təbiidir. Sənin ona qoşulman,–bağışla, içdiyini bilirik və içmən 
heç də təbii deyildir. Sən əməkçi bir ailədə doğuldun və həmişə 
də əməkçi olmusan... 
İftadə onun sözlərini təsdiq edərək başını tərpədir, anası da 
təsvibkar bir ifadə ilə gənci dinləyirdi. Tahir Muxtar sözlərinə 
davam edirdi: 
– Mən buraya rəsmi olaraq şura yazıçılar cəmiyyəti 
tərəfindən gəlmişəm. Qəti olaraq deyirəm, İftadə, bundan sonra 
bir daha içməyəcəksən, vəssəlam! 
İftadənin anası yerində qurcalandı,  əvvəl titrək, sonra get-
gedə aydın və mətin bir səslə dedi: 
– Sənə qurban olum, ay oğul, kaş bir az qabaqca gələydin.. 
Xəbərin yoxdur, ölüb  qurtarmışam. Evin bütün şeyini satıb 
içkiyə verib, qazandığından bir qəpik görmürük, arvadı qoyub 
qaçıb, bir sürü uşaq üstümə tökülüb. Allah ömrünü uzun eləsin, 
sənin kimi bir allah bəndəsi uşağın ikisini bağçaya qoyub... Da 
bundan artıq adama nə yaxşılıq edərlər. Amma bağçaya 
getməyə  də paltar, ayaqqabı lazımdırmı? Evə  gələndə yemək 
lazımdırmı? 
Qadın dərdlərini uzun-uzadı söylədi və nəhayət, mətin səsi 
təkrar titrədi, müəəssir bir surətdə ağlayaraq: 
– Oğul, dost-düşmən   yoxdurmu?–deyə  sözlərini qurtardı. 
Dəhşətli bir sükut otağı qapladı. Xəstə çocuq belə, bir an 
iniltisini kəsib susdu. Tahir Muxtar: 
–  İftadə,–dedi,–sən bu  gün  düşmüş    də  olsan, incə 
hisslərin hamısı səndə ölməmişdir zənnindəyəm. Sən bu faciəyə 
qarşı necə laqeyd qala bilirsən? Büsbütün məhv olduğuna inana 
bilmirəm. 
İftadə yenə başını  tərpədir və bütün söylənənləri təsdiq 
edirdi. 
Tahir Muxtar: 
 
375
– Sən bir daha içməyəcəyinə dair mənə söz ver! – dedi. 
İftadə  məcbur bir halda yerindən qalxıb təkrar oturdu. Anası 
onun tərəddüdünü duyar kimi: 
– Oğul, bu yazıq körpələrin xatirəsi üçün tövbə elə, nə olar. 
«Yoldan çıxmaq eyib deyil, yola gəlməmək eyibdir...» Ver, kişi 
zəhmət çəkib gəlib, söz ver... Bundan sonra da gözləri sənin 
üstündə olar. 
İftadə titrək səslə: 
– Verirəm!–dedi və üzündə bir qəribə ifadə göründü. 
– Bax, verdiyin sözu unutma! Sabah cəmiyyətə  gəl, bu 
sərsəri qiyafəsini dəyişməlidir... 
İftadə mülayim bir halda Tahir Muxtarın üzünə baxırdı. 
Tahir Muxtar sözlərinə davam edərək: 
– Gələrsən, cəmiyyət sənə paltar alar... İşin az isə yenə  iş 
taparıq. Hər şey düzələr, ancaq verdiyin sözə vəfa edəcəksən! 
– Edərəm, vallah, edərəm! 
Tahir Muxtar: 
 – 
Hələlik bu,–deyə qalxdı. Qadın  ayağa qalxıb, oğlunu ona 
tapşırdı, ağlayaraq yalvardı. Tahir Muxtar gülərək: 
 
– Ana, söz verib, düzələcək. Sonralar düzələnə qədər kağız 
yazarıq, onun maaşını sən alarsan. 
 Qadının sevinci bir daha artdı: 
 
– Allah səndən razı olsun!–deyə  təşəkkürlər etdi, oğlunu 
təkrar tapşırdı, təkrar yalvarıb ağladı... 
Üç gün sonra İftadə Tahir Muxtarla bərabər küçə ilə 
gedirdi.  İftadənin qiyafəsi tamamilə  dəyişilmişdi: paltarı, 
şapkası  və ayaqqabısı tamamilə  təzə idi. Kommunist 
küçəsindəki yeni bağçaya girdilər. Ətrafı çiçəkli gözəl səkilərlə 
qalxaraq Tahir Muxtar: 
–  İftadə,–dedi,–bir  ətrafa bax: hər yer yenidən tikilir, 
bəzənir, gözəlləşir; hər addımda yeni adamlara, yeni 
 
 
mütəxəssislərə  rast      gəlirsən;  konkanı tramvay, at və öküz 
arabalarını avtomobil əvəz etmiş... Hər yerdə yeni bir həyat 
duyulur... Sənin bu böyük dövrdə  məst olmağa haqqın var 


 
376 
idimi?.. 
İftadə etiraz edərək: 
 – 
Doğrudan, yox idi... Bilirsiniz, pis yoldaş adamı yoldan 
sapdırarmış. Pis mühitə düşmüşdüm... 
 
– Bundan sonra o piyalə yoldaşlarından uzaq gəz... Evinə 
gəlsələr, qov!. Utanmadan qov!.. 
Bağçadan çıxıb, sağ tərəfə, Azərnəşrə döndülər. Möhtəşəm 
binanın gözəl və  təmiz pilləkəni ilə yuxarı  çıxarkən Tahir 
Muxtar dedi: 
– Mətbəədəki  işindən qurtarandan  sonra bura üçün çalışar-
san. Burada iş çoxdur. Bu il yalnız bədii şöbə min iki yüz çap 
listəsi buraxmalıdır. İnqilabdan əvvəl Azərbaycanda təb olunan 
bütün kitabları toplasan bu qədər olmaz. Halbuki Azərnəşrdə 
bir çox şöbə var. Nəticədə  minlərcə  çap listəsi nəşr 
olunmalıdır. Gələn il bu çap listəsinin miqdarı iki qat artacaq. 
Çünki bütün ölkə savadlanmış, bizdən bilginin hər bir sahəsinə 
dair kitab tələb edir. Şura ziyalısının vəzifəsi böyük və 
məsuldur... Sən də içkiyə dalıb sıradan çıxmaq istəyirsən,–
deyəTahir Muxtar gülümsədi.  İftadə utandı, udqundu və titrək 
səslə: 
Tahir Muxtar, o acı dəqiqələri  yadıma salma, doğrudan 
utanıram... 
Bədii şöbəyə gəldilər. Hər kəs İftadənin yenidən meydana 
çıxmasını təbrik etdi. Ona iş verdilər, getdi. 
Bir müddət  İftadə ayıq olaraq çalışdı. Evinə yavaş-yavaş 
zəruri şeylər də almağa başladı. Bir axşam yenə onda bir nəşə 
oyandı, içki üçün ürəyi çır-çır çırpındı. Ağılumulmaz bir 
vəziyyətdə evdən çıxdı.  İşıqlı küçələr sankı dumanlara 
dalmışdı, onun içərisində söndürülməsini tələb edən bir atəş 
yanırdı. Nədənsə ruhu düşkün, vücudu xəstə kimi idi. İlk pivə 
klubəsi onda bir fərəh oyatdı, lakin oraya yanaşmağa cəsarət 
etmədi. Bir qüvvə onu oraya çəkirdisə  də bir ayrısı da oradan 
uzaqlaşdırmağa çalışırdı.  İlk təhlükəni adladı. Həm sevinir, 
həm də  kədərlənirdi... Yoluna davam etdi–dənizə doğru 
 
377
gedirdi. Bir sıra səs-küylü pivəxanaları da eyni iztirab və dərin 
mübarizə ilə adladı. Artıq yeni bulvarda idi. Yeni əkilmiş cavan 
ağaclar və çiçəklər arasında düzülən ağ yeni iskəmlələr ilk 
addımında ona təzim edən kimi göründü. Sevindi. Sonra bu 
sevinc qeyb olaraq anlaşılmaz bir iztirab yenə onu qapladı. 
İçindəki atəş yenə alovlanmağa başladı. Divanə kimi dolaşdı. 
Bir qüvvə onu yenə geriyə doğru çəkirdi. Qəmli gözləri ilə 
dənizi və göyü süzdü. Üfüqdən doğan ay səliqəsiz  şalvar 
yamağını andırırdı; sönük ulduzlar qırılmış  təsbeh kimi göyə 
dağılmışdı, bulud parçaları yunu çıxmış  yırtıq döşəyə  və 
yastıqlara bənzəyirdi... Nəzəri səndələyərək sol tərəfə axdı: 
mədən və zavodların işığı ot başlarına düşmuş  şeh kimi 
parıldaşır, bütün şəhər lalə tarlası kimi yanır, yeni binalar 
əzəmət və dəbdəbə nümayiş etdirirdi... 
Şən bir təbəssüm onun üzünə yayılaraq gözlərini güldürdü. 
Ona bir yüngüllük gəldi. Özündə yalnız vahid bir qüvvənin 
hakim olduğunu duyaraq sevindi. Qəti bir səslə: 
– Yox!–dedi və sürətli addımlarla evinə, ailəsinə  və  işinə 
doğru getdi. 
 
1935


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə