Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə97/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   93   94   95   96   97   98   99   100   ...   103

 
406 
və bir çox hallarda həyəcanlı alqışlar deyirdi. Günlər də
görüşlər də bir-birinin ardınca gəlirdi, mən isə onunla əlaqəni 
kəsmişdim. 
Ancaq bununla iş bitmirdi. Mən ona qarşı  nə  qədər soyuq 
münasibət göstərsəm də, o məni görəndə gülümsəyirdi. Onun 
bu hərəkətinin nəticəsində indiyə  qədər sakit olan yoldaşlarım 
(H. və As.) yüngüllük edərək, onunla tanış olmaq üçün vaxt 
təyin etdim. O da razılaşdı. 
*** 
 Axşam çağı onlar birlikdə küçədə  gəzişir, müxtəlif 
mövzularda söhbət edirdilər. Gənclərin biri onu qətiyyən 
maraqlandırmayan fəlsəfi mövzuda söhbətlər edirdi. Onun üçün 
dəbdəbəli və rahat həyat şirin olduğu halda, Russo, Tolstoy və 
ya  Şopenhauer nəyinə  gərəkdir? Mən pəncərənin qarşısında 
dayanıb, onların kölgələrini izləyirdim. Coşğun bir halda idim; 
macəra axtarırdı, özü də boynuma alım ki, yarısərxoş halda 
idim. Onun hər bir süni gülüşü qəlbimi yaralayıb öz dağıdıcı 
təsirini göstərirdi; mən ürəyimin həyəcanından gah dala, gah da 
qabağa gedir, ancaq ona qarşı olan soyuqluğumu izah etməyə 
cəsarətim çatmırdı. Bir neçə gün salamlaşdıqdan sonra onunla 
görüşüb  əlini sıxmaq mənim üçün çətin idi… On  dəqiqə 
gəzişdim, səkidə  dəli kimi sağa-sola hərəkət etdim, nəhayət 
özümü cəmləşdirib səkidən endim və iti addımlarla onlara 
yaxınlaşdım. Mən düşündüm: «Yaxınlaşacağam, ciddi 
danışacağam və  həmişəlik vidalaşacağam». Birdən onlar 
divarın arxasından çıxdılar və məni görcək sual dolu nəzərlərlə 
mənə baxdılar. N, təmkinlə əlini mənə tərəf uzatdı və dedi: «» 
O, mən kimi görürəm!    Bu  sözlər mənim həyəcanımı azaltdı, 
sakitləşdim və niyyətim boşa çıxdı. Mən şən halda danışmağa 
başladım, onun yekəqarın kavalerlərinə hücum edirdim. Mənim 
qəribə sözlərimi eşidən yoldaşlarım artıq susmuşdular… 
*** 
 Hüs.
1
 Söhbətinin yersiz olduğunu görüb, bir dəqiqədən 
                                                 
1
 Щцсейн 
 
407
sonra çıxıb getdi. Bircə As.
1
 Qaldı, N sonralar onu «Don Juan» 
adlandırmışdı. Mən Aslan bəyin də getməsini istəyirdim ki, N-
lə  sərbəst danışa bilim. Bir qədər tərəddüd etdikdən sonra bu 
qərara gəldim. Aslan bəydən getməsini xahiş etdim. O isə 
alicənablıq edib mənim xahişimi yerinə yetirdi, onu mənim 
«ixtiyarıma» buraxdı. Gedərkən «Don Juan nəzəriyyəsi»nə 
uyğun olaraq özü haqda xoş  təəssürat yaratmaq istədi və bir 
neçə xoş söz də dedi. Nə olsun ki? Bu, yelbeyin xanımın ölmüş 
ürəyi üçün oxunan qəbir üstü mahnıya bənzəyirdi. O, ədalı 
görkəm alıb,  arxaya çevrildi və  qəribə baxışlarla Aslan bəyə 
baxdı. Onun çöhrəsində alovlu ehtirasın, coşğun qəlb 
titrəyişinin, qızlara məxsus acgözlüyün izləri var idi… Mən 
diqqətlə ona baxdım: o həmişə olduğu kimi yox, tamamilə 
başqa cür görünürdü, onun dodaqları öpüş, sinəsi isə qucağa 
atılmaq istəyirdi, bəs sinirləri? Titrəyən sinirləri sakitlik 
istəyirdimi?.. 
Mən təbiiliyi çox sevirəm, ancaq o mənə yaxın olanda onu 
lap çox sevirəm. Aydın, sakit gecədir. Ay bizə işıq salır. Göyün 
üzündə ulduzlar sayrışır… Hər  şey təbiidir: mənim hündür 
divarın kölgəsində N-lə söhbətim tə  təbiidir… Mən ona yeni, 
ancaq tamamilə səmimi hisslərimi bildirdim… Birdən bədənim 
soyudu və qeyri-ixtiyari onun əlini tutdum və soyuq 
yanağından öpdüm… Həyatın ləzzətli anları var! Bu anı  və 
soyuq busənin  şairanəliyini unutmaq olmaz!! Çünki onunla 
mənim qəmginlimin qara buludu və  qəlbimin kədəri və  qəmi 
dağılmışdır! Ancaq o məni başa düşmürdü. Mən  əbəs yerə öz 
ruhi iztirablarımdan, qəlb çırpıntalarımdan ona danışırdım. 
Ancaq o elə hey mənim yanımdan tez çıxıb getməyə çalışırdı. 
Onun mənə qarşı soyuqluğunu nə ilə izah etmək olar? Axı 
bir zamanlar o özü bizim tanışlığımıza  şərait yaratmış, görüş 
təyin etmişdi. Mənim xoş sözlərimdən məmnun olurdu, bəs 
indi?? Bəs indi qəlbimi ona açarkən və öz xilasımı onda 
axtararkən necə?.. 
                                                 
1
 Аслан 


 
408 
Qadınların sirri də bundadır… Heç nə ilə alına 
bilinməyəcək bir ürəyi fəth edirlər, ürək könüllü təslim 
olduqdan sonra onu nifrətlə rədd edirlər… 
Qadınların çoxu nə istəyirlərsə, onu da edirlər. Niyə  də 
etməsinlər, çünki kişilər onlara əyləncə, ləzzət vasitəsi kimi 
baxır, həyatın əziyyətlərindən dincəlmək üçün onlardan istifadə 
edirlər. Bunun üçün onlara təriflər deyir, oxşayır, öpürlər, 
mənfi keyfiyyətlərini isə yaddan çıxarırlar. Beləliklə, qadın ən 
yüksək məqsədə – var-dövlətə, yekəqarın kişilərə, metrəlik 
yaxalıqlara, nazik uclu «a la wilbelm» bığlarına can atır. Özü 
də bu ziyanlı arzularına çatmaq üçün öz bədənlərini və 
qəblərini qurban verirlər. Onlar zövqlərinə uyğun olanlara eyni 
cürə baxmağa öyrəşiblər. Min nəfər kişi olsa belə, bir qadın 
onların hamısını  təklikdə  əyləndirə bilər və hamısı da ondan 
razı qalarlar. Kişiləri özlərinə bağlamaq, onların ürəyini  ələ 
almaq hissi qadınlarda yüksək dərəcədə inkişaf etmişdir. Bu 
onların alçaqlığı  və  rəzilliyi ilə bağlıdır: onlar hamını öz süni 
gülüşləri, qısa ifadələri və  qəribə  bədən hərəkətləri ilə 
qarşılayırlar… Kişi zəif məxluqdur! O, qadının onu 
«bağışlayacağına» inanaraq, hərür alçaqlıqlara dözür. Mən də 
bu həqarətlərə dözmüşəm, N məni bir neçə dəfə pis vəziyyətdə 
qoyub və mən də bundan narazı qalmışam. 
N bir dəfə  məni qəti surətdə  təhqir etdi. Bağda gəzirdik, 
birdən məni rəfiqəsi ilə birlikdə qoyub bir xanımın yanına 
qaçdı. Onun rəfiqəsi özünü mənim yanımda narahat hiss 
etməyə başladı. Mən onunla xudahafizləşdim və dedim ki, bu 
hərəkəti barəsində N-lə söhbət edəcəyəm. Onun bu hərəkəti 
mənim ona olan məhəbbətimi, hörmətimi məhv etdi, mənliyimə 
əzab verdi, mən də ona qarşı intiqam hissi və nifrət yaratdı. 
Dünyanın nə qədər qəribəlikləri var!!! N daha mənimlə görüşə 
çıxmır. Çünki o mənim yoldaşımla alovlu tərzdə öpüşən zaman 
rəfiqəsi onları görmüşdür. 
Axı bu alçaqlıqdır! Mən çox gözəl bilirəm ki, bu öpüşlər N-
in ürəyincə olub və buna imkanı da elə özü yaradıb. 
 
409
Ah! Həqiqəti harada axtarasan?? Hər yerdə yalan və 
boşluqdur!!! 
Ertəsi günü onunla bütün münasibətlərə son qoydum. 
Məsələni aydınlaşdırdıqdan sonra əlimi ona tərəf uzatdım və 
dedim: «Siz məni təhqir etmisiniz, mən bunu heç vaxt 
unutmaram!!!» 
Görünüşü mənə E.Zolyanın «Parijli Nana»sını xatırladan 
xanımla tanışlığım beləcə başa çatdı. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə