Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə76/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   72   73   74   75   76   77   78   79   ...   103

 
318 
YAŞ SÖHBƏTLƏRİ 
 
Müəllim Mirzə  Həsənlə Mirzə Bağır həmişə görüşəndə 
yaşdan danışmamağa çalışırlar. Lakin danışığı haradan 
başlasalar, axırda yenə yaş söhbətilə qurtarır. Keçən il 
Balaqədeşin oğlunun toyunda yaş barəsində uzun-uzadı 
danışmışdılar, hansının böyük və  hərəsinin neçə yaşı olduğu 
meydana çıxmamışdı. Keçən ildən bəri Mirzə  Həsənlə Mirzə 
Bağır görüşməmişdi. O günü təsadüfən bir təziyə yerində 
görüşdülər. İkisi də məsələsini bilirdi–bir-birini görcək hər ikisi 
yaşdan danışmamağı  qət etdi. Lakin bir-birilə küsülü deyil 
idilər ki... Buna görə görüşən kimi: 
 – 
Xoş gördük, Mirzə Həsən! 
 – 
Xoş gördük, Mirzə Bağır! Necəsən? 
 – 
Niyə, dövlətindən. 
 – 
İş ki, mənim dövlətimə qaldı, onda işin xarabdır. Xa-xa-
xa!.. 
 – 
Nə üçün? Allaha şükür, oğlunun biri mühəndis, biri də 
yaxında qurtarır, qızının biri doktor, o birilər də oxuyurlar. 
Özün də pensiya alırsan. 
 
– Eh, övladın ataya xeyri nədir? 
 – 
Sızıldama! Sızıldamaq elə sənin köhnə peşəndir. 
 – 
Nə vaxt sızıldadım ki?.. 
 – 
Qırx il bundan əvvəl sən ilk dəfə müəllimlik edəndə  də 
elə peşən sızıldamaq idi. 
 – 
Bağışlayasan, qırx il deyil, müəllimliyə başladığım iyirmi 
səkkiz, ya iyirmi doqquz il olar, artıq olmaz! 
 
– Xa-xa-xa!.. Neçə yaşın var ki? 
 – 
Əlli bir, ya əlli iki. 
 
– Ay kişi, elə mənimki  əlli dördü keçir. Vəba ilində, allah 
ölənlərinə  rəhmət  eləsin, rəhmətlik atam məni yenicə 
evləndirmişdi. 
 
– Allah atana behişt  versin! Ancaq evlənməyinlə  işim 
yoxdur. Onu bilirəm ki, behiştlik atan güclə yadımdadır. 
 
319
Qırmızı qurşağı  vardı,  özünün də əlində uzun təsbehi olardı. 
 
– Ey!.. Mirzə Həsən,  sən yenə illəri  qarışdırdın. Ay kişi, 
rəhmətlik atam vəbadan çox sonra ölüb, sən deyirsən güclə 
yadımdadır.  Vəba ilindən  cəmi qırx il keçmirmi? 
 
– Baba-gözüm, nə bilim, tarix yazan deyiləm ki!.. Sözün 
var, söz danış. Bu yaş söhbətini haradan eşələdin çıxartdın? 
 – 
Hə, görürsən, yalanının üstü açılanda qaçırsan...  İndi 
səndən bir şey soruşacağam. Amma dürüst cavab ver: 
Qarğadələn Mələyin oğlunun sünnət toyunda Nazı  Ağakişinin 
Zurnaburun Abbasqulunu öldürməyi yadındadırmı? 
– Allah ölənlərinə rəhmət eləsin, bu xəbəri mən rəhmətlik 
qayınatamdan eşitmişəm.  Rəhmətlik qayınatam, allah 
ölənlərinizə behişt versin, Qarğadələn Mələyin oğlunun kirvəsi 
imiş. Dəlləyə  də bir kəllə firəng qəndi bağışlayıbmış. Kişi 
gərək sözün düzünü danışsın, bu əhvalatı  mən, allah 
ölənlərinizə behişt versin, rəhmətlik qayınatamdan eşitmişəm. 
Mən yalan danışmaram. 
 
– Xa-xa-xa!.. Rəhmətliyin oğlu, yalanı elə deyirsən ki, heç 
gözlərini də qırpmırsan. 
 – 
Deyirəm axır, sən nə çox gözünü qırpırsan. Xa-xa-xa!.. 
İndiyə  qədər Mirzə  Həsənlə Mirzə Bağırın mübahisəsinə 
sakitcə qulaq asan Hacı Vəli söhbətə qarışdı: 
– Mirzə,–dedi,–sizin ikiniz də  məndən böyüksünüz, 
yanınızda cürət edib danışıram. 
Hacının bu ifadəsindən mirzələrin ikisi də pərt olaraq, onun 
sözünü kəsdi: 
– A kişi, haradan böyük olduq! Sən də özünü çağa elədin 
ki!.. 
Hacı sakit səslə: 
– Mültəfit buyurun!.. 
Mirzə Həsən dilgir bir halda: 
– Mültəfit-zad tanımıram!–dedi.–Mən   gözümü açıb, elə 
səni Təbrizdən qaçaq mal gətirən görmüşəm. Bir dəfə də firəng 
çiti adına, allah ölənlərinizə behişt versin, rəhmətlik atama rus 


 
320 
qədəyi satmışdın, rəhmətlik atam anama bayram xələti almışdı. 
Anam bəyənmədi, mənə arxalıq tikdi... Bir gün, allah 
ölənlərinizə behişt versin, rəhmətlik dayım tərəkəmə köçündən 
bir keçi oğurlayıb, bizə gətirmişdi. Keçiyə tut ağacından yarpaq 
yığanda arxalığımın ətəyi ağaca ilişib cırıldı. Allah ölənlərinizə 
behişt versin, rəhmətlik atam o gecəsi arxalığın üstündə–nə 
yemisən, turşulu aş–mitilimə o ki, var,vurdu... 
Hacı Vəli sakit: 
Atan mitilinə vurdu, ya vurmadı, o mənim işim deyil. 
Ancaq kişi gərək doğru danışsın. Mən qaçaqçılıq edəndə cahıl 
oğlandım. hələ evlənməmişdim. Rəhmətlik atan Yaftıməlinin 
qızının üstünə rəhmətlik ananı almışdı... 
Mirzə Həsən  dəbdəbəli bir halda onun sözünü kəsdi: 
– Hacı, deməli mən hələ dünyaya gəlməmişdim... Hacı, bu 
mənə kifayət edər–deməli, mən sənin oğlun yerindəyəm, 
vəssalam... Mirzə Bağır gördün? 
Mirzə Bağır cəld: 
 – 
Nəyi gördüm? Heç nə görmədim!–dedi. 
 Hacı Vəli: 
 – 
Bağışla, Mirzə, səhv elədim! 
– Bağışlamalı  təhərim yoxdur. «Dil dönər, düzünü 
söylər»... Mirzə Bağır, gördün? Gördün ki, mən səndən 
kiçiyəm?!. 
Mirzə Bağır: 
– Nəyi gördüm? Mən Hacı  Vəli ilə yaşıdam ki, səndən 
böyük olam? Hacı Vəli Təbrizə yol döyəndə mən burnu zılıqlı 
uşaq idim. 
Mirzə Həsən şad bir halda: 
– Onda nə  mən vardım, nə  zılığım. Deməli, mən sizin 
ikinizdən də kiçiyəm. 
Mirzə Bağır: 
– Ay kişi, sən allah, qoy! 
Hacı Vəli gülümsədi: 
– Qoyun görək, məni lap qoca elədiniz. Gündüz çıraq ilə 
 
321
zəncəfilpərvərdə axtarırsınız, amma mən qırğı kimi ov gəzirəm! 
Mirzələrin ikisi də bir yerdə: 
– Bunun məsələyə  nə  dəxli var? Sən burjuy olub, gözəl 
yaşamısan, qocalmamısan, biz əlli ildir kəndlərdə füqərayi-
kasibə balaları oxutmuşuq. 
Hacı Vəli qəhqəhə ilə gülərək: 
– Xa-xa-xa!.. Əlli il  əvvəl müəllimliyə başlayanda, heç 
olmasa, iyirmi yaşınız varmı idi?.. 
Bu halda təziyə  məclisinə qapıdan yeni bir adam daxil 
oldu. Xalının üstündə cüz qiraətinə  məşğul olan molla çatlaq 
gözlüyünün üzərindən onu süzərək: 
– Allahun-mən qərə-əl fatihə!–deyə  məclisi süküta sövq 
etdi. 
Mirzə Həsən yavaş səslə: 
– A kişilər, bu boş sözləri buraxın da, fatihəmizi verək, 
görək başımıza nə gəlir,–deyə həlli qeyri-qabil yaş söhbətlərinə 
xitam verdi. 
 
1932


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə