Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə75/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   71   72   73   74   75   76   77   78   ...   103

 
314 
O gündən etibarən Mərdan qulluqdan gəlir, nahardan sonra 
yuyunub, geyinib gedir və saat on ikidə, birdə qayıdırdı. 
Hurizad xala bir söz belə söyləmir, hirsindən dodaqlarını 
gəmirirdi. 
Bir gün Mərdan anasına qızı nişan verib: 
– Ana,–dedi,–indi rəsmən elçi gedə bilərsən. Səni 
gözləyirlər. 
Hurizad xala məmnun deyil idisə  də,  əlacı da yox idi. 
Zəmanə  uşaqlarından beli bağlı deyil idi–getməsəydi oğlu 
onsuz evlənə bilməzdimi? Onda halı daha da fəna olardı. 
Geyindi, getdi. «Hə» verildi. Zahirən gəlin nəzakətli 
görünürdü. Hurizad xala da son dərəcə mehriban davrandı: 
– Mənim bir ayağım qəbirdədir.  İndi artıq arxayın gedə 
bilərəm,–dedi və gözlərindən bir neçə damla yaş belə tökdü. 
*** 
Toy olub gəlin gəlmişdi.  İlk gündən qayınana ilə  gəlin 
arasında bir uçurum əmələ  gəldi. Get-gedə arada narazılıq 
qüvvətlənirdi. Qayınana oğlunu yalqız bulduqda daima eyni 
məsələ ətrafında bəhs açırdı: 
– Oğlum,–deyirdi,–bir qayda var; evdəki ağbirçəyi sayarlar. 
Çarpayının üstünə uzanır, kitab oxuyur; içəri girirəm, yerindən 
belə  qımıldanmır. O günü mənə soyuq dəymişdi, dedim, gəl 
quluncumu sındır, ayaqlarımı yu–ağzını  əyib, yataq otağına 
girdi... Belə olarmı?.. İzinsiz çıxır, gedir, yerini də demir... 
Mərdan anasının uzun-uzadı  şikayətlərini dinləyib, hərdən 
bir etiraz edir və eyni zamanda təsirinə  də düşürdü. Lakin 
qayınanaya əlverişli bir nəticə çıxmırdı; gəlinilə rəftarı daha da 
fənalaşırdı. 
Bir dəfə  Mərdan evə dönərkən qapıların bir-birinə 
vurulmasının  şahidi oldu; yerində dim-dik kəsilib, heyrətlə 
tamaşa edərkən anası  qışqırtı ilə evdən sıçrayıb, qaçmağa 
başladı; qarğıdalı saçağını andıran tükləri bir-birinə qarışmışdı. 
Oğlunu görcək dayandı, gözlərindən yaş tökdü. 
– Nə olmuş, ay ana?–deyə Mərdan həyacanla soruşdu. 
 
315
Qayınana: 
– Qadan alım; dəli olmuş  məni boğurdu, güclə  əlindən 
qurtarıb qaçdım. 
Hiddətindən Mərdanın rəngi qaçdı, özünü otağa saldı... 
Buradakı  mənzərə heyrətini daha da artırdı: gəlin yataq 
otağında uzanıb, kitaba dalmışdı. Qəlbi bir istirahətə malik 
olduğu  ərinə qarşı dodaqlarında oynatdığı  təbəssümdən bəlli 
idi. Gəlinin bu vəziyyəti  ərinin hiddətini azaltdı. Mərdan 
həyəcanı güclə, duyulan bir səslə: 
 
– Bu arvadı kim döydü? – dedi. 
 – 
Arvadı döymüşlərmi? 
 – 
Bəs çığırtını eşitmədin? 
 
– Bir çığırtı  eşitdim, məna vermədim–qonşuların qovğası 
zənn etdim. 
Mərdan bir söz deməyə artıq cəsarət etmədi–gəlinin halət 
və hərəkəti qayınananın iftirasını təkzib edirdi. 
*** 
Onların bir oğlan uşağı olmuşdu. Uşağın dünyaya gəlməsi 
evə bir şənlik gətirmişdi. Gənc ata və ana evdə olduqda çocuğu 
qarşılarına qoyub dindirir, əllərini və başını oxşayaraq, min bir 
həzz duyurdular. 
Qayınana bu səadətə qarşı  qısqanc və zidd bir vəziyyət 
almışdı. Gəlin ilə artıq danışmır, içindəki intiqam hissi aşıb-
daşır–meydan arayırdı. Ancaq qayınana büruzə vermirdi. Hey 
düşünüb, fürsət gözləyirdi. Uzun düşüncələr nəticəsində plan 
hazır oldu: qayınana xəstələndi, özünü «tülkü ölümünə» vurdu. 
Mərdan evə  gələndə vaysılandı, ağladı, onu dərdinin ağır 
olduğuna inandırmağa çalışdı. Oğlu mütəəssir bir halda: 
 
– Ay ana, nəyindir?–deyə sordu. 
 – 
Ölürəm. 
 – 
Nə olmuşdur ki? 
 – 
?! 
Qayınana susur, köksünü mənalı-mənalı ötürür, gözləri 
yaşarırdı. 


 
316 
Bir neçə gün davam edən bu «xəstəlik» Mərdanı dilgir və 
məyus etdi. Anasında bir sirr olduğuna qane olaraq, bu sirri 
öyrənməyə çalışdı. Çox rica etdi, yalvardı–anası bir şey 
sezdirmədi. 
Axırda: 
  – Ana,–dedi,–gözünün ağı-qarası bir oğlun var, ona da 
sirrini deməyib, kimə deyəcəksən. Söylə görüm, nə olmuş? 
Yoxsa dərdin məni öldürür. 
 – 
İraq canına, qadan alım, yüz namussuz gəlinlə haramzada 
uşaq sənə qurban!.. 
Mərdana artıq söz lazım deyildi–anasının fikrini anladı  və 
inandı. Namusun yayılmış buludları yenidən ruh üfüqlərinə 
toplandı; dəruni  şimşəklərin inikası  Mərdanın zəhmli 
gözlərində parlayıb dəhşət saçdı. 
*** 
Bütün günü divanətək dolaşan Mərdan gecə yarısı evə dönə 
bildi. Ayağının ucunda yataq otağına girdi–yoldaşı  və çocuğu 
yatmışdılar.  İkisini də nifrətlə süzdü. Ağlına  ən vəhşi fikirlər 
gəldi–başı intiqam buludlarında dalğalanırdı. Çocuğun beşiyinə 
yanaşdı–körpə bir əlini bələkdən çıxarıb, xoş bir əda ilə 
yanağına söykəmişdi. 
Mərdan anasının «haramzada» sözünü xatırladı–yarımişıq 
otaqda çocuğun üzünü tədqiq etməyə başladı: özünə  bənzər 
cəhətlər aradı, tapa bilmədi. Artıq arvadının vəfasızlığına qəti 
olaraq inandı. Bir də körpə yuxuda gülümsədi, Mərdanın 
qəlbində  təbəssümlə doğan rəhm duyğusu çocuğun təbəssümü 
ilə də qaib oldu. Namus hissi yenidən vücuduna hakim kəsildi. 
Cinayət fikri alnını  qırışdırıb, dodaqlarını  əydi. Arvadını  və 
çocuğu boğmaq istədi... 
Beşiyə yanaşdı.  Əsəbi  əllərini çocuğa doğru uzadarkən 
çocuq yenə gülümsədi. Körpənin məsum yatışı,  əlciyəzinin 
qoyuşu, bütün ədası ildırım qüvvəsinə dönərək Mərdanı vurdu. 
O geriyə doğru sıçradı.  İntiqam hisslərində  çırpınan beyni 
ayılan kimi oldu. Təkrar çocuğu süzdü–körpənin dodaqlarından 
 
317
təbəssüm izləri hələ də silinməmişdi. Çocuğun bu halı gənc ata 
ruhunun ən dərinliklərinə əks etdi. 
Qəlbi rahatsız-rahatsız döyündü, atalıq eşqi ilə coşmağa 
başladı. Qəlbinin anlaşılmaz bir guşəsində doğan  əzab atəşi 
alovlanaraq, onu qaplayıb bütün mətanətini sarsıtdı... 
«Məsələni aydınlaşdırmaq lazımdır!» – deyərək yataq 
otağını tərk etdi. 
*** 
Mərdan ayıq bir mühakimə ilə işi incədən-incəyə təhlil etdi. 
Arvadını  və anasını  ətraflı danışdırdı. Ortalıqda adi qayınana 
oyunundan başqa bir şey olmadığı meydana çıxdı. 
Üç gün sonra qayınanaya ayrıca bir otaq təxsis olundu; 
ümumi yoldan belə  məhrum edildi. Ənənəyə istinadən malik 
olduğu hüquq tamamilə  ləğv olunaraq, heç bir işə 
qarışmayacağı qərarlaşdırıldı. 
Gənc ailə asudə  nəfəs alaraq, xoşbəxt yaşayışına yenidən 
davam etməyə başladı. 
 
1932 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə