Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə73/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   69   70   71   72   73   74   75   76   ...   103

 
304 
düşündü və ağızucu: 
– İstərsiniz, buyurunuz,–dedi. 
Doktor cəsarətsiz bir halda içəri girdi, şapkasını asqıya atıb, 
salona daxil oldu. Bir az sonra Zibeydə gəlib, doktordan uzaqda 
oturdu. Sükut davam edirdi və iki tərəfin də sükutu pozmağa 
mövzusu yox kimi görünürdü. 
Bir az keçmiş doktor sakit bir səslə dedi: 
– Necəsiniz?.. Boş vaxtınızı nə təhər keçirirsiniz? 
Zibeydə doktorun üzünə baxmağa cəsarət etmirdi, əlindəki 
kitaba baxa-baxa: 
– Sağ olun,–dedi,–vaxt gəlir, keçir. 
Doktor Zibeydənin kitabla məşğul olmasından istifadə 
edərək, onu diqqətlə  nəzərdən keçirdi: simasında qeyri-
məmnun halını  bəyan edən cizgilər görümürdü, söz söylərkən 
qaşlarının qalxması hiddət nişanəsi idi. 
«Artıq hər şey bitmiş»–deyə doktor fikrindən keçirdi: «Eşq 
ruhi həyəcanın başqa bir ruhdakı inikasından ibarətdir... İnikas 
görmürəm»,–dedi və ruhi boşluğa daldı. 
Bu surətlə davam edən sükutu Zibeydənin durub otaqdan 
çıxması pozdu. Onda doktor boşluqdan ayrılıb, düşünməyə 
başladı.  İdrakı sanki qüvvətləndi.  Şüuri olaraq ətrafa göz 
gəzdirdi. Pianonun üzərində qoyulmuş bir səbət gözəl çiçək 
gördü. Bunu gördükdən sonra doktor üçün artıq  şübhəli və 
qaranlıq nöqtələr qalmadı; hər şey aydın idi. 
Durub laübalı bir halda otaqda dolandı. İndi vəziyyətin nə 
qədər çətin olduğunu anladı. Yeganə çıxacaq yol bir bəhanə ilə 
buranı tərk edib, ... bir daha dönməmək idi. 
Zibeydə eyni soyuq çöhrə ilə geri döndü. Oturub, kitaba 
daldı və bir az keçmədən qulluqçu göründü: 
– Zibeydə xanım, saat səkkizdə musiqi dərsinə 
getməlisiniz; yəqin unutmuşsunuz,–dedi. 
Doktor vəziyyəti daha aşkar anladı  və xidmətçi gedər-
getməz Zibeydəyə yanaşdı, əl verdi: 
– Salamat qalın,–dedi,–işim var, getməliyəm. 
 
305
Zibeydə  məmnun olduğunu gizlədə bilmədi, gülümsündü 
və barmaqlarının ucunu doktorun əlinə  tərk etdi. Doktor onun 
əlini sıxarkən Zibeydə diksinər kimi oldu. 
Doktor qapıdan çıxar-çıxmaz qaranlıq koridorda çərkəzə 
rast gəldi. 
*** 
Bir həftə sonra doktor Zibeydənin nişanlanmasını  eşitdi. 
«Tanqo» – deyərək fikrə daldı. 
 
1928


 
306 
İMAMIN  ZÜHURU 
 
Onların tarixi qısadır:  əvvəl üç idilər,  şərik idilər; çar 
zamanı ticarətə başlamış, müsavat zamanı  zəngin olmuş,  şura 
vaxtı iflas etmişdilər. 
Onların biri yarımünəvvər idi; qəzet oxuyur, rusca danışır, 
Puşkinin dueldə öldüyünü bilirdi. İkincisi mollaxanada 
oxumuş, Həzrət İbrahimin oda atıldığını eşitmişdi. Üçüncü heç 
oxumamışdı. Adını güclə yazar, lakin barmaq hesabı ilə bütün 
varidat və müsafiratını təhqiq edər və müvazinəsinə çalışardı. 
Başqa-başqa səciyyəyə malik bu adamların adları da 
səciyyələrinə müvafiq idi; Birinci Zülqüfar Qasanoviç 
Qasanov, ikinci Qulu Allahverdiyev, üçüncü Məşədi  Əli 
Kərbəlayı Məhəmməd oğlu idi. Ticari fayda və  sərvət eşqi bu 
üç adamı bir araya gətirərək qüvvətli bir şirkət şəklinə salmışdı. 
Bu  şirkətdə Zülfüqarın rolu başqa idi. Bu, ticarətlə  əlaqədar 
müəssisəyə girər, lazımi vəsiqələr  əldə edərdi. Qulu vəsiqələr 
vasitəsilə mal alar, satar. Məşədi  Əli ona yardım edərdi. 
Müsavat zamanı Zülfüqar ticarət nəzarəti məmuru sifətilə 
Batuma mal yürütməyə icazə alır, yoldaşlarına verirdi. Bu 
vasitə ilə böyük sərvət qazanmışdılar. 
Şura zamanı Zülfüqar və Qulu kooperativə girmişlər. Bir 
zaman sonra kooperativ mallarının xüsusi adamlar vasitəsi ilə 
qəzaya göndərilməsi duyulmuş, Məşədi  Əlinin evində axtarış 
yapıldıqda böyük miqdarda kooperativ malı tapılmış. 
Məşədi Əli həbs edilir. İstintaqdan sonra  Zülfüqar və Qulu 
da tutulur. Evləri  aranır. Bir çox altun, daş-qaş, xalı və başqa 
qiymətli şeylər alınıb götürülür. 
*** 
Həbsxanadan çıxdıqdan sonra onlar bütün gün parapetdə 
oturardılar. Zatən işləri yox, ticarət eləməyə imkan tapa 
bilmirdilər. Zülfüqar qəzet oxuyur, yoldaşlarına nağıl eləyirdi. 
Dinləyirdilər, axırda şərhə başlayırdılar. Qulu deyirdi: 
 
– Zülfüqar, bu xəbər yalana oxşayır, İngiltərədə işsizlik nə 
 
307
gəzir ki?.. 
 – 
Qulu, 
mən də elə  zənn eləyirəm,–deyə Zülfüqar başını 
tərpədir. 
Məşədi  Əli təsbeh çevirə-çevirə onların dediyini təsdiq 
edirdi. 
Bir gün bunlar Qarabağdan sürülmüş bir bəylə tanış 
oldular. Bu bəy də parapet üzvlərindən olaraq bütün günü orada 
keçirir və arabir Zülfüqarın qəzetindən istifadə edirdi. Papanın 
Şura İttifaqına qarşı çıxışı bunlarda bir ümid doğurdu. Zülfüqar 
bu xəbəri oxuyar-oxumaz bəy dirçəldi.  Şal çuxasının cırıq 
qolunu çırmalayaraq dedi: 
– Həzrət Abbasın bir cüt düşən qolları haqqı, bu yaz iş 
tamam olub gedəcək. 
Zülfüqar kənarı yağlı  şlyapasını  çıxartdı, qeyzlə başını 
qaşıdı, dedi: 
– Ona da ingilis deyərlər! 
Qulu özünü düzəltdi: 
– Təqvimdə var,–dedi,–il at üstdə təhvil olub. At muraddır. 
Arzumuza çatacağıq. 
Məşədi  Əli baş barmağı ilə  təsbehin danələrini çevirə-
çevirə mollasına dayandı və sevinclə: 
– İstixarə elədim, yaxşı gəldi. Olacaq. 
*** 
Bir gün bəy yox oldu. On gün sonra dəniz kənarında 
Zülfüqarla görüşdü. 
– A bəy, görünmürsünüz? – deyə Zülfüqar soruşdu: 
Bəy istehzalı təbəssümlə: 
 
– Allahdan buyruq, ağzıma quyruq olarmı? – dedi. 
 Zülfüqar 
bəyin kinayəsini anlamadı. 
 
– Oturun görüm,–dedi,–sizdə xəbər var. 
 Oturdular. 
Bəy başladı. 
– Sənin halın xarab, mənimki xarab. Cibdə  də bir qəpik 
yox. Mal getmiş, mülk getmiş, gündəlik çörəyə möhtacıq. 
Haqqımızı  müdafiə eləməliyik. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə