Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə68/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   64   65   66   67   68   69   70   71   ...   103

 
284 
aclıq məfhumlarına qarşı yenə yad və laqeyd idim. 
Bu boşluq və laqeydlik içərisində yürüdüm. Bir də yolla 
keçənlərdən birisi nəzərimi özünə cəlb etdi: 
– Xristofor! – deyə bağırdım. 
Ayaq saxladı, durdu. Sərt bir nəzərlə  mənə ayaqdan başa 
qədər baxdı, tanımadı. 
Yaxınlaşdım. Laübalı bir surətdə əl uzatdım: 
– Bakıda məktəbdə  bərabər oxuyurduq, unutdunmu? – 
dedim. 
Heyrətəngiz bir təbəssüm üzünə yayıldı, cürətsiz  əlini 
uzadıb, əlimdən yapışdı: 
– Familiyanız nədir? – dedi. 
Özümü nişan verdikdə bərk-bərk əlimi sıxdı: 
– Bağışla, heç tanımadım,–dedi,–təbii deyilmi, o zamandan 
neçə il keçir? 
Bir az fikirləşdim, hesabladım, dedim: 
 
– On yeddi il! 
 
– On yeddi!–deyə içini çəkdi, qəhqəhə ilə güldü və sonra 
siması cəld dəyişdi: 
– Bu on yeddi il nə tez gəlib getdi,–dedi və dərin fikrə qərq 
oldu. 
Mən də  məyus oldum: həyatımın gözəl bir hissəsinin 
keçdiyini yavaş-yavaş dərk etməyə başladım. Nikbinlik dumanı 
fövrən qəlbimi tərk etdi və  həyatımın nə  qədər acı olduğunu 
duyub kədərləndim. Bir də sancı təkrar məni incitməyə başladı, 
tər içində divara söykəndim. 
Xristofor sevinc və heyrətlə: 
 
– On yeddi il əvvəl söyləsə idilər ki, bir zaman Parisin 
kənarında kiçik bir şəhərdə görüşəcəksiniz–inanmazdıq. Gör 
həyat nə qədər qəribədir... İndi de görüm, burada nə qayırırsan? 
Nə təhər oldu ki,buralara düşdün? 
 
– Oldu, görürsən buradayam. Sən nə vaxt gəldin? Üç ildir 
buradayam, sənə ilk dəfə təsadüf edirəm.. 
 – 
Mənim işim uzundur. Gedək qəhvəxanaya bir şərab içək. 
 
285
Getdik və yol gedərkən dostumu nəzərdən keçirdim–
başdan ayağa şıq geyinmişdi. Bunun halı məndə ümid doğurdu; 
dedim: «Yəqin xidməti var, mənə  də bir yer tapar, aclıqdan 
qurtararam». 
Halbuki məsələ  mənim təsəvvür etdiyim kimi deyilmiş. 
Qəhvəxanada birinci qədəhdən sonra Xristofor halını anlatdı. 
–  Əzizim,–dedi, ömrümüzün ən ləzzətli vaxtı  məktəb 
zamanı imiş. Ondan sonra yollarımız ayrıldı. Bilirsən ki ,mən 
hərbi məktəbə getdim; daha bir də bu günə qədər görüşmədik. 
Dünya müharibəsi, vətəndaş davaları, Vrangel ordusunun 
çəkilib getməsi–bunların hamısında iştirak etdim... təfsilata 
hacət varmı?–İllərcə sipərlərdə,  ölüm qarşısında... 
Xristofor susdu. Dərin bir yanğı ilə  qədəhi başına çəkdi. 
Papiros çıxartdı. Qutuda qalmış son iki papirosu bölüşdük. 
Böyük bir həzlə çəkə-çəkə soruşdum: 
– Bəs Krımdan nərəyə getdin? Mən səni  İstambulda 
görmədim. 
– Bizi Çanaqqala  civarına  götürdülər, oradan Yunanıstana 
qaçdım.  Əvvəllər işlərim fəna deyildi: arvadımla bir restoran  
açdıq. Bir az pul qazanıb bir avtomobil aldım, şoferlik elədim. 
Bir gün arvadımın bir qrek tacirinə qoşulub getdiyini bildim. 
Həyatım alt-üst oldu. Məni vaxtilə sevən, yolumda göz yaşları 
axıdan bir qadının yoxsul günümə təhəmmül edə bilməyəcəyini 
təsəvvür etməzdim. Haldan çıxdım, dünya bütün ləzzətini 
gözümdə qaib etdi. Cinayətə  qəsd etdim. Bir gün dənizə qayıq 
seyri yapdıqları vaxt qadını öldürüb, qreki də yaraladım. 
Xristoforun rəngi üzündən götürülmüşdü, dodaqları 
titrəyirdi... 
 – 
Sonra?–deyə cəld soruşdum. 
  – Sonra nə olacaq  ki, avtomobilə minib qaçdım, bir  
şirkətlə  müahidə  bağlayıb, əmələ  sifəti ilə Fransaya gəldim. 
Məni Parisdən uzaq bir kənddə ziraət işinə  qoydular... onda  
əcnəbinin və qürbətin nə olduğunu anladım. Bunlar bizim 
müttəfiqlərimiz idi. Axırda «müttəfiq»in nə zibil olduğunu 


 
286 
bildim... 
Xristofor yenə susdu. «Müttəfiq» sözü elə bil Fransada 
çəkdiklərini təkrar gözlərinin önünə  gətirdi. Ruhunda qopan 
qələyan simasına da sirayət etdi – hiddətləndi, qəhvə 
dəsgahının qarşısında gəzinməyə başladı. Bir də  cəld mənə 
yanaşdı: 
–  Əzizim, «müttəfiq»lərimizin  mənim  kimi zabitləri 
gətirib  mehtərliyə qoyacağını  bilsə idim müharibənin ilk günü 
padşahıma və hökumətimə qarşı üsyan yapardım! 
Mən maraqla: 
 – 
Neçə aydır Fransadasan?–dedim. 
 – 
Altı aydır! 
 – 
Bəs nərədə idin? 
 – 
Beş ay kənddə  işlədim. Sahibim hər sabah məni saat 
beşdə oyadırdı. Vəzifəm səkkiz at və on beş inəyə baxmaq idi. 
Bunları  təmizlədikdən sonra məni tarlaya göndərirdi. Axşam 
saat səkkizə  qədər işləyirdim. Yeməyimdən başqa mənə beş 
frank verirdi. Bu da papirosuma və  dəlləyə gedirdi. Zatən 
dəlləyə getməyə belə vaxt yox idi. İşdən çıxar-çıxmaz başımı 
bir yerə atıb yatırdım... Pasportum sahibimdə, yol kirayəsi də 
yox–deməli qaça da bilməzdim. Nə isə, bir gün saxta bir 
pasportla özümü Parisə yetirdim... Bu gün, görürsən, bir 
yerdəyik. 
Sözünü qurtarar-qurtarmaz Xristofor qəhqəhə ilə güldü və 
nəşə ilə məndən soruşdu: 
 
– De görüm, harada qulluq eləyirsən? 
 
– Heç yerdə! 
 – 
Bəs necə dolanırsan? 
 – 
Hər kəs kimi. 
 – 
Deməli, acsan, otelçiyə borclusan... iləx... xi-xi-xi! 
Deməli, mənim kimi. 
 – 
Sən də mi işsizsən?–deyə heyrətlə soruşdum. 
–Təbii... yoxsa zahirim səni aldatdı?  
Xristoforu bir də  təpədən dırnağa nəzərdən keçirib, şübhə 
 
287
ilə: 
– Elə! – dedim. 
– Bu şıq zahirin də faciəli bir tarixi var. Bax, nə qəribə iş 
oldu. Müharibədən  əvvəl xalam qızı Rusiyada bir belçikalıya 
ərə getmişdi.  İnqilab zamanı bunlar Rusiyanı  tərk etdilər. Bu 
günlər xalaqızının Brüsseldən  əri  ilə Parisə    gəldiyini 
öyrəndim. Yanına getdim... Gözəl bir oteldə görüşdük. Halımı, 
təbiidir ki, onlara bildirmədim. Zabitlik şərəfini hələ mühafizə 
edirdim.  Əynimdəki paltarlar xalaqızının nəzərini cəlb etdi, 
məni Paris mağazalarının birinə götürdü, başdan ayağa qədər 
bəzədi. Bu qədər. Onlar nə  qədər burada idi, bərabər gəzib, 
bərabər yeyirdim. Parisi tərk etdikləri günün sabahından  
etibarən  aclığa  davam  etmədəyəm. Son frankları bu şərabçıya 
verəcəyik. 
*** 
Xristoforla yavaş-yavaş Klişi darvazasına tərəf gedirdik. 
Saat on ikiyə az qalırdı. Nə o, nə də mən danışmırdıq. Birdən 
sükutu pozdum... 
  – Xristofor,–dedim,–heç olmazsa, həftədə bir dəfə 
mükəmməl yeməliyik. 
 
– Bir yerə ümidinmi var?–deyə yoldaşım cəld soruşdu: 
 – Deyəsən var. Burada bir rus mühərriri var, 
qaçqınlardandır. Bir qəzetdə  şərq məktubları yazır. Məlumatın 
çoxunu da məndən alır. Əvəzində qazandığının 25 faizini mənə 
verir. O günü bir Bombey məktubu yazdı,  əgər qəzet qəbul 
etdisə, bu gün idarədən pul alacaq, gedək görək alıbmı. 
Xristoforun gözlərinə işıq gəldi. Klişi darvazasını keçərkən 
birdən gülə-gülə soruşdu: 
– Deməli, mühərrir Bombeyə «getmişdi». 
– Təbii, dünən Bombeydə idi, bu gün də  yəqin 
Tehrandadır. 
İkimiz də qəhqəhə ilə güldük. 
Klişi meydanına gəldik, sağ  tərəfdə Bua küçəsinə döndük 
və kiçik bir otelə girdik. İlk pillələri çıxmadan divardakı sadə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə