Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
20
bitkinin inkişafı üçün şərait yaxşılaşır, onun məhsuldarlığı yüksəlir.
Otlaqlarda meşə zolaqları üçün şəraiti yaxşılaşdırır, qumluqları
bərkidərək istifadə olunmayan torpaqları kənd təsərrüfatı dövriyyəsinə
daxil etməyə imkan yaradır.
AQRONOMİYA – kənd təsərrüfatı bitkilərinin becərilməsi
üsullarını və qanunlarını tədqiq edən elmi fənnlərin (əkinçilik,
aqrokimya, aqrofizika, bitkiçilik, seleksiya, toxumçuluq, fitopotologiya,
kənd təsərrüfatı entimologiyası, bitki mühafizəsi, kənd təsərrüfatı
meliorasiyası) məcmusu.
AQROSENOLOGİYA – aqrosenozlar haqqında elmi fənn.
AQROSENOTİK POPULYASİYA – aqrosenozlarda mədəni
növlərin və sortların fərdlərinin məcmusu.
AQROSTOLOGİYA – botanikanın otları öyrənən sahəsi; otlar
haqqında elm.
AQROTEXNİKA – kənd təsərrüfatı bitkilərinin becərilməsi
qaydaları sistemi, əkinçilik texnologiyası. A.-nın vəzifəsi – məhsul
vahidinə minimum əmək və vəsait sərf etməklə k.t. bitkilərindən yüksək
məhsul alınmasını təmin etməkdir. A.-ya torpağın gübrələnməsi,
becərilməsi, toxumun səpinə hazırlanması, səpin və əkin, əkinlərə
qulluq, k.t. bitkilərinin xəstəlik və ziyanvericiləri ilə mübarizə, məhsul
yığımı, həmçinin torpaq səthinin hamarlanması, suvarma və s. daxildir.
ALACƏHRƏLƏR (Janiidae) –sərçəkimilər dəstəsinin quş fəsiləsi.
67 növü məlumdur. Həşərat, xırda sürünənlər, siçanabənzər gəmiricilər,
xırda quşlar və quş balaları ilə qidalanır. Azərbaycanda 4 növü var: adi
A., alnıqara A., qırmızıbaş A. və boz A. Kənd təsərrüfatı və meşə
təsərrüfatı ziyanvericilərini qırdığı üçün xeyirlidir.
ALAQ – Becərilən bitkilər arasında özbaşına bitən bitki.
Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində
müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz
əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. A. əkinçiliyə böyük
zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun,
işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait
yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; A-lı yerlərdə kənd
təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
21
Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə
əsas yer tutur.
ALARMİZM – insanın təbiətə təsiri nəticəsində əmələ gələn
təhlükəli vəziyyəti aradan qaldırmaq üçün “təbiət-cəmiyyət” sisteminin
optimallaşdırılması üçün təcili olaraq həyata keçirilən həlledici
tədbirlərin zəruriliyi.
ALBEDO (lat. Albedo - ağlıq) – səthin işıqqaytarma qabiliyyətini
səciyyələndirən kəmiyyət. Səthdən əks olunan işıq selinin həmin səthə
düşən selə nisbəti ilə ölçülür.
Astronomiyada A. beş növdür və onlara özü işıq saçmayan göy
cisimlərinin xarakteristikası kimi baxılır: müstəvi A., sferik A., həndəsi
A., təsviri A. və görünən A.
Yerin, okean və dənizlərin vizual müstəvi A-su 0,03, təzə qarla
örtülmüş səthin və buludlarınkı 0,9, yaşıl bitki örtüklərininki 01-03-dür.
ALGİSİDLƏR – Arzu olunmayan alqofloranı məhv etmək,
həmçinin suyun “çiçəkləməsi” ilə mübarizə məqsədilə işlədilən kimyəvi
maddələr. A. kimi çox vaxt mis-sulfat, ammiakat-mis və istehsalat sidik
cövhərindən (diuron, majuron və s.) istifadə edilir.
ALKOQOLİZM – spirtli içkilərdən sui-istifadə etmək; insanın
sağlamlığına və iş qabiliyyətinə mənfi təsir göstərir.
ALKOLOFİLLƏR – qələvi mühiti üstün tutan (su. torpaq)
orqanizmlər.
ALQOLOGİYA – Botanikanın yosunları öyrənən sahəsi.
ALKOLOİDLƏR – tərkibində azot olan qələvi xassəli, adətən bitki
mənşəli üzvi maddələr. (kofein, efedrin, atropin, kinə və s.) A. fizioloji
aktiv birləşmələrdir. A.-in çoxu qiymətli dərman maddəsidir: bəziləri
güclü zəhərdir.
ALLAXORLAR (allo və yun. – choreo – hərəkət edirəm) – Külək
(anemoxorlar), su (qidroxorlar), heyvan (zooxorlar) və insan
(antropoxorlar) vasitəsilə yayılan bitkilər.
ALLELOPATİYA (yun. allelon - qarşılıqlı) – bitkilərin müxtəlif
maddələr ifraz etməsi nəticəsində bir-birinə təsir göstərmələri. Dörd
qrup belə maddə məlumdur. İki qrupunu mikroorqanizmlər əmələ
gətirir; bunlar başqa mikroorqanizmlərin fəaliyyətini dayandıran
antibiotiklər və ali bitkilərə təsir edən marazminlərdir (soldurucu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
22
maddələr). Digər iki qrupun maddələrini ali bitkilər ifraz edir, bunlar
mikroorqanizmlərin fəaliyyətini boğan fitonsidlər və ali bitkilərin
inkişafını ləngidən kolinlərdir. Kənd təsərrüfatı bitkilərinin
becərilməsində (növbəli əkin, qarışıq əkinlər üçün bitki seçilməsi və s.)
A-nı nəzərə almaq lazımdır.
ALLERGENTLƏR – ətraf mühitdən orqanizmə daxil olub, onda
səciyyəvi antitel əmələ gətirən maddələr.
ALLERGİYA – orqanizmin hər hansı maddəyə qarşı həddən artıq
həssaslığı. Son illərdə ətraf mühitin çirklənməsilə əlaqədar allergiya
genişlənib.
ALLOGEN SUKSESSİYA (yun. allos - başqası) – ekzogen
dəyişilmə, ekzogenez, ekzogenetik suksessiya – fiziki-kimyəvi,
geokimyəvi, geoloji, antropogen və s.-nin xaricdən təsiri nəticəsində
qruplaşmanın inkişaf prosesi. Konsepsiya L.Q.Ramenski (1938),
V.N.Sukaçev (1942, 1954), V.D.Aleksandrovanın (1964) işləri əsasında
T.A.Rabotnov (1983) tərəfindən geniş işlənib hazırlanmışdır.
ALLOXTONLAR – təkamül prosesində müəyyən yerdə əmələ
gəlib sonralar başqa yerlərə yayılmış orqanizmlər.
ALLOPATRİK İZOLYASİYA – bir-birindən sahəcə ayrılan
populyasiyalar arası izolyasiya, mikrotəkamülün aparıcı mexanizmi
hesab olunur.
ALLOTROF GÖL – biogen mineral və üzvi maddələri, əsasən
sutoplayıcı sahədən qəbul edən göl.
ALLÜVİ (yun. alluvio - gətirmə) – daimi və müvəqqəti çayların
çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. A-də bitki
və heyvan qalıqları da olur.
ALLÜVİAL OVALIQLAR (VƏ YA DÜZƏNLİKLƏR) – çay
çöküntülərindən əmələ gəlmiş düzənliklər. Lombardiya, Qanq, Böyük
Çin və Kür-Araz ovalıqları əsas etibarilə allüvial çöküntülərdən əmələ
gəlmişdir.
ALP ZONASI – Dağlıq ölkələrdə hündürlük landşaft zonası olub
meşə və subalp zonalarından yuxarıda yerləşir. A.z.-nın bitki örtüyü
alçaq temperatur, qısa vegetasiya dövrü şəraitində əmələ gəldiyi üçün
gövdəsi qısa, boyu alçaq və yarpaqları xırda olur. Alp bitki örtüyü
Azərbaycanın Böyük və Kiçik Qafqaz dağlarında yayılıb yüksək
Dostları ilə paylaş: |