Yâsîn ve Mülk sûrelerinin mukayeseli bir incelemesi
1
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН
ELMИ
МЯЪМУЯСИ
№ 17
●
İYUN (HAZİRAN) 2012
Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi
23
QƏZA VƏ QƏDƏR MƏSƏLƏSİ ÇƏRÇİVƏSİNDƏ İNSAN İRADƏSİ
i.f.d. Adilə TAHİROVA
Bakı Dövlət Universitetinin
İslam elmləri kafedrasının müəllimi
Keywords: fate and divine decree (qada and qadar), will (irada), power (qudra),
acquisition (kasb), creation (khalq), justice (adl).
Ключевые слова: судьба, воля, могущество, создание, справедливость.
Açar sözlər: Qəza və qədər, iradə, qüdrət, kəsb, xəlqu-l əfal, ədl.
Dini araşdırmalar sahəsindəki klassik ənənəyə sadiq qalaraq qısaca da olsa qəza
və qədərin lüğəvi və termin mənasını, sonra Qurani-Kərim və hədislərdəki anlamını
izah etməklə yanaşı məsələyə məntiq, psixologiya, pedaqogika və digər sahələrin
nöqteyi-nəzərindən diqqət yetirərək fərqli bir yanaşma tərzini ortaya qoymağa
çalışacayıq. Çünki qəza və qədər məsələsi insan zehnini ta qədim dövrlərdən etibarən
məşğul etdiyi üçün mövzu ilə əlaqəli düşüncə tarixində çox fikirlər söylənmiş, çox
izahlar irəli sürülmüşdür. Lakin indiyə qədər bu məsələ tam həllini tapmadığı üçün
hələ də tədqiqat obyekti olaraq qalır.
Qədər lüğətdə bir şeyin hüdudu, miqdarı, ölçüsü, qiyməti mənalarına gəlir.
1
Qurani-Kərimdə Fəcr 89/16, Mursəlat 77/23, Ənam 6/91, Maidə 5/34, Ənbiya 21/87,
Rad 13/8, 26, Ənkəbut 29/62, Bələd 90/5, Qəmər 54/49, Furqan 25/2 ayələrində bu
söz istifadə olunur. Qur’ani-Kərimdə sinonim və yaxın mənalı sayılan qədər, təqdir
və miqdar sözləri 17 ayədə, müxtəlif feil formaları ilə də 25 yerdə Allaha nisbət
edilir.
2
Bu Qur’ani sözlər termin mənasından çox “hesablanmış və ölçülmüş şəkildə
yaradıb idarə etmə” kimi lüğət mənalarında istifadə olunur.
3
Allah hər şeyi yaratmış
və hər şeyə bir ölçü qoymuşdur. Bəzi alimlərin fikrinə görə qədər, kainatın ümumi
1
İbn Mənzur, Lisanu-l arab, qədəra maddəsi.
2
Məhəmməd Fuad Əbdülbaqi, Mucəmu-l-Mufəhrəs, Tehran 1372, səh. 662.
3
Fəzlurrəhman, Ana konularıyla Kuran, Ankara 1993, səh. 56.
i.f.d. Adilə TAHİROVA
24
qanunları, əşyanın varlığını davam etdirmə və yox olması qanunlarıdır. Quranda
keçən qədər sözü və törəmələri çox keçsə də bunların heç biri imanla əlaqəli deyil.
4
Məsələnin tarixi arxaplanına gəldikdə isə Yunan filosoflarından etibarən bu
mövzu müzakirə mövzusu olmuşdur. Epikür kimi bəziləri insan azaddır və buna görə
qədər yoxdur demişlər. Yəhudi dini təfəkküründə də müzakirələr qədər, cəbr və
ixtiyar məsələləri ətrafında cərəyan etmişdir. Qarailər cəbr və qədərçilik əqidəsinə
meyl etmişlər. Rəbailər isə azad iradə və ixtiyara üstünlük verən bir fikri
mənimsəmişlər. Şərq xristianlığında isə ümumi təmayül insan iradəsinin azadlığına
inanma istiqamətindədir. Pelagiusa görə bəndənin yaxşı və pis feilləri qarşısında
məsuliyyətinə inanması zəruridir. Əks təqdirdə əxlaq qanunları böyük bir təhlükəyə
məruz qalar. Şərq kilsəsinin ən böyük teoloqlarından birisi olan Yuhanna əd-Diməşqi
din fəlsəfəçiləri arasında insanın düşündükdən sonra vardığı qərara bağlı olaraq sırf
öz iradə və ixtiyarı ilə ortaya çıxan ixtiyarı feilləri ilə insanın zorla və ya xarici bir
təsir altında işlədiyi iztirari (qeyri-ixtiyari) feillərini bir-birindən ayıran ilk filosof
olaraq bilinir. Yaqubilər isə Cəbriyyə fikrinə meyl etmişdir. Yeni Avropa
filosoflarından Spinoza iradə azadlığını tamamilə inkar etmişdir. Leybnitsin də buna
bənzər cəbr fikri vardır. Kant isə iradə azadlığı üçün digərlərindən fərqli əxlaq
qanununa istinad edən yeni bir əsas qoymuşdur.
5
Məsələnin İslamda inkişaf tarixinə gəldikdə isə müzakirələr ilk mərhələdə bu
fikirlərə gətirib çıxarmışdır. Birincisi Allaha qədəri nisbət etmək ki, buradakı qədər
Onun məxluqatından hasil olacaq işləri əzəli elmiylə bilməsi mənasındadır. İkinci
olaraq Allahın bəndələrin işlərinə aid əzəli elminin cəbrə gətirib çıxarmadığı, icbar
və iztirar (məcburiyyət) mənalarına da gəlmədiyi, şərrin dəstəklənməsi və Allaha
həvalə edilməsi yönündə istifadəsinin doğru olmadığı düşüncəsi ortaya çıxmışdır.
İkinci mərhələyə gəldikdə bu mərhələdə əqli münaqişələr müsəlmanlardan bir
qrupun mənimsədiyi və xalqa izah etməyə başladığı bir məzhəb halına gəlmişdir.
Qədər məsələsinin ortaya çıxış səbəblərini xarici səbəbə- şərq xristianlığına bağlayan
Von Kremer, Nallino, De Boer, Joseph Schacht kimi şərqşünas alimlər Yuhanna əd-
Diməşqi və tələbəsi Theodor Əbu Qurranın təsiri ilə izah edirlər. Məbəd əl-
Cühəninin İslamda başlatdığı qədər məsələsi ətrafındakı müzakirələrin Əbu Yunus
Sənseveyhdən aldığı da söylənilir.
6
İkinci qrupun fikrincə bu müzakirələr Quran
4
Hüseyin Atay, Kurana göre araştırmalar, Ankara 1997, səh. 19.
5
İrfan Əbdülhəmid, İslamda itikadi mezhepler ve akaid esasları, İstanbul 1994, səh. 270-271.
6
İrfan Əbdülhəmid, İslamda itikadi mezhepler ve akaid esasları, səh. 280-283.
Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi
25
ayələrindən və İslam alimlərinin fikir yürütmələrindən qaynaqlanan daxili səbəblərə
dayanır.
Cəbr və ixtiyar məsələsi əsasən iki məsələni tədqiq edir. Birincisi Allahın hər
şeyi əhatə edən iradəsiylə insan iradəsi arasındakı münasibət, ikincisi Allahın mütləq
qüdrəti ilə insan qüdrəti arasındakı münasibətdir. Əslində buna üçüncü bir məsələni
də əlavə etmək mümkündür. Bu da Allahın mütləq elminin insanın əməllərinə təsiri
məsələsidir.
İslam düşüncə tarixində qəza və qədərlə əlaqəli üç əsas mövqeyə rast gəlmək
mümkündür. Bunlardan biri insanın öz əməlləri üzərində heç bir rolunun olmadığını
düşünən Cəbriyyə, digəri insanı öz feilinin xaliqi hesab edən Mötəzilənin fikirləridir.
Digər mövqe isə bu iki uc nöqtələrdəki fikirləri uzlaşdırmağa çalışan Əhli-sünnə
(xüsusilə Maturidilik) ilə Şiə (İmamiyyə) məktəbinin nümayəndələrinin düşüncəsini
əhatə edir. Təbii olaraq eyni məktəbdən olan alimlər arasında belə mövcud olan
təfərrüat fərqlərini, izah müxtəlifliyini bir tərəfə qoysaq kəlam tarixindəki fikirlər
əsasən bunlardan ibarətdir.
Mötəziləyə görə qəza-xəbər vermə və bildirmə, qədər isə bəyan mənasına gəlib
yaratma mənasına gəlməz. Çünki bu, insanın qüsurlarına və arzularına görə meydana
gələn feillərinin və onların məsuliyyətinin Allaha isnad edilməsini lüzumlu edir ki,
bu qəbul edilə bilməz. Mötəziləyə görə insan tam iradə azadlığına sahib olmaqla öz
feillərinin yaradıcısıdır.
7
Allah ancaq yaxşını diləyər, pisi istəməz (iradə etməz).
Mötəziləyə görə pisi istəmək qəbihdir. Allahdan belə bir feil meydan gələ bilməz.
8
Mötəzilənin insanın feillərini azad bir şəkildə meydana gətirməsi fikri kəlam
ədəbiyyatında təfviz olaraq adlandırılır.
Əhli-sünnədən sələfiyyə bu mövzuya toxunmur. Əşəriyyə isə Allahın iradəsini
əsas alaraq qəza və qədəri izah edir. Mövzu iman-küfr məsələsi ilə belə izah edilə
bilər. İman Allahın bir nemətidir, bunu fəzlindən verir, kafiri tərk etməsi isə insanda
üsyan etmə gücünü yaratması ilədir. Onların küfrdə qalmaları məcburi olmayıb
diləsələr iman edə bilərlər. Əşərilər Allahın iradəsinin hər şeyi əhatə etdiyini, insanın
feillərinin də Allahın hüdudsuz iradəsi çərçivəsində olduğunu irəli sürürlər. Buna
görə onların əl-cəbru-l-mutavassıt (orta cəbr) anlayışını mənimsədikləri qəbul edilir.
9
Maturidiyyəyə gəlincə bu məktəbin fikrini küfr-iman misalı ilə belə izah edə
bilərik. Maturidiliyə görə isə insan cüzi iradəyə sahibdir. Allah insandan küfrü onun
7
Qazı Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, Qahirə 1996, səh. 332.
8
Qazı Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, səh. 317.
9
Taftazani, Şərhu-l-əqaid, İstanbul 1999, səh. 37.
i.f.d. Adilə TAHİROVA
26
ixtiyarı və istəyi ilə imana gücü olmaqla birlikdə diləyər. Məsiyət (Allah üsyan,
günah) və şərin iki yönü vardır. O, bir yönü ilə Allaha nisbət edilir. Bunlar Onun
yaratması ilədir. O, mülkündə dilədiyini edər. Amma bu feillər başqa bir yönü ilə
insana nisbət edilir. O, insanın kəsb və ixtiyarı ilə meydana gəlir. Maturidiyə görə
insanın ixtiyari feilləri ortaya çıxan alternativlərdən birini seçərək iktisab etməyə əzm
etməsidir. Bu isə bir qəsd və ixtiyara bağlı olaraq Allahın onda ikinci növ qüdrəti (əl-
qüdrətu-l-muyəssirə) yaratmasıyla meydana gəlir.
10
Şiəliyə gəlincə qəza –qətilik, qədər isə ölçü və miqdar kimi lüğətdə ələ alınır.
Qədər əşyanın ölçüsü, qəza isə baş verməsidir. Burada İmamiyyənin qəza və qədər
məsələsinin də yer verildiyi ədl prinsipindən bəhs etmək yerinə düşər. Allahın ədaləti
üç yerə bölünür: 1. Təkvini işlərdə (kainatın yaradılışında) olan ədalət. Allah hər
hansı bir məxluqa onun istedad və bacarığı qədər verir. Heç vaxt icad etmə
məqamında qabiliyyəti gözardı etmir. 2. Təşrii ədalət. Allah peyğəmbər göndərərək
şəriət qanunları təyin edərək doğru yola hidayət edir. İnsanın gücü yetmədiyi ilə
məsul (mükəlləf) tutmur. İlahi təkliflər insanın əməl edərək nəticəsinə çatmaq
məqsədilə yaradılmışdır və Allah üçün heç bir xeyir və mənfəət gətirmir. Buna görə
də ilahi hikmət bu təkliflərin mükəlləf şəxslərin bacarıq və qüdrəti ilə mütənasib
olmasını tələb edir, çünki itaət etməyə imkan olmayan təklif boşluqdan ibarətdir. 3.
Cəzalandırma məqamında ədalət: Allah heç vaxt mükafatlandırmaq vəya cəza
vermək baxımından möminlə kafiri eyni tutmaz. Allah hər bir insana bacarıq və
qabiliyyətinə görə mükafat və ya cəza verər. Allah peyğəmbər göndərməmiş
insanları məsul tutmaz. Nəticə etibarilə İmamiyyəyə görə insan ixtiyar və iradəyə
sahib varlıq olaraq yaradılmışdır. Allahın qəzası insanın öz iradə və gücü ilə bu və ya
başqa feili yerinə yetirmək istədikdə Allahın onu gerçəkləşdirməsidir. Feil hər ikisinə
aid edilmişdir. İnsanın əməllərində nə təfviz, nə də cəbr var. İnsan əməllərini təfvizlə
cəbr arası bir mövqedə yerinə yetirir.
11
Görüldüyü kimi Maturidiyyə ilə İmamiyyə
arasında bu mövqe baxımından bənzərlik vardır.
İradə bir davranışı seçərək həyata keçirmə gücünü bildirir. Rağib əl-İsfahaninin
ifadəsilə, “nəfsin yerinə yetirilməsinə hökm etdiyi bir işi həyata keçirməyi istəməsi
və ona yönəlməsi” deməkdir. Psixologiyada isə düşüncənin ortaya qoyduğu bir
məqsədə (hədəfə) doğru getmə hərəkəti olaraq tərif edilir. Məqsəd təsəvvürü,
düşünmə, mühakimə, qərar və icra iradəli bir davranışın əsas mərhələlərini təşkil
10
Saim Yeprem, İrade hürriyeti ve İmam Matüridi, İstanbul 1997, səh. 285-286.
11
Cəfər Sübhani, Şiə əqidələrinin əsasları, Tehran 2001, səh. 83-101.
Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi
27
edir. Günümüzdə psixoloqlar bunu motivasiya, əzm, qəsd və niyyət mərhələlərinə
ayırır. İradənin azad xarakter daşıması üçün birincisi yalnız motivasiyaların nəticəsi
olmayıb bunlardan birini seçən “mənin” qərarı olması və ikincisi isə xarakterdən
meydana gələn bir qərar olmayıb əksinə irsi və qazanılmış xarakterin qatı çərçivəsini
sındırıb şüurlu formada xarakteri dəyişdirə bilmə qabiliyyətinə sahib azad bir qərar
olması lazımdır. Zərurətlərə bağlı olmayan saf bir iradə azadlığının psixofizik
baxımdan var olduğunu söyləmək asan deyil.
12
Deməli insan özünü qərarlarında azad
qəbul edib “mənə” bağladığı müddətcə azad iradəyə sahibdir.
Kəlam ədəbiyyatında iradə bəzən ixtiyar, məşiət, qəsd, əzm kimi sözlərlə də
ifadə edilmişdir. İradə, şüurlu formada seçmə gücü olub insanı davranışlarına görə
məsul hala gətirir. İradə insanı əmələ yönəldən və feilin həyata keçməsində önəmli
rol oynayan bir funksiya daşıyır. Qurani-Kərimdə iradə həm Allaha, həm də insana
nisbət edilərək 142 yerdə fərqli formalarda qeyd edilmişdir.
13
Qüdrət də iradə ilə əlaqəli termin olub bir varlığın hər hansı bir feili yerinə
yetirmə və ya tərk etmə iradəsiylə vəsflənməsidir. Kəlam əsərlərində insan qüdrəti
“istitaət” olaraq keçir. Xüsusilə Əhli-Sünnəyə görə Allahın canlı varlıqlarda yaratdığı
bir araz olub ixtiyari feillər üçün istifadə edilir. Eyni termini ifadə etmək üçün
istitaət, qüvvət, taqət və başqa adlar da istifadə olunur. Cəbriyyəyə görə insanın heç
bir şeyə gücü yoxdur. İnsana feilləri ağacın meyvə verməsi, suyun axması, günəşin
çıxması misallarında olduğu kimi nisbət edilir. Feillər cəbri olduğu üçün cəza və
mükafat da, təklif də cəbrdir. Mötəziləyə görə insan güc sahibidir. İnsanın istitaəti
onun bədən sağlamlığına sahib olmasıdır. İnsanın feillərinin meydana gəlməsini
təmin edən güc, yəni istitaət insanda feildən əvvəl (qablə-l-fil) vardır. Allah insanın
feillərinin yaradıcısı deyil. Xeyir və şərri insan özü yaradır. Buna görə də öz
etdiklərinə görə cəza və mükafat alır. Maturidilərə gəlincə iki cür istitaət vardır. 1.
Fiziki orqanların sağlam olması, bu feildən əvvəl olan istitaətdir. 2. Görülən işin
əxlaqi dəyər qazanması halı. Bu istitaət feillə birlikdədir (məa-l-fi’l). İkinci qisimdə
yer verilmiş istitaət Allah tərəfindən yaradılır. Əşərilərə görə isə istitaət insanın
özündə olmayan bir arazdır. Feillə birlikdə olub feil meydana gəldikdən sonra yox
olur. Yəni bu, yaradılmış bir qüdrətdir.
14
12
Von Asterin İradə hürriyyəti adlı məruzəsindən (Saim Yepremdən nəqlən, İrade hürriyeti ve
İmam Matüridi, səh. 125-127).
13
Məhəmməd Fuad Əbdülbaqi, Mucəmu-l-Mufəhrəs, səh. 414-417.
14
Saim Yeprem, İrade hürriyeti ve İmam Matüridi, səh. 175-227.
i.f.d. Adilə TAHİROVA
28
Mövzu ilə əlaqəli terminlərdən digəri xəlqu-l-əfal ifadəsinə gəldikdə Cəbriyyəyə
görə insanın iradə və qüdrəti yoxdur, demək insan feillərini də yarada bilməz.
Mötəziləyə görə insan güc sahibi olub Allahın insanda yaratdığı bir qüdrətlə öz
feillərini azad bir şəkildə yaradır. Maturidilərə görə isə insanın feillərini yoxluqdan
varlığa çıxaran Allahdır. Bununla birlikdə feillər insana şamil edilir. Çünki insan
istəyərək, gücünü və iradəsini sərf edərək ixtiyari feillərini yerinə yetirir. Əşərilərə
görə insanın feilləri Allah tərəfindən yaradılır. Dəlillərdən biri kimi işlərin hər zaman
insanın istədiyi kimi cərəyan etmədiyi göstərilir. Əgər insan öz ixtiyarı ilə feilinin
mucidi (yaradıcısı) olsaydı feilinin bütün təfərrüatlarını bilməliydi. İnsan üçün bu
mümkün deyil. Bundan başqa insan öz qüdrət və ixtiyarı ilə feilinin yaradıcısı
olsaydı o feili tərk etmək və yerinə yetirmək imkanına sahib olardı. Feilin yerinə
yetirilməsini tərkinə tərcih edənə ehtiyac vardır. Bu da insan cinsindən ola bilməz,
əks təqdirdə təsəlsül meydana gələr.
15
Mövzu ilə əlaqəli başqa bir terminə olan kəsb isə rizq aramaq və istəmək
mənalarına gəlib fayda əldə etməyə və zərəri aradan qaldırmağa yönələn feildir.
Allahın feili kəsb adlandırılmaz. Çünki O, mənfəət əldə etmək və zərər dəf etməkdən
uzaqdır. İstilahi mənada bu termini ilk istifadə edənin Əbu Hənifə olduğu ifadə edilir.
Mötəzilə kəsbi qəbul etmir. İzah tərzlərində fərq olmaqla birlikdə Maturidiyyə və
Əşəriyyə kəsbi qəbul edir. Maturidi məktəbində kəsb insanın iradə və qüdrəti ilə
əlaqəli olub insanın ixtiyari feillərinə kəsb deyilir. Allahın feili isə kəsb deyil, xəlq və
yaratma adlanır. Kəsb insana, yaratma isə Allaha aiddir. Feil yaratma yönündən
Allahın, fayda təmin edib zərəri dəf etmə yönündən isə insanındır. İnsan, iradə və
qüdrətini isitfadə edərək Allah tərəfindən yaradılan feili özünə kəsb edir. Əşəri
kəlamında kəsb böyük yer tutsa da açıq deyil.
16
İslam düşüncə məktəblərinin mövzu ilə əlaqəli fikirlərini müqayisə baxımından
təhlil edərkən Əşərinin kəsbi “hadis qüdrətin məqdura təalluqu” mənasında
istifadəsinə müqabil, Maturidi, bu kəlməni “bəndənin bir şeyi ixtiyar etməsi” kimi
anlayır. Feillər yaradılmaları baxımından Allahın feili, qəsd və ixtiyarı yönündən isə
insanların feilləridir. Maturidinin feil anlayışında iradə və qüdrət məfhumları birlikdə
nəzərdə tutulur. Qulun feili olduğuna görə iradəsi də vardır. Bu iradə bir qəsd, seçim
və ixtiyardır. O halda onu yerinə yetirəcək gücü də vardır. Əşəriyə görə isə bu
mənadakı iradə belə Allah tərəfindən yaradılmışdılr. Maturidi isə bunu sadəcə qula
15
Cürcani, Şərhu-l-məvaqıf, VI cild, Daru-l kutubi-l ilmiyyə, Beyrut 1998, səh. 68-89 (iradə və qüdrət
bəhsləri).
16
Saim Yeprem, İrade hürriyeti ve İmam Matüridi, səh. 215.
Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi
29
nisbət etməklə yetinmişdir. Sonrakı dövrlərdə “cüzi iradə” olaraq adlandırılmışdır.
Maturidi məsələni psixoloji baxımından həll etməyə çalışan bir nəzəriyyə irəli
sürmüşdür. İnsanın özünü azad hiss etdiyi müddətcə iradə hürriyyətinə sahib olduğu
fikri və davranışın mərhələlərinin təhlili maraq doğuran bir nəzəriyyədir. Bundan
başqa Mötəzilənin insanın həqiqi feili vardır, o halda qüdrəti də vardır məntiqini
Maturididə də görmək mümkündür. Mütləq mənada qüdrətin Allah tərəfindən
yaradıldığı fikrində isə Əşəri və Mötəzilə ilə eyni fikri bölüşür. Qüdrətin Allah
tərəfindən bir nemət olaraq verildiyi fikrini isə Əşəri ilə paylaşır.
Cəbriyyənin bir məzhəb kimi ortaya çıxmasına səbəb olan amillərdən biri
Qurani-Kərimdə bir çox yerdə qeyd edildiyi kimi Allahın özünü mütləq fail olaraq
ifadə etməsidir. Təkvir 81/29, Hadid 57/22, Tövbə 9/51, Həcc 22/18, Nisa 4/52, Ali-
İmran 3/26-27, Ənam 6/125, Bəqərə 2/253 və başqa ayələrdə Allahın mütləq gücü,
iradəsi və elmi vurğulanır. Əgər cəbr anlayışı doğru olsaydı, Ənam surəsinin 6/53 və
65-ci ayələrində, Casiyə surəsinin 45/22-ci ayəsi və Kəhf surəsinin 18/7-ci ayəsində
ifadə edildiyi kimi insanın dünyaya gəliş səbəbi olan imtahana ehtiyac qalmazdı.
Bu ayələri oxuyarkən Qurani-Kərimin bəzən ritorik tərzinin də olduğu unudularaq
sadəcə literal (ləfzi) bir şəkildə kontekstindən qoparılaraq oxunmamalı və hərtərəfli bir
yanaşma tərzini seçərək Qurani-Kərimin digər ayələrində qeyd edilən insana verilən
davranış sərbəstliyi və yüklənən məsuliyyət bir tərəfə qoyulmamalıdır. Əqli baxımdan
insan iradəsinin nə üçün önəm kəsb etdiyinə nəzər salaq. İnsanın əməlləri üzərində heç
bir rolu olmadığı təqdirdə bu dünyada gördüyü işlərə görə axirətdə savab və ya cəza
verilməsi izah edilə bilməz. Çünki insan əməllərini cəbr altında yerinə yetirməyə
məcbur, heç bir iradə sərbəstliyi və azadlığı olmayan bir varlıq kimi görülərsə yüklənən
dini mükəlləfiyyətlər, məsuliyyətlər, əmrlər və qadağalar bir məna kəsb etməzdi.
Qurani-Kərimdə bir çox əmr, qadağa və tövsiyələrin verilməsi insanın məsuliyyət
daşıdığına və bu əməlləri yerinə yetirmə və ya uzaqlaşma seçiminə sahib bir varlıq
kimi qəbul edildiyini göstərir. Çünki əmr və qadağalarda tələb vardır. Tələb isə qüdrət
və ixtiyara əsaslanır. Bundan başqa vəd və vəidin (mükafat və cəza) səbəbi olan savab
və iqab da batil olar. Eyni zamanda peyğəmbərlərin göndərilməsinin mənası qalmaz.
Çünki bu, bir dəvətdir. Dəvətdə isə ixtiyar olmalıdır.
Eyni zamanda cəzalandırma və mükafatlandırmanın da məna daşıması insanın
müəyyən gücə sahib olduğuna bağlıdır. Əgər mövzuya psixoloji baxımdan yanaşsaq
məmnuniyyət və peşmanlıq duyğuları haqqında düşünmək lazım gələcək. Görülən
işin nəticəsində məmnun qalmayan bir insanın peşman olması başqa cür də davrana
biləcəyinə dəlalət edir. Digər bir ifadə ilə həmin insanın başqa seçim imkanının da
olduğunu göstərir. Məmnuniyyət duyğusu üçün də eynisini söyləmək mümkündür.
i.f.d. Adilə TAHİROVA
30
Yəni bir insan etdiyi hərəkətdən məmnun qaldıqda başqa əməli deyil məhz bunu
seçdiyinə sevinər. Hər iki duyğu halı da insanın seçmədə bir payı olduğunu göstərir.
Məhz bu pay insan azadlığıdır.
17
Nəticə etibarilə Qurani-Kərimdə Allahın mütləq hökmranlığını vurğulayan ayələrlə
yanaşı bəndənin məsuliyyətini də ifadə edən ayələr vardır. ər-Rad 13/11, Taha 20/81-82,
İbrahim 14/7 ayələrindən isə göründüyü kimi insanlar yaxşıya doğru dəyişmədikcə Allah
da onların vəziyyətini dəyişdirməz, rəhmət göstərməz. Yəni ilahi iradənin vurğulandığı
ayələrdə belə insanın davranışlarından məsul olduğuna və ilahi ədalətə yer verilir.
Bundan başqa insana doğru və yanlışın peyğəmbər vasitəsiylə göstərildiyi və onlardan
hər hansı birini seçmə azadlığının olduğu isə Müddəssir 74/38, Nəcm 53/38-41, Zümər
39/41, 51, Fussilət 41/46, Şura 42/30, Rum 30/41, 44, İnsan 76/3 ayələrində bildirilir.
Eyni zamanda yaxşı iş görməsinin insanın lehinə, pisi seçməsinin isə əleyhinə olduğu
ifadə edilir. Demək ayələrə nəzər salarkən Qurani-Kərimin üslubu və ayələrin keçdiyi
konteksti bir kənara qoymaq və sadəcə bu düşüncələrdən birinə dəlalət edən ayələri
diqqətə almaq yanlış nəticələrə gətirib çıxara bilər.
Bəzən etiqadi fikirlərin populyarlaşmasında siyasət amilinin də rolunu izləmək
mümkündür. Belə ki, cəbri düşüncəni sistematik şəkildə ilk dəfə Əməvi iqtidarı
müdafiə etmişdir.
18
Haqsızlıqların qanuniləşdirilməsi üçün və kütlələrin üsyan
etməsinin qarşısını almaq üçün irəli sürülmüş bu ideya sonradan bir təsəlli
teologiyasının başlanğıcını qoymuşdur.
19
Lakin insan azadlığından bəhs edərkən bunun mütləq deyil, nisbi xarakter
daşıdığını ifadə etmək lazımdır. Elə ana bətnindəki körpənin vəziyyətindən başlasaq
hələ dünyaya gəlmədən onun sağlam və ya xəstə olmasına, uzun və ya qısa boylu
olmasına, gözəl və ya çirkin olmasına, ağıllı olmasına təsir edən yaşadıqları yerlərin
inkişaf edib etməməsi, yoxsul və ya varlı olması, iqlim və təbiət şərtləri kimi bir çox
amil vardır. İnsanın azadlıq və seçim imkanına sahib olmasını qəbul etmək onun
iradəsinin Allah tərəfindən müəyyən olunmuş qanunlar çərçivəsində meydana gələn
təbiət hadisələrinin və ya aid olduğu cəmiyyətin təsirində qalmadığı mənasına
gəlmir.
20
Azadlıq, bütün bu təsirə baxmayaraq insanın təbiət, tarix, cəmiyyət və öz
mənliyinin mümkün təsirinə qarşı dirənmə, qarşı çıxma və bunları aşma gücüdür.
İnsanın seçimini təyin edən və ya seçiminə təsir edən bir çox faktor vardır. Ailə,
17
Necati Öner, İnsan hürriyeti, Ankara 1995, səh. 30.
18
İrfan Abdülhamid, İslamda itikadi mezhepler ve akaid esasları, İstanbul 1994, səh. 284-285.
19
İlhami Gülər, Allahın ahlakiliyi sorunu, Ankara 1998, səh. 79, 128-129.
20
Necati Öner, İnsan hürriyeti, səh. 140.
Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi
31
məktəb, dostlar, içində yaşadığı cəmiyyət, adət, ənənə, əqidə kimi faktorlar insanın
seçiminə təsir edən başlıca amillər arasındadır. Bunları üç qismə ayırmaq
mümkündür: İnsanın ətraf mühiti, irsiyyət, tərbiyə.
21
İnsan sosial bir varlıqdır.
Həyatda qarşılaşdığı insanlarla qohumluq və ya dostluq münasibətləri varsa bu təsir
daha güclü olur. Məsələyə bəzi ayələrin işığında baxsaq bir çox yerdə insanın
ətrafındakılara diqqət edərək yanlış insanları dost seçməməsi tövsiyə edilir. (Ali-
İmran 3/100, 149, Nisa 4/ 140, Həcc 22/25, Mümtəhinə 60/1, Nisa 4/139, Maidə
5/51) Bundan başqa Qurani-Kərimdə insanın mühitini aşa bilmə gücünün olduğu da
vurğulanmışdır. (Təhrim 66/10-12) İrsiyyət faktoru haqqında genlərin insanın xarici
görünüşü, sağlamlığı və hətta xarakteri haqqında valideynlərdən və digər
qohumlardan nəsildən nəslə ötürülən məlumat daşıdığını söyləmək mümkündür.
22
Bundan başqa Qurani-Kərimdə insana təsir edən varlıqların olduğu da bildirilir.
Hər insanın bir mələk, bir də şeytan olmaqla iki yoldaşı vardır. Qur’ani-Kərim
birincisinə “şahid”, ikincisinə “saiq” (sövq edən) demişdir. (Qaf 50/21) Ancaq
şeytanın vəsvəsəsini dinləyib dinləməmə insanın seçiminə qalmışdır. Bundan başqa
insanı doğruluğa, yaxşılığa səsləyən mələklərin də olduğunu qeyd etmək lazımdır.
Mələklərin bu dünyada insanlar üçün dua etdikləri əl-Mu’min 40/7-9 və əş-Şura
42/5-ci ayələrdə ifadə edilir. əl-Əhzab 33/43-cü ayədə isə onların dualarının nəticəsi
olaraq saleh bəndələrin hər növ qaranlıqdan aydınlığa çıxarıldığı bildirilir.
Nəticə olaraq insanın mütləq mənada geniş bir iradə və qüdrətə sahib olan və
Allahın heç bir şəkildə təsiri olmadığı feilləri olduğunu söyləmənin mümkün
olmadığı kimi, insanın məcbur bir varlıq kimi əməlləri üzərində heç bir rolu
olmadığını düşünmək də yanlış nəticələrə gətirib çıxara bilər. Bu eyni zamanda
Qurani-Kərimin məzmununa zidd bir fikir olardı. Demək ki, feil, üzərində yaratma
baxımından Allahın, qərar verib seçmə və yönəlmə baxımından da insanın rolu
vardır. Lakin hər nə qədər həyatını planlayıb o plan üzrə hərəkət etməyə çalışan bir
insan belə olsa hesablaya bilmədiyi, planlarına mane olacaq hadisə və səbəblərin ola
biləcəyini və bu hədəflərin bir risk daşıdığını da anlayır. Bütün işlər hər zaman
insanın istədiyi, xəyal etdiyi, qərar verdiyi və planladığı şəkildə alınmır və bəlkə də
qədərin ilahi yönünü burda axtarmaq lazımdır. Bunu da qeyd etməliyik ki, qəza və
qədərin və bunun bir parçası olan insan iradəsinin bütün yönləriylə izahını
psixologiya, pedaqogika, genetik mühəndislik, məntiq və digər sahələrdə axtarmağa
21
Çiğdem Dikeçligil, Birey, kişilik, toplum, Aile yazıları, Ankara 1991, s. 3-4; Feriha (Balkış)
Baymur, Genel psikoloji, İstanbul 2004, səh. 226-240.
22
M. Əli əl-Bər, Kurani-Kerim ve modern tıbba göre insanın yaratılışı, Ankara 1996, səh. 53.
i.f.d. Adilə TAHİROVA
32
çalışsaq da davranışların meydana gəlişi və insan iradəsi haqqında müəyyən
məqamdan sonra cavablardan çox cavablana bilməyən suallarla qarşılaşdıq. Bəlkə də
“qədəri” kodlaşdırılmış məlumatlardan ibarət olan gen xəritəsində və ya daha kəşf
olunmayan və bizim bilmədiyimiz başqa aspektlərdə axtarmaq lazımdır. Bütün
bunlar “qədərin bir sirr olduğu” hədisinin də anlamına zəmin təşkil edir. Lakin
qədərin əsrarəngiz və açıqlaya bilmədiyimiz yönünü bir kənara qoysaq faktiki olaraq
bu məsələnin sadəcə nəzəri bir problemdən ibarət olduğunu ifadə etməliyik. Hər bir
insan real həyatda faktiki olaraq hansısa bir hərəkəti, feili yerinə yetirərkən bunun
üzərində çox düşünmür. Başqa bir ifadəylə insan özünü azad hiss etdiyi müddətcə
azaddır ifadəsi reallığa daha uyğun görünür. Hərəkətlərimizə görə məsuliyyət
daşıdığımızı və pis əməllərimizə görə cavab verəcəyimizi, yaxşı davranışlarımıza
görə isə mükafat alacağımızı bilərək feillərimizi həyata keçirmək, amma bununla
birlikdə hər şeyin sadəcə bizim əlimizdə olmadığının da fərqində olmaq bu məsələ ilə
əlaqəli reallığa və nəssə (dini mətnlər) uyğun bir nəticə sayıla bilər.
İSTIFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1.
Cafer Sadık Yaran, Kötülük ve teodise, Ankara 1997
2.
Cəfər Sübhani, Şiə əqidələrinin əsasları, Tehran 2001
3.
Cürcani, Şərhu-l-məvaqıf, VI cild, Beyrut 1998
4.
Çiğdem Dikeçligil, Birey, kişilik, toplum, Aile yazıları, Ankara 1991
5.
Əhmədi Numan Zəki, Qəza və qədər, 1381, nəşr olunduğu yer yoxdur
6.
Feriha (Balkış) Baymur, Genel psikoloji, İstanbul 2004
7.
Fəzlurrəhman, Ana konularıyla Kuran, Ankara 1993
8.
Hüseyin Atay, Kurana göre araştırmalar, Ankara 1997
9.
İbn Mənzur, Lisanu-l arabi-l-muhit, Beyrut, tarixsiz.
10.
İlhami Gülər, Allahın ahlakiliyi sorunu, Ankara 1998
11.
İrfan Abdülhamid, İslamda itikadi mezhepler ve akaid esasları, İstanbul
1994
12.
Qazı Əbdülcabbar, Şərhu-l-usuli-l-xəmsə, Qahirə 1996
13.
M. Əli əl-Bər, Kurani-Kerim ve modern tıbba göre insanın yaratılışı,
Ankara 1996
14.
Məhəmməd Fuad Əbdülbaqi, Mucəmu-l-Mufəhrəs, Tehran 1372
15.
Necati Öner, İnsan hürriyeti, Ankara 1995
16.
Taftazani, Şərhu-l-əqaid, İstanbul 1999
Qəza və qədər məsələsi çərçivəsində insan iradəsi
33
The problem of fate and divine decree (qada and qadar):
The assessment of the human will
SUMMARY
The article underlines the importance and the historical background of the problem
of fate. In sum we focus our attention on the question of free will. Human will is an im-
portant aspect of this question. The article attempts to explain the fundamental character
of will (irada), power (qudra), acquisition (kasb) and creation (khalq). This issue gener-
ates a great deal of debate among theologians of different schools and philosophers. We
cannot discuss this problem without considering other aspects of will; especially affect of
divine will to human’s action. Both divine and human will’s research is necessary to gain
a full picture of the situation. The structure of human will is complex and this article il-
luminates factors affecting human’s actions. Researchers remain in the dark about all as-
pects of this problem and it has not solid solution till now.
Проблема свободной воли в рамках проблемы судьбы
РЕЗЮМЕ
В статье подчеркивается важность проблемы судьбы. Основное внимание в
статье уделено свободе воли. Человеческая воля является важным аспектом
этого вопроса. В статье объясняется фундаментальный характер судьбы, воли,
всемогущества и создания. Этот вопрос порождает много споров среди
теологов различных школ и философов. Мы не можем обсуждать эту проблему
без учета других аспектов воли, особенно влияния божественной воли к
человеческим деяниям. Исследование божественной и человеческой воли
является необходимым, чтобы получить полное представление о ситуации.
Структура человеческой воли сложна и эта статья освещает факторы влияющие
человеческим деяниям. Ученые не до конца изучили всех аспектов этой
проблемы и этот вопрос до сих пор не имеет твердого решения.
Çapa tövsiyə edən: i.f.d. A.M. Şirinov
Bu məqalə BDU (2011-2012 tədris ili üçün)
“Universitetdaxili 50+50 qrant proqramı” layihəsinə əsasən yazılmışdır.
Dostları ilə paylaş: |