Q.T.Məmmədəliyeva
8
keçməsi yalnız eşqlə mümkündür. Rumi bunu belə ifadə edir: “Məhrəm şəxslə Tanrı
arasındakı elçi eşqdir, xəbərləri aparıb-gətirən odur.”
4
Rumiyə görə, Allahın kainatı yaratma səbəbi olan eşqin ilk təcəlligahı insanlıq
üçün nümunə olan həzrət Məhəmməddir. Belə ki, yaradılmışların ilki onun nurudur.
Əslində bu görüş təkcə Cəlaləddin
Rumidə yox, bütövlükdə sufi dünyagörüşündə
mövcuddur. “Həqiqəti-Mühəmmədiyyə” adlanan bu anlayışa görə, Allah kainatı
həzrət Məhəmməd üçün yaratmış və onun nuru ilk yaradılan varlıqdır. Bu fikir “ ول
ل كلا ول كلا
ام
كلافلاا تقلخ
- Sən olmasaydın, sən olmasaydın, fələkləri yaratmazdım”
qüdsi hədisinə əsaslanır. Peyğəmbərimizə aid edilən başqa bir hədisdə isə ilk yara-
dılan nurun həzrət Məhəmmədin nuru olduğu bildirilir. Bəzi ortodoksal hədisçi və
kəlamçıların doğruluğuna şübhə etdikləri bu hədislər sufi dünyagörüşündə şübhəsiz
bir əsas kimi qəbul edilmiş, sufi ontologiyası bu əsasın üzərindəinşa edilmişdir.
5
Ruminin düşüncə sistemində eşq Allahın varlıqları yaratma
səbəbi olduğu üçün
ideal insan, sufilərin təbirincə desək, insani-kamil (kamil insan)
6
bu eşqi dərk edib öz
mənliyinin əsasına çevirən şəxsdir.
7
Bu mərtəbəyə çatan insan yaradılışın əsl səbəbini
anlayar, Allahın yaratdığı bütün varlıqlara vəhdət gözü ilə baxar. Belə bir insandan
heç
vaxt başqa insanlara, hətta təbiətdəki digər varlıqlara zərər gəlməz. Kamil insan
“yaradılanları Yaradandan ötrü sevər”. Çünki o, aləmdə zahirən görünən kəsrətin
(çoxluğun) arxasındakı həqiqi vəhdəti artıq tapmışdır. Onun gözündə kişi və yaxud da
qadın olmasından asılı olmayaraq, bütün insanlar, hətta bütün varlıqlar
eyni ilahi
həqiqətin təcəllasıdırlar. Rumi bu həqiqəti Tanrıya müraciətlə belə ifadə edir:
یيوت کي نآ دوش کي نوچ نز و درم
یيوت کنآ دش وحم اھکي هک نوچ
Kişi və qadın bir olanda, o bir Sənsən
Bir özü də yox olanda, qalan yalnız Sənsən
8
Məsnəvidəki bu misra bir tərəfdən kainatda görünən fərqliliklərin əslində eyni mütləq
həqiqətin müxtəlif təcəlliləri olduğunu
və kəsrətin substantiv deyil, aksidentiv bir xarakterə
malik olduğunu, digər tərəfdən də insanların formaca fərqli, məzmunca eyni kimliyə malik
olduqlarını bildirir. Bu baxımdan mənəvi kamilliyə çatmaq
istəyən insan formaya deyil,
məzmuna baxmalı, formal fərqliliklərə görə digər insanlara xor gözlə baxmamalıdır.
4
Mövlana Cəlaləddin Rumi. Divani-kəbir. trc. Abdülbaki Gölpınarlı. Ankara: Kültür Bakanlığı yayınları,
1992, IV/1630; RuhattinYazoğlu. Hümanizm ve Mevlana. səh. 72
5
Bax. Demirci, Mehmet . Nûr-ı Muhammedi. Dokuz Eylül Üniversitesi İlahiyat Fakültesi Dergisi. 1983,
sayı: 1, səh. 239-258; Çavuşoğlu, Ali. Yaratılış-Hz. Muhammed İlişkisi Çerçevesinde Kullanılan “Nur-
ı Muhammed, Akl-ı Evvel” Kavramları ve Edebi, Tasavvufî Metinlerdeki Yansımaları. Kültür
Coğrafyamızda Hz. Muhammed. Uluslararası Sempozyum (Orta Asya, Kafkasya ve Balkanlar) (7-8
Mart 2009) Adapazarı-Sakarya, 2011, c. II, səh. 196-207
6
Bax. Mehmet S.Aydın. İnsan-ı Kamil. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. Ankara, 2000, c.
22, səh. 330-331.
7
RuhattinYazoğlu. Mevlana ve Hümanizm. səh. 74
8
Mövlana Cəlaləddin Rumi.
Məsnəviyi-mənəvi,
http://www.sufism.ir/books/download/farsi/mathnavi/Masnavi.pdf, səh. 87
Mövlana Cəlaləddin Rumi böyük humanist mütəfəkkir kimi
9
Şərqdə və qərbdə bir çox mütəfəkkir kainatı makrokosmos və mikrokosmos
şəklində ikiyə ayırıblar. Bu aləm ilahi ad və sifətləri müfəssəl şəkildə özündə əks
etdirən kəsrət (çoxluq) aləmidir. Mikrokosmos
isə bu keyfiyyətləri mücməl, yəni
xülasə şəkildə özündə əks etdirən insandır. Deməli insan bütövlükdə kainatın bir
xülasəsi olmaqla Allahın ən şərəfli məxluqudur. Qneseoloji baxımdan insanın özünə
dair biliyi bütövlükdə kainata dair biliyi ehtiva edir. Sufi ənənəyə görə, Qurani-
Kərimdə “اَھﱠلُك َءاَمْسَ ْلأا َمَدآ َمﱠلَعَو -
(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin
adlarını (isimlərini) öyrətdi...
” (
Bəqərə, 2/31
) kəlamının mənası da məhz budur.
9
Mövlana Cəlaləddin Rumi də sufi fəlsəfəsini izləyərək insanı Allahın yaratdığı
ən mükəmməl varlıq kimi qəbul edir. Hətta ona görə,
insan mikrokosmos, deyil
makrokosmosdur.
10
Ona görə insan yaradılış baxımından mələklərdən belə üstün
varlıqdır. O, bir rübaisində “Bizim bu torpaqdan olan bədənimiz fələyin nurudur.
Bizdəki çeviklik mələkləri qısqandırır” – deyərək insanın Allah qatındakı ali
məqamını önə çəkir.
11
Lakin Rumiyə görə, insan elə bir varlıqdır ki, həm mələklərin
üstün olma, həm də ən dəyərsiz varlıq olma potensialına malikdir. İlahi eşqi öz qayəsi
halına gətirən insan ən üstün məqama çatar. Dünyəvi arzuların girdabında boğulan
insan da ən aşağı varlıq mərtəbəsinə düşər. Rumi bu həqiqəti belə ifadə edir:
دندش تمسق ناحتما ز مھ رشب نيو
دندش تما هس و دنلکش یمدآ
تسدش قلطم قرغتسم هرگ کي
تسدش قحلم کلم اب یسيع وچمھ
ليئربج ینعم کيل مدآ شقن
ليق و لاق و اوھ و مشخ زا هتسر
داھج و دھز زو هتسر تضاير زا
دازن دوخ وا یمدآ زا اييوگ
دندش قحلم نارخ اب رگيد مسق
دندش قلطم توھش و ضحم مشخ
تفر دوب ناشيرد یليربج فصو
تفز فصو نآ و هناخ نآ دوب گنت
دوش ناجیب وک صخش ددرگ هدرم
دوش نآیب وا ناج نوچ دوش رخ
تسپ تسھ درادن ناک یناج کناز
تسا هتفگ یفوص و تسقح نخس نيا
دنک ناج رتنوزف اھناويح ز وا
دنک اھيراک کيراب ناھج رد
دينت دناد وا هک یسيبلت و رکم
ديدپ ديان رگيد ناويح ز نآ
9
William C. Cittick. The Sufi Doctrine of Rumi. Bloomington, 2005, səh. 49
10
William C. Cittick. The Sufi Doctrine of Rumi. səh. 52.
11
Mevlana. Rübailer. trc. M. Nuri Gençosman. İstanbul, 1994, c. 1, səh. 61