Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   4   5   6   7   8   9   10   11   ...   89

 31 
düzlərinin genişliyini canlandırır... Azərbaycan xalqının 
şah əsəri, Ana kitabı Dədə Qorqud dastanıdır» (45, 11). 
«Kitabi-Dədə Qorqud» həm bir dastan, həm də bir 
milli (ana) kitab - epos kimi Azərbaycan ədəbi-estetik dü-
şüncəsinin ilkin qaynağıdır. Bu baxımdan, müasir Azər-
baycan ədəbiyyatı da öz poetik kökləri etibarilə birbaşa bu 
eposa bağlanır. Bu, ilk növbədə dastanın ədəbi-bədii abidə 
olması ilə bağlıdır. Prof. T.Hacıyev belə hesab edir ki, 
«Dədə Qorqud kitabı»nın süjet və quruluşunda, obrazları-
nın psixoloji təkamülündə, dilinin bədiiliyində həm şifahi, 
həm də yazılı ədəbiyyatın cizgiləri birləşir» (152, 5). 
«Vəzn dilin məhsuludur, hər ictimai zümrənin öz ilk 
şeirinə verdiyi ahəng dilinin ümumi ahəngindən ayrılan 
«ən saz-element»lər (ünsürlər) məcmuəsidir. Türklərin şeir 
musiqisini axtarmaq üçün nə Ərəbistanın qızğın çöllərinə, 
nə də İranın tozlu ovalarına getmək lazım deyildir; ibtidai 
sözlərin dilimizə çevrilməsi bunun fəlsəfəsini anlamaq 
üçün yetişər» - deyən məşhur alim Ə.Abid «Dədə Qor-
qud» eposunu türk «şeir musiqisinin» - «etnopoetikasının» 
qaynağı kimi «şeir tariximizin başlanğıcı olan vəznli nəs-
rin» əsas sənədi hesab etmişdir (32, 471-472).  
Azərbaycan  ədəbiyyatında romantizmin folklorla 
əlaqələrini «sıx və geniş» hesab edən K.Əliyev (127, 172) 
«Kitabi-Dədə Qorqud»u müasir ədəbiyyatın «entnopoe-
tika» qaynağı, yəni etnik-mədəni sistem üçün xarakterik 
olan poetik ölçü və göstəricilərin mənbəyi kimi səciyyə-
ləndirmişdir (128, 19-20). Bu, təsadüfi olmayıb, dastana 
«epik təfəkkür və tarix» kimi çox iri tutumlu aspektdə ba-
xan prof. A.Hacılının qənaətincə, onun poetik sinkretizmi 
– məzmunun mürəkkəb poetik-semantik quruluşu ilə bağ-
lıdır: «Dədə Qorqud» kitabı poetik baxımdan sinkretik 
mətn təsiri bağışlayır - şifahi eposun, ilk yazıya alınma 
prosesinin və ehtimal ki, variantlaşmış kitab eposunun 
əsərdə üç məzmun qatı kimi təzahürü göz qabağındadır. 
 32
«Dədə Qorqud kitabı»nda şaman, ozan, aşıq təfəkkürünün 
ortaqlığı aydın nəzərə çarpır: mifoloji şüur ifadə edən sak-
ral söz, eposa xas həqiqi söz və dastana uyğun bədii söz 
vəhdət yaradır. Nəticə etibarilə, qüdsi, tarixi, estetik məz-
mun çulğaşır» (150, 61).  
«Kitabi-Dədə Qorqud» eposu ilə bağlı Azərbaycan 
mühacirət  ədəbiyyatşünaslığına,  ədəbi-elmi fikrinə aid 
araşdırmalarda da eposun müasir ədəbiyyata təsiri, etno-
poetik düşüncənin qaynağı kimi ədəbiyyat tariximizin, 
demək olar ki, bütün inkişaf mərhələlərində öz izlərini 
saxlaması təsdiq olunur (314, 30; 76, 109; 106, 55-58). 
 Göründüyü kimi, müasir Azərbaycan  ədəbiyyatı öz 
ədəbi-estetik başlanğıcı etibarilə «Kitabi-Dədə Qorqud» 
eposu ilə birbaşa bağlıdır. Bu da öz növbəsində ««Kitabi-
Dədə Qorqud» və müasir Azərbaycan  ədəbiyyatı» prob-
lemini geniş kontekstdə götürməyə imkan verir. Epos XX 
əsrin birinci yarısında Azərbaycanda çap edilib məşhurlaş-
sa da, o, «etnopoetik ruh» (yaxud «Qorqud» ədəbi ruhu), 
ədəbi düşüncənin arxetipik əsası kimi müasir ədəbi düşün-
cənin dərin qatlarında həmişə var olmuşdur. Yəni eposun 
müasir ədəbiyyata təsirini XX əsrin birinci yarısından baş-
lamaq, əslində, onun bizim milli ədəbi düşüncəyə «kənar-
dan gəldiyini» qəbul etmək və milli ədəbi-estetik düşüncə 
tariximizdə «Dədə Qorqud» ənənələrini inkar etmək de-
məkdir. Həqiqətdə isə bu epos qədim dövrlərdən (ilkin 
başlanğıcdan) günümüzə  qədər uzun və fasiləsiz bir yol 
qət etmişdir. Həmin yolun böyük bir mərhələsini qədim və 
orta  əsrlər Azərbaycan  ədəbiyyatı  təşkil edir. Bu dövr 
ədəbiyyatı «Kitabi-Dədə Qorqud»la müasir ədəbiyyatımız 
arasında bir körpü rolunu oynamışdır. 
«Kitabi-Dədə Qorqud» eposunun milli ədəbi düşün-
cənin inkişaf tarixinə  təsiri barəsində aparılmış  tədqiqat-
ların ümumi məzmunu göstərir ki, «Dədə Qorqud» epik 


 33 
ənənələrinin milli ədəbi düşüncəyə  təsiri,  əsasən, iki isti-
qamətdə olmuşdur: 
1. Eposun şifahi xalq yaradıcılığına - folklora təsiri; 
2. Eposun qədim və orta əsrlər yazılı  ədəbiyyatına 
təsiri. 
Dastanın folklora təsirindən danışarkən bir cəhət diq-
qətdən qaçırılmamalıdır. «Kitabi-Dədə Qorqud» qədim 
türk-oğuz dastançılıq ənənəsinin məhsuludur və özünəqə-
dərki epik ənənələr bu dastanda parlaq şəkildə  təcəssüm 
olunmuşdur. Ona görə tədqiqatçılar «Dədə Qorqud»la tək-
cə ümumtürk, yaxud Azərbaycan dastanları arasında yox, 
eyni zamanda dünya dastanları arasında oxşarlıqlar və 
paralellər aşkarlamışlar. Qorqudşünas alim H.Məmmədli 
yazır ki, «Dədə Qorqud» abidəsindəki bir sıra motivlər 
dünya xalqlarının qədim və möhtəşəm dastanları ilə 
səsləşir, hətta Türk dünyasının zəngin, çoxşaxəli tarixi və 
mədəni  ənənələrini özündə  əks etdirən qədim və orta 
əsrlərdə yaranmış yazılı dastanlarla da maraqlı  və  nəzərə 
çarpacaq qədər oxşar, paralel məqamlar vardır. Belə 
ənənəvi oxşarlıqlara «Bilqamıs», «Nart», «Mahabharata», 
«Şahnamə», Füzulinin və Nizaminin poemalarında, «Əh-
məd Harami», «Vərqa və Gülşa», «Mehr və Müştəri, 
«Alpamış», «Manas», «Rüstəmxan», «Qurbani», «Aşıq 
Qərib», «Tahir və Zöhrə», «Abbas və Gülgəz», «Şah 
İsmayıl və Güllüzar», «Koroğlu» kimi məhəbbət və  qəh-
rəmanlıq dastanlarında rast gəlmək olar (236, 182). 
Müəllif problemə motivlər  əsasında yanaşaraq «Də-
də Qorqud» eposundakı: 
«Ölüm xofu, ölümdən qaçma və ya ölümün əvəz 
edilməsi, bağışlanması»; 
«Oğlanla qızın qarşılaşması»; 
«Övladsızlıq»; 
«Xəyanət»; 
«Allaha inam, Tanrı sevgisi» 
 34
– kimi motivlərlə dünya eposları, qədim və orta əsrlər 
Azərbaycan  ədəbiyyatına aid poemalar və Azərbaycan 
məhəbbət dastanları arasında maraqlı tipoloji və genetik-
tipoloji paralellər apararaq, diqqəti səsləşmələrə, oxşarlıq-
lara və analogiyalara (eyniyyətlərə) cəlb etmişdir (236, 
182-197). 
Prof. P.Xəlilov «Kitabi-Dədə Qorqud»la qədim hind 
abidəsi “Mahabharata” arasında müqayisələr apararaq aşa-
ğıdakı mətivlərdə oxşarlıqlar aşkar etmişdir: 
1. Ölməzlik qazanmaq arzusu; 
2. Gənclərə igidlik adı qoyulması mərasimi; 
3.  İgidlərin üz-üzə  gələndə bir-birlərinin adını so-
ruşması motivi; 
4. Qılınca pərəstiş motivi
5. Alp ərənlərin cicmani əzəməti və döyüş üsulu; 
6. Qadın igidliyi motivi; 
7. Cinsi əxlaq motivi; 
8. Nəsil tərbiyəsi; 
9. Boy, soy (sop), qəbilə, qohumluq təəssübü; 
10. Türk dastanlarında bədii şişirtmə; 
11. Ata pərəstiş; 
12. Pərilər və Təpəgöz oxşarlıqları (176, 38-47)   
«Kitabi-Dədə Qorqud» eposunun bu qədər geniş  və 
müxtəlif etnik-mədəni arealların epos mədəniyyəti ilə 
səsləşməsi eposun tarixi inkişaf xüsusiyyətləri ilə bağlıdır. 
Qədim dünyanın epoxalarına «yoldaşlıq» etmiş dastan 
dünya mədəniyyətinin parlaq ənənələrini öz yaddaşına 
«yazmışdır». Bu məsələ barəsində eposun ən məşhur təd-
qiqatçılarından olan görkəmli alim V.M.Jirmunskinin gəl-
diyi nəticələr səciyyəvidir. O, «Kitabi-Dədə Qorqud» epo-
sunun yarandığı tarixi-mədəni epoxa və areallara diqqət 
edərək yazır ki, «Qorqud kitabı» oğuz söyləyiciləri olan 
ozanların danışdıqları epik hekayət və  nəğmələrin yazı 
nüsxəsini və yazılaşmasını (yazılı abidəyə çevrilmə prose-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə