Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə2/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   2   3   4   5   6   7   8   9   ...   89

 7 
«Kitabi-Dədə Qorqud» dastanlarının milli ədəbiyya-
tımıza təsiri öz ifadəsini ədəbiyyatda tapdığı kimi, bu təsir 
eyni zamanda elmi şəkildə ədəbiyyatşünaslıqda və folklor-
şünaslıqda da tədqiq olunmuşdur. Yəni bu problem təbii 
olaraq təkcə  ədəbiyyatşünasları deyil, həm də folklorşü-
nasları çox ciddi şəkildə maraqlandırmışdır. Azərbaycan 
ədəbiyyatının ulu qaynağı olan «Kitabi-Dədə Qorqud» 
milli  ədəbi düşüncənin başlanğıcı kimi şifahi  ədəbiyyat 
nümunəsi, xalqımızın ilkin sənət və  bədii yaradıcılığının 
əsas mənbəyi kimi folklor abidəsidir. Eposun Azərbaycan 
ədəbiyyatına təsiri elmi baxımdan «folklor və yazılı  ədə-
biyyat» problematikasına aid olduğu üçün o, həm folk-
lorşünasların, həm də ədəbiyyatşünasların daim diqqətində 
olmuşdur. Bu cəhətdən  Ə.Abid, ak. H.Araslı, ak. B.Nə-
biyev, prof. Y.Qarayev, prof. T.Hacıyev, prof. N.Cəfərov, 
prof. A.Nəbiyev, prof. P.Əfəndiyev, prof. C.Abdullayev, 
prof. Ş.Cəmşidov, prof. Q.Namazov, prof. S.Əliyarlı, prof. 
K.V.Nərimanoğlu. prof. K.Abdulla və bu kimi dəyərli 
folklorşünas,  ədəbiyyatşünas və dilşünas alimlər eposun 
müasir ədəbiyyata, onun məzmun və mündəricəsinə, obraz 
və motivlər sisteminə, poetik quruluşuna, kompozisiya 
sisteminə, bədii dilin semantik məna aləminə  və s. təsiri  
haqqında qiymətli tədqiqatlar aparmış, dəyərli fikirlər söy-
ləmiş,  ideya və mülahizələr irəli sürmüşlər. «Dədə Qor-
qud» dastanlarının müasir ədəbi düşüncəyə təsirini ilk dəfə 
monoqrafik sistemdə araşdıran bu kitabda yuxarıda adları 
çəkilən və çəkilməyən tədqiqatçıların araşdırmaları müm-
kün olduğu qədər bütövlükdə  əhatə edilmiş, problemlə 
bağlı  həmin tədqiqatlarda üzə  çıxarılaq  əsaslandırılmış 
başlıca tədqiqat istiqamətləri burada inkişaf etdirilməklə 
yanaşı, problem monoqrafik yanaşmanın qlobal sistemi 
çərçivəsində həll edilməyə çalışılmışdır.  
Vətən tarixinin bir çox problemləri ilə bağlı sanballı 
tədqiqatlar aparan prof. S.Əliyarlının elmi fəaliyyətində  
 
8
əsl dönüş klassik irsimizlə - “Kitabi-Dədə Qorqud”la bağ-
lıdır. S.Əliyarlı ilk dəfə olaraq eposun tarixi mənbəşünas-
lıq problemlərini qaldırararaq məhz tarixi səpkidə araş-
dırılması perspektivlərini müəyyənləşdirmişdir.
1
 Müəllifin 
araşdırmaları  nəticəsində eposdakı anaxaqanlıq (matriar-
xat) haqqında məlumatların Homer “Odisseya”sına və Es-
xil “Oresteyası”na bərabər olduğu müəyyən edilmişdir. 
Epos üzrə prof. S.Əliyarlının araşdırmalarını dünya şöh-
rətli alman alimi-qorqudşünas, tariximiz qarşısında böyük 
xidməti olan şəxs – Əhməd  Şmide çox yüksək dəyərlən-
dirərək yazmışdı: “Müəllimim! “Kitabi-Dədə Qorqud” un 
etnoqrafiyası  və tarixini Sizin qədər bilən yoxdur. S.Əli-
yarlı Azərbaycan tarixində qorqudşünaslığın  əsasını qoy-
muşdur.”
2
 
«Dədə Qorqud» dastanlarının Azərbaycan  ədəbiy-
yatına təsirini çox geniş - monoqrafik planda araşdıran bu 
tədqiqatda  bir çox mühüm elmi yeniliklər əldə edilmişdir. 
Onlardan  ən  əsas və ümumiləşdirici olanları  aşağıdakı-
lardır: 
Tədqiqatda «Kitabi-Dədə Qorqud»un Azərbaycan 
ədəbi düşüncəsinə  təsiri problemi ilk dəfə olaraq qlobal 
kontekstdə götürülmüş, eposun milli ədəbi düşüncənin 
ilkin mərhələsi və qaynağı kimi ümumazərbaycan  ədəbi 
düşüncəsinin inkişaf tarixindəki rolu üzə  çıxarılaraq 
səciyyələndirilmişdir. 
«Kitabi-Dədə Qorqud»un müasir Azərbaycan nəsri-
nin inkişafındakı rolunun ilk dəfə xronoloji baxımdan bü-
töv şəkildə götürülərək təhlil edilməsi nəticəsində üç əsas 
təmayül xətti - M.Rzaquluzadə və Ə.Muğanlının yaradıcı-
lığında gerçəkləşdirilmiş «milli-mənəvi təmayül», Anarın 
                                                            
1
 Bünyadov Z., Əliyarlı S. Kağan titulu haqqında // Аz. SSR ЕА-nın 
“Xəbərləri” (Tarix, fəlsəfə və hüquq seriyası). 1984 №3. səh.121-124. 
2
 Muradəliyeva E. Müəllim haqqında söz. Azərbaycan tarixinin çağdaş 
problemləri. Bakı-2000, s. 3-20. 


 9 
nəsrində reallaşdırılmış «milli özünütəsdiq istiqaməti», 
K.Abdullanın nəsrində gerçəklişdirilmiş «postmodernist 
yozum xətti» aşkar edilmişdir. 
Əsərdə müasir Azərbaycan poeziyasında «Dədə Qor-
qud» motivlərinin tədqiqi nəticəsində  aşkar edilmişdir ki, 
«Kitabi-Dədə Qorqdu»un çağdaş  şeirimizə  təsiri müasir 
poeziyanın keçən əsrdən başlayan və bugünə qədər davam 
edən tarixini bütövlükdə əhatə edir. 
Müəyyənləşdirilmişdir ki, eposun şair və yazıçıları-
mızın ruhuna yol açmasının tarixi onun çap olunma tarixi 
ilə başlanmır.  Əslində, «Kitabi-Dədə Qorqud» dastanının 
çap olunub cəmiyyətdə məşhurlaşması milli yaddaşımızın 
arxaik çağdan başlamaqla bütün tarixi boyunca onda möv-
cud olan «Dədə Qorqud» ruhunu yenidən oyatmışdır. 
Təhlil nəticəsində üzə  çıxarılmışdır ki, «Dədə Qor-
qud» motivləri Azərbaycan poeziyasında iki əsas ifadə 
planında gerçəkləşmişdir: açıq ifadə planı  və gizli ifadə 
planı. Birinci ifadə planı  şeirlərdə özünü açıq-aydın gös-
tərən «Dədə Qorqud» obraz, motiv, ideya, amal, əqidə, 
simvolları  və s. kimi poetik fiqurlarda reallaşıb. Bunlar 
«Qorqud» milli yaddaşı ilə açıq  şəkildə görünən tellərlə 
bağlanan  şeirlərdir.  İkinci ifadə planında  şeirlər «Dədə 
Qorqud» motivləri ilə açıq şəkildə bağlanmır. Lakin həmin 
şeirlərin ruhunda bir «Dədə Qorqud» doğmalığı var. Bun-
lar «Qorqud» milli yaddaşı ilə gözəgörünməz tellərlə - 
simvolik işarələrlə bağlanan şeirlərdir. 
Müasir Azərbaycan  şeirinin öz poetik strukturu eti-
barilə «Kitabi-Dədə Qorqud» şeirinin poetikasına bağ-
lılığının iki üsulu aşkar edilmişdir: Birincisi, eposun şeir 
texnikasının, onun ayrı-ayrı ünsürlərinin, nitq-deyim ele-
mentlərinin, məcazi işarələrin və s. dastandan birbaşa isti-
fadə yolu ilə müasir şeirə  gətirilməsi;  İkincisi, müasir 
Azərbaycan  şeirinin öz poetik ruhu - bədii yaddaşı etiba-
rilə «Kitabi-Dədə Qorqud» şeirinə bağlanması.  
 10
Tədqiqatda «Dədə Qorqud» motivləri və müasir 
Azərbaycan dramaturgiyası» məsələsinin  əhatəli  şəkildə 
öyrənilməsi nəticəsində müasir dramaturgiya üçün xarak-
terik olan dörd təmayül xətti - Ə.Dəmirçizadənin yaradı-
cılığında  təcəssüm olunmuş «Oğuz xalqının milli birlik 
və  vəhdəti ideyaları», N.Xəzrinin pyeslərində  təcəssüm 
olunmuş «Vətən - Ana ideya xətti», K.Abdullanın əsərlə-
rində gerçəklişdirilmiş «psixoloji yozum xətti», A.Məm-
mədovun «Dədə Qorqud» dramaturgiyası üçün xarakterik 
olan «sovet ideoloji gerçəkliklərinin inikası xətti» aşkar-
lanmışdır. 
Müəyyənləşdirilmişdir ki, Azərbaycan ədəbiyyatında 
«Dədə Qorqud» motivlərinin roman, poema, dram kimi 
monumental janrlara doğru surətli inkişaf təmayülü eposda 
daşınan ideyaların monumentallığı ilə bağlıdır. «Kitabi-
Dədə Qorqud»un «insan və tarix» konsepsiyası kiçik janr-
lara sığmır. Kiçik janrlar «Kitabi-Dədə Qorqud»un nəhəng 
ideallarının qlobal və monumental inikası üçün yetərli 
olmamış, ondakı qlobal mövzular - qlobal janrlar tələb et-
mişdir. Bu cəhətdən müasir ədəbiyyatdakı roman, poema 
və dram janrları «Dədə Qorqud» motivlərinin reallaşdırıl-
ması prosesində qədim dastan-epos janrının müasir dövrü-
müzdəki ekvivalentləri kimi çıxış etmişdir. 
Tədqiqatda metod olaraq, əsasən, tarixi, müqayisəli və 
tipoloji yanaşmalar (tarixi-müqayisəli və müqayisəli-tipo-
loji metodlar) tətbiq olunmuşdur. Belə hesab edilmişdir ki, 
bu üç yanaşma yolu «Kitabi-Dədə Qorqud» dastanlarının 
Azərbaycan  ədəbiyyatına təsirinin öyrənilməsində  əsasdır. 
Belə ki, tarixi yanaşma eposun tarixi abidə olması, eyni za-
manda bütün orta əsrlər Azərbaycan ədəbiyyatının tarixinə 
təsir etməsi, daha sonra müasir ədəbiyyatımızın ideya-məz-
mun, poetik aləminə  təsiri ilə bağlıdır. Problemin həllində 
tarixilik - tarixi ədəbi dövrlərin, «Kitabi-Dədə Qorqud»un 
nümunəsində ilkin ədəbi düşüncə dövrünün, müasir ədəbiy-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə