50
pozitivləşdirən, müsbət əsaslara yönəldən kriteriyalar cəmi
onun hüquqların cəmindən ibarətdir. İnsan hüquqları da
dərəcələnə bilir. Belə ki, insanların təbii hüquq və azadlıqları
birinci dərəcəli hüquqlar kimi qəbul olunmalıdır. Bu bir
mövcudluqdur, təbii olaraq meydana gələndir, insanların
genetik mənəviyyatlarına, o cümlədən psixi amillərinə
bağlıdır. Təbii hüquq və azadlıqlar, onların fundamental
mənəvi əsasları insanları ali canlılar kimi şərtləndirən əsas
kriteriyadır. Pozitiv hüquqlar (burada dövlətin insanlara
verdiyi hüquqlar, insanların təbii hüquqlarının təmin
edilməsinə yönəldilən üst qat hüquqları) isə təbii hüquqlara
xidmət etdiyindən, eyni zamanda bölgü və tərkib etibarilə
zəngin və çoxistiqamətli olduğundan dərəcələnə bilir.
Dərəcələnmə- məlumdur ki, təsir və nəticə əhəmiyyəti ilə
ə
laqəli olan müqayisə prosesidir. Pozitiv hüquqların da
dərəcələnməsi halları mövcuddur. Əgər biz bu dərəcələnməni
təminat və mühafizə baxımından iki aspektdə təhlil etsək, onda
belə qənaətə gələ bilərik ki, insanların sosial-iqtisadi
hüquqlarının təmin olunması onların siyasi hüquqlarının
təmin olunmasından daha vacibir, birinci dərəcəlidir. Çünki
sosial-iqtisadi hüquqlar daha çox insanların təbii hüquqlarının
qorunmasına xidmət edir. Bu fikri bir qədər də açıqlasaq, belə
hesab edə bilərik ki, insanların sosial-məişət hüquqları, o
cümlədən ailə hüquqları, təhsil hüquqları, sağlam həyat tərzi
sürmək, rahat həyat şəraitində və resurslara müvafiq olaraq
yüksək şəraitdə yaşamaq və sosial müavinat almaq, peşə
fəaliyyəti ilə məşğul olmaq, sənət qazanmaq və s. kimi
hüquqları ilk növbədə təmin edilməlidir. İnsanların siyasi
hüquqları isə (məsələn, aktiv və passiv seçki hüququ, dövlət
idarəçiliyində iştirak hüququ, o cümlədən hakimiyyətdə
təmsil olunmaq hüququ və s. ) ikinci dərəcəli hüquqlar kimi
qəbul olunmalıdır. Bu hüquqlar baza hüquqlara xidmət etmək
üçün
yaradılan
təşkilatı-resursları
istiqamətləndirən,
hüquqlardır. Yəni daha sadə formada ifadə etsək, belə
51
qənaətə gələ bilərik ki, yeməksiz-içməksiz, geyimsiz, mənzilsiz
və digər gündəlik tələbatlarsız insan yaşaya bilməz və bu,
bütün insanlar üçün vacibdir, bu baxımdan da universal və
qətidir. Lakin seçkidə iştiraksız (aktiv və passiv qaydada),
dövlət hakimiyyətində təmsil olunmadan da yaşamaq olar.
Yəni bu kimi hüquqlar qəti universal deyildir və həmin
hüquqların hər kəs üçün (bütün yaş təbəqələri üçün) təmin
olunması əsas şərt deyil. Burada universallıq sadəcə olaraq
ümumi səlahiyyətlərə şamil oluna bilər. Belə ki, hər kəs
(məsələn, uşaqlar) səsvermədə iştirak edə bilməz. Onu da
nəzərə almaq lazımdır ki, bu kimi hüquqlar forma kimi
ə
həmiyyət kəsb edir ki, bu da dolayı yolla təbii hüquqların
təmin olunmasına xidmət edir. Dövlət hakimiyyətində təmsil
olunmaq və iştirak etmək, vəzifə tutmaq hüququ imkan
baxımından hər kəsə şamil olunsa da belə, hər kəs üçün
(məhdudluq baxımından) ola bilməz. Lakin dövlətin hüququ
və onun içərisində baza olaraq, vətəndaşı təmin etmək hüququ
qətidir və universaldır. Dövlət hüququ hər kəs üçün qətidir.
Çünki dövlət hüququ onun bütün vətəndaşlarının hüququnun
təmin edilməsi üçün dövlətə verilən vəzifə və səlahiyyətdir,
imkanlardan istifadə haqqıdır.
Hüquq da mənəviyyatın məhsulu və tərkibi olaraq ayrıca
predmet və obyekt kimi ümumiləşdirici və genişləndirici
məfhumdur. İnsan hüquqları insanların həyatına bağlı
olduğundan (insanların öz-özlərini idarəetməsində hüquq
baza ideologiya rolunu oynayır. Bütün istinadlar hüquq
mərkəz olmaqla qurulur, strukturlaşdırılır) və onların maddi-
mənəvi həyatlarını bir-birinə bağladığından çox genişdir.
Hüquq insan üçün ümumiləşdiricidir (deduksiyanın tətbiqi ilə
bölünə bilir), eləcə də digər mənəvi komponentlər (ehtiyac,
maraq, tələbat və s.) üçün mərkəzləşdiricidir, tabedici və
daxiledicidir. (Qeyd: hüquq və əxlaq mərkəzləşdirici amillər
kimi vəhdətdə çıxış edir, insanların hərəkətlərini idarə edən
“sürücülər” rolunu oynayırlar). Bu baxımdan hesab etmək
52
olar ki, insanların bütün sahələrdə olan ehtiyac və tələbatları,
eləcə də maraqları başlıca olaraq onların hüquqlarında
cəmləşir.
Ə
xlaq, başqalarının hüquqlarını nəzərə almaq baxımından,
hüquqları sərhədlərə salmaq nöqteyi-nəzərdən hərəkətləri
“tormozlayıcı” rolunu oynayır. Əxlaq hüquqları ölçüb-biçən
meyar kimi mühüm əhəmiyyət kəsb edir. Əxlaq hüquq
normaları üçün nizamlayıcıdır və təbii olaraq insan
xüsusiyyətlərinə bağlıdır.
Hüquq hərəkətlərə istiqamətverici məfhumdur və belə
qəbul etmək olar ki, istiqamətlərin yaranmasını şərtləndirən
başlıca mərkəzi məfhumdur. Hüquq hərəkətləri həm
genişləndirir, həm də məhdudlaşdırır, əxlaq hüquq ətrafına
sədd çəkir. (Bax, qrafik-7 və qrafik-8). Hüquq insanların
mənəvi-maddi tələbatları üzərində qurulan əsas məfhumdur və
insanların mənəvi həyatının öyrənilməsini təmin edən (əxlaqla
vəhdətdə olaraq) başlıca elmi predmet və obyektdir. Hüquq və
ə
xlaq atributivdirlər, yəni qarşılıqlı olaraq bir-birilərinə
xasdırlar, bir-birilərinin əlamətlərini müəyyən edəndir.
Hüquq mərkəzi müəyyənedici məfhum kimi digər
məfhumların ( burada hüquqla əlaqəlı olan məfhumlar nəzərdə
tutulur. Bu əlaqəni artıq məntiqi əməliyyatlar təmin edir və
məntiqi əməliyyatlar dərk olunmanın incəliklərini yaradır) da
şə
rtlənməsinin əsaslarını təşkil edir. İnsan hüquqları aşağı
xəyali pillədən (hissi təfəkkürdə xəyali mərhələlər yaranır ki,
bu
da
təfəkkürün,
idrakın
və
dərketmənin
nəzəri
strukturlaşmasının əsaslarını təşkil edir) yuxarı xəyali pilləyə
qədər genişlənmə xüsusiyyətlərinə malikdir. (Bax, qrafik-3).
(Qeyd: hüquq məfhumunu yuxarı pillədə fəlsəfə, aşağı
pillədə isə məntiq və elm öyrənir). Bu baxımdan insan
hüquqları ümumidən xüsusiyə doğru şaxələnə bilir. (Qeyd:
insan hüquqlarının şaxələnməsi zərurətləri isə insanın
fəaliyyət göstərdiyi cəmiyyət və dövlətlərdə olan struktur
formalarından asılıdır. Belə ki, zərurətlə əlaqədar olaraq
Dostları ilə paylaş: |