26
ların böyük qismi bu anlayışa bu günkü münasibətlə yanaşdıqda,
şəxsiyyətin inkişafı, müxtəlif baxımdan onun tərbiyəlilik səviyyəsi,
adi və ya ekstremal şəraitdə necə fəaliyyətdə olması və sairənin
qiymətləndirilməsi kimi başa düşülməlidir. Belə hallarda
qiymətləndirmə keyfiyyətinin açıqlanması (kvalimetrik) yolu ilə
həyata keçirilir.
Əlbəttə, imkan varsa, artıq təcrübədən çıxmış, öz imkan-
larını sübuta yetirmiş, obyektiv metodikalardan qiymətləndirmədə
istifadə etmək lazımdır. Yox, əgər belələri yoxdursa və ya yaramır-
sa, onda qiymətləndirməni həyata keçirənlər belə metodikaları
özləri də hazırlaya bilərlər. Belə hallarda səviyyənin nomenklaturası
yüksək, orta, aşağı, ideal, optimal, mümkün ola bilən, mümkün ol-
mayan, həddindən artıq, ortadan yüksək, orta, ortadan aşağı və s.
qiymətlər tətbiq edilə bilər. Sonradan göstəricilər seçilir ki, onlar
qiymətləndirilən keyfiyyətin səviyyəsini, nəticəsini müəyyənləşdi-
rir. Qiymətləndirmənin bu seçim yığımı onun tamlığını,
bütövlüyünü təmin etməli və eksperiment rejimində yoxlamadan
keçirilməlidir.
Düzdür, bu proses çətin prosesdir, ancaq çətinlik heç də bu
qiymətləndirmənin əhəmiyyətini azaltmır. Əlbəttə, burada
proqnozlaşdırılmış nəticələr təxmini xarakter daşıyır və burada
məqsəd vasitə və nəticə arasında birbaşa əlaqələrdən danışmaq
çətindir. Ona görə də bu zaman qiymətin təxminiliyi, təhsil
prosesinin nəticələrinin keyfiyyət xarakteri, onun idarə olunması
nəzərə alınır, ona uyğun olaraq proqnozlaşdırılır, layihələşdirilir və
qiymətləndirilir.
Burada yada salmaq yerinə düşər ki, tarixən təhsil
müəssisələrində təhsilin nəticə və keyfiyyətini qiymətləndirmək
məqsədilə kvalimetrik (təsviredici) metodikalardan istifadə olunub:
- müəllimlər tərəfindən müəyyənləşdirilmiş proqnozun əldə
edilməsi;
- şagirdin həyatında həmişə baş verən eksterimal
situasiyalarda şagirdlərin əxlaqının qiymətləndirilməsi;
- müəllimlər tərəfindən düşünülmüş və təşkil edilmiş
diaqnostik situasiyalarda şagirdlərin əxlaqının qiymətləndirilməsi;
- məktəbin özü tərəfindən hazırlanmış yüksək keyfiyyətlərin
27
qiymətləndirilməsinin kriteriyalar şkalası üzrə əldə edilmiş
nəticələr;
- psixoloji göstəricilərin, şagirdin həyatında istifadə edilən
hər cür hərəkətin, fəaliyyətin qiymətləndirilməsi:
a) necə etməyi bilir (intellektual göstərici);
b) həyata keçirməyi bacarır (iradi göstərici);
c) realizə etmək istəyir (emosional göstərici);
Son zamanlar dünyanın inkişaf etmiş ölkələrinin təcrübə-
sindən istifadə edərək şagirdin özünüqiymətləndirməsi təcrübəsin-
dən məktəblərimizdə istifadə olunur. Şagirdin özünüqiymətləndi-
rməsi hərtərəfli qiymətləndirmənin mühüm hissələrindən biridir.
Bu, şagirdlərə öz irəliləyiş templərini müəyyənləşdirməkdə və
uğurlar əldə etməkdə, rol və məsuliyyətlərini aydınlaşdırmaqda kö-
mək edir və hərtərəfli qiymət verilməsinə şərait yaradır. Müəllim
şagirdləri ozünüqiymətləndirmə
işini həyata keçirməyə
ruhlandırmaqla hər bir şagirdin qarşısında suallar qoyulur və onların
cavabları sənədləşdirilir (bax: “Uşaqlar üçün sinif otaqlarının
yaradılması” Açıq Cəmiyyət İnstitutu ilə birlikdə hazırlanmışdır.
Yeni nəsil, səh. 6 -11-12, Addım-addım proqramı).
Qeyd etmək yerinə düşər ki, son zamanlar məktəblərimizdə
prezident fərmanı ilə təsdiq edilmiş istedadlı uşaqlarla iş
proqramının həyata keçirilməsi ilə əlaqədar belə psixoloji gös-
təricilərin istifadə edilməsi məqsədyönlü olardı.
Qeyd etdiyimiz kimi, təhsilin müxtəlif cəhətlərini qiymətlən-
dirmək üçün müxtəlif metodikalar bəllidir. Bu metodikalar şagirdin
birinci sinifdən başlayaraq on birinci sinfi qurtarana qədər
intellektual və psixoemosional imkanlarının inkişaf dinamikasını
nəzarətdə saxlamaq, lazım gəldikdə korrektə etmək və arzu olunan
nəticəyə nail olmaq imkanlarını yaradır. Bu məqsədlə əldə edilmiş
göstəriciləri kompyüterin bankına köçürmək və sonra isə sinif, pa-
ralel siniflər, bütövlükdə məktəb üzrə inteqrativ göstəriciləri
hesablamaq məqsədyönlü olardı.
28
4. Təhsil standartları, milli kurikulum və
təlimdə keyfiyyət
“Standart” sözü ingilis dilindən götürülüb norma, nümunə,
ölçü deməkdir. Təhsil standartı dedikdə real şəxsiyyətin ictimai
ideal səviyyəsinə qalxmasını və bu idealın təhsil sistemində əldə
edilməsini təsvir edən dövlət normalarının əsas parametrlər
sistemidir. Təhsilin standartlaşdırılması müxtəlif ölkələrdə tədris
plan və proqramlarının hazırlanması, təhsilin səviyyəsinin mü-
əyyənləşdirilməsi və təhsil sistemində həyata keçirilməsi yolu ilə
əldə edilir. Təhsil standartının əsas vəzifəsi insanların fəaliyyətində
elə münasibətlərin təşkilidir ki, bu vasitə ilə məhsulun keyfiyyət və
xüsusiyyətlərilə əldə edilməsi təmin olunur ki, bu da cəmiyyətin tə-
ləbatlarını təmin edir.
Standartlaşdırma cəmiyyətin tarixən dəyişilən tələbatlarına
uyğun olaraq praktiki baxımdan bu tələbatların həyata keçirilməsi
fəaliyyətini tənzimləyir.
Təhsildə standartlaşdırmanın əsas obyektləri təhsilin
strukturu, məzmunu, təhsil yükünün həcmi və şagirdlərin hazırlıq
səviyyəsinin müəyyənləşməsidir.
Təhsil standartları Azərbaycan Respublikasının “Təhsil
Qanunu”nun 6-cı və 10-cu maddələri ilə təsdiq edilmiş normativ
sənəddir. Bu sənəd təhsil proqramlarının məzmun minimumunu,
təhsil alanların maksimum tədris yükünü, şagirdlərin hazırlıq
səviyyəsinə tələbatları müəyyənləşdirmiş və digər normativ
sənədlərin hazırlanması üçün əsas yaratmışdır. Təsadüfi deyildir ki,
Azərbaycan Dövlətinin Təhsil sahəsində İslahat Proqramında Təhsil
standartının hazırlanması və tətbiqinə xüsusi diqqət yetirilmişdir.
İslahat Proqramında standartların olmаması ciddi tənqid obyektinə
çevrilmişdir. Qeyd edilir ki, “bu günə qədər respublikamızda təhsil
strategiyasına uyğun prioritet istiqamətlər müəyyənləşdirilməmiş,
ümumi orta təhsilin dövlət standartları və baza tədris planı təsdiq
edilməmişdir”. (Azərbaycan Respublikasının Təhsil sahəsində
İslahat Proqramı, Bakı, 1999, səh 15). Nəticədə ümumi orta təhsilin
standartları 1999-cu ildə hökümət tərəfindən təsdiq edilmişdir.
Dostları ilə paylaş: |