200
S
Səlsəbil – dini inama görə, cənnətdə su
Səmum – zəhər
Sərapərdələr – Şərq padşahlarının saraylarında böyük qəbul otağının qapısın-
da, yaxud hərəmxana ilə qonaq və qəbul otağı arasında böyük pərdə
Səyyad – ovçu
Sidq – sədaqət, səmimilik, ürək təmizliyi
Stenoqraf – stenoqrafiya mütəxəssisi; ağızdan çıxan sözləri olduğu kimi
xüsusi işarələr və ixtisarlarla cəld yazma üsulu
Sövməənişin – bir guşədə yalnız oturub ibadətlə məşğul olan adam
Süxəndan – söz ustası, yaxşı danışan, şair (əvvəlki dəqiq deyil: süxən – söz,
nitq)
Süs – bəzək
Ş
Şpal – dəmir yollarında relslərin altına düzülən ağac, metal və ya beton tir
T
Təkfir – kafir elan etmə, mürtəd elan etmə, lənət oxuma; küfr
Təqdis – saymaq, hörmət etmək, əziz tutmaq
Təəssür – bir şeyin təsirini hissetmə, təsir altında olma, qüssələnmə,
kədərlənmə, hüzn və kədər duyma
Təşxis – ayıran, seçən
Tühaf – gülünc, təəccüblü
U
Üful – batma, qürub; məcazi mənada: ölüm
Ü
Ümman – böyük dəniz, dərya, okean
V
Varisi-yekta – yeganə varis
Vird – müəyyən vaxt təkrarolunan dua
Z
Zəf – zəiflik, acizlik
LAYİHƏ
201
B
Bədii konflikt – latınca konfliktus sözündəndir. Bədii əsərin süjetinin əsa-
sında duran qarşıdurma, münaqişə. Sənətkar həyatdakı ziddiyyətləri, müna-
qişələri bədii əsərdə hadisələrdə, qəhrəmanın ona əks mövqedə duran qüvvələrlə
qarşıdurması vasitəsilə əks etdirir. Konflikt lirik və epik əsərlərə nisbətən dra-
matik əsərlərin yazılmasında xüsusi əhəmiyyət kəsb edir.
Bədii metod – sənətkarın bədii əsərdə həyatı əks etdirərkən əsas götürdüyü
prinsiplər, yaradıcılığında varlığı obrazlı əksetdirmənin daim təkrar olunan
ümumi xüsusiyyətləridir. Eyni bədii metodu əsas götürən yazıçıların yaradı-
cılığı ədəbi cərəyan yaradır; məsələn: realizm, romantizm ədəbi cərəyanları.
Sənətkarın fərdi üslubu olsa da, o, müəyyən bədii metodla bağlı olur.
Bədii müqəddimə – bədii əsərdə süjetin əsas komponentlərindən biri: əsas
hadisəyə və ya düyünə (zavyazkaya) qədərki hissə.
D
Dekadentizm – XIX–XX əsrlərin sərhədində Avropada yaranmış ədəbi
cərəyandır. Fransız sözü olub mənası mədəni geriləmə deməkdir. Bu termindən
Roma imperiyasının süqutunu təsvir edərkən, cəmiyyətdə, insandakı bədbinliyi,
ruh düşkünlüyünü, ümidsizliyi əks etdirən əsərlər haqqında danışarkən isitifadə
olunurdu. Dekadentizmin nümayəndələri incəsənətin əvvəlki akademik formala-
rından imtina edərək müasir insanın həssas, çevik dünya duyumuna uyğun yeni
özünüifadə formaları axtarırdılar. Bu ədəbi cərəyanın nümayəndələri sosial-
siyasi problemlərdən uzaq durmağı sənətkar azadlığının mühüm şərti hesab edir-
dilər. Onlar ictimai münasibətlərdən imtina edərək gündəlik həyata ikrahla
QISA
ƏDƏBİYYATŞÜNASLIQ
TERMİNLƏRİ LÜĞƏTİ
LAYİHƏ
202
yanaşırdılar, bədii əsərdə dəyərləri deyil, forma gözəlliyini, rəngarəngliyini, sim-
volik işarələrdən istifadəni zəruri sayırdılar. Bu da, öz növbəsində, ədəbiyyatın
reallıqdan uzaqlaşmasına gətirib çıxarırdı.
Dramaturgiya – dramatik növdə yazılmış əsərlərin (dram, komediya, faciə)
cəmi. Nəzmlə yazılan dramatik əsərlərə mənzum dramaturgiya, nəsrlə yazı-
lanlara mənsur dramaturgiya deyilir.
E
Epopeya – epik ədəbiyyatın ən irihəcmli janrıdır. XIX əsr rus tənqidçisi
V.Belinski roman janrında yazılan əsərləri “bizim dövrümüzün epopeyası”
adlandırırdı. Müəyyən tarixi dövrü, xalqın həyatını geniş, əhatəli şəkildə , xeyli
sayda qəhrəmanların iştirakı ilə əks etdirən romanlar epopeya adlanır. Ədə-
biyyatımızda Süleyman Rəhimovun “Şamo” romanı epopeyadır.
Ə
Ədəbi məktəb – böyük sənətkarın adı ilə bağlı olan yaradıcılıq ənənələrinin
əsrdən-əsrə davam etdirilməsi əsasında yaranan ədəbi istiqamət.
Azərbaycanda bir sıra ədəbi məktəblər, o cümlədən Nizami ədəbi məktəbi,
Füzuli ədəbi məktəbi, Mirzə Fətəli Axundzadə ədəbi məktəbi, Cəlil Məmməd-
quluzadənin
rəhbərliyi ilə “Molla Nəsrəddin” ədəbi məktəbi, Əlibəy Hüseynza-
dənin təsiri ilə “Füyuzat” ədəbi məktəbi yaranmışdır.
Ənənə – bədii təcrübənin nəsildən-nəslə keçməsi, ədəbiyyat tarixində yara-
dıcı istifadəsidir. Ənənə xalqın taleyində mühüm rol oynayır, ədəbi irs və onun
əks etdirdiyi ideallar zəminində insanların mənəvi birliyini təmin edir.
F
Felyeton – fransızca “vərəq” deməkdir. Bədii, satirik publisistika janrı kimi,
əsasən, qəzet və jurnallarda dərc olunur.Felyetonda satirik istiqamət, ictimai
həyatdakı nöqsanların tənqidi əsas yer tutur. Felyeton janrında yazılan əsərlər
üçün ağrılı problemlərə münasibət, güclü obrazlılıq, yüksək emosiallıq səciyyə-
vidir. Azərbaycan ədəbiyyatında C.Məmmədquluzadənin felyetonları bu janrın
kamil nümunələridir.
L
Leytmotiv – almanca “əsas motiv” deməkdir. Leytmotiv əsərdəki aparıcı
motiv, obraz, bəzən tez-tez təkrar olunan bədii detaldır. Leytmotiv süjetin ana
xətti, əsər boyu qırmızı xətt kimi keçən ovqatdır.
LAYİHƏ
203
M
Magik realizm – həyatın realist, macəralı təsvirinə magik, mistik, mifoloji,
fantastik elementlərin daxil edilməsi.
Məclis – ərəbcə “yığıncaq” deməkdir. Bədii əsərin bitkin hissəsinə “məclis”
deyilir. Dramaturgiyada “məclis” əvəzinə “pərdə” sözü də işlədilir.
Məqalə – məcmuədə, jurnalda, qəzetdə kiçik elmi və ya publisistik yazı.
Modernizm – ədəbiyyatda XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranmış
cərəyandır. Latın dilində modernus müasir, yeni deməkdir. Modernizm klassik
romanı bütünlüklə inkar edərək yeni üslub axtarışlarına keçid, ədəbi formalara
yeni yanaşma ilə səciyyələnir. Modernizmdə varlığın, hadisələrin subyektiv
yozumu, həqiqətin həyatda, cəmiyyətdə deyil, insanın daxili dünyasında
axtarılması, psixoligizm mühüm yer tutur. Bədbinlik, dünyanın düzələcəyinə
inamsızlıq, mövcud varlığın insana əzab, iztirab gətirdiyini iddia etmək bu
ədəbiyyatın səciyyəvi xüsusiyyətləridir. Müəllif həyat həqiqətlərini deyil, onun
şərtiliyini nümayiş etdirir. Bu zaman əsərin bütövlüyü gözlənilmir, hadisələrin
inkişaf xəttinin əvəzinə kiçik epizodlara parçalanmış ayrı-ayrı hissələr təqdim
edilir. Bir neçə ədəbi qəhrəmanın təsvir edilən hadisə və faktlara bir-birinə zidd
yanaşmaları modernizmdə mühüm yer tutur.
Motiv – fransızca “vadaredici səbəb” deməkdir. Bədii əsərdə aparıcı mo-
tivdən – leytmotivdən əlavə, onu tamamlayan, dolğunlaşdıran, əsas ideyanın
açılmasına, qəhrəmanın dərindən dərk edilməsinə zəmin yaradan digər xətlər,
motivlər.
P
Personaj – epik və ya dramatik əsərlərdə hadisələrin iştirakçısı; surət, obraz.
“Qəhrəman”, “obraz” terminlərindən fərqli olaraq personaj lirik əsərlərə aid
edilmir. Bu termin, əsasən, əsərdəki ikincidərəcəli iştirakçılar haqqında
işlədilir.
Prototip – müəyyən bir obrazın simasında bədii şəkildə ümumiləşdirilən real
şəxs. Prototip hər hansı tarixi şəxsiyyət, müəllifin həyatdan yaxşı tanıdığı,
yaxud haqqında bildiyi, eşitdiyi bir və ya bir neçə şəxs ola bilər.
Postmodernizm – latın sözüdür, mənası moderndən sonrakı deməkdir. XX
əsrdə Avropada yaranan postmodernizm üçün ədəbiyyatın janr və növ çərçi-
vələrinin, gerçəklikdəki qayda-qanunun, əxlaqi-estetik keyfiyyətlərin, ədəbi-
bədii normaların inkarı, sərbəstliyə meyil səciyyəvidir. Postmodernizmin də
modernizm kimi sərhədlərini, xüsusiyyətlərini dəqiq müəyyənləşdirmək çətin-
dir. Postmodernist əsərin müəllifi xaotik dünyada məna axtarışını, ehkamları
inkar edir. Onun yazdığı roman da bu axtarışları parodiya şəklində əks etdirir.
Əsərin məzmununda vahid ideya bağlılığı gözlənilmir, bədii mətn bir-biri ilə
ciddi qarşılıqlı əlaqəsi olmayan parçalardan ibarət olur.
Postmodernizmdə ədəbiyyatın idraki, tərbiyəedici rolu inkar edilir, ona
intellektual oyun kimi yanaşılır. Postmodernist əsərlər klassik ədəbiyyat
LAYİHƏ
204
nümunələrinə fərqli yanaşma zəminində də yazılır. Ədəbiyyatımızda Kamal
Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları postmodernist
üslubda yazılmışdır.
R
Realizm – latınca “maddi”, “həqiqi” deməkdir. Ədəbiyyat və incəsənətdə
realizm metodu həyatı, varlığı doğru, düzgün, inkişaf prosesində, tipik şəraitdə
tipik xarakterlər vasitəsilə əks etdirilməsini əsas götürür. Realizm metodunun
əsasında sadəcə faktları, hadisələri, insanları deyil, həyatdakı qanunauy-
ğunluqları əks etdirmək durur. Realizm metodunda yazıçı həyat hadisələrini,
onlardakı mühüm cəhətlərin seçilib əks etdirilməsini diqqət mərkəzində sax-
layır. XVIII əsrdə yaşayıb-yaratmış M.P.Vaqifin yaradıcılığı ilə ədəbiyyatımız-
da ilk dəfə erkən realizm meydana çıxmışdır. Zaman keçdikcə bu metod inkişaf
etmiş, XIX əsr ədəbiyyatımızda maarifçi realizm, XX əsrin əvvəllərində isə tən-
qidi realizm ədəbi cərəyanları yaranmışdır.
Roman – epik növün həcm etibarilə ən böyük janrı. Əsasən, nəsrlə yazılan
irihəcmli epik əsər. İkihissəli roman dilogiya, üçhissəli roman trilogiya adlanır.
Romantika – bədii yaradıcılığın xüsusiyyəti olub həyatın parlaq tərəflə-
rinin, qəhrəmanlığın, əməyin, məhəbbətin, dostluğun və s.-nin yüksək pafosla
əks etdirilməsidir. Romantika yalnız romantik metodla deyil, digər bədii me-
todlarla (realizm və s.) yaradılmış əsərlərdə də özünü göstərir.
Romantizm – latın sözüdür, mənası “romanlarda olduğu kimi” deməkdir.
Romantizm metodu ədəbiyyat və incəsənətdə həyat hadisələrini yüksək ideallar
prizmasından, real həyatda olanları deyil, eləcə də sənətkarın arzularını, xəya-
lında canlandırdığı həyatı, surətləri əks etdirməsinə əsaslanır. Sənətkar əsərdə
öz arzularını, xəyalında canlandırdıqlarını həyata keçirmək istəyən romantik
qəhrəmanların obrazını yaradır. Bu qəhrəmanların arzuları ilə real həyat ara-
sında kəskin ziddiyyətlər olsa da, onlar reallıqla barışmır, romantik ideallarını
həyata keçirmək üçün çalışır. Romantik əsərin qəhrəmanı güclü hiss-həyə-
canları, yüksək duyğuları, hamının qəbul etidyi qanunlara kəskin etirazı, barış-
mazlığı ilə müəllifin öz həyat mövqeyini ifadə edir. Bu qəhrəman coşqun
təbiətli, narahat, ipə-sapa yatmazdır.
XX əsrin əvvəllərində Azərbaycanda romantizm ədəbi cərəyanı yaranıb
inkişaf etmişdir.
S
Sərbəst şeir – şeirin vəzn və qafiyə quruluşuna qoyulan ənənəvi tələblərə
sərbəst şəkildə əməl olunduğu şeir forması.
Sinekdoxa – yuna sözü olub “fərzetmə” deməkdir. Sinekdoxa bir hissənin,
əlamətin bütöv varlığı, tamı əvəz etməsinə deyilir. S.Rəhimov “Mehman” po-
vestində “Qaloşlu adam” ifadəsini prokurorluğun şər xislətli xidmətçisi olan
qoca haqqında işlətmişdir.
LAYİHƏ
205
Sosialist realizmi – sovet ədəbiyyatının əsas yaradıcılıq metodu. Sovet
hakimiyyəti qurulduqdan sonra ölkədə ədəbiyyatın xarakteri dəyişməyə baş-
lamış, bədii düşüncədəki milli və maarifçi idealları, demokratik baxışları təd-
ricən sosialist ideyaları əvəzləmişdir. Sovet ədəbiyyatının əsas yaradıcılıq
metodu olan sosialist realizmi anlayışı rəsmi şəkildə 1934-cü ildə meydana çıx-
mışdı. Bu yolla bədii yaradıcılıqda sosializm ideyalarının tərənnümü genişlən-
dirilmiş, ədəbiyyat sovet ideologiyasının əsas təbliğatını həyata keçirməyə isti-
qamətləndirilmişdir. Sovet hakimiyyəti illərində qələm sahiblərindən ideoloji
tələblərə, sinfilik prinsipinə uyğun olaraq, öz əsərlərində zəhmətkeşləri so-
sializm ruhunda tərbiyə etmək, kommunizmə inam aşılamaq, sovet vətənpər-
vərliyini, beynəlmiləlçilik ideyalarını əks etdirmək tələb olunurdu.
T
Tragikomediya – faciə və komediya ünsürlərini özündə birləşdirən drama-
tik əsər.
Tənqidi realizm – ədəbiyyatda hadisələrin dərin və əsaslı bədii dərki, cəmiy-
yətin inkişafına yeni bir təkan verən, insanın vətəndaşlıq mövqeyini diqqət
mərkəzinə çəkən ədəbiyyat. Cəlil Məmmədquluzadə Azərbaycan tənqidi realiz-
minin banisidir.
V
Vulqar sosiologizm – bədii yaradıcılığın (yazıçının) iqtisadi və sinfi müna-
sibətlərdən asılı olduğunu iddia edən baxışlar sistemi.
________________________
LAYİHƏ
206
( m ü ə l l i m i n t ö v s i y ə s i i l ə s e ç i l ə b i l ə r
*
)
“Azərbaycan ədəbiyyatında tənqidi realizm və realizm dövrü” bölməsi üzrə:
Cəlil Məmmədquluzadə. “Danabaş kəndinin əhvalatları”, “Ölülər”
tragikomediyası, “Azərbaycan” məqaləsi.
Mirzə Ələkbər Sabir. “Ürəfa marşı”, “Dindirir əsr bizi”, “Səttarxana”.
Hüseyn Cavid. “Səyavuş” dramı, Əli bəy Hüseynzadə. “Hali-
vətən”, Nəriman Nərimanov. “Bir kəndin sərgüzəşti” hekayəsi,
Məhəmməd Hadi. “İnsanların tarixi faciələri”, yaxud “Əlvahi-
intibah” poeması.
XX əsr Azərbaycan şeiri antologiyası [Mətn]: (1905–1920-ci
illər), Bakı: Şərq-Qərb, 2005.
Azərbaycan nəsri antologiyası, 5 cilddə: II cild. Bakı: Şərq-Qərb,
2006.
*
(müəllimin tövsiyəsi ilə)
“Sovet dövrü Azərbaycan ədəbiyyatı” bölməsi üzrə:
Yusif Vəzir Çəmənzəminli. “Qan içində”, Əhməd
Cavad. “Göygöl”,
Mikayıl Müşfiq. “Duyğu yarpaqları”, Süleyman Rüstəm. “Cənub
şeirləri”, Səməd Vurğun. “Dörd söz”, Mir Cəlal. “Ehtiram”, Rəsul
Rza. “Rənglər” silsiləsi.
Azərbaycan nəsri antologiyası. 5 cilddə, III cild. 1920–30-cu illər.
Bakı: Şərq–Qərb, 2006
*
(müəllimin tövsiyəsi ilə).
Azərbaycan nəsri antologiyası. 5 cilddə, IV cild. 1940–50-ci illər.
Bakı: Şərq–Qərb, 2006
*
(müəllimin tövsiyəsi ilə).
Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhə-
ləsi” bölməsi üzrə:
İlyas Əfəndiyev. “Hökmdar və qızı”.
OXUMAĞI
MƏSLƏHƏT GÖRÜRÜK
*
LAYİHƏ
207
İsmayıl Şıxlı. “Ölüləri qəbiristanlıqda basdırın”.
Azərbaycan dramaturgiyası antologiyası. 5 cilddə, III cild. Bakı:
Şərq–Qərb. 2007
*
(müəllimin tövsiyəsi ilə)
“Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı” bölməsi üzrə:
Bəxtiyar Vahabzadə. “Azərbaycan–Türkiyə”.
Xəlil Rza. “Ağ çələngli Azərbaycan”.
Məmməd Araz. “Bizi Vətən çağırır”.
Azərbaycan nəsri antologiyası. 5 cilddə, V cild. Bakı: Şərq–Qərb,
2006, (Anar, Elçin və b. əsərləri müəllimin tövsiyəsi ilə).
Azərbaycan dramaturgiyası antologiyası. 5 cilddə, IV cild. Bakı:
Şərq–Qərb. 2007
*
(müəllimin tövsiyəsi ilə).
Tövsiyə olunan elmi mənbələr
Cəfər M. Azərbaycan ədəbiyyatında romantizm. Bakı: 1963.
Cəfərov N. Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası. Bax: Ç.Aytmatov.
Cəfərov N. Bəxtiyar Vahabzadə. Bakı: Azərbaycan, 1996.
Seçilmiş əsərləri. Bakı: Çaşıoğlu, 2004, səh.5-9.
Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Altun kitab, 2017.
Əlişanoğlu T. Azərbaycan “yeni nəsr”i. Bakı: Elm, 1999.
Əliyev K. Hüseyn Cavid: həyatı və yaradıcılığı. Bakı: Elm, 2008.
Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı. Bakı: Yazıçı, 1986.
İsmayılov Y. Ön söz. Mir Cəlal. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005.
Həbibbəyli İ. Ədəbi şəxsiyyət və zaman. Bakı: “Elm və təhsil”, 2017.
Həbibbəyli İ. Azərbaycan ədəbiyyatı dövrləşmə konsepsiyası və inkişaf mərhələləri.
Bakı: Elm, 2018.
Həbibbəyli İ. C.Məmmədquluzadə: mühiti və müasirləri. Bakı: Azərnəşr, 1997.
Həbibbəyli İ. “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları”. Bakı: Nurlar, 2004.
Qarayev Y. Azərbaycan ədəbiyyatı. XIX və XX yüzillər. Bakı: Elm, 2002.
Mirəhmədov Ə. Mirzə Ələkbər Sabir. Bakı: Elm, 1962.
Müasir Azərbaycan ədəbiyyatı. I–II cildlər. Bakı: Bakı Universiteti. 2007.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, I–II cildlər. Bakı: “Elm və təhsil”, 2016.
Nəbiyev B. Didərgin şair. Bakı: Sabah, 1995.
Osmanlı V. Azərbaycan romantikləri. Bakı: Yazıçı, 1985.
Rüstəmli A.
Cəfər Cabbarlı: həyatı və mühiti. Bakı: Elm, 2009.
Salamoğlu T. Müasir Azərbaycan ədəbiyyatı. Bakı: 2012.
Saləddin Ə. Əhməd Cavad. Bakı: 1992.
Vəliyev Ş. Füyuzat ədəbi məktəbi. Baki: Elm, 1999.
Vahabzadə B. S.Vurğun. Bakı: Gənclik, 1984.
Tövsiyə siyahısı Azərbaycan Respublikası Prezidentinin “Azər-
baycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həya-
ta keçirilməsi haqqında” 2004-cü il tarixli sərəncamı əsasında
Azərbaycan dilində latın qrafikası ilə çap olunaraq məktəb və
rayon kitabxanalarına paylanmış kitablar əsasında tərtib
LAYİHƏ
208
BURAXILIŞ MƏLUMATI
_________________________________
ƏDƏBİYYAT – 11
Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün
“Ədəbiyyat” fənni üzrə dərslik
Tərtibçi heyət:
Müəlliflər:
İsa Əkbər oğlu Həbibbəyli
Soltan Hüseyn oğlu Əliyev
Bilal Ağabala oğlu Həsənli
Aynur Cəfər qızı Mustafayeva
Elmi redaktor
Əzizxan Tanrıverdi, filologiya üzrə elmlər doktoru, professor
Dil redaktoru
Kəmalə Cəfərli
Nəşriyyat redaktoru
Kəmalə Abbasova
Bədii redaktor
Taleh Məlikov
Texniki redaktor
Zaur İsayev
Dizayner Taleh Məlikov
Rəssamlar
Məzahir Hüseynov, Elmir Məmmədov
Korrektor
Aqşin Məsimov
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:
2018-000
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron
informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
Hesab-nəşriyyat həcmi 9,3. Fiziki çap vərəqi 13. Səhifə sayı 208.
Kağız formatı 70´1001/16. Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı.
Tiraj 80147. Pulsuz. Bakı – 2018
“Bakı” nəşriyyatı
Bakı Az1001, H.Seyidbəyli küç. 30
LAYİHƏ
Dostları ilə paylaş: |