Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
19
unutdurmağa çalışırlar. Hətta insanları
təhlükəli
yerlərdən uzaqlaşdırmaq üçün (və ya təhlükəli olmasa
belə, bir şeyə insanların yaxınlaşmasını istəmədikdə) onun
üstünə belə bir lövhə vururlar: “Toxunma, öldürər!” Bu
lövhədə adətən insanın kəllə sümüyü və “X” şəklində iki
bazu sümüyünün təsviri də olur.
İnsanın ölüm qorxusu müxtəlif dünya ədəbiyyatında
da geniş yayılıb, “əcəl seli”, “ölüm pəncəsi” və bu kimi
onlarla ifadələr hamının iztirab və narahatçılığının
nişanəsidir.
Harunər-Rəşidin məşhur yuxu əhvalatı var. O, yuxuda
görür ki, bütün dişləri tökülüb.
Yuxu yozanlardan biri deyir: Bu yuxunun mənası
budur ki, sənin bütün adamların sənin gözünün qarşında
öləcək.
O biri isə deyir: Xəlifənin ömrü bütün tabeçilərindən
daha uzun olacaq.
Burada Harunun qərarı yuxarıda dediyimiz həqiqəti bir
daha təsdiq edir. Belə ki, ikinci yuxu yozana yüz dinar
verir, birinciyə isə yüz taziyanə vurdurur. Əslində hər
ikisi yuxunu eyni mənaya yozmuşdular. Lakin xəlifənin
adamlarına nisbət verilən “ölüm” ifadəsi bu sözü deyənin
yüz taziyanə ilə cəzalanmasına səbəb oldu, onların
ölümünü “xəlifənin ömrü daha uzun olacaq“ ifadəsilə
çatdıran isə yüz dinar qazandı.
Bu həqiqəti təsdiqləyən zərbul-məsəllər, atalar sözləri
də çoxdur. Məsələn “torpağı sanı yaşayasan” sözü
məşhurdur. Yaxud birini ölmüş bir kəsə bənzətmək
istəyəndə deyərlər: “Səndən uzaq, filankəs də beləydi...”
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
20
Həmçinin insanlar qəti şəkildə xurafat və əsassız olsa
belə, ölümdən uzaqlaşdıran və ömrü uzadan hər şeyə
böyük inam göstərir, “daim”, “əbədi” ifadələriylə
bəzənmiş dualar edib deyirlər: “Ömrün uzun olsun”,
“kölgən əskilməsin”, “mülkün əbədi olsun”, “yüz il bu il
kimi olsun” və s. Göründüyü kimi bunların hər biri həmin
həqiqətin təsdiqinə xidmət edir.
Əlbəttə, bəzi insanların ölümdən qorxmadığını da inkar
etmək olmaz. Hətta bəziləri ölümə cəsarətlə qucaq açır və
ona tərəf tələsirlər. Amma belə fərdlərin sayı azdır. Bu
iddianı edənlərin içində bunu həqiqətən icra edə biləcək
kəslər ondan da azdır.
Bu qorxunun mənbəyi nədir?
Ümumiyyətlə insan yoxluqdan qorxur. Məsələn,
yoxsulluqdan qorxur, çünki sərvətin yoxluğudur.
Xəstəlikdən qorxur, çünki sağlamlığın yoxluğudur.
Qaranlıqdan qorxur, çünki işığın yoxluğudur. Kimsəsiz
səhradan, kimsəsiz evdən qorxur, çünki kimsə yoxdur.
Hətta ölüdən qorxur, çünki ruhu yoxdur, bir halda ki
həmin ölü sağlığında onun üçün qorxulu deyildi.
Deməli insanın ölümdən qorxması onun nəzərində
ölümün “mütləq fəna” olmasından irəli gəlir. Əgər insan
zəlzələdən, ildırımdan, yırtıcı heyvandan qorxursa, bu
onun yoxluq və fəna ehtimalının yaranmasına görədir.
Əlbəttə, fəlsəfi nəzərə görə belə bir ruhiyyə yersiz və
əsassız deyil. Çünki insan varlıqdır. Varlıq da varlıqla
mütənasıb və aşinadır. Yoxluqla isə heç vəchlə
mütənasibliyi yoxdur. Təbii ki, ondan qaçmalıdır. Niyə də
qaçmasın?
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
21
Lakin burada bir məqam qalır. Bütün bu deyilənlər
düzdür, əgər ölüm yoxluq və fəna mənasına təfsir
edilərsə. Həqiqətən də belə təfsir olunarsa, bundan
dəhşətli və qorxulu nə ola bilər? O zaman ölüm haqqında
deyilən qorxunc ifadələrə və deyimlərə də bəraət verərik.
Əgər əksinə, ölümü bir körpənin anadan olduğu kimi
ikinci mərhələli bir təvəllüd bilsək və bu çətin keçiddən
keçməklə bu cahandan daha böyük, əzəmətli, aramlıq
gətirən və nəhayət bu dünyada təsəvvür belə edə
bilmədiyimiz nemətlərlə dolu başqa bir cahana addım
atmaq kimi anlasaq və əqidə bəsləsək, xülasə olaraq əgər
ölümü bu həyatdan daha kamil və ali bilsək, bu surətdə
nifrət bəslənilməli və qorxunc olmayacaq. Əslində bu
dünya onun yanında ölüm kimi, o cahan isə ürək açan və
sevilməli bir həyat kimi görünəcək. Çünki ölüm əgər
insandan cismini alırsa, ona ruhlar aləminin sonsuz
asimanında təsəvvür həddindən yüksək olan lətafət və
gözəlliklə, hər cür qəm-qüssə, münaqişədən uzaq bir
səmada uçmaq üçün qanad verir.
Bu təfəkkür tərzinə malik olan bir şair də öz şerində
hikmət sahibi olan bir alimə belə deyir:
Ey həkim, öl bu həyatdan qurtar,
Ölməyin qurtuluşundur aşkar.
Can quşun ülvi səfərlər edərək,
Arzu-istək tələsindən can apar.
O cahana səfərindən qorxma,
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
22
Bu cahandır ki, necə qorxusu var.
Həmçinin başqa bir şair fəxr və sevinclə öyünərək
deyir:
Hicabi-çöhreyi-canım olub qubari-tənim,
Xoş ol zamana ki, ol pərdədən çıxım, ələnim.
Deyil rəva bu qəfəs küncü ruhuma əsla,
Çıxım uçum o cahana, odur mənim çəmənim.
Başqa biri deyir:
Mələkutun quşuyam, aləmi-xakın neyiyəm,
Neçə günlük qəfəs olmuş mənə burda bədənim.
Gəzirəm bir günü pərvaz eləyim, dost qapısın
Pərü balım havasıyla döyüm, olsun vətənim.
Başqa bir şair isə ölümü özünə tərəf çağıraraq ona
meydan oxuyur:
Cürəti varsa, de gəlsin ölümə,
Onu ağuşa alım mən təng-təng.
Cavidan bir həyat allam ondan,
O da zillət ala məndən rəng-rəng.
Elə bu məqamda mətləb tamam dəyişir, başqa bir şəkil
alır və əvvəlki surətindən əsər-əlamət qalmır. Aydındır ki,
ölümü bu cür qəbul edən hər kəs onu mənasız və əsassız
hesab etmir, yaxud intihar yolu ilə o aləmə giriş kimi
Dostları ilə paylaş: |