Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
23
qəbul etmir, əksinə pak hədəflər yolunda qəhrəmanlıq və
fədakarlıqla dolu bir hadisəni qarşılayır, bir neçə günlük
ömrə görə zillət və bədbəxtçiliyə boyun əyməkdən insanı
azad edən ölümə tərəf üz tutur.
Ölümdən qorxmanın başqa bir səbəbi
Ölümdən qorxan başqa bir dəstə də var. Onlar ölümü
mütləq yoxluq və fəna kimi təfsir etdiklərinə görə
qorxmurlar, ondan sonrakı həyatı da inkar etmirlər. Bu
dəstənin qorxusu əməl dəftərlərinin qara və qaranlıq
olduğuna görədir. Sanki etdiklərinə görə ölümdən sonra
çəkəcəkləri dözülməz işgəncələri, əzablı cəzaları burdan
görür və ya ən azı buna ehtimal verirlər.
Bu dəstənin də ölümdən qorxmağa haqqı vardır. Bunlar
zindanın barmaqlıqları arasından çıxıb dar ağacına tərəf
aparılan məhbusa bənzəyirlər. Əlbəttə, zindandan azad
olmaq yaxşıdır, amma dar ağacına tərəf yox. Bu dəstənin
azadlığı da bədən, ya dünya zindanından dar ağacına
tərəfdir, amma edam üçün yox, ondan qat-qat əzablı olan
işgəncələri qəbul etmək üçün.
Ölümü fəna və yoxluq bilməyənlər, əməl dəftərləri də
qara olmayanlar isə niyə ölümdən qorxmalıdırlar? Pak
hədəflər uğrunda ölməkdən niyə çəkinməlidirlər?
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
24
FİTRƏTİN DƏRİNLİKLƏRİNDƏ
MƏADA İNAMIN KÖKLƏRİ
Fitri ilhamlar bizə deyir ki, ölüm həyatın sonu deyil. Bu
ilhamlar təkcə bizə aid deyil, bütün qövmlər, hətta ilk
insanlar belə, indiki tapıntı və araşdırmalara görə, qəribə
bir tərzdə ona iman bağlamışlar.
Deyirlər ki, səmanın ənginliklərində kəhkəşanların
içindən radio dalğalarına bənzər naməlum dalğalar yayılır
və güclü qəbuledicilərə ciddi təsir edir. Heç kəs bu
dalğaların haradan sərçeşmə aldığını və nədən xəbər
verdiyini bilmir. Günəş sistemindən kənar, Yer əhlindən
daha mütərəqqi sivilizasiyalar varmı? Onlardırmı bu
dalğalar vasitəsilə xəbər ötürürlər? Yoxsa bunların başqa
mənşəyi var? Bilmirik.
Daha da təəccüblü budur ki, vücudumuzun
dərinliklərindən, canımızın içindən də daimi olaraq
mənşəyini bilmədiyimiz sirli xəbərlər bizə çatır. Çarəsiz
qalıb ona “fitrət” adını qoyuruq. Təkcə bunu bilirik ki,
bizə müxtəlif ilhamlar olunur. Həmin ilhamlar iki
yolayricında həmişə bizə əsas yolu göstərir. Təkcə bunu
bilirik ki, bu ilhamlar sirli şəkildə bizim daxilimizdən
coşur.
Məsələn, yanımızda, ya dünyanın bir yerində qəflətən
bir hadisə baş verir. Daxilimizdə olan həmin sirli qüvvə o
zaman bizi informasiya almağa sövq edir. Bu hadisənin
bizimlə nə əlaqəsi olduğunu bilmədən, bu istəyin haradan
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
25
yarandığını düşünmədən enerjimizi sərf edib bir xəbər
öyrənməyə çalışırıq və nəticə almadan sakit olmuruq.
Bu hal həyatımızın ilk anlarından ömrümüzün sonuna
kimi bizimlə var. Görürük ki, bu hissin adını “aramaq
hissi” qoyub fitrətin bir hissəsi olduğunu deyirlər.
Buna bənzər fitri ilham və qərizələr çoxdur. Lakin heç
kim bunlar barədə söylədiklərimizdən daha çox məlumat
verə bilmir. Eyni zamanda onların mövcud olmasında,
bizim təkvini hidayətimizdə hansı rola malik olmasında
da heç bir şübhə yoxdur.
Ölümdən sonrakı həyata iman gətirmək də həmin fitri
ilhamlardandır. Buna tarixi sübutlarımız da vardır.
Bəşərin tarix boyu, ilk insanların dövründə də ölümdən
sonrakı həyata iman gətirmələri barədə çoxlu sübutlar
əldə olunub. Qədim insanların qəbir düzəltmə tərzləri,
ölülərlə qəbrə bəzi əşyaların qoyulması və s. (bu barədə
geniş məlumat veriləcək) insanın ölümdən sonrakı həyata
inanmasının fitri məsələ olduğunu qəbul etməsini
göstərir. Çünki bütün tarix boyu, hətta indiyə kimi bu
məsələ öz hökmünü saxlamışsa, bunun fitri bir məsələ
kimi qəbul olunmamasına inanmaq olmur. Bəşərdən əsla
ayrılmayan bu cür köklü məsələlərin mütləq fitri bir əsası
vardır, buna görə də həmişəyaşar hesab olunurlar.
Məşhur sosioloq Samuel King deyir: “Qazıntılar
nəticəsində məlum olub ki, bəşərin sələflərinin bəzi
inancları olub. Onlar ölülərini xüsusi bir tərzdə torpağa
tapşırır, əmək alətlərini qəbirdə yanlarına qoyurlar.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
26
Bununla da başqa bir aləmin varlığına olan əqidələrini
isbat etmiş olurlar.”
1
Bilirik ki, neandertal insanlar on min illər bundan əvvəl
yaşamışlar. O zaman nə yazı vardı, nə də tarixi qeydlər.
Əlbəttə, ölümdən sonrakı həyatda bu dünyada istifadə
olan alətlər heç bir şeyə gərək deyil. Məqsəd budur ki,
onların bu işi məada olan inamlarına sübutdur.
Nisbətən sonrakı dövrlər. İlk xətt nümunələri meydana
gəlir. Bu dövrdə insan öz başına gələnləri yazıb bir tarix
kimi saxlamaq qüdrətində olur. Burada hər şeydən öncə
Misir əhli yada düşür. Məşhur tarixçi Albemarl deyir:
“Əlimizdə olan dünya millətlərinin tarixləri arasında ən
qədim olan Misir tarixidir. Çünki burada beş min il
bundan qabaq baş vermiş hadisələr görünməkdədir.”
2
Misirlilərin qədim tarixi göstərir ki, camaatın ölümdən
sonrakı həyata möhkəm əqidələri olmuş, başqa millətlər
kimi xurafatlarla dolu olmasına baxmayaraq, bu yöndə
çoxlu adət-ənənələr yaşatmışlar.
Adı çəkilən tarixçinin bu məqamda qeyd olunması
faydalı olan bəzi sözləri vardır.
O yazır: “Misir camaatının əqidəsi bu idi ki, ölünün
ruhu qəbirdən çıxıb böyük tanrıları Azirisin hüzuruna
gedir. Onu tanrının qarşısına gətirdikdə qəlbini həqiqət
mizanında ölçürlər. Ruhu hesabdan pak çıxanları bərəkəti
təsəvvür həddindən uca olan bağlara apararlar.
Onlar o dünyaya getmək və yol göstərmək üçün
ölünün yanına məktub qoyardılar. Bu məktubda çox
1
S. Kingin sosiologiyası, cild 1, səhifə 291.
2
Şərq millətləri tarixi, cild 1, səhifə 15.
Dostları ilə paylaş: |