şüuru asqırığı da xeyirli, düşərli və düşməz kimi iki növə ayırmışdır.
Qədim insan elə düşünmüşdür ki,
xeyirxah ruh onun bədəninə daxil olanda asqırığı xeyirli, düşərli olur, bədxah ruh bədənə girərsə onun
asqırığı işini çətinləşdirəcəkdir. Bu zaman deyilən «sağlam ol» ifadəsinin dini mənası vardır. Sağlam olmaq
əbədi yaşamağın nişanəsidir. Ruhlar da əbədi hökm sürür. Bir növ «sağlam ol» deməklə xəstəyə əbədi
yaşarılıq arzulayırlar. Təsadüfi deyil ki, bəzən «sağlam ol» əvəzinə «çox yaşa» ifadəsini də işlədirlər.
Türkxalqları içərisində əsnəməklə bağlı olan görüşlər də sağlamlıq haqqındakı dini inamlara xidmət edir,
yəni türk oğlu əsnəyəndə bədəninə şər ruhların, şeytanın girməsinin qarşısını almaq üçün əlini ağzına aparır
[59; 214; 219].
Animizmin izlərinə «Avesta»da da rast gəlinir. Qədim azərbaycanlılar ruhun varlığına inanırdılar. İndinin
özündə də azərbaycanlılar ata-baba ruhlarının martın 15 - 25-i arasında öz evlərinə baş çəkməsinə inanırlar.
Onlar 10 gecə el-obanı gəzib dolaşır, soruşurlar ki, görək kim bizi tərifləyəcək, kim bizi yada salacaq, kim
bizə qurban verəcək? Ata-baba günü hesab edilən bu on gün qışla yazın arasında olan müddətdir [117,
s.171].
Türk xalqlarının mifoloji görüşlərində ruhlarla bağlı çoxlu təsəvvürlər vardır. Bu təsəvvürlərin ən əsası
ondan ibarətdir ki, ruhlar ölməzdir, istənilən vaxt öz köməyini qədim insandan əsirgəməz. Belə inanışlardan
biri də spiritizm - müxtəlif zahiri üsullarla ruhlarla, ölülərin ruhları ilə əlaqə yaratmağın mümkün olduğu
haqda mistik təsəvvürlərdir. Əski təsəvvürlərə görə ruhlarla insan arasında əlaqə yaradanlar qəbilənin göylər
tərəfindən xüsusi seçilmiş üzvləri, cadugərlər və ya şamanlardır. E.Taylor Sibir şamanlarının bu xüsusiyyətə
malik olduqlarınıyazır [214, s.117].
E.Taylor qədim xalqların mif yaradıcılığını iki yerə ayırır: «Mən öz tərəfim- dən fikirləşdim ki, ibtidai
cəmiyyətin mifologiyası real və hiss olunan oxşarlıqlara istinad edir və mifdə genişləndirilən şifahi
metaforalar sivilizasiyanın daha qədim dövrünə aiddir. Bir sözlə, maddi mifləri ilkin, şifahi mifləri törəmə
hesab edirəm». Daha sonra sözünə davam edərək E.Taylor yazır ki, poeziyanın ruhunu təşkil edən miflər
insanla təbiət arasındakı oxşarlıqdan hasil olaraq və bu hekayətlərə çevrilərək bizim üçün hələ də öz
unudulmaz həyatını və gözəlliyini itirməyən, keçmişdən daha çox indiki zamana məxsus mükəmməl sənət
əsəri olur [214, s.150]. Mifin bu xüsusiyyətini Prometey haqqındakı təsəvvürlərdən də görmək mümkündür.
Bəşər tarixində elə bir qəbilə yoxdur ki, onların odla tanışlığı olmasın [190, s.227; 161, s.42 - 53]. Ona görə
də odun Prometey tərəfindən insanlara bəxş edilməsi ideyası abstrakt təfəkkürdə başa düşülməzdir.
Prometey adının da etimoloji cəhətdən odla bağlılığı yoxdur. Odun canlandırılması animizmlə əlaqədar olub
od ruhu ilə bağlı məsələdir. Od ruhu hər bir qəbilənin, evin ocaq adlanan müqəddəs yerində canlı təsəvvür
edilərək obrazlaşdırılmış və beləliklə onun ilahidən gəldiyinə inanmışlar. Bu, tamamilə matriarxat dövrünün
nəticəsidir. Qədim türklərin mifoloji görüşlərinə görə, odu türklərə öyrədən yarı insan, yarı tanrı şəklində
imiş. Soyuqdan donan qədim türklər odun vasitəsilə həm isinmiş, həm də yemək bişirməyi öyrənmişdilər.
Bu barədə bir Altay mifində deyilir ki, «Tanrı insanı yaradanda düşünmüş: mən bu insanları yaratdım, amma
çılpaq yaratdım. Hava da bu günlərdə çox soyuq. İnsan soyuğa qarşı özünü necə qoruyacaq? Yaxşısı odur ki,
bunlara bir atəş verim ki, isinib yaşasınlar. Tanrı Ülgenin üç qızı varmış. Bir gün tanrı çölə çıxıbmış.
Tanrının da saqqalı çox uzunmuş. Gedəndə saqqalına ilişib səndələyirmiş. Qızları bunu görəndə gülür və
tanrıyla zarafat edirlər. Tanrı isə qızışıb getmiş. Qızlar tanrını pusmağa başlamışlar. Tanrı öz-özünə
deyirmiş: - Tanrı Ülgenin 3 qızı mənimlə zarafat etdi, amma mən onlardan ağıllıyam. Onlarda ağılmı var?
Atəşi əldə etmək üçün sərt bir daşla sərt bir dəmir tapmalıdırlar ki, bir-birinə vursunlar və qığılcım
çıxartsınlar. Qızlar bunu eşidib daş və dəmir tapmış və bir-birinə vuraraq odu əldə etmişlər [133, s.55].
O dövrdə odu qorumaq qəbilənin qadın başçısına həvalə olunmuşdu, sonradan patriarxatlıq dövründə odu
qorumaq kişi başçıya, kahinlərə tapşırılmışdı. Od qoruyucusu olan kahinlər mifik düşüncənin təsiri ilə
zaman keçdikcə od tanrılarına çevrilirdi. Həmin od tanrılarına sitayiş ümumi xarakter alaraq atəşgahların
yaranmasına səbəb olurdu. Odun Prometeylə bağlılığı şərtidir və odun əmələ gəlməsi bütün mifologiyalarda
qadın başlanğıcları ilə əlaqədardır. Zevs isə patriarxatlığın başçısıdır, odu qadın başlanğıcın əlindən alıb
özündə saxlamaq istəyir. Burada od həm də hakimiyyətin bəlirtisidir. Patriarxatlıq matriarxatlığa nisbətən
inkişafa meyllidir. Bu yolda odun da rolu danılmazdır. Patriarxatlıqda inkişaf qeyri-bərabərdir və qəbilə
üzvlərinin oda münasibəti də fərqlidir. Kim güclüdür, odu öz hakimiyyətinə almaq istəyir, lakin Prometeyin
gördüyü, şahidi olduğu matriarxatlıqda isə oddan hamı bərabər istifadə edir. Görünür, Prometeyin onsuz da
mövcud olan odu Zevsin (patriarxatlığın) əlindən alıb matriarxatlığa qaytarmasına da kişi başlanğıcına
qədərki dövrün bərpa olunmasına olan arzusu, istəyi kimi də baxılmalıdır.
Bu, türk mifologiyasında da geniş yayılmış motivlərdən biridir. Burada şər qüvvəni təmsil edən, geriliyin
nümunəsi olan atanın yenilik tərəfdarı, müəyyən dövr üçün xeyirxah qüvvə sayılan oğullar tərəfindən qətlə
yetirilməsi mühüm yer tutur. Bu motiv Mete - Tuman, Oğuz xan - atası arasında da baş verir ki, dünya
mifologiyasında da bu motivə geniş surətdə rast gəlinir. Ziqmund Freyd bu motivi Edip kompleksi
adlandırır. Bu bənzətmə türk mifologiyasındakı qəhrəmanların keyfiyyətinə uyğun gəlmir. Edip türk
qəhrəmanları kimi cəngavər deyildi. Atasını da təsadüfən öldürmüşdü, qabaqcadan yuxu vasitəsilə ona
atasını öldürmək təlqin edilmişdi. Türk mifologiyasında isə atalar və oğullar arasında ziddiyyət, barışmazlıq
var idi [133, s.8 - 9].
Tarixin sonrakı dövrlərində müxtəlif tayfa birlikləri öz aralarında bir-birinə qaynayıb-qarışmış, konkret bir
etnos əmələ gətirmişdi. Vaxtilə yaranıb inkişaf edən, getdikcə daha çox təkmilləşən mifoloji təfəkkür sistemi
də o etnosun hazır mədəniyyətinə çevrilmiş və ümuminin malı olmuşdu. Etnosun üzvləri arasında yeni
yaranan din ilə yanaşı (müasir dinlərdən əvvəlkilər nəzərdə tutulur), mifoloji təlimlər də öz funksiyasını
yerinə yetirir, özünün yaşamaq qabiliyyətini sübut etmək üçün yeni dini təlimlərlə mübarizə aparırdı. Yəqin
ki, mifoloji təfəkkür öz yerini dini görüşlərə tərk etməliydi. Artıq insanlar kollektiv halda yaşamırdılar.
Müxtəlif sənət formalarının əmələ gəlməsi insanların daha mədəni şəraitdə yaşamalarını tələb edirdi [168,
s.39 - 45]. İnsan şüurunun yeni zamana uyğun inkişafı mifoloji təfəkkürü arxaik tip formasında yaşadaraq,
özünün keçmişini əks elətdirən mifoloji zamana çevirirdi. Artıq bu dövr üçün xarakterik sayılan cəhət
mifoloji-mədəni sistemlər toplusuna şüurlu münasibətin yaranması idi. İnsan öz mifoloji keçmişinə yeni
zaman aspektindən yanaşırdı. Öz ulularının yaratdığı mifoloji qavrayışlara kor-koranə itaət yox, ənənə kimi
sitayiş edirdi. Məsələn, indi də kənd yerlərində il quraq keçəndə yağışı çağırmaq mərasimi keçirilir. Bu isə
mifoloji inamlar içərisində mühüm yer tutan sınamalarla bağlıdır. «Qurbağalar sahildə quruldaşarsa, yağış
yağacaq», «Mal-qara az su içərsə, deməli, həmin gün yağış yacağaq», «Yaşıl otu yandırsan yağış yağar»
kimi sınamalar müasir insanlar üçün mifoloji təfəkkürdən qalma ənənəvi inanışlardır. Yaxud ruh haqqında
həm dini, həm də mifoloji təsəvvürləri götürək. Türk, eləcə də Azərbaycan mifoloji təfəkküründə ruh
problemi üç cəhətdən özünü göstərir:
1. Şəxsləndirilmiş formada. Bu zaman ayrı-ayrı miflərdə, nağıl daxilində ruha canlı donu geydirilir, ruh
insan kimi canlandırılaraq mifoloji zamanın işti- rakçısına çevrilir. Məsələn, «Cantiq» nağılında qəhrəman
sonradan nəfəslən- dirilmiş (nağılda açıq-aydın göstərilir ki, damarı qəhrəmanın bədənindəki yarığa qoyan
kimi o dirilir), canlandırılmış ruhdur. Cantiq adının məzmunu da bunu deyir: Can - ti (k). Ti - nəfəs, həyat
vermək, can isə ruh mənasında türk dillərində işlədilir.
2. Zamansız, məkansız təsəvvür olunan, yaxud nağıllarda deyildiyi kimi o dünyada yaşayan ölmüş ata
ruhunun (bəzən əcdad ruhu da əvəz edir) timsalında. Belə ruh əbədi, maddi təsəvvür olunur. Birincisində
söhbət təkcə ümumi başa düşülən ruhdan gedirsə, ikincidə şaman ruhu, əcdad ruhu, hami ruhlar, totem ruhu
və s. «növlər» olmaq üzrə xüsusiləşmiş ruhlardan danışılır. Bir şeyi də qeyd edək ki, ruhlar haqqındakı ilk
mifoloji görüşlər sonradan yetkin Allah və ya allahlar obrazının yaranmasında mühüm rol oynamışdır [228,
s.349]. Hami ruhlar haqqındakı bir-iki mifoloji rəvayətə diqqət yetirək.
«Evlərin hamısında hər şeyə qadir olan hami ruhlar yaşayır. İnsan öz xoşbəxtliyini qorumaq üçün mütləq